Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   2   3   4   5   6   7   8   9   ...   24

yayılmışdır; kişilərin mövqeyi isə kompensator - aqressiv xarakter daşıyır və mahiyyətcə 

passivdir. 

XX əsrin əvvəlində artıq neft Klondaykına çevrilmiş Azərbaycanda Şərq və Qərb 

mədəniyyəti qovşağında formalaşmış ictimai şüurda mühüm dəyişikliklər baş verdi. 

Asan hasil olunan neft qısa müddət  ərzində xarici və yerli vətəndaşlara varlanmaq 

imkanı yaratdı. Neft hasilatından yığılan kapitalın yerli neft maqnatları tərəfindən maarifə 

sərf olunma prosesi geniş yayıldı  və bunun səbəbi bir tərəfdən maarifin və biliklərin 

azərbaycanlıların etnik şüurunda yüksək qiymətləndirilməsi idi. Qadınların təhsilinə 

verilən xüsusi diqqət isə yeni hadisə idi. Məhz bu dövrdə qadınlar Azərbaycan üçün 

səciyyəvi olmayan kartezian təhsili sistemində  tədris almaq imkanını alır. Qızlar üçün 

məktəblər və gimnaziyalar, qadın kursları, universitetdə fakültə açılır. Bununla yanaşı 

hüquqi  şüurda inqilabi dəyişiklik müşahidə olunur. 1907-ci ildə Rusiya Dumasının 

müsəlman fraksiyasında (Azərbaycan o vaxt Rusiya imperiyasının bir hissəsi idi) 

Azərbaycandan olan deputat N.Xasməmmədov müsəlman qadınlara seçki hüququ 

vermək məsələsini qaldırır və  gərgin mübahisələrdən sonra bu hüququn onlara 

verilməsinə razılıq verilir. 

Fərdi  şüurda dəyişikliklərin parlaq təzahürü olan bu fakt Azərbaycan 

mentalitetində  əsaslı  dəyişikliklərdən xəbər verməkdədir; musiqidə kontrapunkt hadisə 

olduğu kimi ictimai şüura Avropa variantında hüquq bərabərliyi ideyalarının, o cümlədən 

qadınların hüquq bərabərliyinin daxil olması da hadisə oldu. Azərbaycanda bu andan 

başlayaraq həmin ideyalar Şərq demokratiyası  və müsəlman həyat tərzi kontekstində 

həyata keçirilmişdir. 

Sovet dövrünü hüquqi baxımından qender balansı, habelə qadınların pozitiv 

diskriminasiyası dövrü adlandırmaq olar. Qadınlar bütün sahələrə hətta, bəzən məcburi 

cəlb edilir, onların hüquq bərabərliyi qanunvericilikdə öz əksini tapır, onlar dövlət və 

partiya orqanları  tərəfindən dəstək alırlar. Lakin bu işə  ənənəvi kişi-qadın 

münasibətlərini tənzimləyən patriarxal cəmiyyət müqavimət göstərmiş  və buna görə 

qadına güzəştlər və kvota sistemini - Parlamentdən (Ali Sovetdən) kommunal 

kantorlarınadək tətbiq etmək qərara alınmışdı. Cinslərin hüquq bərabərliyi problemi 

"qadın məsələsi" kimi təsbit edilmiş  və onun həllinə sovet sisteminin ideoloji 

sxemlərində böyük yer verilmişdir. O dövrün ən böyük nailiyyətlərindən biri olaraq 

savadsızlığın ölkədə ləğvini və qadınların 100% savadlanmasını qeyd etmək olar. 

Totalitarizmin və volyuntarizmin güclənməsi  əsas qadın probleminin özəyini - 

hüquq bərabərliyi ideyasını, yəni qərar qəbul etməkdə  və  sərbəst özünüifadədə 

qadınların kişilərlə  bərabər iştirakı ideyasını saxtalaşdırmışdır. Qadınlar üçün kvota və 

güzəştlər qender bərabərliyini  əks etdirən qanunlar tam qender uyğunluğu və rifahı 

illüziyasını yaradırdı.  Əslində isə bütün məsələlərdə hakim rol kişilərə  məxsus idi. 

Kvotaya görə ali hakimiyyət orqanlarında 40% təşkil edən sovet qadını qərarların qəbul 

edildiyi yüksək səviyyədə  təmsil olunmurdu. Məsələn, Sov. İKP MK Siyasi Bürosunda 

bir qayda olaraq bir nəfərdən artıq qadın heç vaxt olmayıb. Bu ən yüksək partiya 

strukturuna və  həqiqi qərar qəbul etmə  səviyyəsində sovet cəmiyyətində qadın 

emansipasiyasını realizə etməkdən daha çox rəmzi baxımdan seçilirdi. Qadınlara 

partiya və sovet inzibati sistemində müəyyən qədər yüksək, lakin həlledici vəzifələri 

verməməklə onların ölkənin siyasi həyatında iştirakı, bərabər hüquqluluğu haqqında 

təsəvvür yaradılırdı. Hüquqi və real vəziyyət, tam hüquqi statusla ya qismən, ya da 

verilmiş hüquqların təhrif olunmuş realizəsi arasında uyğunsuzluq yaranmışdı.  İkili 

standart və qadınların istehsalatda və ailədə ikili istismarı ictimai şüurda nəinki yayılmış, 

həmçinin "normal" bir hadisəyə çevrilmişdir. Qadının təkidlə vurğulanan ana rolu ona 

gətirib çıxardır ki, qadınlar üçün təhsil və  fəaliyyət sahəsinin seçilməsində  hər hansı 

hüquqi məhdudiyyətin olmamasına baxmayaraq ailə  və ödənilməyən  əmək sferası 

təmamilə qadınların öhdəsinə verildi; kişilər isə bu zaman ailə proseslərinin 

müşahidəçisinə çevrilərək ailədən getdikcə uzaqlaşdı.  İctimai təkrar istehsal və haqqı 




ödənilən  əmək sahələrini kişilərin daha qətiyyətlə ixtiyarına keçdi. Qadınların saxta 

hüquq bərabərliyi məhz ailədə faş olur. Bundan başqa vaxtının çoxunu ləyaqəti alçaldan 

və avtoritarizmin şəxsiyyəti təhrif etdiyi bir mühitdə keçirən kişi məhz ailədə özünü 

şəxsiyyət kimi təsdiqləyir və dolğunlaşdırır. 

Ailə  ənənələrinə malik Azərbaycanda saxta hüquq bərabərliyi qərarların qəbul 

edilməsində qadın mövqeyinin pərdələnməsinə, eyni zamanda onun hədsiz 

məşğulluğuna və ikiqat məsuliyyətinə  gətirib çıxardır. Nəticədə qadınların kişilərə  qızıl 

təzyiq üsulları formalaşdı. 

Müşahidələr və  qısa sosioloji sorğu kişi və qadınların müdafiə reaksiyalarının 

qender tiplərini və onların hər cins üçün faizlə nisbətini ilkin şəkildə müəyyənləşdirməyə 

imkan vermişdir. Hər bir tip davranışda möhkəmlənmiş qender rolundan asılı olaraq 

təzahür edir və özünün müəyyən dəlil-sübutuna malikdir. 

Bunlardan biri olan passiv tip qadınlar üçün kütləviliyi tələb edən fəaliyyətdən 

uzaqlaşmaq meylləri kimi səciyyələnir və qadınları ailəyə qapayır (astenik qadın tipi); 

bundan fərqli olaraq ictimai təkrar istehsal sahəsi sosial normalarla müəyyənləşdirilmiş 

kişilərdə isə bir məqamda lider keyfiyyətlərinin məhvində, acizlikdə (astenik kiş tipi), lider 

məqamında isə ümumiləşdirilmiş müdafiə aqressivliyində ifadə olunur. 

Fəal tip həm kişilərdə, həm qadınlarda bir məqamda pozitiv törəmələrin, ictimai 

faydalı  fəaliyyətdə  və ailədə konstruktiv davranışın (stenik tip) formalaşmasına kömək 

göstərir, digər məqamda qadınlarda, analıq dominantı ilə gücləndirilmiş, təbii (spontan) 

aqressivlikdə təzahür edir. (Sxemə bax): 

 

Şəxsiyyətin müdafiə reaksiyalarına məxsus qender tiplərinin 



SXEMİ 

 

 



 

Postsovet dövründə qadınların sosial hüquq bərabərliyi haqqında illuziyalar 

dağıldı  və  həqiqi qender uyğunsuzluqları  aşkara çıxdı. Bu dövr də qender təhlili 

baxımından iki yarım dövrə bölünür: I dövr -Keçid dövrünün ilk illərində qadınların 

istehsal sahəsindən getməsi və müqavimət göstərmədən ev və ailə ilə məşğul olduqları 

dövr; II dövr -Ailənin maddi vəziyyətinin durmadan ağırlaşması  və  həllini tapmayan 

məişət məsələləri onları haqqı ödənilən  əmək sahəsinə qayıtmağa məcbur etdi. Öz 

imkanlarının adekvat müvafiq qiyməti və bununla yanaşı sosial normaların tələb etdiyi 

kimi kişiyə tabelik zərurəti ona gətirib çıxardır ki, ailə problemləri yeni xarakter aldı. 

Qadının xidmət işində ictimai aləmdə kişilərlə rəqabəti sərtləşdi. 

Keçid dövründə qadınlar arasında işsizliyin artmasına baxmayaraq hazırda 

işsizliyin kişilər üçün daha faciəli nəticələri vardır.  İşsiz qalaraq ailəyə tapınan kişilər 

inersiya üzrə özlərini ictimai təkrar istehsalın əsas subyektləri, ailənin pənahı, beləliklə 

onun başçısı kimi dərk etməkdə davam edirlər.  İkiqat özgələşmək, miflərin və uyğun 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə