Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

Böyük Oktyabr inqilabınadək mövcud olan ayrı-ayrı  qız gimnaziyaları, kollecləri 

və  mədrəsələri ümumi orta məktəblə  əvəz edilmişdir. Təhsil sahəsində hüquq 

bərabərliyi haqqında qanun hal-hazırda da öz qüvvəsindədir. Respublikanın 5662 orta 

məktəbində 277919 nəfər qız, 751470 nəfər oğlan;  195 peşə  məktəbində 9605 nəfər 

qız, 15689 nəfər oğlan oxuyur. Ali məktəblərdə dövlətdə 45412 oğlan, 34392 qız; özəl 

təhsildə 34392 oğlan, 6692 qız təhsil alır. 

Cinsi mənsubiyyətdən yanaşdıqda elm sahəsindəki fərqlər belədir: akademik 

kişilərin sayı  (1997-ci ilin məlumatı) 36 nəfər, qadın  1  nəfər, akademiyanın müxbir 

üzvünün 57 nəfəri kişi olduğu halda, 3 nəfəri qadın, elmlər doktoru 1531 nəfər kişi, 155 

nəfər qadın, elmlər namizədi 8372 nəfəri kişi, 2507 nəfəri qadındır. Ali təhsil və tədqiqat 

işlərində qadınlar əsasən texniki və elmi sahələrdən çox humanitar və ədəbi sahələrdə 

məşğuldurlar. Qadınlar  əhalinin  əksəriyyətini təşkil etdiyi kimi, qadın müəllimlərin də 

sayı kişilərdən çoxdur. Kənd yerlərində cinsi bərabərsizliyin bütün əlamətləri getdikcə 

daha da artır. Kənddə qadın və  qızlar daha çox ev təsərrüfatı ilə  məşğul olur, təhsil 

almağa isə imkanı yoxdur, beləliklə onun təhsil hüququ diskriminasiyaya uğrayır. Bu 

kimi hallar getdikcə adət halını almağa başlayan, azyaşlı qızların erkən ərə verilməsi və 

təhsildən yayınmasına rəvac verən amillərdəndir. Azərbaycanın  əmək ehtiyatlarının 

45%-ni qadınlar təşkil edir, rəhbərlikdə isə yalnız  1,5%, kənd təsərrüfatında - peşəkar 

işçi qadınlar - 10%, vəzifədəkilər  1,3%-dir. Kənd təsərrüfatında ağır işlərin 70-75%-i 

qadınların üzərinə düşür.  1994-cü ildə  şəhərdə  sənayedə 44,6% qadınlar idisə, onun-

rəhbərlər üzrə sayı isə 3,1% idi. Ümumilikdə götürəndə  əmək haqqı qadınlarda 

kişilərdən 30% aşağıdır.  Ən pis vəziyyətdən biri də pensiyaçılar və  əlillər arasındadır; 

tənha analar 142645, dullar 318000, çoxuşaqlılar  120000.  İşsizlərin 60-70%-i 

qadınlardır. Seçkilərə hədd (kvota) ləğv olunduqdan sonra qadın deputatların faizi SSRİ 

üzrə 50%-dən 27%-ə düşdü. Azərbaycan Ali Sovetində 1991-ci ildə 349 deputatın 17-si, 

yənı ümumi sayın 4,8%-i qadın idi. Milli Məclis  1992-ci ildə 50 nəfərdən ibarət idisə, 

onun 3 nəfəri yəni cəmi 6%-i qadın idi. 2000-ci il noyabr ayının 5-də Milli Məclisə 

seçkilərdə 12 nəfər qadın deputat seçilmişdir. Müqayisə üçün qeyd edək ki, Rusiyada-

16, Özbəkistanda-9,6, Tacikistan-3, Ermənistan-3, ABŞ-6, Türkiyə-1.8,  İran-3.8, 

Danimarka, İsveç, Norveçdə 35%-ə yaxın qadın parlament üzvü idi. Respublika üzrə 77 

İcra hakimiyyəti başçısından 2-si qadın (2,6%) idi. Lakin, onu da nəzərə çatdıraq ki, bir 

nəfər qadın - humanitar və ya sosial məsələlər üzrə müavin olurdu. 

Hazırda respublikada fəaliyyət göstərən siyasi partiyaların tərkibinin yarısını 

qadınlar təşkil etdiyi halda, rəhbər orqanlarda cüzi sayda təmsil olunurlar. Bir sıra 

partiyaların hətta qadın təşkilatları da 

mövcuddur. Azərbaycanda ali təhsili olan qadınların faizi beynəlxalq standartlara 

görə çox yüksəkdir və kişilər üçün olan göstərici ilə  təxmini eynidir. Səhiyyə  və  təhsil 

sistemində  işləyənlərin təxminən 60 faizi, elm sahəsində  işləyənlərin  ən azı 43 faizi 

qadındır. Bununla belə öikənin  ən yüksək inzibati və siyasi vəzifələrində qadınlar zəif 

təmsil olunub. Ümumiyyətlə, ölkədə yüksək vəzifələrin 30 faizdən də az hissəsini 

qadınlar tutur. Nazir səviyyəsindəki vəzifələrdə işləyənlərin 9, icra başçılarınında 9 faizi 

qadınlardır. Qadınlar Milli Məclisdə qanunvericiliyin qəbul edilməsində məsul vəzifələrin 

20 faizini tutur. Bu Milli Məclisdə Komissiya sədri və ya sədr müavini Qrup və ya Şöbə 

rəhbəri vəzifəsi sistemindəki vəzifələrin  15,4 faizini qadınlar tutur. Xarici ölkələrdəki 

səfirliklərdəkilərin ancaq 11 faizi qadınlardır. Nazirlər Kabinetində qadınlar hələ  də 

nisbətən aşağı  vəzifələrdə  və texniki işlərdə çalışır. Belə ki, rəhbərlik səviyyəsində 

qadınlar ümumiyyətlə yoxdur, ekspert və ya məsul vəzifələrin yalnız 17 faizini qadınlar 

tutur: hökumət strukturlarında işləyən texniki işçilərin isə  əksər faizi qadınlardır. 

Naxçıvan MR müstasna hal təşkil edir; burada Baş Nazirin müavinindən biri qadındır. 

Azərbaycanda insan inkişafının səviyyəsi ölkənin qadın  əhalisi üçün kişilərə nisbətən 

daha aşağıdır. Bu mənada  1997-ci ilin hesabatlarına görə ölkənin qadın  əhalisi üçün 

0,616 kişi  əhalisi üçün isə 0,631  təşkil edir. Ömrün ehtimal edilən müddət göstəricisi 




qadınlarda daha yüksəkdir, lakin onların nisbətən aşağı  təhsil səviyyəsi və ÜDM 

göstəricisi (ümumi insan inkişafı) indeksinin qadınlar üçün daha aşağı  səviyyəsini 

şərtləndirir. Bu kimi nəticələr göstərir ki, insan inkişafı prosesində kişilərin və qadınların 

bərabərliyinə nail olmaq üçün qadınların iqtisadi və yüksək keyfiyyətli təhsil almaq 

imkanlarını genişləndirmək istiqamətində  işlər görülməlidir. Məhkəmə sistemi hələ  də 

kişilərin ixtiyarındadır.  1993-cü il məlumatına  əsasən  100 kişi hakimə  18 nəfər qadın, 

100 kişi vəkil müqabilində  21 qadın,  100 kişi prokurordan 2 qadın prokuror (o da 

mərkəzi idarəetmə aparatında) nisbətini vermək olar. Polisdə işləyənlərin sayının cəmi 2 

faizi qadın olub. 

 

XXX 

 

Kişilər...Qadınlar... Bəşəriyyətin yaradılışının  əsası olan insanlığın bu ayrı-ayrı 



şəxsləri cəmiyyətdəki bütün hadisə  və proseslərin inkişafını  tənzimləyən hərəkətverici 

qüvvələridir. BMT-nin İnkişaf Proqramında qender münasibətləri xüsusi bir yer tutur. 

Qender problemləri getdikcə respublikamızda da aktual mövzuya, xüsusi maraq 

dairəsinə çevrilməkdədir. Məsələnin  əsas məğzi cinsindən asılı olmayaraq insanlaın 

bütün sahələrdə hüquqlarının eyni dərəcədə sosial bərabərlik prinsipindən real, həyati 

bərabərliyə həyata keçirilməsindən ibarətdir. 

Sosial-mədəni proseslərin meyarları baxımından qender mədəniyyəti 

ümumbəşəri dəyərlərdəndir. Müasir dünyanın inkişaf etmiş  tədris ocaqlarında qender 

elminin ümumi siyasətin, ictimai təfəkkürün şüur formalarının ayrılmaz bir tərkib hissəsi 

kimi tədris olunur. Bu elm respublikamız üçün nə  dərəcədə  zəruridir? Bu suala cavab 

vermək üçün nəinki tarixi-fəlsəfi istiqamətli araşdırmalar, konkret sosioloji sorğulardan 

tutmuş sosial elmlərin ehtiva etdiyi bütün sahələrin milli xarakterə uyğun tərzdə tədqiqi 

və  tədrisinin qender yönümü və  əsası müasir dünyagörüşü baxımından öz vacibliyi ilə 

aktuallaşmalı, qender problematikası xüsusi və ümumiləşdirilmiş analiz nəticəsində 

aşılanmalıdır. Qender münasibətləri haqda biliklər maarifləndirmə  tərzi daşımalı, uşaq 

və  gənclərə öyrədilməli, ümumtəhsil tədris müəssisələrində xüsusi proqramlar üzrə 

tədris edilməlidir. Bunun üçünsə dünya qender ədəbiyyatının zəruri nümunələri tərcümə 

edilməli, yerli mütəxəssis kadrlar hazırlanmalıdır. Eyni zamanda kütləvi informasiya 

vasitələri  əhaliyə qender biliyini çatdırmaqda müstəsna rol oynamalıdır. Sivil dünya 

çərçivəsi baxımından  İnsan Hüquqları, qadın və  uşaq hüquqları qender bərabərliyi 

müstəvisində ali məktəblərdə humanitar fakultələrlə yanaşı texniki sahələrdə  də  təlimi 

cəmiyyətdə sosial ahəng baxımından zəruridir. Bu özlüyündə sosial amillərin insan 

faktorunun psixoloji yönümdə formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. 

Çoxsaylı ziddiyyətlər içrə yaşayan respublikamız üçün obyektiv problemləri həlli sosial 

stabilliyə istiqamətlənmiş qender tarazlığınada nail olunmasıdır. 

Qender problemləri qlobal problemlər sistemində sülh və müharibə 

məsələlərindən sonra mühüm sırada durur. Müasir qlobalistikada qender problemlərinin 

yeri və rolu müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr çıxır: 

l) Müasir dövrün qlobal problemlərinin xüsusiyyətlərinin meydana gəlməsi 

səbəblərini araşdıraraq bu problemlər sistemində qender problemlərinin yerini aşkar 

etmək; 

2) Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin optimallaşdırılması, qender 



problemlərinin hüquqi və ideoloji aspektini açmaq

3) Sosial istiqamətdə qenderin mühüm konsepsiyalarının nəzəri-metodoloji, 

sosial-siyasi və aksioloji dünyagörüşü əsaslarını açmaq; 

4) Qender problemlərinin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü 

göstərmək. 

Müasir dövr qender problemləri situasiyasının və qlobal problemlərin xarakterini 

düzgün anlamaq üçün, hər  şeydən  əvvəl bəşəriyyət tarixində  cəmiyyətdə cinslərin 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə