Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   16   17   18   19   20   21   22   23   24

QENDER VƏ ƏDALƏT 

 

Cəmiyyət öz inkişafının müxtəlif mərhələlərində qadınlar və kişilər üçün hüquq 



normaları,  əxlaqi qaydalar, tabular diktə etmiş, onların normal fəaliyyəti üçün geniş 

meydan yaratmışdır. Cəmiyyətimizin bu günkü inkişaf səviyyəsinə  gəlib çatmasında 

qadınların və kişilərin birgə fəaliyyətinin rolu müstəsna əhəmiyyətlidir. 

Bəşəriyyət formalaşdıqdan bir qədər sonra cəmiyyətdəki tarazlıq tədricən 

pozulmağa başlamiş, «qol qüvvəsi» hesabına kişilər qadınlar üzərində «hökmranlığı» 

ələ almış, nəticədə, bəşəriyyətin tamlığı pozulmuş, onu təşkil edən bir hissə tərəfindən 

digər hissənin hüquqları tapdalanmış, ayrı-seçkilik meydana gəlmiş,  ədalətsizlik və 

anomaliyalar üzə  çıxmışdır. Uzun illər  ərzində  bərqərar olmuş madərşahlıq yerini 

padərşahlığa verərək, «ikinci plana» keçmişdir. Bəs bu yerdəyişmənin səbəbi nədə idi? 

Axı əvvəl qadınların hökmranlığı mövcud idi. Nə üçün onlar öz yerlərini kişilərə güzəştə 

getdilər? Və o vaxtdan indiyədək bu səhvin «əzabını» çəkirlər. Güclü tərəf müdafiə 

olunmaq və hücum etmək üçün xüsusi qabiliyyətə malik idisə də, intellekt zəmində bunu 

demək mümkün deyildir. Lakin öz qüvvəsindən istifadə edən kişilər qadınların bütün 

sosial hüquqlarını  və  ədalət qaydalarını pozaraq cəmiyyətdə  həmişəlik «ağalığa» 

başladılar. Bəs cəmiyyətdə belə neqativ halın, assimetriyanın baş verməsinə  səbəb 

təkcə kişilər idimi? 

Son dövrlər bu prosesin dərki daha da dərinləşmiş, cəmiyyətdəki bərabərsizliyin 

aradan qaldırılması üçün yeni-yeni ideyalar, nəzəriyyələr meydana gəlmiş  hərəkatlar

təşkilatlar, mərkəzlər, cərəyanlar fəaliyyətə başlamış, xüsusi qanunlar, konvensiyalar 

qəbul olunmuş, əksər ölkələrin konstitusiyalarına əlavələr edilmişdir. 

BMT-nin Baş Assambleyası XXX sessiyasında  1976-1985-ci illəri qadın onilliyi 

elan etdi və bu onilliyin əsas devizi belə idi: «Bərabərlik, inkişaf, sülh». Qadınlar öz 

problemlərini və cəmiyyətdəki mövqelərini möhkəmlətmək üçün məhz həmin onillikdən 

başlayaraq öz fəaliyyətlərini artırdılar və BMT-də Qadın  İnkişaf Fondunu təsis etdilər. 

Sonralar Qadınların Beynəlxalq Demokratiya Fondu yaradıldı ki, bu da ehtiyacı olan 

qadın təşkilatlarına kömək üçün təşkil olunmuşdu. BMT-nin Nizamnaməsində və əksər 

dövlətlərin Konstitusiyasında qadınlara kişilərlə bərabər hüquqların verildiyi bildirilsə də, 

qadınlara bu bərabərlik «de-yure» verilib, ancaq «de-fakto» əməl olunmayıb. Bəzən isə 

bərabərlik həddən artıq  şişirdilərək kişilərin işlədiyi ağır fiziki işlərə qadınlar da cəlb 

olunub.  Əslində isə istehsalatda deyil, ictimai həyatın digər sahələrində qadınlara 

kişilərlə bərabər hüquqların verilməsi qəbul ediləndir. 

Qadınlar və kişilər ayrı-ayrı cinslərin nümayəndələridir. Eyni zamanda bu cinsləri 

də iki növə ayırmaq mümkündür: birincisi, bioloji cins və ikincisi sosial cins. Əgər bioloji 

cins dedikdə qadın və kişinin fərdi anatomiya quruluşu «seks» ehtiva olunursa, sosial 

cins dedikdə isə cəmiyyətdə qadın və kişilər arasında qarşılıqlı münasibətlər (ingiliscə-

"qender"), cəmiyyətdə onların daşıdıqları sosial rollar, funksiyalar nəzərdə tutulur. Bizim 

məram və  məqsədimiz də  cəmiyyətdəki qender assimetriyasının həlli istiqamətində 

tədqiqatlar aparmaq, qadın və kişilərin eyni hüquqlu, bərabər vətəndaşlar kimi cəmiyətin 

inkişafında fəaliyyətini təsbit etmək, ayrı-seçkiliyin qarşısını almaq, cəmiyyətin tamlığını 

qorumaq, tarazlığı və ədaləti bərqərar etmək yolunda öz xidmətimizi təklif etməkdir. Bəli, 

qender sahəsində respublikamızda müəyyən işlər aparılır, ancaq bu hələ azdır, 

fundamental tədqiqatlara ehtiyac duyulur. Doğrudur ki, respublikamızın statistik 

göstəricilərinə görə azlıq təşkil edən kişilər (49%) çoxluq təşkil edən qadınlardan (51%) 

istər dövlət idarəetmə sahəsində, istərsə də biznes, iqtisadiyyat, elm sahəsində üstünlük 

təşkil edirlər. Təhsil (qadınlar 70%, kişilər 30%) yə səhiyyə (qadınlar 73%, kişilər 27%) 

sahəsində isə bunu demək mümkün deyildir. Ancaq bir fakt da məlumdur ki, 

pedaqoqların 70%-i qadındırsa da, məktəb direktorlarının 80%-ni kişilər təşkil edir. 

Qadınlar məktəbəqədər təhsil sahəsində işləyənlərin 100%-ni, ibtidai təhsildə 90-95%-

ni, orta sinif pedaqoqlarının 80%-ni, yuxarı sinif pedaqoqlarının 70%-ni təşkil edirlər. 



Eyni zamanda ali təhsillilərin 30-40-%-i, elmlər doktorlarının 10%-i, akademiklarin 5%-i 

qadınlardır. Qadınlar texniki peşə  məktəb müəllimlərinin 52%-ni, texnikum 

müəllimlərinin 65%-ni və ali məktəb müəllimlərinin - 40%-ni təşkil edirlər.  Əksəriyyəti 

qadınlardan ibarət olan müəllim heyətinə  də kişilər rəhbərlik edir. Bu isə qadın 

hüquqlarının pozulması deməkdir. Məgər qadınlarda rəhbərlik etmək qabiliyyəti yoxdur. 

Tarix bunun əksini sübut edir. Məlumdur ki, Azərbaycan Respublikası BMT-nin qəbul 

etdiyi «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi» Konvensiyasını 

imzalamışdır. Deməli buna adekvat olaraq Azərbaycanda qadınlara qarşı heç bir ayrı-

seçkilik olmamalıdır.  Əsas qanunumuzda bu öz əksini tapmışdır, cinsindən, irqindən, 

dinindən, millətindən, mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bütün 

Azərbaycan vətəndaşlarının bərabərliyi elan olunmuşdur ki, bu da qadın və kişinin eyni 

hüquqlara malik olduğunu ehtiva edir (maddə 25). Lakin bu qanunun işləmə mexanizmi 

olmadığından qadınlar tez-tez hüquq pozuntuları ilə qarşılaşırlar. Bu hüquq pozuntuları 

ona görə baş verir ki, qadınlar öz hüquqlarını lazımınca bilmirlər.  Əgər qadınlar öz 

hüquqlarını hərtərəfli bilsəydilər belə pozuntular da baş verməzdi. 

Sosiumda qadın və kişinin hüquq bərabərliyi cəmiyyətin inkişafına təkan verir, 

onu irəli aparır. Bəzən səhv nəzəriyyələr irəli sürənlər də olur ki, onlar bu və ya digər 

cinsin üstünlüyünü təmin etmək üçün müxtəlif fikirlər söyləyirlər. Feminizm («qadınlıq») 

tərəfdarları qadın hüqüqlarını müdafiə etməklə  bərabər, eyni zamanda onların kişilər 

üzərində üstünlüyünü təmin etməyə çalışırlar. Maskulinizmə («kişilik») qarşı feminizmlə 

çıxış edənlər bəzi təbii, bioloji fərq və proseslərin aradan qaldırılmasına çalışırlar. 

Qadın və kişinin hüquqları bərabər elan edilsə də, milli mentaliteti nəzərə almaq, 

uzun illər boyu formalaşmış adət və  ənənəni pozmamaq, yeniliyi təbliğ edərkən 

əvvəlkini bütövlükdə silib atmamaq gərəkdir. Qadın və kişinin hüquq bərabərliyi ancaq 

sosial mühitdə ola bilər, bu bərabərliyi heç vaxt bioloji zəminə müncər etmək mümkün 

deyildir. Cəmiyyətin anası kimi şərəfli bir funksiyanı qadın heç vaxt kişilərlə paylaşa 

bilməz. Elə buna görə  də, bəzi feministlərin bioloji bərabərlik («uniseks») nəzəriyyəsi 

heç bir reallığa  əsaslanmayan boş fikir kimi məhvə  məhkumdur. Digər tərəfdən sosial 

mühitdə qadın-kişi bərabərliyi elan olunsa da, qadın orqanizminin zərifliyi və spesifikliyi 

nəzərə alınmalı, kişilərin cəlb olunduğu çətin və  ağır işlərə qadınlar cəlb 

edilməməlidirlər. 

Qender assimetriyasını aradan qaldırmaq üçün dərin elmi araşdırmalar, geniş 

təbliğat, təşviqat işi aparmaq gərəkdir. Masallı, Göyçay, Zaqatala, Ağsu rayonlarında 

keçirilən sorğunun nəticələrinə görə respublikanın regionlarında qadınların problemi 

eyni deyil, əksinə müxtəlifdir. Belə ki, əgər Masallıda qadınların hüquqları ailədə  və 

kollektivdə pozulursa da Zaqatalada ancaq ictimai-siyasi sahədə, Ağsu və Göyçayda 

təhsildə, peşə seçimində pozulur. Deməli qender assimetriyasının həlli istiqamətində 

rayonlarda müxtəlif yönümlərdə iş aparılmalıdır. 

Ümumiyyətlə, respublikamızın dünya birliyinə qovuşmasının zəruri tərəflərindən 

biri də bu ölkədə insan hüquqlarının qorunması, qadın və kişilərin hüquq bərabərliyi, 

sosial  ədalətin bərqərar olması, zorakılıq və assimetriyanın aradan qaldırılması, 

demokratik dəyərlərə və bəşəri sərvətlərə əsaslanan cəmiyyətin qurulmasıdır. 

 

 

Nəzakət Babayeva  



GİHAB-ın sosioloqu 

 

AİLƏ MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASINA TƏSİR EDƏN AMİLLƏR 

 

XX  əsrin sonunda insan üçün ailə  və ailə  həyatı  nə deməkdir? Bu günlərdə 



uşağın olması - çətin məsələdir. Yəni bu gün pulun məsrəfi və sərbəst həyata atılması 

kimi mürəkkəb məsələ ilə üzləşirik. Nikah və  uşağın doğulması varlılar üçün məgər 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə