Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

fals.e.n. 

GİHAB-ın İdarə heyətinin üzvü 

 

QURANDA QADIN 

 

Quran Allahın 20 il ərzində öz elçisi vasitəsi ilə insanlara göndərdiyi bütün 



vəhyləri özündə əks etdirir. 

İslam ilahiyyatçılarının iddiasına görə, Allah insana Özünü 4 mərhələdə çatdırıb. 

Əvvəlcə  İbrahim vasitəsi ilə Allah öz birliyini, sonra Musanın diliylə doqquz ehamını 

çatdırıb.  İsa vasitəsi ilə insanlara Qızıl qaydanı - biz öz yaxınlarımızı özümüz kimi 

sevməliyik - verdi. Məhəmməd peyğəmbərin simasında isə bütün bunları praktikada, 

şəxsi və ictimai həyatda necə gerçəkləşdirmək mümkün olduğunu göstərdi. 

Quran mömin müsəlmana həm dünyada, həm də axirətdə sevinc və  səadətə 

çatmağın birbaşa yolunu göstərir. Bu münasibətlə Quranda deyilir: "Bu gün dininizi 

tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin 

üçün islamı  bəyənib seçdim" (Quran. Azərnəşr,  1992. Ziya Bünyadov və Vasim 

Məmmədəliyevin tərcüməsində. 5-ci surə, 3-cü ayə); "Həqiqətən, bu Quran sizi doğru 

yola aparır. Yaxşı  işlər görən mömin bəndələri böyük mükafatlar gözləməsiylə 

müjdələyir" (9:9); "Biz Quranı sənin üçün hər şeyi izah etmək və doğru yolu göstərmək, 

müsəlmanlar üçün bir nemət və sevinc olaraq göydən endirdik" (89: 66/64) 

Əbdürrəhman ibn Həmid Ömərin qələmə aldığı peyğəmbər hədislərindən birində 

deyilir ki, Məhəmməd peyğəmbər müsəlmanlara heç vaxt müqəddəs yazıya  şübhə 

etməməyi, həmişə ona əməl etməyi buyurub. 

Yuxarıda misal gətirilən ayələrdə Allah bildirir ki, İslamı din kimi başa çatdırıb, 

"Quran isə hər şeyi izah edir". 

Məhəmməd peyğəmbərin savadı olmadığı üçün ilahi vəhyləri kağız üzərinə 

köçürməyib. Hər dəfə  vəhy gələndə onları  şifahi olaraq adamlara çatdırıb. Bəzən o, 

vəhyləri birbaşa çatdırır, bəzi hallarda isə  əvvəllər eşitdiyini danışardı. Bu mətnləri 

yadda saxlamaq asan idi. Məhəmməd peyğəmbər və  əshabələri onları  əzbərdən bilər 

və lazım gələndə onlardan sitat gətirərdilər. 

Birinci xəlifə  Əbu Bəkrin (632-634) dövründə Quran vəhylərini kağız üzərinə 

köçürməyə cəhd edildi. Ümumiyyətlə, Quran mətnləri üzərində dəfələrlə düzəliş aparıldı. 

Amma üçüncü xəlifə Ömər (644-656) Quran bilicilərini toplayaraq bu mətnləri  ətraflı 

araşdırdı və vahid düzgün variantı elan etdi. 

İndiki şəkildə Quran 114 hissədən ibarətdir. Onlar Surə adlanır. Bu surələrin hər 

biri müsəlmanın Allaha duasıyla başlayır: "Biz yalnız Sənə ibadat edirik və  Səndən 

kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar 

olanların və haqdan azanların yoluna yox" (1: 4-7)! 

Surələr ayələrdən - ritmik bitmiş frazalardan təşkil olunub. Ayə Quranın mətn 

vahidi hesab olunur. 

İslam təliminə görə, Quran Allahın özü kimi əbədi mövcuddur. O sonradan 

yaradılmayıb və "Allahın sözüdür" (2:70;9:6;48:15). Quran sözü mənşəcə  ərəb feli 

"koran"dan qaynaqlanır və  mənası  bərkdən oxumaq, deklamasiya etmək deməkdir. 

İslama görə, Quranın orijinalı ərəb dilində vərəqlərə ~ süxufa yazılıb və bükülmüş halda 

yeddinci göydə saxlanır (74:52;80:13;98:2). Quran - "Kitabların Anası" - Ümm-əl-Kitab 

Allahın taxtının altında yerləşir. Çətin ki, başqa kanonik kitablardan hansısa öz 

ardıcıllarının həyatında Quranın müsəlmanların həyatında olduğu qədər önəmli rol 

oynamış olsun. Bu münasibətlə  İ.P.Petruşevski yazır: "Müsəlmanlar bu kitabı 

uşaqlıqdan mənimsəməyə başlayırlar. Məktəbdə onu dönə-dönə oxuyurlar və müəllim 

Quranı onlar üçün şərh edir. Möminlər bu kitabı məktəbi bitirəndən sonra, yetkin yaşda 

da oxumağa (yaxud dinləməyə) adət ediblər. Quran onlar üçün "kitablar kitabı, dualar 



toplusu, dini praktika və sosial həyatın, məişət və gündəlik davranış kodeksidir. 

Müsəlmanlar Qurana bir möcüzə kimi yanaşmağa alışıblar"  

Quran islamın ideya əsasıdır. Müsəlman inamının önəmli momentləri onda 

kanonlaşdırılıb və ilkin islamın doqmatik, sosial və mənəvi-hüquqi ideyaları məhz onda 

öz əksini tapıb. 

Beləliklə, islamın sosial doktrinasını açıqlayan ideya-nəzəri sənədlər arasında 

birincilik Allahın diktə etdiyi mənbə kimi Qurana məxsusdur. Yuxarıda qeyd edildiyi kimi, 

yeni ideoloji sistemin əsas prinsipləri onda ifadə olunub. İlkin islamın prinsipləri Quranda 

öz  əksini tapıb. Belə ki, Quranda bütün iman gətirənlərə  və möminlərə cinsindən asılı 

olmayaraq axirətdə cənnət vəd edilir. Məhəmməd peyğəmbərin hədislərində qadınlar da 

xatırladılır. Onların məziyyətlərindən, qabiliyyətlərindən söz açılır. Qadın-ana bu 

hədislərdə ayrıca anılır. Peyğəmbərin kəlamlarından birində deyilir: "Cənnət anaların 

ayaqları altındadır". "Mən kimə borcluyam? - Anana! - Sonra? - Anana! -Sonra? - 

Anana!" - peyğəmbərin  ərəblə dialoqu belə olub. Yalnız müsahibi sualı dördüncü dəfə 

təkrarlayanda Məhəmməd peyğəmbər "Yalnız atana!" - deyə cavab verib. 

Quranda köçəri ərəblərin ilkin icma quruluşundan daha yüksək mədəni səviyyəyə 

keçidi-ilkin sinfi münasibətlərin formalaşdığı dövrdə  ərəblərin Məhəmməd peyğəmbərə 

qədər ibadət etdikləri 8 ilahəni adı saxlanır. Bunlar: əl Yəta,  əl Üzza, Manat, Vədd, 

Suva, Yəqus, Nəsr və Xubaldır. 

Qeyd etmək lazımdır ki, islamda, xüsusən də onun ilk mərhələsində müqəddəs 

qadınlara xüsusi ehtiram göstərilib. İ.Qoldsier müsəlman müəlliflərə əsaslanaraq islamın 

agioqrafisiyasında qəbul olunmuş müqəddəs qadınların adını sadalayır. Quran 2 qadını 

kamil hesab edir. Bunlar Fironun qadını Asiyə və İsanın anası Məryəmdir. Məhəmməd 

peyğəmbər onların siyahısına öz xanımı Xədicə və qızı Fatimənin də adını əlavə " edir. 

Məhəmməd peyğəmbər birinci arvadı Xədicədən bəhs edən hədisdə belə deyir: "Ömər 

(ikinci xəlifə), insan üçün ən böyük səadət Allahın iradəsinə uyğun hərəkət edən ərinə 

müti və xoş olan arvaddır... Kişi ona bir iş görməyi tapşıranda o, tabe olur və əri yanında 

olmasa belə onun haqqını və şərəfini təmiz, uca tutur". 

Ailədə  hər  şeydən  əvvəl  ədalət və sevinc hökm sürməlidir.  Ərəblərin ailə idealı 

ciddi patriarxal ailədir. Ailə başçısı kişidir, o qadınını (və ya arvadlarını) sevməli, onun 

maddi və mənəvi rifahı üçün çalışmalıdır. Qadın isə mömin və ərinə sadiq olmalıdır. 

İ. Qoldsierin fikrincə, "...sırf nəzəri məhdudiyyətlərə baxmayaraq, nə qadının ilkin 

islam hərəkatı dövründə mövqeyi, nə də yeni din yaradıcısının təlimi qadının həm dini 

praktikada, həm də dini şüurda kişinin  əldə etdiyi dərəcəyə yüksəlməsinə mane 

olmayıb" və onun bu fikrilə razılaşmamaq çətindir. Bu fikri təstiq üçün bir çox müqəddəs 

qadının həyatından misal gətirmək olar. Belə ki, ərəb tarixçilərinin verdiyi məlumata 

görə, orta əsrlərdə bir sıra müsəlman ölkələrində əgər belə demək mümkündürsə, qadın 

birlikləri, ittifaqları yaranmışdı  və onların üzvləri müxtəlif dini ayinlər həyata keçirir və 

Qurani öyrənirdilər. Qadınlar həm də müxtəlif elmləri öyrənməklə məşğuldurlar. Bəziləri 

hətta sonralar yazıçı  və alim kimi şöhrətlənmişdi. Bu birliklərdə  ərlərinin qovduğu 

qadınlar da sığınacaq tapmışdılar. Onlar yeni nikaha girənədək burda qalırdılar. 

Vahabovun fikrincə, "qadınlar dini xadim ola bilməzdi. Çünki onlar ikinci dərəcəli adam 

kimi axund, molla ola bilməzdilər". Bu vəzifələri  

müəllifə görə, ancaq kişilər tuta bilərdi. Bu mülahizələrlə razılaşmaq olmaz. Qeyd 

etmək lazımdır ki, nə Quranda, nə  də  şəriətdə bu barədə xüsusi birbaşa göstəriş 

yoxdur. Fikrimizcə, Q.Kərimov bu xüsusda həqiqətə daha çox yaxındır: "İmam qadın da 

ola bilər. Ancaq bu vaxt şəriət  şərt qoyur: əgər imam qadındırsa və onun təqlidçiləri 

kişidirsə, yaxud da əksinə, imam kişi və  təqlidçilər qadındırsa, onlar arasında pərdə 

salınmalıdır".  İmam Fatimə (bütün imamların böyük anası), imam Xanım (onun nəşi 

Nardaran Pirindədir) və imam Hökümə (Bibi Heybət) də belə imamlardandır. 

Quran bəzi valideynlərin qız doğulmasından narazılığına haqq vermir (16,60). O 

həm də bütpərəstlərin qız uşaqlarını diri-diri torpağa gömməsini tənqid edir (81,8-9). Bu 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə