Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

adət sosial səbəblərlə izah olunur. Bədəvi ailəsində döyüşçü ola bilməyəcək qızın 

doğuluşu bədbəxtlik sayılırdı. Onu yedizdirmək lazım idi. Ərəbistanda ağır həyat isə 

kasıb köçəri ərəb ailəsi üçün bunu böyük bir problemə çevirmişdi. Münasibətlər inkişaf 

edib qərarlaşdıqca uşaqları öldürmək zərurəti də yavaş-yavaş yox oldu. Cəmiyyətin 

gələcək anaların dünyaya gətirəcəyi döyüşçülərə ehtiyacı vardı. Bu ehtiyacı müxtəlif 

tayfaların ardı-arası  kəsilməyən basqınları yaratmışdı. «…İmkansızlıqdan öz 

uşaqlarınızı öldürməyin» (6,152). Amma bununla belə Quranın nüfuzuna baxmayaraq, 

qızın doğulması bədbəxtlik olunurdu. XII əsrin böyük Azərbaycan şairi Xaqani bunu öz 

şerində çox gözəl ifadə edib. 

O yazır: 

Qızım doğulanda, başımı yerə saldım,  

Gedəndə, başımı yuxan qaldırdım.  

Mən onu bədbəxtlik adlandırmaq istəyirdim,  

Gedəndə xoşbəxtlik adlandırdım. 

Yeni doğulmuş  qızın ölümü həm onun özü, həm də yaxınları üçün ən yaxşı 

qurtuluş idi. Qız doğulmasını pisləyən çoxlu ata sözü və deyim var. Hamilə qadının 

qohumları  və yaxınları müqəddəs yerləri ziyarət edərək qız doğulmasın deyə dua 

etməyi özlərinə borc bilərdi. Onlar bununçun hətta sehrə-caduya əl atardılar. 

Qız doğulmasına mənfi münasibət təsadüfi deyildi. Bunun əsasında sosial 

əhəmiyyətli səbəblər dayanırdı. Patriarxal ailədə  oğul ailə mülkiyyətinin artmasına, 

başqa ailələr qarşısında onun maraqlarını qorumaq üçün daha önəmli rol oynayırdı. Qız 

isə ailənin təsərrüfat-iqtisadi həyatında  ən  əhəmiyyətsiz rol oynayırdı. Qeyd edək ki, 

xüsusi mülkiyyətin meydana çıxdığı dövrdə demək olar ki, dünyanın bütün xalqları 

bənzər olayları yaşayıblar. Bütün bunlar müsəlman dininin çoxarvadlılığa icazə 

verməsiylə nəticələnir. Bəzi alimlərin iddiasına görə, müsəlmanların dini qadın ləyaqətini 

alçaldan  ən kobud formaları -çoxarvadlılıq və  hərəmxananı qanunlaşdırdı. Bu 

doğrudanmı belədir? 

Quranda və islamın başqa mənbələrində Allahın qanuna çevrilmiş çoxarvadlılıq 

öz başlanğıcını əsrlərin dərinliyindən götürür. Dünyanın bir çox yerində bizim dövrədək 

qorunub saxlanmış abidələr sübutdur ki, çoxarvadlılıq müxtəlif  şəkillərdə  əslində 

dünyanın hər yerində mövcud olub. Quran çoxarvadlılığı qaydaya saldı. Arvadların 

sayını dördədək azaltdı. Bundan başqa bu 4 qadının hər birini həyat üçün vacib hər 

şeylə  təmin etmək lazım idi. Rəsmi arvadların sayının azalması sosial səbəblərlə izah 

olunur. Yeni ictimai münasibətlər bütün əmlakın irsən keçəcəyi varisin, ata nəslinin 

davamçısının dəqiq müəyyən edilməsini tələb edirdi(4, 27). 

Çoxarvadlılığın bu cür məhdudlaşdırılması zəngin kişilərin xeyrinə idi. Çünki onlar 

var-dövlətlərini bölüşdürməkdə yox, qorumaq və artırmaqda maraqlı idilər. L.İ.Şaydullina 

çoxarvadlılığın məhdudlaşdırılmasında başqa bir sosial səbəbin də rolundan söz açır. 

Belə ki, məlumdur ki, islam elan olunan vaxt ərəb tayfalarının birləşməsi prosesi gedirdi. 

Bir tərəfdən daha güclü tayfalar zəifləri özlərində  əridir, bəzən də tayfalar arasında 

dostluq ittifaqları yaranırdı. Orta əsrlərin əvvəllərində tayfalar arasında siyasi birlik tez-

tez nigah telləriylə  də möhkəmləndirilirdi. Çox güman ki, hakim Qüreyşilər sülaləsi 

Quranın bənzər qanunlarıyla çoxarvadlılığı  məhdudlaşdırmağa və bununla da bir 

ittifaqda birləşmiş ailələrin sayını minimuma endirməyə çalışmışdı  

"Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) 

ədalətlə 

rəftar edə 

bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan 2, 3 və 4 

nəfərlə nigah bağlayın! Əgər (onunla) ədalətli dolanmağa əmin deyilsəniz, o halda təkcə 

bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin! Bu, ədalətli olmağa 

(ədalətdən kənara çıxmamağa) daha yaxındır (4, 3). 

Çoxarvadlılıq, bir qayda olaraq, imkanlı kişilər arasında yayılmışdı. Eyni zamanda 

bir neçə qadınla nigah zəngin olmağın göstəricisi idi. Bu mənada F. Engelsin 

mülahizəsini misal gətirmək yerinə düşərdi: "... Əslində çoxarvadlılıq köləliyin nəticəsi idi 




və yalnız ayrı-ayrı şəxslərə aid idi. Bu şəxslər isə cəmiyyətdə xüsusi mövqe sahibi idilər. 

Semit patriarxal ailədə ancaq patriarxın özü və onun böyük və bir-iki başqa oğulları 

çoxarvadlı ola bilər. Patriarxın başqa oğulları  tək bir arvadla kifayətlənirdi. Hal-hazırda 

da bütün Şərqdə  vəziyyət elə belədir; çoxarvadlılıq zəngin və  məşhurların imtiyazıdır, 

onlar  əsasən kəniz satın almaqla çoxarvadlı olurlar. Əhalinin çoxu monoqamiyada 

yaşayır".  

İndi də nikah məsələlərinə  nəzər salaq. Qız nikaha girmək üçün hansı yaşa 

çatmalıdır? 

Deyilənə görə, peyğəmbər məscidin minbərindən bu xüsusda belə, deyib: "Ey 

müsəlmanlar! Sizin qızlarınız ağacda dəymiş meyvəyə  bənzərlər. Məhsulu onun ən 

yaxşı dövründə toplamaq lazımdır. Əks halda günəş və ya başqa qüvvələr onu çürüdər 

və ya xarab edər. Siz də öz qızlarınızı onların yetişdiyi vaxt - nə gec, nə  də tez - ərə 

verməlisiniz.  Əgər onlar vaxtında  ərə getməsə, uzun müddət evdə qalarlarsa, onlar 

mütləq yolunu azacaq və bunda günahkar siz olacaqsınız. Onlar insandır və onların 

insani tələbatları ödənməlidir. Quranda bu xüsusda deyilir: "Vaxtı çatmamış nikaha 

girməyə qərar verməyin" (2,23). Qız 9, oğlan isə 15 yaşına çatmışsa, bu, onların nikaha 

girməsi üçün kifayət 

hesab edilirdi. 

Qurana görə, nikah ittifaq haqqında müqavilədir və o, qadının razılığını tələb edir. 

İslam əsası düzgün qoyulmayan nikahların doğura biləcəyi bütün pis nəticələrə diqqət 

yetirib. O, ailəni var-dövlət, ehtiras, yaxud da xarici gözəllik və ya başqa maddi şeylər 

üzərində deyil, inam və yaxşılıq, ismət və  təmizlik, kişi və qadının möminliyi üzərində 

qurur. Peyğəmbər bu xüsusda belə  deyib:  "Kim  ki  qadınla yalnız onun gözəlliyi 

səbəbinə evlənir, onda axtardığını tapa bilməyəcək. Kim ki qadınla onun var-dövləti 

səbəbinə ailə qurursa, Allah onu tərk edəcək. Ona görə  də elə arvad axtarın ki, onun 

gözəlliyi inam gözəlliyi, zənginliyi isə  həyatın təmizliyidir". Peyğəmbərdən soruşurlar: 

"Ya peyğəmbər! Durğun gölməçə yanında bitmiş çiçək nə deməkdir?" O isə belə cavab 

verir: Qüsurlu ailədə tərbiyə alıb, tərbiyənin ciddiyyətini ınlamamış gözəl qadın". 

Çox vaxt həyatda qızın razılığı əvəzinə valideynlərə, böyüklərə tabe olması tələb 

edilirdi. Onlar da bu prosesi alqı-satqıya çevirirdilər. Bu zaman kişi alıcı, qadın isə 

əmtəə kimi çıxış edirdi. Kişi arvad almaq (4,3) üçün, istər gəlin müsəlman, istər xristian, 

istərsə  yəhudi (5,7) olsun, pul (məxr, başlıq, süd pulu, kalım) sərf edirsə, qadınla da 

buna uyğun davranır. Ya onu həddindən artıq qoruyur, ya da ona etina etmirlər. 

Yuxarıda qeyd olunduğu kimi kişi nikaha girmək üçün kalım ödəməliydi. 

Sonradan Quranda qanunlaşdırılmış bu adətin yaranması haqda bir neçə kəlmə. 

Kalım patriarxal cəmiyyətin irsidir. Burda işlək  əllər  əldə etmək üçün maddi 

kompensasiya tələb edilirdi. Başqa bir fikrə görə, bu ödəniş  həm də ona görə 

qanunlaşdırılıb ki, qız uşaqlarının doğulub tərbiyə almasına yardım etsin. Yuxarıda qeyd 

etdiyimiz kimi, islama qədər qız uşaqları tam yararsız hesab olunurdu. 

Bəy nikah müqaviləsi bağlanan kimi başlıq-məxri ödəməliydi. Şəriətə görə, nikah 

müqaviləsindən sonra qadın məxri geri ərinə qaytara bilərdi. Yəni qadın məxrlə ürəyi 

istəyən kimi davrana bilərdi.  Şiələr iddia edir ki, mülkiyyət predmeti olan istənilən  şey 

ölçüsündən asılı olmayaraq məxr ola bilər.  Şiələrin təliminə görə bir iş, misal üçün 

qadına müəyyən peşə öyrədilməsi də  məxr ola bilər. Ancaq Quran və  şəriətin 

qanunlaşdırdığı  və  əslində qarşılıqlı yardım və  şəfqət ifadəsi olan bu qayda zamanla 

qadınları istismar alətinə, nikah isə alqı-satqı prosesinə çevrildi. Bəyin yaxınları gəlinin 

yaxınlarına onların müəyyən etdiyi məbləği ödəməliydi. Bu, pul, sürü, ərzaq ola bilərdi. 

Bəzən bəy gəlinin atasının sahəsində illərlə  işləməli olurdu. Böyük Azərbaycan 

maarifçisi və tarixçisi V.Xuluflu ilkin mənbələri ətraflı araşdıraraq belə nəticəyə gəlir ki, 

bu proses daha çox əmtəə alqı-satqısına bənzəyir. 

İslamın Quranda öz əksini tapmış ilkin ideyaları  bəzən bir-biri inkar edəcək 

dərəcədə aydın deyil. Hətta islam ilahiyyatçıları özləri Quranda 200-dən çox ziddiyyət 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə