Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Qrup: 2005 b kurs: 3



Yüklə 150,14 Kb.
tarix01.06.2023
ölçüsü150,14 Kb.
#114798
Sənəd


Azərbaycan Dövlət Pedaqoji Universiteti




Fakültə: Filologiya
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup: 2005 B
Kurs: 3
Fənn: İnklüziv təhsil
Fənni tədris edən müəllim: Şəfa Kazımova
Tələbə: Abasova Gözəl
Mövzu: İnklüziv təhsilin beynəlxalq və milli hüquqi çərçivəsi
İnklüziv təhsil bütün uşaqların keyfiyyətli təhsil almaq hüququna əsaslanır. Bir sıra beynəlxalq konvensiyalar, milli qanunvericilik çərçivələri müvafiq ölkələrdə inklüziv təhsilin tətbiqini təmin edir. Dünyanın müxtəlif ölkələrində mövcud olan müasir təhsil sistemləri təhsil və onun strukturunun variativliyi, konkret problemlərin çeşidli həlli yolları baxımından fərqlənirlər. Bir də ümumi tendensiyalar var ki, onlara yanaşma adətən eyni fəlsəfəyə malikdir. Müasir təhsilin ümumi tendensiyalarından danışarkən toxunulan ilk problemlərdən biri inklüziv təhsildir. İnsan haqlarının inkişafı, təhsil prosesinin müasirləşməsi, qloballaşma kimi kütləvi proseslər hər bir dövlətin inklüziv təhsil anlayışına daha həssas yanaşmasını tələb edir. Hazırda bu məsələ ilə ilgilənməyən az ölkənin adını çəkmək olar ki, bu da əsas etibarilə onların ağır sosial-iqtisadi durumu, qeyri-sabit siyasi quruluşu və s. Səbəblərlə izah oluna bilər. İnklüziv təhsil kimi qayəsində humanizm elementləri duran problemlərin həllinə sosial rifahı yüksək olan ölkələrdə xüsusi diqqətlə yanaşılır. Bu baxımdan, ölkələr müxtəlif olduğu kimi inklüziv təhsilin strukturu və fəaliyyətinə baxış da müxtəlifdir.
İnklüziv təhsil modeli təhsildə yeni islahatların həyata keçirilməsini, təhsilə dair qanunlarda əlavə və düzəlişlərin edilməsini, kadr hazırlığında yeni bilik və bacarıqların aşılanmasını, bütün təhsil müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsini və s. Tədbirləri kompleks şəkildə həyata keçirməyi bir məqsəd kimi dövlət səviyyəsində qarşıya qoyur. İnklüziv təhsil özündə həm də humanist dəyərləri ehtiva etdiyindən daha geniş vüsət almağa başladı.
Şübhəsiz ki, inklüziv təhsilə qədər də fiziki və əqli qüsurlu insanların təhsilə olan tələbatı təmin edilirdi. Bunun üçün müvafiq diaqnoz qoyulmuş uşaqlar aidiyyatı üzrə xüsusi təyinatlı məktəblərə cəlb olunurdular. Bu tipli məktəblər hələ də dünyanın bütün ölkələrində mövcuddur. Qeyd etmək lazımdır ki, xüsusi məktəblərdə də qüsurlu insanlara daha müvafiq səriştəyə malik kadrlar tərəfindən keyfiyyətli təhsil verilir. Lakin bu tipli məktəblər insanın ən vacib ehtiyaclarından birini insanlarla sosiallaşmaq ehtiyacını, cəmiyyətə inteqrasiya və adaptasiyasını təmin edə bilmirlər. Adətən institutlaşmış şəkildə fəaliyyət göstərən xüsusi məktəblər burada təhsil alanları qapalı mühitə həbs edir və marginallaşdırır (Marginal, marginal şəxs (Latınca Margo – kənar) – müxtəlif sosial qrupların, sistemlərin, mədəniyyətlərin sərhədində olan və onların ziddiyyətli norma, dəyər və s.).
Nəticədə isə itirən tək onlar deyil həm də bütün cəmiyyət olur. Çünki cəmiyyətin bütövlüyü pozulur. Məhz bu nöqteyi nəzərdən bütün uşaqların eyni məkanda birgə təhsil almasını nəzərdə tutan inklüziv modeli uşaqları ayrıseçkiliyə məruz qoyan institutlaşmış təhsil modelindən bir addım öndədir. Azərbaycanda daha çöx fiziki, əqli qüsurlu uşaqlar təhsildən kənarda qaldıqlarından marginallaşdırıcı təhsilə məhkum edildiyindən inklüziv təhsilin daha çox bu aspektinə diqqət diqqətin yetirilir. Beynəlxalq təcrübə və tendensiyaların araşdırılması Azərbaycan üçün daha münasib olan inklüziv təhsil modelinin zəruriliyini təsdiqləyir.
İnklüziya sahəsində araşdırmalar qeyd edir ki, cəmiyyət əlilliyi olan uşaqların assimilyasiyasına neytral və ya passiv-mərhəmət mövqeyi nümayiş etdirir: belə uşaqların problemi ətrafdakılar tərəfindən mühitin öhdəliyi kimi deyil, uşaqların öz çətinlikləri kimi qəbul edilir. Cəmiyyətdə SİM uşaqları əhatə edən əksəriyyət onlara qarşı passiv tolerantlıq göstərir. Buna görə də inklüziv təhsil bu gün yalnız hamı üçün təhsil sisteminin möhkəmlənməsi prosesi kimi deyil, həm də SİM insanların diskriminasiyasının aradan qaldırılmasının səmərəli vasitəsi kimi qəbul edilir. SİM uşaqların ümumtəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə də Azərbaycanın cəlb olunduğu inklüziv təhsil sisteminin qanunauyğun inkişaf mərhələsidir. SİM uşaqların təhsilinə belə yanaşma həyatda müxtəlif xarakterli səbəblərlə əlaqədardır. Ümumilikdə bu səbəbləri iqtisadi, hüquqi inkişaf baxımından müəyyən səviyyəyə nail olmuş cəmiyyət və dövlətlərin sosial tələbləri kimi müəyyənləşdirmək olar. Son mərhələ cəmiyyət və dövlətlər tərəfindən əliliyi olan şəxslərə münasibətin dəyişdirilməsi, yalnız hüquqlarının tanınması deyil, təhsil də daxil olmaqla, həyatın müxtəlif sahələrində onlara digər insanlarla bərabər imkanların yaradılması ilə xarakterizə olunur.
Mahiyyət etibarilə humanizmi təlqin edən və demokratik prinsiplərə söykənən inklüziv təhsil yalnız məktəb çərçivəsində və təhsil sistemi səviyyəsində deyil, eyni zamanda bütün cəmiyyət miqyasında hər kəsə bərabər imkanlar yaradılmasını tələb edir.
İnklüziv təhsil məktəbəqədər, orta, peşə və ali təhsil mərhələlərini ehtiva edir. Bununla o, SİM insanların davamlı təhsilinin və inkişafının təmin olunmasına xidmət edir. Dünya praktikasında inklüziv təhsilin təşkili məsələləri 1970-ci illərdən başlayaraq xaricdə əlilliyi olan şəxslərin təhsil imkanlarının genişləndirilməsi ilə bağlı normativ aktların hazırlanmasına başlanılmışdır.
Beynəlxalq və Azərbaycana dair hüquqi sənədlər aşağıdakılardır:
 İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948
 BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, 1989
 BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, 2006
 Azərbaycan Respublikasının Konstitusiyası, 1995
 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009
 “2018–2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
2001-ci il “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanun imzalandı.
2002-ci ildə ardıcıl olaraq AR Nazirlər Kabineti xüsusi təhsilə dair bir neçə qərar qəbul etmişdi: 29 aprel 72 nömrəli qərara əsasən “Sağlamlıq İmkanları Məhdud şəxslərin peşə-ixtisas təhsil müəssisələrinə qəbul qaydaları təsdiq edilməsi” haqqında, 29 aprel 74 nömrəli qərara əsasən “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi” haqqında, 10 may 77 nömrəli qərara əsasən “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısını və evdə təhsilin təşkili qaydalarının təsdiq edilməsi” barədə, 29 may 87 nömrəli qərara əsasən “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları”, 88 nömrəli qərara əsasən isə “Stasionar şəraitində təhsilin təşkili qaydalarının təsdiq edilməsi” barədə qərarlar təsdiq edilmişdir.
2005-ci ildə Azərbaycan Respublikası xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005 – 2009)” imzalanmışdır. Proqram çərçivəsində Təhsil Nazirliyi və UNİCEF tərəfindən 2005-ci ildən etibarən Azərbaycanda birgə inkluziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır. 2008-ci ildə Azərbaycan Respublikası “Əlillərin hüquqları Haqqında Konvensiya” təsdiq edildi. “Əlillərin hüquqları haqqında Konvensiya”nın məqsədi “Bütün əlil insanların insan hüquqları və əsas azadlıqlarına tam, bərabər imkanlarla yararlanmalarına təkan vermək, onları müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir”. Hazırda əlilliyi olan şəxslərin hüquqi statusu AR Konstitusiyası və “Əlilliyın və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.
2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, iqtisadi və sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Yüklə 150,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə