Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   16   17   18   19   20   21   22   23   24

Mahrux İsmayılova 

 GİHAB-ın tərcüməçisi 

 

FEMİNİZM VƏ POSTMODERNİZM 

 

Feminizm yarananandan da indiyədək bütün əsas siyasi və sosial nəzəriyyələrlə 



diskussiya aparıb. Tarixi baxımdan liberalizm və marksizmə feminizmin ideya 

partnyorları kimi baxmaq olar. Müasir feminist nəzəriyyə bir çox münasibətlərdə 

postmodernizmlə bağlıdır. Bu, yeni fenomen deyil. Feministlər və postmodernistlər 

arasında diskussiyalar praktik olaraq heç vaxt ara verməyib və onların münasibəti 

mövzüsu feministlərin əsərlərində yenə də əsas yerlərdən birini tutur. 

Həm feminizm, həm də postmodernizm posthegel subyektiv-tənqidi təfəkkürə 

malikdirlər və universal subyekti tənqiddə üst-üstə düşürlər. Amma bir çox məsələlərə 

münasibətdə onların mövqeyi ayrılır və  əslində feministlərin postmodernistlərlə bu cür 

uzun sürən polemikası feminizmin müstəqil nəzəriyyəsinin təsdiqi cəhdidir. 

Ümumiyyətlə, feminizm bir nəzəriyyə olaraq başqa nəzəriyyələrə münasibətdə 

simvolik olaraq, kişi başlanğıca münasibətdə qadın başlanğıc kimi çıxış edir. Buna görə 

də Lakanın sözləriylə desək, simvolik və real olan səviyyəsində «qadın yoxdursa, onda 

feminizm anlayışı da mövcud sosio-mədəni paradiqma çərçivəsində ifadə edilə bilməz. 

Bu, qadın hərəkatı  və feminizmin bütün tarixi boyu onun ideya mənbələrinin və 

hüquqlarının inkarıyla bağlıdır. Cinslərin münasibətlərinə sosial problem statusu verən 

məsələlər təkzib olunur və bu münasibətlər sadəcə  təbii, yəni siyasi olmayan 

münasibətlər kimi nəzərdən keçirilir 

Feminizm və postmodernizmin qarşılıqlı münasibətlərinə  gəlincə, bu 

münasibətləri postmodernistlər adətən postmodernizmin feminist məsələlərə 

«yaxşılışdırılmış liberalizm», «yaxşılaşdırılmış sosializm», «yaxşılaşdırılmış 

postmodernizm» kimi təsirindən danışırlar. Amma feminizm nəzəriyyəsinin kişilərin 

dominant olduğu nəzəriyyələrə əks təsirindən söz açılmır. 

Korneliya Klinqer «Liberalizm-Marksizm-Postmodernizm» də postmodernizm və 

feminizm arasında 3 əsas uyğunluğa diqqət yetirir: 

l) Həm postmodernizm, həm də feminizm postmetafizika ənənələrinə, məhz 

posthegel subyektiv-tənqidi təfəkkürə aiddirlər. Buna görə  də onlar universal subyekti 

tənqiddə üst-üstə düşür. Hər iki yanaşmaya görə, bu subyektin partikulyar əlamətləri, 

vətəndaş, avropalı, ağ irq adamıdır. Bunlar da cins, sinif, irq, mədəniyyət və tarix kimi 

parametrlərlə konkretləşdirilir. Postmodernizm və feminizm baxımından bu, subyektiv 

varlığın və  təbiətin hansısa universal quruluşunda meydana çıxıb və ilkin essensial 

deyil, spesifik sosial münasibətlərin məhsulu və konstruktudur. Postmodernist və 

feminist nəzəriyyələrin antiuniversalizmi və antiessensializmi sıx bağlıdır. 

2) Subyektin essensiallığı  və universallığı sadəcə  həqiqətin nəzəri, epistemoloji 

təhrifi deyil, həm də onların bunda maraqlı olmalarının ifadəsidir. Həm postmodernizm, 

həm də feminizmin hakimiyyət və hakimiyyətsizliyin mexanizmlərinin anlaşılmasında 

rolu olub. 

3) Nəhayət, postmodernizm və feminizm essensial, universal anlayışlara 

əsaslanan nəzəriyyələrdə maarifçilik irsinə əsaslanaraq tənqid edir. 

Feminizm və postmodernizm hakimiyyəti onda günahlandırır ki, maarifçilik 

proyekti qərarlaşmış hakimiyyət münasibətlərinə qarşı yönəlib və  fərdi azad etməyə 

çalışır. Onlar mövqe və müxalifətin sadə yerdəyişməsinə binar və dixotomik strukturlar 

kimi baxırlar. 

Feminizm epistemologiyadan nə  tələb edir? Bu sualla feminist fəlsəfədə  aşkar 

yenilik dərk özünü bəlli edir. Bu sual onu ifadə edir ki, epistemalogiyada feminist 

dəyərlər nəzəri olaraq ciddi fəlsəfi tələbləri qabaqlayır. Yetərincə arqument var ki, qeyri-

elmi normalar sosial-siyasi maraqlara olduğu qədər fəlsəfi maraqlara da nüfuz edir. Biz 




postmodernizmsiz də bilirik ki, fəlsəfə sosial vakuumda ola bilməz və ənənəvi metafizik 

məsələlərdə şübhəli dəyərləri araşdırmaq üçün feminist tədqiqata ehtıyac var. 

 

Mətləb Mahmudov 



fəls.c.n. 

CİHAB-ın İdarə heyətinin üzvü 

 

 

İNZİBATÇILIQDA QENDER MÜNASİBƏTLƏRİNİN FEMİNİST TƏHLİLİ 



 

Qərb ölkələrində, xüsusilə ABŞ-da qadınların sosial-siyasi rollarının inkişafı ilə 

əlaqədar 70-ci illərin  əvvəllərindən S.Fayerstoun, C.Mitçell, T.Q.Etkinson, C.Qrir və 

başqaları tərəfindən geniş tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar, mahiyyət etibarı ilə 

fəlsəfi-ideoloji (azad insan, azad vətəndaş və s.), siyasi (demokratiyanın təntənəsi, aktiv 

seçici və s.) və provakasiya (antikommunizm, antisovetizm və s.) xarakterli idilər. Qeyd 

etmək lazımdır ki, bu tədqiqatların bu cür geniş spektrdə aparılmasına səbəb ABŞ-da 

feminist hərəkatının güclənməsi də böyük təsir göstərmişdir. Fərdi alim və mütəxəssislər 

tərəfindən başlanan bu tədqiqatlar, sonradan peşəkar tədqiqat sahəsinə transformasiya 

olunaraq sabit elmi status zirvəsinə kimi yüksəlir. Böyük sürətlə həm sosial-etik, həm də 

epistemoloji-metafizik problemləri əhatə edən fəlsəfi feminizm inkişaf etməyə başlayır ki, 

bunların da mənbəyində əsasən kişi tədqiqatçılarından ibarət bir qrup dayanırdı. Bunlar 

S.Fayerstounla yanaşı N.Hartson, E.Caqqar, V.Held, H.Hortman, D.Qriminad, S.Oukin, 

K.Killigen, S.Xordinq və b. olmuşlar. Bu dövrlərdə kişilərin feminist tədqiqatlara 

qoşulması, neqativ obraz yaratmış olun radikal feminizmin bu imicinin dəyişməsinə 

səbəb oldu. 

Qadınlar isə cavablarında bunu qadınların öz hüquqları  uğrunda mübarizəyə 

qalxmaq üçün təşkilatlanmaları kimi qiymətləndirirlər. 

Müasir dövrün ən böyük tendensiyası, insanların öz həyatlarına qiymətli bir 

hadisə, bir sərvət kimi yanaşmaları, özü üçün yaşamaq, mənalı ömür sürmək üçün 

təminatlı bir şərait uğrunda mübarizə aparmalarıdır. Sovet dövründə bu halı eqoistləşmə 

kimi dəyərləndirirdilər. Yəni insanlar fərdiləşir, öz problemlərinə qərq olaraq cəmiyyətin 

ümumi problemlərindən özlərini təcrid edirdilər. Lakin müasir dövrdə bir çox 

mütəxəssislərin fikrinə  əsasən, insanların özünü realizəsi üçün fərdiləşməsi çox nadir 

hallarda eqoizmə səbəb olur. Əksər hallarda, bu humanist xarakter alır və ümumbəşəri 

bir dəyərə çevrilir. Cəmiyyətdən özünü dərk edərək təcrid edə bilməyən  şəxs hökmən 

ümumtoplum psixologiyasına çox asanlıqla cəlb olunur və çox asanlıqla müəyyən 

ümumtoplum ideoloji dəyərlərini qəbul edərək psixiki manipulyasiyaya məruz qala 

bilərlər. Bu da hamin adamın çox asanlıqla istənilən provakasiyalara uyaraq 

ekstremizmə yuvarlanmasına səbəb ola bilər. Ancaq, özünü dərk edərək, cəmiyyətdən 

təcrid edən  şəxs öz əməllərinin nəticəsinə  məsuliyyətli olur, adətən ekstremizmə 

qurşanmır. 

Yuxarıda qeyd olunan halları nəzərə alaraq müasir dövrün bir neçə xüsusiyyətini 

təsvir edə bilərik. Bu da qender meyarlarının çox ölçülü olmasını bir daha sübut edir. 

İlkin olaraq, nəzərə çatdırmaq lazımdır ki, müasir dövrün iqtisadi və  mədəni 

spektri çoxlu sayda iş yerlərinin yaradılmasına səbəb olur. Bu iş yerlərinin böyük bir 

qismi qadınların fəaliyyət göstərməsinə yararlı olduğu üçün, mütəxəssislərin dili ilə 

desək, feministləşir. 

Növbəti xüsusiyyət hüquqi normativ və qanunlardan asılı olaraq, hamının imkan, 

qabiliyyət müsabiqəsində  iştirak etmək hüququna malik olmasıdır. Burada qadınlar 

məhdudiyyətsiz olaraq bu proseslərdə  iştirak edərək öz qabiliyyət və bacarıqlarına 

adekvat bir sənətə və ya vəzifəyə sahib ola bilərlər. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə