Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   16   17   18   19   20   21   22   23   24

görürlər. Bu da ona gətirdi ki, bir çox müsəlman ilahiyyatçıları Quran müddəalarının 

hərfi, zahiri yox, batini mənası olmasını iddia etməyə başladılar. Bununla bağlı öz dövrü 

üçün mütərəqqi qanunlar toplusu olan və heç bir şəkildə qadın haqlarını tapdamayan 

Quranla yanaşı, şəriət, müxtəlif cür təfsirlər, sünnə, qiyas, icma da meydana çıxır. Onlar 

isə qadının mövqeyi islamın daha sonrakı hüquqi sənədlərində olduğu kimi feodal 

cəmiyyəti şəraitində tam başqa forma aldı. 

 

Svetlana Adıgözəlova 



 fəls.e.n. 

 

QENDER VƏ MƏDƏNİYYƏT 

 

Feministlərin fikrincə, sentrizm həyatın başqa sahələrində olduğu kimi 



mədəniyyətin əsasını təşkil edən sosial institutlar, normalar və qaydalara da nüfuz edib. 

BMT-nin məlumatlarına görə (onlar feminist təşkilatlar tərəfindən tez-tez gətirilir və 

görünür ki, artıq köhnəlib), qadınlar ümumi dünya əmtəəsinin 2/3-ni yaratdıqları halda, 

ümumdünya gəlirinin  10%-ni alır və dünya mülkiyyətinin yalnız  1%-nə sahibdirlər. 

Kişilərin "güclülüyü" yalnız qadının "zəifliyi" vasitəsilə  təsbit olunur, yəni "sahib-qul" 

münasibətləri. Buna görə də cəmiyyət, özünün bütün sosial institutlarının vasitəsilə kişi 

və qadın üçün fərqli mənəvi normalar, sərvət idealı yaradır. 

Kişi üçün qəbul olunan normalar müstəqillik, fərdilik, fəallıq, qətiyyət və i.a. 

olduğu halda qadınlar üçün fədakarlıq, özünü fəda etmək, emosionallıq, yumşaqlıq, 

qayğıkeşlik, ailəyə bağlılıq, sədaqət hesab olunur. Cəmiyyətdə belə sosiomədəni təsisat 

həyatının bütün sahələrində öz əksini tapır və onlara "hakimiyyət-tabeçilik" 

münasibətlərinin üstünlüyünü diktə edir. Məsələn, tarix kişilərin gözü ilə, kişilər üçün 

yazılır və buna görə də inqilablar, digər sarsıntılar onun əsas özəyini elə təşkil edir ki, 

sanki bəşəriyyət tarixində zorakılıq inkişafın  əsas hərəkətverici qüvvəsidir. Təbabətdə 

də, ümumiyyətlə, elmdə  tədqiqatlar  əməli hərəkətlərdə güc, zorakılıq metodlarına 

üstünlük verib, onları daha faydalı hesab edirlər. Hər yerdə biliyə " təbiət üzərində 

hakimiyyət", güc və  ağlın təbiət üzərində  qələbəsi kimi baxılır. Bəs "patriarxal 

mədəniyyətin" yaranması, inkişafı və bərkiməsi necə 

baş vermişdir? 

Ana-Torpağın məhsuldarlığı, hər bir canlının yaranmasının matriarxal mədəniyyət 

məcrasında yaradılmış  mərasimi prosesi hələ antik dövrdə  şübhə altına alınmağa 

başlanmışdı. Yunan mifologiyası torpaq və  təbiətlə bağlılığı simvolizə edən qadın 

allahların, qanunların hakimiyyətini, rasional təfəkkürü, təbiətə tabe olmaq yox, onu ələ 

almaq, özünə tabe etməyə can atan kimi allahlarla əvəz edilməsinin əyani bir misalı ola 

bilər. Hər yerdə qarşılıqlar, əksliklər ortaya çıxarılır: ruh və bədən, ağıl və materiya, işıq 

və qaranlıq və i.a. Oxşar proseslər Uzaq Şərqdə də təsirini göstərsə də (Çin, Hindistan), 

lakin onlar Qərb rasionalistlərinin etiqad etdikləri ifrata varmadılar. 

Orta  əsrlərdə bu bölünmə artıq Müqəddəs Kitabların nüfuzuna arxalanmağa 

başlayır. Kilsənin "atalarından" biri İsgəndəriyyəli Filon belə deyirdi: "Tərəqqi-qadına 

aidlikdən kişiyə aidliyə doğru hərəkətdir, zira qadın cinsi, felən material, passiv, tünd və 

şəhvani olduğu halda, kişi-fəal, rasionaldır və daha çox mənəvilik və fikirlə yaxındır. 

Kişi-qadına nisbətən daha dominantdır, səbəbin fəaliyyəti daha yaxındır: qadın-

natamam, tabe, passivdir. Rassional ağıllı, mənəviyyatlı kişiyə, irrasional-qadına aiddir. 

"Makedon yığıncağında" (585-ci il) "qadını insan hesab etmək olarmı" sualına cəmi bir 

səs çoxluğu ilə müsbət cavab alınmışdı. Orta əsrdə Avropada geniş yayılmış  "İfritlərin 

çəkici" kitabının müəllifləri Y.Şprenqer və Q.İnstitoris (1487-ci il) qadının kişiyə tabe 

vəziyyətini (fe-fides-inam, minus-az) terminin özü ilə izah edirdilər: yəni qadın kişiyə 

nisbətən Allaha daha az inama və deməli həm də tabeçiliyə məhkumdur. 




İnsanların bərabərliyi uğrunda mübarizəsi ilə səciyyələnən Yeni Dövrdə cinslərin 

qeyri-bərabərliyi fəlsəfı bir prinsip kimi formalaşır. Məhz bu dövrdə  təbii, cismani və 

deməli femin olan şeyin əzilməsi mədəniyyət ilə təfəkkürün sistem yaradan bir prinsipinə 

çevrilir. Təbiət haqqında düşüncələrin yerinə ona fəal təsir etmə vaxtı  gəlir. Bu 

baxımdan F.Bekonun Aristotel təbiəti «toxunulmaz və zorlanma» hesab etməsiylə bağlı 

iradı heç də təsadüfi deyil. Əksinə, Yeni Dövr mütəfəkkiri üçün dərk edən özünün təbiət 

üzərində hakimiyyət və üstünlüyünü təsbit edən kişidir. Həmişə insan tərəfindən canlı 

məxluq kimi dərk edilən təbiət ilk dəfə olaraq «ölür»: onun quruluşundan baş açmalı 

olan insanın  əlində cansız mexaniki oyuncağa çevrilir. Digər bir mütəfəkkirin-Dekartın 

fikrincə, dərk etmə Loqosun (rasional «kişi»  şüurunun) Sofiyadan (intuitiv «qadın» 

şüurundan), kişinin və onun şüurunun Təbiətdən ayrılmasıdır. Faktlar göstərir ki, XVI-

XVII  əsrlərdə - «şüurun təntənəsi» dövründə  əslində türkəçarə, «təbii» təbiblər olan 

qadınlara qarşı  «əcinnə ovu» görünməmiş vüsət alır. Məhz bu vaxt qadın seksuallığı 

sərti kişi nəzarəti altına alınır və onun bütün təzahürlərinin qarşısı alınır, zira onlar 

«patriarxal» cəmiyyət tərəfindən eyib sayılır. 

Maarifçilik dövrü də cinslərin qarşılıqlı  təsiri probleminə öz töhfəsini verdi. 

Bununla əlaqədar olaraq, J.J.Russonun fikirləri daha çox diqqəti cəlb edir. Baxmayaraq 

ki, təbiət əsl sərvətdir, lakin onunla eyniləşdirilən qadın ən alçaq əxlaqi məxluqdur, zira 

onun ehtirasları  vətəndaş  cəmiyyəti quruculuğunun  şüurlu, ağlabatan prinsiplərinə 

təhlükə törədir. Buna görə də qadını vətəndaş cəmiyyətindən kənarlaşdırmaq, təmamilə 

xüsusi və ailəvi sahələrə yerləşdirmək lazımdır. Bu isə kişilər üçün səciyyəvi olan ictimai 

əxlaq, etika, vətəndaş fəallığından azaddır. Dahi alman filosofları Kant və Hegel bu xətti 

davam etdirdilər. Hegel deyirdi ki, «qadın kişidən, bitki heyvan fərqləndiyi kimi fərqlənir». 

Qeyd etmək yerinə düşərdi ki, o dövrün cəmiyyəti hesab edirdi ki, bu doğru fikirdir. 

Yaranan sosialist və marksist ideyalar maskulin və femin olanların yenidən 

birləşdirilməsi, kişi və qadınların bərabərliyi məsələsini qaldırdı. Lakin Marksın 

əsərlərində qadının diskriminasiyasına ümumiyyətlə antoqonist cəmiyyətdə insanın 

diskriminasiyası kimi baxılırdı. Engels yazırdı: «xüsusi mülkiyyətin təşəkkülü və 

cəmiyyətin sinfi quruluşunun inkişafı qadın cinsinin ümumdünya tarixi məğlubiyyətinə 

gətirdi». Bununla o, ədaləti sinfi mübarizənin barrikadalarında bərpa etməyə çağırırdı. 

Lakin, müasir tədqiqatların göstərdiyi kimi, ancaq «sinfi» bərabəsiziiyin aradan 

qaldırılması kifayət deyil, maskulin ideologiya və patriarxal mədəniyyətə qalib gəlmək, 

onları aradan qaldırmaq lazımdır. 

Ən Yeni Dövrdə vaxtı ötməkdə olan mexaniki rasionalizmin, onun sərt determinist 

çərçivələrinə qarşı etiraz edən yeni tip irrasionalizmə qarşı mübarizəsi qender 

tədqiqatlarının əsasını təşkil etdi. 

Qadın hərəkatının, - «femin etirazı»nın üç mərhələsi aşağıdakıları əhatə edir: 

1.70-ci illərdə feminizm problemlərinin, xüsusilə sosiologiya və humanitar 

elmlərdə əsl partlayış və canlanması. 

2.Bu partlayışın nəticəsində  Qərb universitetləri və kolleclərinin tədris 

proqramlarını qadın tədqiqatları üzrə  tədris kursları daxil edildi. «Qadın amili» 

cəmiyyətin sosial və siyasi həyatında getdikcə daha çox əhəmiyyət kəsb etməyə 

başladı. 

3.Nəhayət, «femin» problematikalı əsl elmi istiqamət və tədqiqatların yaranması 

sırf qadın tədqiqatlarından, ümumiyyətlə, qender tədqiqatlarına keçid yaratdı: insan 

cəmiyyətinin, mədəniyyətinin və qarşılıqlı münasibətlərinin bütün aspektləri qenderlə 

bağlıdır, buna görə  də bu istiqamətin çərçivəsində ancaq qadın problemləri ilə 

məhdudlaşmaq olmaz. Qender diffirensiasiyası  və assimetriyası bütün cəmiyyət və 

mədəniyyətlərdə mövcuddur, baxmayaraq ki, konkret maskulin və femin təsəvvürləri 

bütün mədəniyyətlərdə eyni deyil. 

 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə