Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   16   17   18   19   20   21   22   23   24

qanundur? Həyatın keyfiyyət və səviyyə baxımından aşağı düşdüyü bir vaxtda uşaqların 

tərbiyəsi və onların saxlanılması bir çox valideynlər üçün çox çətindir. Baskakovanın 

tədqiqatlarına görə qeyd etmək olar ki, bir çox Rusiya ailələrinin maddi vəziyyəti (kiçik 

uşaqları olan ailələr nəzərdə tutulur) çox pisdir. Belə ki, hər iki valideyn işləyən ailələdə 

gəlir ailənin üzvlərinin fiziki yaşamasını təmin edir. Belə ailələr bizdə minlərlədir. Çünki 

ölkədə ictimai-iqtisadi böhran yəqin ki, uzun çəkəcək. Bu isə insanların durumunun 

daha da pisləşməsi deməkdir. Belə  vəziyyətdə hansı ailədən, uşaq tərbiyəsindən 

danışmaq olar? Çünki ailənin formalaşmasında bir neçə amillər var ki, bunlardan ən 

önəmlisi valideyn olmaq amildir. Bu amil ailə  həyatına qədəm qoyan gənclərin ata-

analıq heysiyyat və  məsuliyyətini təmin edərək, hər bir gəncin belə bir həqiqəti dərk 

etməsinə şərait yaradır ki, ata və ana olmaq nə qədər asandırsa, atalı və analıq etmək 

bir o qədər çətindir. Ailə-nikah hüququnun «Valideynlik hüquqlarının həyata keçirilməsi» 

adlı maddəsində  əbəs yerə qeyd edilməmişdir ki, valideynlərin hüquqları  uşaqların 

mənafeyi ziddinə  həyata keçirib bilməz. Valideyn olmaq amili hər bir gəncdən yalnız 

məhəbbət deyil, uşaqların qayğısına qalmağı, onlan düzgün tərbiyə etməyi, məsuliyyət 

daşımağı, tibbi, gigiyenik qaydaları bilməyi, vəzifə borcunu yerinə yetirməyi tələb edir. 

Ona görə ki, ata və ana övladını yalnız özü üçün, öz səadəti naminə  tərbiyə etmir, o 

eyni zamanda cəmiyyətdə yaşayıb yaradacaq bir insanı yetişdirir.  Şərqin böyük ədəbi 

abidəsi «Min bir gecə»də deyilir ki, pis övlad məhbəsdir. Qız övladın acı dilliliyi yuyulası 

mümkün olmayan rüsvayçılıqdır. Deməli, ailə quran hər bir gənc gələcəkdə necə övlad 

tərbiyə edəcəyi barədə əvvəlcədən düşünməlidir.  

2-ci amil əmək amilidir. Əmək amili hər bir gəncin əmək həyatına hazırlığını tələb 

edir. Əmək həyatına hazır olmadan ailə qurmaq böyük qəbahətdir. Ata və ananın əmək 

haqqına və gəlirinə arxayın olub, ailə qurmaq yaramaz. «Sənətsiz insan qanıdsız quşa 

bənzəyir». Nizami isə gözəl deyirdi: «Elə ki, böyüdün, belədir qayda, atanın adından 

sənə nə fayda». 

Deməli, ailənin gələcək xoşbəxtliyi əmək hazırlığı ilə bağlıdır. 

Bəzi ailələrdə uşaqların əmək həyatına hazırlanması da pis təşkil olunur. Bu isə 

gələcək vətəndaşı sadəcə  tənbəl, xudpəsənd və bacarıqsız böyütmək deməkdir. 

Uşaqları əməkdən qorumaq, onlara qayğısız həyat yaratmaq ən bağışlanılmaz səhvdir. 

Əksinə, valideynin tərbiyəvi təsiri ilə uşaq dərk etməlidir ki, bizim cəmiyyətimizdə əmək 

heç vaxt insana əskiklik gətirməmiş, həmişə onun başını uca etmişdir. 

Cinayət xarakterli əməllər çox vaxt əməyi sevməyən, onunla yaxından ülfət 

bağlamayan  şəxslər tərəfindən törədilir. Həddi-büluğa çatmamışların xırda hüquq və 

qanun pozuntuların qarşısı  məqamında alınmalıdır,  əks təqdirdə onlar daha böyük 

cinayətlərə qoşula bilərlər. 

Ailənin yaranmasına təsir edən amillərdən biri də iqtisadi amildir. Bu amil yeni 

həyata qədəm qoyan iki gəncin ailə büdcəsini planlaşdırmağı, evdarlıq məsələlərindən 

baş çıxarmağı, ailənin mənzillə təmin olunmasını tələb edir. Ailə qurmağa qədəm qoyan 

hər bir gənc qız bilməlidir ki, onun həkim, müəllim, toxucu, sağıcı və ya alim olması heç 

də onun evdə qadın və ana olmasını əlindən almır. Əksinə, o bilməlidir ki, sevgilisinin, 

uşaqlarının xoşbəxtliyi, firavan həyatı onun əlindədir. Qadın həyalı davranır, özünü 

ləyaqətlə aparırsa, kişini tərbiyə edir, onu intizama çağırır. 

4-cü amil hüquq amilidir. Bu amil hər bir gəncin ailə hüququ və nikah 

qanunlarının əsasları ilə tanış olmasını tələb edir. Elə isə bəziləri ilə tanış olaq: 

Qadınların ailə-nikah hüquqları Azərbaycan Respublikası Konstitusiyasında 

nəzərdə tutulmuş müddəalara əsaslanan, nikah məsələlərini tənzimləyən Ailə və Nikah 

haqqında qanunlar məcəlləsində  şərh edilmişdir. Ailə  cəmiyyətin  əsas hücrəsi kimi 

dövlət tərəfindən qorunur və mühafizə edilir. Beynəlxalq hüquq normalarına müvafiq 

olaraq Azərbaycan Qanunvericiliyində ailədə bərabərlik: 

- nikaha daxilolma; 



- həyat yoldaşını seçmə  və nikaha yalnız özünün şəxsi və tam razılığı ilə 

daxilolma; 

- uşaqlarla  əlaqəli məsələlərdə ailə  vəziyyətindən asılı olmayaraq bir valideyn 

kimi qadının və kişinin eyni hüquq və  vəzifələrə malik olması (bütün hallarda üstünlük 

uşaqlara verilir); 

- ailənin planlaşdırılmasında, (uşaqların sayı, onların doğum tarixləri arasındakı 

fasilə) bunun üçün zəruri məlumatdan, təhsildən və  dıgər vasitələrdən istifadə etmək 

imkanlarına malik olma; 

- uşaqlara qəyyumluq, hamilik etmə, vəkillik etmə, övladlığa götürmə  və ya 

qanunçuluqda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmə; 

- o cümlədən,  ər və arvad tərəfindən soyadın,  şəxsi peşə  və  məşğuliyyətin 

seçimində; 

-həyat yoldaşının əmlaka sahiblik, ondan istifadə edilməsi və onun idarə edilməsi 

məsələlərində tam bərabər hüquqlara malik olma anlayışları ilə təmin edilməlidir. Lakin 

ənənəvi olaraq soyadı, yaşayış yerinin seçilməsi və s. patrimonial əsaslarla həll edilir. 

Azərbaycan Respublikası Konstitusiyasına görə, nikah könüllü razılıq  əsasında 

bağlanır, ailə isə cəmiyyətin əsas özəyi hesab edilərək dövlət tərəfindən himayə edilir. 

(Maddə 34,17) Nikah və ailə ilə əlaqədar qadın və kişilərin hüquqları eyni qaydada və 

eyni səviyyədə qorunur. Kişilər nikaha ən tez 18 yaşında, qadınlar isə 17 yaşında daxil 

ola bilərlər. Müstəsna hallarda tərəflərin qarşılıqlı xahişi ilə müvafiq icazə olarsa, bü 

müddət hər bir tərəf üçün 1 ilə qədər azaldıla bilər. 

5-ci amil intim amildir ki, bu amil hər bir gəncin bioloji ehtiyacını  təmin etsə  də 

burada da həya və  məsuliyyət hissi gözlənməlidir. Çünki ailə yalnız kişi-qadın 

münasibəti olmayıb, ana-uşaq, ata-ana, ata-uşaq münasibətlərinin qovşağıdır. 

Bütün bu münasibətlərə son olaraq deyə bilərik ki, ailənin bütün vacib məsələləri 

ər-arvadın birgə razılığı ilə həll edilir. Lakin gündəlik işlərlə əlaqədar məsələləri qadınlar 

müstəqil olaraq (80%) həll edirlər. İşləməyən qadınların payına ev işlərinin təqribən 80 

faizi, ata və  uşaqların payına isə 20 faizi düşür.  İşləyən qadınlar isə ev işlərinin 

icrasında 10-15 faiz iştirak edirlər. 

Müasir ailəni keçmiş ailədən fərqləndirən cəhətlərdən biri də hər iki cinsdən olan 

uşaqlara eyni münasibətin olmamasıdır. Bir çoxları belə hesab edirlər ki, qız oğlana 

nisbətən valideynlərinə daha çox yaxındır. Etnoqrafiq müşahidələr də bunu sübut edir 

ki, oğlanların bir hissəsi öz təhsilini başa vurduqdan və ya əsgərlik vaxtı bitdikdən sonra 

çox zaman şəhərdə qalırlar. Bu hal bəzi qızlara da şamil edilə bilər (H.A.Quliyev. 

«Azərbaycanda ailə məişətinin bəzi məsələləri» B, 1986, səh 58). 

Qeyd etmək lazımdır ki, ailədə  uşaqların tərbiyəsinə ata-ananın təhsil dərəcəsi 

böyük təsir göstərir. Təhsilləri yüksək olan valideynlər uşaqların tərbiyəsi ilə ikilikdə 

məşğul olur. Əksinə aşağı təhsilli 

valideynlərin ailələrdə  uşağın tərbiyəsində onlardan birinin (adətən ananın) rolu 

yüksəkdir. 

Keçmişə nisbətən, müasir şəraitdə ailədə uşaqlara, xüsusilə həddi-büluğa çatmış 

gənclərə münasibət təmamilə  dəyişmişdir. Ailə üzvləri bilavasitə ictimai təsərrüfatda 

çalışır və oradan da lazımi maaş alırlar. Belə bir şəraitdə  gənclər iqtisadi və maddi 

cəhətdən valideynlərindən asılı olmadıqları üçün, onlar öz hərəkətlərində (xüsusilə 

sevgi, məhəbbət, təhsil almaq və s.) azaddırlar. Buna baxmayaraq, bir çox məsələlərdə 

də (evlənmək,  şəhərə köçmək, boşanmaq və s.) valideynlərin fikri vacib sayılır. 

Ümumiyyətlə, uşaqlarla valideynlər arasında qarşılıqlı anlaşma və razılıq hökm sürür. 

Onların arasında münaqişə və anlaşılmazlıqlara çox az hallarda təsadüf edilir. 

 

 

 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə