Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

çatan və zəruri əmək stajına malik olan şəxslərə ömürlük təyin edilən və aylıq olaraq pul 

formasında verilməli olan ödəniş kimi anlayış vermək olar. 

«Vətəndaşların pensiya təminatı haqqında» 23 sentyabr 1992-ci il tarixli qanunda 

təsbit olunmuş yaşa görə pensiyaların təyin olunması  şərtlərini  əsas gotürərək onun 

növlərinin aşağıdakı kimi təsnifatını aparmaq olar: 1) ümumi əsaslarla yaşa görə 

pensiyalar; 2) güzəştli əsaslarla yaşa görə pensiyalar. 

Ümumi  əsaslarla yaşa görə pensiya aşağıdakı  şəxslərə  təyin olunur: 62 yaşına 

çatan, ümumi əmək stajı 25 il olan kişilərə və 57 yaşına çatan, ümumi əmək stajı 20 il 

olan qadınlara (pensiya yaşı 2000-ci il avqust ayının  1-dən etibarən kişilər üçün 62, 

qadınlar üçün 57 yaş müəyyən edilmişdir). 

Respublikamızın pensiya qanunvericiliyi ilə yaşa görə pensiyaya çıxmaq üçün 

müəyyən olunmuş pensiya yaşı aşağıdırmı? Axı digər ölkələrdə pensiya yaşı yuxarıdır: 

Almaniyada, ABŞ-da,  İsveçrədə, Böyük Britaniyada, Fransada və digər ölkələrdə 

pensiya yaşı 65 yaş müəyyən edilmişdir (vaxtından  əvvəl pensiyaya çıxmaq imkanını 

nəzərə alsaq 62 yaş). Qərbi Avropada yalnız İtaliyada pensiya yaşı müvafiq olaraq 60 

və 55 yaş müəyyən olunub. Lakin bu ölkədə onun artırılacağı güman edilir. 

Respublikamızda yaşa görə pensiya almaq üçün müəyyən edilən yaş həddini artırmaq 

üçün əsas vardırmı? Belə bir sualın qoyulması heç də təsadüfi deyil. Belə ki, pensiyaya 

çıxmaq üçün müəyyən olunmuş yaşı artırmaqla pensiya sistemində olan «iqtisadi 

ağırlığı» aradan qaldırmaq olmaz. Bundan əlavə pensiya yaşının artırılmasını  həm də 

son illərdə pensiya ağırlığının artması, doğumun 

azalması, pensiya yaşınadək olan vətəndaşların (gənclərin) sayının azalması 

(çünki pensiyanın verilməsi üçün vəsaitlər onların ödədikləri sığorta haqları hesabına 

həyata keçirilir), o cümlədən əmək qabiliyyətli əhali arasında işləyənlərin sayının aşağı 

düşməsi ilə əlaqələndirirlər. 

Lakin bunu pensiya yaşlı  əhalinin çox yaşaması ilə bağlamaq lazım deyil. 

Beleliklə, pensiya ağırlığını pensiya yaşının artırılması hesabına zəiflədilməsi ilə 

problemi həll etmək olmaz. Bu yaranmış  vəziyyətdən çıxış yolu deyil. Belə bir sosial 

cəhətdən gərgin vəziyyətdə yaş  həddinin artırılması yalnız müvəqqəti olaraq pensiya 

ağırlığını yüngülləşdirəbilər. Çıxış yolu isə pensiya ağırlığının artmasını obyektiv olaraq 

doğuran yuxarıda göstərdiyimiz sosial iqtisadi səbəblərin tezliklə aradan qaldırılmasıdır. 

Pensiya yaşının artırılmasını nəzərdə tutan imperativ norma elə bir şərait yarada bilər ki, 

vətəndaşların çoxu ölkədə orta yaş həddinin azalması ilə əlaqədar olaraq pensiya 

hüququnu realizə edə bilməz. Pensiya yaşının artırılması ideyasının isə  həyata 

keçirilməsi, fıkrimizcə, uzaq gələcəyə aiddir. Onun həyata keçirilməsi iki-üç nəslin həyat 

səviyyəsinin yaxşılaşdırılması şəraitində və həm də digər ölkələrin praktikasında olduğu 

kimi hər gələn il üçün 

bir neçə ay qaldırmaqla aparılmalıdır. 

Respublikamızın pensiya qanunvericilinə görə qadınlar üçün ümumi pensiya yaşı 

kişilər üçün müəyyən edilmiş yaşdan beş il aşağıdır. Ümumi pensiya yaşının cinslərə 

görə fərqli müəyyən edilməsi keçmiş SSRİ dövlətinin xapakterik xüsusiyyəti ilə bağlı idi. 

Sanki bu bir adət halını almış  və indiyədək respublikamızda yaşa görə pensiya 

təminatının tətbiqində  də  həmin qaydaya riayət olunur. Qeyd edək ki, pensiya yaşının 

cinslərə görə differensiyasıyası demək olar ki, inkişaf etmiş ölkələrin heç birində tətbiq 

olunmur. Yəni xarici ölkələrdə pensiya yaşı kişilər və qadınlar üçün eynidir. Başqa sözlə, 

qadınlar yaşa görə pensiyaya çıxmaq üçün yaş senzi ilə bağlı heç bir üstünlüyə malik 

deyillər.  Əgər məcburi pensiya sığortasından sığorta olunanların hüquq bərabərliyi 

prisipindən çıxış etsək onda yaşda fərq olmamalıdır: Hamı  bərabər  əsaslarla özünə 

pensiya «qazanır». Həm də qadınlar kişilərə nisbətən çox yaşayırlar və onların 

pensiyada olma müddəti də daha uzundur. Lakin qadınlar üçün aşağı pensiya yaşının 

tətbiqinin və onun belə də saxlanmasının məqsədəuyğunluğunu izah etmək üçün çoxlu 

ümumbəşəri  əsaslar da göstərilir (ilk növbədə qadının analıq funksiyasını yerinə 




yetirməsi, uşaqların tərbiyə olunmasında və ev təsərrüfatının aparılmasında onların 

üzərinə böyük ağırlığın düşməsi və s.). Fikrimizcə, bu günkü gərgin sosial-iqtisadi 

şəraitdə qadınlar və kişilər üçün pensiya yaşının bərabərləşdirilməsi çətin geniş  əhali 

təbəqəsi tərəfindən dəstəklənir. Lakin bu proses tədricən həyata keçirilməlidir. 

Yaşa görə pensiyalar pensiya yaşına çatan və eyni zamanda müəyyən ümumi 

əmək stajı olan vətədaşlara təyin olunur. Pensiya qanunu əvvəlki  ənənəni özündə 

saxlamışdır: qadınlär üçün nəinki pensiya yaşında, eyni zamanda yaşa görə pensiyanın 

verilməsi üçün zəruri olan ərnək stajında da beş il aşağı hədd müəyyən edilmişdir. 

Respublikamızda yaş strukturu əhalinin nisbətən qocalmasını sübut edir. Belə ki, 

«demoqrafik yükü», yəni əmək qabiliyyətli əhalinin öhdəsində olanlara nisbətini dəyişən 

qocalma prosesinin iqtisadi nəticələri  əmək ehtiyatlarının formalaşması  və istifadəsinə 

mənfi təsiri,  əhalinin  əmək qabiliyyəti olmayan hissəsinin saxlanması üçün lazım olan 

xərclərin real məbləğinin artması ilə bağlıdır. Ümumilikdə, qocalma prosesi tək 

Azərbaycanda yox, bütün ölkələrdə gedir. BMT-nin təhlilərində göstərilir ki, 150 ildən 

sonra hər iki nəfərdən biri qoca olacaqdır. Əhalinin qocalması əlavə dövlət vəsaitlərinin 

xərclənməsi, sosial infrastrukturda mühüm dəyişikliklərin olması ilə yanaşı  əmək 

ehtiyatlarının hərəkətini aşağı salır, işçilərin peşə yönümünü dəyişdirməyə mane olur; 

əmək qabiliyyətli yaşda olan əhalinin (xüsusən qaçqın və məcburi köçkünlər arasında) 

öhdəsində uşaqların və qocaların olması ailə daxilində xərclərin səviyyəsinə xeyli təsir 

göstərir. Hər bir ailə üzvünə  və beləliklə  də  əhalinin orta hesabla hər nəfərinə düşən 

xərcləri aşağı salır; demoqrafik yükün artması eyni zamanda dövlətin demoqrafik 

investisiyasının, yəni məşğul olanların (əsasən əmək qabiliyyətli şəxslər) öhdədə olanlar 

arasında  əlverişsiz nisbət olduğundan gənc və qoca nəslin saxlanmasına çəkilən 

xərclərin artmasına səbəb olur. Əhalinin yaş strukturunun inkişafına, ahıl yaşında. olan 

şəxslərin sayının azalmasına sosial-iqtisadi amillərlə yanaşı, həm ayrı-ayrı tarixi 

vəziyyətlər (müharibə, siyasi və iqtisadi transformasiyalar), həm də demoqrafik inkişafda 

ümumbəşəri meyllər (doğumun,  əhalinin artım tempinin aşağı düşməsi, miqrasiya 

proseslərinin artması) mühüm təsir göstərimişdir, bu meyllər Azərbaycan 

Respublikasında da baş vermişdir. Azərbaycan Respublikasında  əhalinin demoqrafik 

qocalması  məsələsinin geniş  tədqiqinə bu sahədə mütəxəssis olan tarixçi alim 

L.Həsənovanın elmi-tədqiqat əsərlərində də rast gəlinir. 

Demoqrafik prosesin belə ağır olması ilə yanaşı hələ də respublikamızın qüvvədə 

olan pensiya qanunvericiliyində kişi və qadının pensiya yaşı arasında beş illik fərqin 

olması da öz əksini tapır.  

Bu da pensiya ödənilməsi zamanı maliyyə  xərclərinin artmasına səbəb olmaqla 

yanaşı. kişi və qadının hüquq bərabərliyi haqqında konstitusion prinsipin pozulmasına 

gətirib çıxarır, (qeyd etmək lazımdır ki, artıq İsraildə qadınlar da kişilərlə bərabər hərbi 

xidmətə çağırılırlar). Belə bir problemlə Böyük Britaniya da 70-80-ci illərdə rastlaşmışdır. 

Kişilər üçün pensiya yaşının aşağı salınmasının baha başa gəlməsi və 60-dan 70 

yaşadək olan müddət çevik pensiya yaşı olduğunu nəzərə alınaraq 1993-cü ildə Böyük 

Britaniyada hökumət kişilər və qadınlar üçün vahid yaş  həddinin - 65 yaşın müəyyən 

edilməsini elan etdi. Yəni qadınların pensiya yaşı qaldırılmışdır. Məhz belə  qərarın 

əsaslandırılmasının  əsas arqumenti kimi demoqrafik vəziyyət və  əhalinin ümumi 

sayında qocaların sayının artması tendensiyası çıxış etmişdir. Eyni zamanda radikal və 

ədalətli pensiya islahatı keçirilmiş  İsveçrədə kişi və qadının pensiya yaşı 65 yaş 

müəyyən edilmişdir. Ona görə  gələcəkdə kişi və qadınların pensiya yaşının 

eyniləşdirilməsi Respublika Konstitusiyasında nəzərdə tutulmuş kişi və qadının 

bərabərhüquqluğu prinsipi baxımından həll edilməsi həyata keçiriləcək pensiya 

islahatının vacib vəzifələrindən biri olmalıdır. 

 

 



Lalə Mövsümova 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə