Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

siniflərindən və irqlərindən kənara çıxa bilməmişlər. Yalnız bir ümid var ki, yeni feminist 

hərəkatı-inqilabi feminizm siyasətinin məhsulu olacaqdır". 

1970-ci ildə Nyu-York şəhərində radikal istiqamət iştirakçılarının "Qadınların 

birliyi hər şeyə qadirdir" adlı antologiyası işıq üzü gördü. Toplunun 50 nəfər müəllifinin 

hamısı (yazıçılar, jurnalistlər, müəllimlər, həkimlər, hüquqşünaslar, rəssamlar və s.) - 

müxtəlif millətlərin və siniflərin nümayəndələri-radikal feminizm ideyalarının tərəfdarları 

idilər. Onların əksəriyyəti tələbələrin kütləvi etiraz çıxışlarının iştirakçısı olmuş və solçu 

hərəkatın sıralarında idilər. Bir hissəsi isə  ənənəvi qadın təşkilatlarının işində aktivlik 

göstərirdilər. "Radikal qadınlar" cəmiyyət tərəfindən qadın ləyaqəti və  mənliyinin 

alçaldılmasına qarşı  kəskin çıxış edirdilər.  Ənənəvi qadın təşkilatlarının irəli sürdüyü 

məsələlərdən fərqli olaraq, neofeminist qadınlar qadın  şəxsiyyətinə hörmət edilməsini 

qəti  şəkildə  tələb edirdilər. Hətta QMT-nin bəzi iştirakçıları belə hesab edirdilər ki, 

qadınların bu vəziyyətinin kökünü dövlətin siyasi sistemində axtarmaq lazımdır və 

onların fikrincə belə sistemi yaradan kişilərdir. Nəticədə, kişilərə qarşı mübarizə 

aparmaq lazımdır. Seksizm feminizmin ideologiyası elan edildi. 

Əlbəttə, feminizmin ideoloqları bu nəticəyə birdən-birə  gəlməmişdilər.  Əvvəllər 

QMT sol qüvvələrin gənclər hərəkatının bir qanadı kimi fəaliyyət göstərdi. Onun üzərinə 

düşən vəzifə qadınları siyasi cəhətdən hazırlanması və təşkilatların işinə cəlb edilməsi 

idi. Lakin hərəkatın başında duran kişilərin qadınların tələblərinə biganə qalmaları QMT-

nin bu hərəkatdan ayrılaraq, yalnız qadınlardan ibarət müstəqil hərəkat yaratmalarına 

səbəb oldu. 

Qeyd etdiyimiz kimi, Qadınların Azadlığı Uğrunda Hərəkat əsrimizin 60-cı illərinin 

ortalarında ABŞ-da yaranmış  və ilk vaxtlar ölkənin bir neçə iri şəhərlərində  fəaliyyət 

göstərdiyi halda, artıq 70-ci illərdə bu hərəkat dalğası ABŞ-ın bütün şəhərlərini 

bürümüşdür. Hərəkatın nümayəndələri ölkənin Siyasi Elmlər Asossiasiyası, Müasir 

Dillər Asossiasiyası, Antropoloqlar Asossiasiyası  və Tarix Elmləri Asossiasiyası kimi 

mötəbər təşkilatlarda təmsil olunurdular. Bundan əlavə tibb bacıları və silahlı qüvvələrdə 

xidmət göstərən qadınlar qruplar şəklində  hərəkata qoşulurdular. Eyni zamanda yaşlı 

qadınların da hərəkat qrupu yarandı. Feminist qadınlar tərəfindən ciddi tənqidə  məruz 

qalmış roma-katolik kilsəsi də QAUH-un təsir qüvvəsini öz üzərində hiss etməyə 

başladı. Katolik kilsələrdə xidmət göstərən rahibə qadınlar bütünlükdə kişilərdən ibarət 

olan klerikal ierarxiyadan özləri üçün daha çox müstəqillik tələb etməyə başladılar. 

Qadın  əməyinin qiymətləndirilməsindəki haqsızlığa və abortun qadağanı ilə bağlı 

qanuna etiraz əlaməti olaraq çox sayda nümayişlər və marşlar keçirilirdi. Feminist 

qadınlar (hərəkatın  əvvəlində  iştirakçılar təmamilə  ağ irqə  mənsub qadınlardan ibarət 

idi) ABŞ-ın qara dərili qadınlarına da müəyyən təsir göstərirdilər.  Əvvəllər bu qadınlar 

vətəndaşlıq hüquqları  uğrunda öz irqlərinə  mənsub kişilərlə  bərabər mübariza 

apardıqları halda, sonralar ayrılaraq qaradərili qadınların azad olunması  uğrunda 

müstəqil hərəkat yaratdılar. Amerikalı neofeminist qadınların hərəkatı digər ölkələrdə də 

geniş vüsət aldı. Tezliklə Qadınların Milli Təşkilatının ardıcılları Kanadada, Fransada, 

Avstraliyada,  İsveçdə, Yaponiyada, Almaniyada, Hollandiyada, Finlandiyada və Böyük 

Britaniyada meydana çıxdı. Belə ki, Böyük Britaniyada bu hərəkatin güc yığmasına 

səbəb yorulmaq bilməyən, mübariz xanım M.Uolstonkraftın əsərlərinin çap olunması idi. 

QMT-də iki xətt özünü aydın büruzə verirdi: liberal və sosialist feminizm. 

Liberal feminizm 1975-ci ildə Beynəlxalq Qadın ili münasibəti ilə yaradılmış 

Bərabər İmkanlar Uğrunda Komissiyanın fəaliyyətində həyata keçirilirdi. Komissiya XIX 

əsrin feminist qadınlarının təhsil almaq, məşğulluq, vərəsəlik hüququ və öz uşaqlarına 

hüququ olmaq uğrunda mübarizəsini davam etdirirdi. 

Sosialist feminizm utopik sosializmin ənənələrinə söykənərək qadınların sosial 

azadlığının yolunu yalnız sinfi mübarizənin marksist nəzəriyyəsində görürdülər. 

Əgər liberal feministlər qadınların hüquqlarının genişləndirilməsi uğrunda çıxış 

edir və parlament lobbilərində təzyiq qüvvələri yaradırdılarsa, sosialist feminist qadınlar 




sol siyasi partiyalarda iş aparır, qadın kooperativ qildiyasının, müharibə  əleyhinə 

yaradılmış təşkilat və birləşmələrin işində yaxından iştirak edirdilər. 

Qadınların Azadlığı  Uğrunda Hərəkatın Böyük Britaniyadakı  əsas vəzifələri 

Londonda (70-ci illərdə) keçirilmiş Milli Konfrans iştirakçıları tərəfindən qəbul olunmuş 7 

tələbdə açıq-aydın görünürdü. 

- əməyə görə bərabər ödənişlər; 

- bərabər təhsil və imkanlar haqqı; 

- sutka ərzində ödənişsiz körpələr evi; 

-abort etmək haqqı və hamiləliyin qarşısını almaq üçün ödənişsiz vasitələr

-ailə  vəziyyətindən asılı olmayaraq bütün qadınların təcavüzə  məruz qalma 

qorxusundan azad olmaları; 

-kişilərin üstünlüyünü və qadınlara qarşı güc tətbiq olunmasını müdafiə edən 

bütün institutların ləğv edilməsi və s. 

Feminist qadınlar, "qadınların qarşılıqlı kömək federasiyalarını" yaratmağa 

başladılar. 80-ci illərin  əvvələrində  İngiltərə,  Şotlandiya, Uels və  Şimali  İrlandiyanın 

müxtəlif guşələrində kişilərin təcavüzündən qorunan qadınlar üçün 100-dən artıq 

sığınacaqlar yaradılmışdı. Burada onların özləri və övladları üçün kişilərdən iqtisadi 

cəhətdən asılı olmamaq uğrunda mübarizə yolları öyrədilirdi. Bundan əlavə bütün ölkə 

üzrə "kritik vəziyyətlər mərkəzləri" fəaliyyət göstərirdi ki, orada zorlanmaya məruz 

qalmış qadınlar hüquqi məsləhətlər alır və onların bu işlə  əlaqədar məhkəmə 

orqanlarına müraciət etmələrinə köməklik göstərilirdi. 

Feminist qadınlar etiraz yürüşləri təşkil edir, qadınların özlərini küçələrdə 

təhlükəsiz hiss etmələri uğrundakı mübarizəsinə ictimaiyyətin diqqətini cəlb etməyə 

çalışırdılar. Zor işləməyə qarşı keçirilən etiraz həftələri zamanı feminist qadınlar müvafiq 

ədəbiyyat və  vərəqələr yayır, teatrlaşdırılmış tamaşalar göstərirdilər. Bu qadınlar 

seksual filmlərin və parnoqrafik nəşrlərin yayılmasına qarşı çox həssaslıqla reaksiya 

verir və onların ləğvini tələb edirdilər. 

"Kritik vəziyyət mərkəzləri" Skandinaviya ölkələrində, məsələn Norveçin paytaxtı 

Oslo  şəhərində  də yaradılmışdı. Belə  mərkəzlərin yaradılması ideyasına bələdiyyə 

orqanlarının qərəzli yanaşdıqlarına baxmayaraq, QAUH-un nümayəndələri öz 

tələblərinin Norveç parlamentinin qadın deputatları  tərəfindən dəstəklənməsinə nail 

oldular və bu ölkədə  fəaliyyət göstərən 60 mərkəz Sosial məsələlər üzrə Dövlət 

departamenti tərəfindən maliyyələşdirdi. Bundan əlavə QAUH-un iştirakçıları öz qrupları 

nəzdində  uşaq bağçaları  və körpələr evləri təşkil etmiş, boşanan qadınlar üçün qadın 

evləri və məsləhətxanaları açmışlar. Eyni zamanda onlar həbsdə olan qadınların azad 

edilməsi məqsədi ilə xüsusi fondlar yaratmışlar. 

Qarşıya qoyulmuş  tələblərin hamılıqla qəbul olunması, konkret fəaliyyət 

istiqamətləri, aktiv iş metodları, qarşılıqlı anlaşma və yardım mühitinin yaradılması üçün 

edilən səylər, neofeminist qadın hərəkatını güclü və sayılan qüvvəyə çevirmişdi. "Sırf 

qadın problemləri"nin dar çərçivəsindən tədricən çıxaraq, daha geniş spektrə malik 

qlobal problemlərə müdaxilə etdikcə, QAUH-un nümayəndələri demokratik və mütərəqqi 

qüvvələrin ümumi mübarizəsinə qoşulmağa başladılar. Lakin bu proses tədricən baş 

verirdi. Belə ki, hərəkatın lap başlanğıcında QAUH-un nümayəndələri  ənənəvi qadın 

təşkilatlarına qoşulmayaraq öz fəaliyyətini dar çərçivədə  həyata keçirirdilər. Düzdür, 

ayrı-ayrı hallarda beynəlxalq  əlaqələr yaratmaq təşəbbüsləri olmuşdu. Ancaq, bu 

təşəbbüslər xaotik şəkil alaraq tənzimlənmədiyindən inkişaf tapa bilməmişdi. 

Qeyd etmək lazımdır ki, sol qüvvələrin qadın hərəkatında baş verən prosesləri 

dərk etmələri üçün də uzun müddət lazım gəlmişdir. Hətta onlar bir müddət neofeminist 

qadın hərəkatına  şübhə ilə yanaşmışlar. Lakin tədricən vəziyyət dəyişmiş  və feminist-

solçu qadınlar prokommunist orqanlarda çıxışlar edərək, kişilərin qadınlara qarşı 

davranışlarında dəyişikliklər baş verməsinə nail olmağa başlamışlar. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə