Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

qiymətləndirilməsində qadınlar kişilərdən fərqli olaraq daha mülayim mövqe tuturlar. 

Nahaq deyilməmişdir ki, "qadın sivilizasiyanın tənzimləyicisi, kişi isə - qüvvət verənidir". 

Qadınların ictimai rəyi kişilərinkindən fərqli olaraq daha konstruktiv və pozitivdir. 

Görünür qadına xas olan dözümlülük və  rəhmlilik kimi xarakterik xüsusiyyətlər özünü 

göstərir. Qadın ictimai rəyi siyasi və iqtisadi proseslərin inqilabi yolla deyil, evolyusiyalı 

inkişafına üstünlük verir. Onun tənzimləyicisi sosial tələblər və uzunmüddətli xarakterli 

maraqlardır: ailənin qorunması, uşaqlar və yaxınlar haqqında qayğı, yaşamaq 

hüququna real təminat, sabahkı həyata ümid, sosial sabitlik və ictimai sakitlik marağı. 

 

FEMİNİZM BEYNƏLXALQ QADIN HƏRƏKATINDA 

İDEOLOJİ 

İSTİQAMƏTLƏRDƏN BİRİ KİMİ 

 

Dünya Qadın Hərəkatının inkişaf mərhələlərini nəzərdən keçirərkən son 

onilliklərin nəticələri kimi qeyd olunmalıdır ki, bu illər beynəlxalq qadın hərəkatının da 

çox ciddi bir siyasi qüvvəyə çevrilməsi ilə  əlamətdardır. Yer kürəsində canlı  həyatın 

qorunması  və mühafizəsi, qadının cəmiyyətdə rolu və  vəzifəsi kimi məsələlərin həlli 

yollarına yanaşmaqda fikir ayrılığına malik olan müxtəlif beynəlxalq və milli qadın 

cəmiyyətlərinin, qurum, birlik və  hərəkatların mövqelərinin aydınlaşdırılması, fikirlərin 

yaxınlaşması illəri kimi səciyyəvidir. 

Son dövrlər ideoloji fərqli baxış  tərzlərinə baxmayaraq, bütün səylərin 

birləşdirilməsi üçün qarşılıqlı addımların atılması istəyi aydın nəzərə çarpır. Beynəlxalq 

Forumlar, Konfranslar miqyasında görüşlər təşkil olunaraq, ümumi qərarlar qəbul 

edilməsi üçün platformalar müəyyən edilir. Qadınlar "soyuq müharibə" nəticəsində 

uzunmüddətli fasilələrə  səbəb olmuş  və arası  kəsilmiş qarşılıqlı  əlaqələri ya bərpa 

etmiş, ya daha da möhkəmləndirmişlər. Onlar xalq diplomatiyasının təşəbbüskar və 

fədakar nümayəndələrinə çevrilmiş, mübarizləşmişlər. 

Bu illərdə  ənənəvi beynəlxalq və milli qadın cəmiyyətləri ilə yanaşı, Qadınların 

Azadlığı Uğrunda Hərəkatın (QAUH) iştirakçıları -neofeminist qadınlar da aktiv surətdə 

fəallıq göstərirlər. Hərəkat  əsarətə, iqtisadi və siyasi həyatda, ailədə hüquqların 

tapdanmasına, qadın mənliyinin alçaldılmasına, mənəvi zorakılığa qarşı əsrimizin 60-cı 

illərində ABŞ-da meydana gəlmişdir. Feminist qadınların ideyaları kütlə arasında canlı 

əks-sədaya səbəb olmuşdur. Bir çox tədqiqatçıların fikrincə, bu illər ABŞ-ın qadın 

hərəkatını  məhz feminist qadınlar idarə edirdilər. Bu hərəkat tezliklə Böyük Britaniya, 

Kanada, Avstraliya, Yeni Zelandiya və Skandinaviya ölkələrində geniş vüsət tapdı. 

Qadınların Azadlığı  Uğrunda Hərəkat (QAUH) öz-özünə yaranmamış,  əksinə, 

qadınların ictimai cəmiyyət tərəfindən alçaldılmasına qarşı etirazının təşkilatlanma ilə 

təsdiqi idi. Belə ki, bu nöqteyi-nəzərdən  İngiltərədə buna bənzər prosesin kökləri hələ 

XVII əsrə aparıb çıxarır. O dövrdə feminizmi qadınların bərabərliyinin əsas məqsədləri 

kimi bəyan etmiş inqilabi ruhlu burjuaziya sinfinin mütərəqqi fikirlərindən bəhrələnən əks 

cins üçün ideologiyaya çevrilmişdir. XVII əsrin feminist qadınları öz siniflərinin -

zəmanələrinin nümayəndələri idilər. Lakin, onlar feodalizmin kapitalizmə keçməsi 

nəticəsində cəmiyyəti əhatə etmiş dəyişikliklərin qadınların vəziyyətinə təsiri ilə heç cür 

barışa bilmirdilər. 

XVIII  əsrin axırlarında feminist qadın hərəkatı özlərinin ideoloqu kimi Böyük 

Fransa inqilabının tərəfdarı, ingilis jurnalisti, xanım M.Uolstonkraftı irəli çəkirlər. Onun 

kəskin məzmunda ifşaedici çıxışları  və  məqalələri, qadını alçaldan ictimai quruluşun 

dəyişdirilməsinə yönələn çağırışları, sanki barıt partlayışına bənzəyirdi. Bu ideyalar 

uzun müddət yaşadı  və sonradan qadınların bərabərhüquqluluğu uğrunda 

mübarizəsinin tərəfdarları olan sufrajist qadınlar tərəfindən daha da inkişaf etdirildi. İlk 

etiraz aktı kimi, amerikalı sufrajist qadınların Seneke-Folze şəhərində keçirdikləri I 

qurultayında o dövrün real vəziyyətinə qarşı  qəti çıxışlarını göstərmək olar. Qurultay 

iştirakçıları tərəfindən hazırlanmış Deklorasiya, burjuaziya mühitindəki bərkiməkdə olan 



orta təbəqə qadınlarının siyasi və sosial cəhətdən, ailədə və din tərəfindən əzilməsinə 

qarşı sufrajist qadınların uzun illər  ərzindəki kövrək, bəzənsə  səssiz çağırışlarının 

kulminasiya nöqtəsi sayıla bilərdi". 

Sonrakı illərdə sufrajist qadınların  əsas tələbi işlənib hazırlandı ki, bu da 

qadınlara seçmək hüququnun verilməsi idi. Sufrajist qadınlar səmimiyyətlə inanırlar ki, 

seçmək hüququ qadınların kişilərlə  bərabər hüquqluluğunu təmin edəcək,  əmək 

sahəsində  bərabər ödənişin

 

aparılmasına imkan yaradacaq, məktəblərə, kolleclərə  və 



müxtəlif ixtisaslı peşələrə yiyələnməyə yol açacaqdır. Eyni zamanda bu vasitə ilə 

cəmiyyətdə qadınlara qarşı cinayətlər dalğasının qarşısı almıncaqdır. 

XX əsrin başlanğıc mərhələsində həmçinin "qadınların azad olmasının humanist 

yolları" ideyası da ortaya çıxdı. Bu fikrin müəllifi, feminist utopiyanın banisi, Ş.P.Kilman 

belə hesab edirdi ki, mübarizənin əsasında qadınların ictimai prosesləri dərk etməsinin 

inkişafı durmalı idi. Qadınların azad olunmasının bütün əvvəlki ideyalarına qarşı müəllif 

təmamilə yeni, humanist nəzəriyyəni "sosializm uğrunda qadınların dinc kollektiv 

çıxışlarını" qoyurdu. Onun utopik "Herlənd" ölkəsində sosializma, müstəsna olaraq, 

qadınların başçılıq etdiyi siyasi rəhbərlik nəticəsində nail olmaq mümkün idi. Cəmiyyətin 

mərkəzləyicisi qüvvəsi kimi nə alim, nə hərbçi, nə din xadimi, nə də sənətkar yox - bu 

rola keçmişlə gələcək arasında birləşdirici ola biləcək Ana irəli çəkilirdi. 

XX  əsrin  əvvəllərində bir çox ölkələrdə qadınlar arzu etdikləri siyasi hüquqlara 

nail ola bildilər, lakin bu, onların həyatında heç bir əhəmiyyətli, nəzərə çarpacaq 

dəyişikliklərə gətirib çıxarmadı və bunu da qadınlar çox sonralar dərk edə bildilər. İkinci 

Dünya müharibəsindən sonra, sufrajist qadın hərəkatının başında dayanmış,  əhalinin 

orta təbəqəsindən olan amerikalı və ingilis qadınları, uzun müddət demokratik hüquqlar 

uğrunda gedən mübarizədən kənarda qalmışdılar. Onların mübarizəyə qoşulmasına və 

aktivləşməsinə 1963-cü ildə işıq üzü görmüş "Qadınlığın mistikası" kitabı (müəllifi xanım 

B.Fridandır) qüvvətli təkan verdi. Bu kitabın  əsasını-sosioloji tədqiqatlar (ölkənin 

qadınları arasında aparılmış sorğular, qadın mətbuatının analizi və s.) təşkil edirdi. Kitab 

təbliğat maşını  tərəfindən yaradılmış ideal burjua ailəsini, amerikansayağı qadın 

xoşbəxtliyini və istehlakçı-qadın stereotipini təmamilə ifşa edirdi. Müəllim fikrincə, kollec 

qadınların özlərinə  ər tapa biləcəyi yer kimi səciyyələndirilirdi. Qadın cinsindən olan 

tələbələr həddindən artıq "düşünən" 

görünməmək üçün öz biliklərini nümayiş etdirməməliydilər. Çünki, bu ərə getmək 

şansını alt-üst edə bilərdi. Ev işlərindən yorulmağı  və qadınların yaşadıqları  həyatın 

boş, mənasız olmasını hiss etmələrini xanım B.Fridan belə müəyyənləşdirmişdi - "Adsız 

problem" o etiraz etməyə çağırır və belə nəticəyə gəlmişdi ki, "Yalnız xəstə cəmiyyət öz 

problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının 

bacarıqlarına biganə qalır". Tənqidçilərin və  mətbuatın etiraf etdiyinə görə, xanım 

B.Fridanın kitabı  əhalinin orta təbəqəsinə  mənsub qadınlar üçün ensiklopediyaya 

çevrilmişdi. Elə bu dövrlərdə xanım B.Fridanın həmfikirləri Qadınlar Milli Təşkilatını 

(QMT) təsis etdilər. Təşkilatın  əsas tələblərindən,  əməyin ödənilməsində qadınların 

hüquq pozuntularının ləğv edilməsi və qadınların imkanlarına biganə qalan 

qanunvericiliyə yenidən baxılmasını göstərmək olar. Bu təşkilat liberal feminizmin əhval-

ruhiyyəsini bildirərək, bir çox ölkələri bürümüş qadın azadlığı  uğrunda hərəkatın tərkib 

hissəsi idi. Qadınların Azadlığı  Uğrunda Hərəkatının digər qanadını neofeminizmin 

radikal istiqamətinin nümayəndələri təşkil edirdi. Tez bir zamanda bu istiqamət qadınlar 

arasında kütləvi xarakter aldı. Radikal istiqamətin nümayəndələri QMT-nin fəaliyətini 

dəstəkləsələr də, onu yarımçıq xarakterinə görə  tənqid edirdilər. Radikal istiqamətin 

ideoloqu sayılan, jurnalist, xanım R.Morqan yazırdı: "Mən qorxuram ki, müasir qadın 

hərəkatı da, bir zamanlar bizim sələflərimiz olmuş sufrajist qadınların burjua feminist 

hərəkatını yaradarkən düşdükləri tora düşə bilər. Burjua feministləri həlledici addımlar 

atmağa cürət etməmiş, həlledici məsələlərə  əhəmiyyət verməmiş  və  nəhayət, öz 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə