Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   2   3   4   5   6   7   8   9   ...   24

Qender axınının  əsaslarının səmərəli tətbiq olunması  aşağıdakı  şərtlərdən 

asılıdır. 

-siyasi iradənin olması (qender bərabərliyi ölkənin prioritetlərindən biri olmalıdır) 

qender bərabərliyi sahəsində xüsusi proqramların olması:  

rəsmi statistikanın qender əsasında aparılması:  

cinslər arasında münasibətlərin elmi şəkildə araşdırılması:  

siyasi və ictimai həyatda qadınların fəallaşdırılması. 

 

Qadın və kişi bərabərliyi probleminin fərdi və sosial aspektləri mövcuddur. İctimai 



həyatda qadın və kişilərin cinsi fərqləri sosial funksiyaların bölüşdürülməsində  əks 

olunmuşdur və onların möhkəmlənməsində  mədəniyyət faktorunun rolu çox böyükdür. 

Ənənəvi olaraq, kişi cinsinə məxsus olmaq, eyni zamanda, sosial strukturun zirvəsində 

olmaq deməkdir. Eyni zamanda, sosial baxımdan qadın davranışına xeyli 

məhdudiyyətlər qoyulmuş  və onlara ciddi riayət etmək tələbləri formalaşmışdır. Bütün 

bunlar cəmiyyətin hər bir üzvünün əməllərində, hərəkətlərində təzahür olunur və insan 

davranışının sosial normalarından danışarkən «kişi» davranışı nəzərdə tutulur. Məhz bu 

normalar əsasında siyasət aparılır və qərarlar qəbul olunur. 

Kişi və qadın bərabərliyi (de-fakto), ilk növbədə de-yure (hüquqi) bərabərlikdən 

başlanır və çox vaxt da elə söz olaraq qalır. Hüquq bərabərliyinin real bərabərliyə 

çevrilməsi böyük çətinliklərlə qarşılaşır. Bir çox ölkələrin, o cümlədən, inkişaf etmiş 

ölkələrin təcrübəsi belə buna sübut ola bilər. 

Qender bərabərliyi prinsipi, ilk növbədə, qadın və kişilər arasında olan fərqlərin 

və sosial həyatda müxtəlif rolların qiymətləndirilməsi üzərində qurulur. 

Ümumiyyətlə, bərabərlik prinsipi fərqlənmək hüququnu nəzərdə tutur. Bu isə, öz 

növbəsində, hər bir subyektin, cəmiyyətin hər bir üzvünün öz fərqləndirici keyfiyyətlərini 

inkişaf etdirmək hüququ deməkdir. Digər tərəfdən, bərabərlik prinsipi hər bir cinsin üstün 

keyfiyyətlərini təşkil edən xüsusäyyətlərin və meyarların tarazlaşdırılması, 

ahəngdarlaşdırılmasıdır. 

Min illər tarixi olan müasir insan cəmiyyəti XX əsrin sonunda, qender baxımından, 

qadın problemi ilə yox, cinslərin üstünlüyü problemi ilə qarşılaşıb. Bərabərlik prinsipi isə, 

qadın və kişilərin  əməkdaşlıq münasibətlərinin bərqərar olmasını  və  məsuliyyətin 

bərabər bölüşdürülməsini tələb edir. Həqiqətən, cəmiyyətin tərəqqisi onun hər bir 

üzvünün cinsi əlamətlərindən asılı olmayaraq, fəallıqından asılıdır. Qadın və kişilərin bir 

şəxsiyyət kimi formalaşması cinsi mənsubiyyətlərindən asılı olmayaraq, fərdi 

xüsusiyyətlərinin inkişaf etdirilməsi və ictimai proseslərdə geniş  iştirakı  həm hüquqi, 

həm də real imkanlar baxımından cəmiyyət tərəfindən təmin olunmalıdır. 

Qadın və kişilərin bərabər hüquqluluğu, demokratik təzahür olunma, iqtisadi 

müstəqillik, məsuliyyətin bölüşdürülməsi və  təhsilin (savadlılığın) inkişafı qender 

disbalansının aradan qaldırılmasının əsas amillərindəndir. 

Demək olar ki, Azərbaycan Respublikasında bu baxımdan mühüm addımlar 

atılmışdır. BMT-nin İnkişaf Proqramının köməyi ilə 1997-ci ildən etibarən ölkədə qender 

layihəsi fəaliyyət göstərir və bu Qender axınının formalaşmasına və  tətbiq edilməsinə 

kömək edir. 

1998-ci ildə Qadın Probremləri üzrə Dövlət Komitəsi yaradılmış və «Azərbaycan 

Respublikasında Qadınların rolunun artırılması ilə bağlı tədbirlər barədə» və 2000-ci ilin 

mart ayında «Azərbaycan Dövlət Qadın Siyasəti haqqında» Azərbaycan Respublikası 

Prezidentinin sərəncamları dərc olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 

mart tarixli Fərmanı və onun əsasında Nazirlər Kabinetinin №l76 26.09.2000 əmri dərc 

olunmuşdur. 

Buna  əsaslanaraq, hazırda, Respublikanın bütün dövlət təşkilatlarında Nazirlər 

Kabinetinin qərarına uyğun qender siyasəti çərçivəsində  işləri aparmaq üçün 

mütəxəssislər təyin olunmaqdadır. 



 

AZƏRBAYCANDA KEÇİD DÖVRÜNDƏ QENDER PROBLEMLƏRİ 

 

«Mənim biliyim bədbindir, lakin mənim iradəm və ümidim nikbindir» - müasir 



dövrümüzün görkəmli humanisti Albert Şveytserin bu sözləri XX əsrin sonunda gərgin 

ictimai dəyişikliklər və kataklizmlər burulğanına düşən və hazırda postsovet (sovet 

dövründən sonrakı) regionu adlanan nəhəng məkanda yerləşən dövlətlərin vəziyyətini 

dolğun əks etdirir. 

Regionun dövlətlərindən biri Azərbaycan Respublikasıdır. O, totalitarizmin 

onilliklərindən sonra demokratik cəmiyyət qurmağa can atan müstəqil dünyəvi dövlətdir. 

Regionda olduğu kimi burada da qısa zaman ərzində baş vermiş çoxsəviyyəli siyasi, 

iqtisadi, sosial dezinteqrasiya prosesləri dəyərlər sisteminin qlobal şəkildə dağılmasının 

səbəbi olmuş, yenilərinin formalaşmasını  zəruri etmiş  və insanları  şəxsiyyətin 

mövcudluq psinsiplərinin dağılması ilə  əlaqədar yeni, sürəkli, ciddi və  məsul seçim 

qarşısında qoymuşdur. Tarixdən məlum olduğu kimi, oxşar vəziyyətlər şəxsiyyətlərarası 

münasibətlərdən tutmuş, dövləti sarsıdan və insanların mövcudiyyəti üçün təhlükə 

törədən qlobal və gərgin sosial toqquşmalar və lokal müharibələrədək törədir. Lakin elə 

həmin proses sosial sabitlik və yeni münasibətlərin formalaşması  vəziyyətinə keçidin 

ilkin  şərtidir və bunsuz cəmiyyətin sabit inkişafı  və  şəxsiyyətin mütərəqqi təşəkkülü 

mümkün deyildir. 

Köklü demokratik dəyişikliklər zəminində yeni sosial qaydaların bərqərar olması 

ilk növbədə sosial funksiyların fərqi ilə şərtləndirilən və 

müxtəlif cür qiymətləndirilərək elə o cür də mükafatlandırılan bərabərsizliyin 

aradan qaldırılmasını  nəzərdə tutur. Bu zaman öncə hüquqi problemlər - insan 

haqlarının təhrif olunmuş  şəkildə anlaşılması meydana çıxır. Qender bərabərliyi bu 

problemlərin əsasını təşkil edir. 

Azərbaycanda postsovet dövrünün iqtisadi, hərbi, sosial böhranları bir tərəfdən 

qarşıdurma və sosial qütbləşməni gücləndirir, mənəvi qüsurları və mədəni özgələşməni 

aşkara çıxarır, ailənin  əsasları üçün təhlükə törədir, digər tərəfdən  şəxsiyyətin daxili 

qüvvələrini səfərbər edir, cəmiyyətdə müvazinət təmayüllərinin inkişafına, baş verən 

hadisələrə obyektiv qiymət verilməsinə  və inteqrasiya proseslərinin yüksəlişinə kömək 

göstərir. Bütün bunlar öz növbəsində sosial strukturu bir qaydaya salır və etik 

məqamları dəqiqləşdirir. Lakin, inkişaf perspektivini təmin edən belə proseslər bir qayda 

olaraq uzun sürür və bütün cəmiyyətdən, eləcə də onun hər bir üzvündən böyük fiziki və 

mənəvi qüvvələrinin tam səfərbərliyini tələb edir. 

Azərbaycan Respublikasının geosiyasi vəziyyəti və bununla əlaqədar ölkənin 

tarixi azərbaycanlıların son dərəcə  səciyyəvi məişət dəyərlərini,  ənənələrini, cəmiyyət 

tərəfindən dəstəklənən və  məqbul hesab edilən davranış  və ictimai həyat normaları 

sistemini formalaşdırır. Belə varlığın tərkib hissəsini qadına münasibət, bu 

münasibətlərin qurulmasında kişinin rolu və yeri təşkil edir. Qenderin təbəqə bölgüsü 

«kişi-qadın», «qadın-qadın», «ailə-qız», «kişi-kişi» sosial çarpazlarında münasibətlərin 

xüsusiyyətlərini ayırd etməyə kömək edir, bu çarpazlar isə öz qarşılıqlı  çəkilişində 

«cəmiyyət-qadın» diadalarını yaradır. Qeyd etmək lazımdır ki, bu zaman qadının sosial 

rolları yüksək səviyyədə differensasiya olunmuşsa (analıq rolunun dominantı ilə), belə 

halda kişilər öz rol davranışlarında daha yeknəsəq olurlar. Bununla belə öz ümumi 

səciyyəsinə görə patriarxal olan Azərbaycan cəmiyyəti qadın müstəqilliyinin müəyyən 

formalarına meyllidir və  təəccüblü görünsə  də  ər-arvad münasibətlərinin uyğunluğuna 

malikdir. 

Azərbaycan ailəsində qadın üstünlüyü əsrlərin dərinliyindən qaynaqlanaraq 

islamın güclü qayda-qanunlarının təsiri altında dəyişikliyə  uğramış, lakin sovet ictimai 

quruluşu ideologiyası onu möhkəmləndirmişdir. Nəticədə "kişi-qadın" çarpazında 

qadının fəal, lakin pərdələnən mövqeyi formalaşmış, sosial rəy qazanmış  və geniş 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə