Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   2   3   4   5   6   7   8   9   ...   24

problemlərdən biri də müxtəlif yollarla keçmiş hüquq və imtiyazlarını saxlamaq üçün 

imkan aramaqdır. 

Müasir Azərbaycan cəmiyyətinin yeni təzadları beləliklə qender 

problematikasında da öz əksini tapır. Respublikada həmin ziddiyyətlərin yumşalması və 

həlli yolu, zənnimizcə, aşağıdakıları tələb edir: 

l.Qender problematikasının Azərbaycanın tarixi və müasir reallıqlarından çıxış 

edərək elmi tədqiqini

2.Elmi-nəzəri tədqiqin mütləq konkret əməli təklif, plan və  fəaliyyətlə 

tamamlanmasını; 

3.Qadın probleminin qender kontekstində, qender problemlərinin isə - dövlət 

inkişaf konsepsiyası kontekstində baxılmasını və həlli yollarının müəyyən edilməsini; 

4.Qender problemlərinin həlli yollarında dövlət, qeyri-dövlət, dini və  KİV 

strukturlarının uzlaşdırılmış konsepsiya və planlar əsasında birgə fəaliyyətini; 

Ölkə  və bölgədə problemlərin həlli, zənnimizcə, bu sahəyə aid yeni siyasət 

konsepsiyasını və ixtisaslaşmış yeni qurumları tələb edir. 

Respublikada hazırda tədqiqata və  həllə ehtiyacı olan mühüm problemlər kimi 

aşağıdakıları saymaq olar: 

l.«Keçid dövrü»ndə iqtisadi problemlər (xüsusən işsizlik, mülkiyyətə münasibət 

əsasında təbəqələşmə) və qender münasibətləri; 

2.Azərbaycan xalqının «keçid dövrü»ndə yeni mentalitetin formalaşması 

kontekstində qender münasibətləri; 

3.Keçid dövründə ailə və nəsil artımı problemləri və qender münasibətləri; 

4.Azərbaycanda qender münasibətlərinin hüquqi aspektləri

5.Qarabağ müharibəsi, qaçqınlıq, köçkünlük və qender problemləri; 

6.Respublikada təhsil və qender problemləri; 

7.Respublikada din və qender problemləri; 

8.Respublikada qadın problemlərinin qender problemləri kontekstində tədqiqi və 

həlli yolları; 

9.Respublikada «keçid dövrü»ndə qender kontekstində  qızların problemləri 

(onların imkan və hüquqları); 

10.Qender problemləri çərçivəsində uşaq hüquqlarının müdafiəsi; 

11.Qender problematikası  çərçivəsində yaşlı  və qoca nəslin vəziyyətinin 

respublikadakı özünəməxsusluğu; 

12.Respublikanın daxili, xarici siyasəti və qender münasibətlərinin gələcək 

inkişafının proqnozlaşdırılması. Qender münasibətləri Şərq-Qərb təsirləri çərçivəsində. 

Göstərilən və problemlə bağlı başqa mövzuların nəzəri tədqiqi ilə  əməli həllinin 

vəhdəti hazırki şəraitdə günün tələbidir. 

 

KEÇİD DÖVRÜNDƏ RESPUBLİKADA QENDER VƏ QADIN PROBLEMLƏRİ 

 

Qender konsepsiyasının kateqorial məfhumları, qadın probleminin keçid 



dövründə  səciyyəsi, XX əsrin sonu XXI əsrin astanasında qender və qadın 

problemlərinə dünya siyasət və elmində marağın səbəbi, qadın probleminin qender 

çərçivəsində  tədqiqinin məqsədəuyğunluğu, həmin problemlərin müasir Azərbaycanda 

özünəməxsusluğu,  əməli həlli yolları seçdiyimiz mövzunun gələcək tədqiq və  təbliği 

problemləridir. 

Qender haqqında XX əsrin 70-ci illərindən qərb,  əsasən ingilisdilli ədəbiyyatda, 

sonralar isə müxtəlif ölkələrdə, hazırda Azərbaycanda da müəyyən tədqiqat cəhdləri və 

mülahizələrilə rastlaşırıq. 

"Qender" ingiliscə cins məfhumunun çoxçalarlığını (bioloji-növ qrammatik və 

sosial cins və s.) ifadə edən sözdür. "Qender münasibətləri" cinslər arasındakı bioloji və 

sosial-mədəni həyatda münasibətlərin bütövlüyünü, dəfələrlə ədəbiyyatda rast gəldiyiniz 



"qender problematikası" isə - qenderlə bağlı problemlərin məcmusunu ehtiva edir. 

Ədəbiyyatda hər üç anlayış zaman-zaman şərti olaraq adekvat terminlər kimi də işlənir. 

Lakin onların elmi təyini və məzmun həcmi haqqında fikir müxtəlifliyi ilə də rastlaşırıq. 

Müasir dövrdə "Qender münasibətləri" dedikdə bir sıra hallarda şərti olaraq 

cinslərin ancaq sosial-mədəni sahədə olan münasibətləri nəzərdə tutulur. Hərçənd bu 

baxış yekdilliklə qəbul edilməyib (Bax. 1989-cu il Pekin Konfransının materiallarına). 

Zənnimizcə, məfhumun hər iki həcmdə (geniş  və dar həcmlərdə) işlədilməsini 

məqbul hesab etmək olar. 

Qender tədqiqatları çox vaxt məxsusi  ədəbiyyatda XX əsrin son rübü Qərb 

elminin tapıntısı, icadı kimi təqdim edilir. Bu iddianın arayışa ehtiyacı var. Problem 

qədim və daimidir. Sosial-mədəni sahədə cinslərarası münasibətlər və onların tənzimi 

haqqında müxtəlif mülahizələr tarixin ilk çağlarından başlayaraq mifologiya, din, 

qanunlar, ədəbi, fəlsəfı və s. abidələrdə öz əksini tapıb. 

Qender və qadın problemlərinə XX əsrin sonu XXI əsrin astanasında bu cür 

marağın səbəbi nədədir? 

Məlum olduğu kimi, sosialist dövlətlər sisteminin dağılması  və qlobal ictimai 

inkişafın vahid iqtisadi, siyasi, hüquqi məkanının yaranmasına doğru təmayülü, bu 

məkanın demokratiya və humanizm siyasi-mənəvi ideallar kimi qəbül etməsi və həmin 

məkanda sosial təbəqələşmədən gələn müxtəlif çalarlı sosial ziddiyyət və konfliktlərin 

sülh yolu ilə həllinin axtarması qender və qadın problemlərinin yeni mərhələdə dirçəlişini 

və aktuallığını  şərtləndirən səbəblərdəndir. Yaranmış  və inkişafda olan məkanın 

stabilliyinin müdafiəsi funksiyasını üzərinə götürmüş ideoloji cəmiyyətdəki ziddiyyətlərin 

səbəbini,  əsasən etnik, dini və cinsi fərqlərdə görür və onların həlli yolunu axtarır və 

təklif edir. 

Digər tərəfdən, qeyd etməliyik ki, cinslər arasında ziddiyyətlər həqiqətən də real 

mövcuddur. Kapitalist məkanında, xüsusən hazırda ideoloji və elmdə geniş vüsət 

tapmış qender tədqiqatları, həmin real ziddiyyətlərin aradan qaldırılması yollarını, 

cəmiyyətdə cinslərarası ziddiyyətləri sosial münasibətlərdə ahənglə  əvəz etməyi 

qarşılarına məqsəd qoyub bu məqsədə çatmaq üçün real əməli yollar axtarması pozitiv 

bir haldır. 

Həqiqətən qadın problemlərinin hazırki dövrdə  təcrid olunmuş  şəkildə yox, 

qender tədqiqatları  çərçivəsində öyrənilməsi və  həlli cəmiyyətdə sosial ahəng 

baxımından daha məqsədəuyğundur. 

Qender və xüsusən qadın hüquqları müdafiəsi problemlərinin  əsas məğzi 

Azərbaycanda müasir mürəkkəb, ziddiyyətlərlə dolu sosial-iqtisadi quruluşa keçid 

dövründə məlumdur. 

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda bu sahədə dünya miqyasında qəbul edilmiş 

əksər sənədlərdə qender problematikasının sosial-işsizlik, dilənçilik, kriminal, əxlaqsızlıq 

və s. problemlərdə üzvü bağlılığı göstərilir. 

Odur ki, cəmiyyətin, o cümlədən Respublikamızın da problemlərinin kompleks 

şəkildə tədqiq və həlli yolları axtarılmalıdır. Müxtəlif sahələrə aid konkret konsepsiya və 

fəaliyyət planları tərtib edilməli sosial konflikt və stresslərə aparan məqamlar əvvəldən 

nəzərə alınmalı  və onların tənzimi: aradan götürülməsi və yaxud yumşalması 

proqnozlaşdırılmalı  və planlaşdırılmalıdır.  Əks təqdirdə kor təbiilikdən gələn bəlaların 

qurbanı olacağıq. 

Ağrılı problemlərimizi sadalamazdan əvvəl bu problemləri həll edə biləcək və həll 

etməli qüvvələri göstərmək məqsədəuyğundur. Məlumdur ki, keçid dövründə dövlətin 

qanunverici və icraedici strukturları yaranan sosial ziddiyyətlərin həllində çox mühüm rol 

oynaya bilər və oynamalıdır. Dövlət strukturları ümumxalq problemlərini həll etmədə 

qeyri dövlət qurumlarla, o cümlədən partiyalar, dini strukturlar, ictimai-mədəni təşkilatlar, 

xüsusən KİV-lə birgə iş planları əsasında fəaliyyət göstərərsə, bu fəaliyyətlərin səmərəsi 

qat-qat artar. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə