Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   2   3   4   5   6   7   8   9   ...   24

xülyaların boşa çıxması onlar üçün yerli ictimai gaydalar şəraitində öz müqəddəratını 

təyin etmə cəhdlərini çətinləşdirir. Şəxsiyyətin daxili aşılması və əxlaqi pozuntuların da 

baş verməsi mümkündür. Bütün bunlar insanların qəlbində  və  şəxsiyyətlərarası 

münasibətlərdə xaos yaradır. Ermənistanın təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ və 

onun  ətrafındakı torpaqların işğalı ilə bağlı ölkə daxilində  1 milyon qaçqın və  məcburi 

köçkünlərin əmələ gəlməsinə səbəb olmuş onillik hərbi münaqişə şəraiti sosial vəziyyəti 

və psixoloji problemləri kəskin surətdə  gərginləşdirmişdir. Qorxu, həyəcan artmışdır. 

Yaranmış  vəziyyətdə, daha zəif uyğunlaşma imkanlarında öz mövcudiyyəti üçün 

"atılmışlıq", "artıqlıq" və "gərəksizlik" duyğusu kişilərdə daha artıq dərəcədədir və 

onların stressə düşmək imkanı  kəskin surətdə artır. Rəsmi göstəricilərə görə psixi 

pozuntuların sayı  1,5-2 dəfə artmış, narkomaniya problemləri kəskinləşmişdir. Azyaşlı 

yeniyetmələr arasında psixi pozuntuların sayı 2,5 dəfə çoxalmışdır. 

1994-cü ildən etibarən ölkədə siyasi və sosial vəziyyətdə sabitlik müşahidə 

olunur, hərbi münaqişədə atəşkəs rejimi bərqərar olmuş, vətəndaş müharibəsi 

təhlükəsinin qarşısı alınmış, iqtisadiyyatın sabit xətlə inkişafına doğrü xətt 

götürülmüşdür. Bu yaxın gələcəkdə bir çox məsələlərin həllolunmasına ümid yaradır. 

 

İQTİSADİYYATIN QENDER ASPEKTLƏRİ 

 

1997-ci ildən ölkə iqtisadiyyatında başlayan canlanma 1998-ci ildə  də davam 



etdi. By, iqtisadi inkişafın bir sıra göstəricilərinin yaxşılaşdırılmasına, ilk növbədə, 

inflyasiya səviyyəsinin enməsinə və s. təsir göstərdi. Bununla belə, iqtisadiyyatın inkişafı 

ilə bağlı müxtəlif sahələrdə qender bərabərsizliyindən törəyən ciddi problemlər 

mövcuddur. 

İnsan amilinin nəzərə alınmadığı iqtisadi yüksəliş sosial bərabərsizliyin 

dərinləşməsinə  və bununla da demokratik cəmiyyət quruculuğuna yönəlmiş  səylərin 

boşa çıxmasına gətirə bilər.  Əsrin dörddə üç hissəsini  şəxsiyyətin və ictimai 

münasibətlərin formalaşmasına sədd çəkən totalitarizmin zülmü altında keçirən və 

demokratiya yoluna yenicə  qədəm qoyan bir ölkə üçün bunun dərk edilməsi xüsusilə 

vacibdir. 

Ölkə iqtisadiyyatı ilə bağlı  vəziyyətin təhlili yoxsulluq, məşğulluq, təhsil 

sahəsindəki meyllərin qender balansı baxımından qiymətləndirilməsini tələb edir. 

İqtisadiyyat sahələri üzrə qender bölgüsünün ümumi mənzərəsi müxtəlif fəaliyyət 

növlərində qadın və kişilərin qeyri-müntəzəm təmsil olunduqlarını göstərir. Qadınların ən 

az iştirak etdikləri tikinti (13,5%) və  nəqliyyat (14,6%),  ən çox çalışdığı sahələr isə 

səhiyyə (70,2%), təhsil və  mədəniyyətdir (67,9%). Beləliklə, kişilər humanitar 

sahələrdən uzaqlaşaraq səhiyyədə 29,8%, təhsildə 32,1% təmsil olunurlar. Həmçinin 

nəzərə alsaq ki, göstərilən sahələrdə onlar, əsasən, rəhbərlik səviyyəsində qadınlara 

nisbətən çox təmsil olunurlar, bunun mənfi nəticələr verəcəyi heç də şübhə doğurmur. 

Digər sahələrdə bölgü bir qədər mütənasib olsa da, hər yerdə yenə kişilər üstünlük 

təşkil edir. 

İqtisadiyyatın  əksər sahələrində qender bölgüsünün piramidavari strukturu 

saxlanılır, yəni qadınlar, bir qayda olaraq, idarəetmə piramidasının aşağı hissələrində 

cəmləşirlər. 

Qender bölgüsündə belə uyğunsuzluğun səbəbi kimi məsələn, tikinti sahəsində 

əməyin mühafizə sisteminin pis inkişafı, nəqliyyat sahəsində yol hərəkətindəki yüksək 

təhlükliliyi, eləcə  də bir sıra sosial stereotipləri göstərmək olar. Belə ki, ekspertlərin 

verdikləri məlumata görə, taksi sürücüləri arasında qadınlar bir faizdən də azdır. 

Təhsil və səhiyyədə kişilərə nisbətən qadınların daha çox iştirakının səbəbi isə bu 

sahələrdə  iş qrafikinin daha dinamik və  iş gününün daha qısa olmasıdır.  Şübhəsiz ki, 

buna cəmiyyətdə  rəğbətlə qarşılanan, uşaqların və  gənc nəslin qayğısı  və  tərbiyəsi 

sahəsindəki məsuliyyəti qadına həvalə edən stereotip də kömək edir. İnamla qeyd 




etmək olar ki, bazar münasibətləri qender bölgüsünün elə bir vəziyyətinə səbəb olur ki, 

qadınlar əmək haqqının daha aşağı olduğu sahələrdə cəmləşirlər. İqtisadiyyatın dövlət 

bölməsində çalışan qadınların sayının kişilərlə nisbətdə artması da bu qəbildən olan 

prosesdir. 

 

İqtisadiyyatın dövlət bölməsində qender bölgusü 



 

Dövlət 


bölməsində 

çalışanlar 

(min nəfər 

hesabı ilə) 

1990  1992 

1994 


1996 

1997 


Cəmi 

2100,1  1898,2  1741,6  1445,4 

1214,1 

Qadınlar(%)  41,8 



42,8 

45,0 


45,4 

46,9 


Kişilər (%) 

58,2 


57,2 

55,0 


54,6 

53,1 


 (Mənbə: TASIS bülleteni)  

 

Hazırda iqtisadiyyatın dövlət bölməsinin özəl bölmə ilə müqayisədə daha sabit 



olmasına baxmayaraq əmək haqqının az olması faktı reallıqdır. Bura özəl bölmənin 

yetərli olmayan hüquqi müdafiəsini, aparılan kommersiya və digər əməliyyatların yüksək 

risq daşımasını da əlavə etmək lazımdır: ola bilsin ki, bölgüdə  dəyişiklik elə bununla 

bağlı baş verir. Vətəndaşların xaricə "fərdi" ticarət səfərləri və qadınların az və ya çox 

bu işlə  məşğul olub-olmadıqlarını müəyyənləşdirmək isə  tədqiqat aparılmasını  tələb 

edir. 


Vətəndaşların özəl fəaliyyətinin  əsası olan mülkiyyət məsələsində qadın və 

kişilərin hüquqlarının bərabər olmasına baxmayaraq, təsnifləşmiş özəlləşdirmə 

göstəricisi rəsmi statistika sistemində qender cəhətindən nəzərə alınmır.  İdarədaxili 

məlumatlara görə, özəlləşdirmə "kişi" siması adı qazanıb, belə ki, özəlləşdirmə 

hallarının 90%-də kişilərin sahibkar olduğunu aparılan xüsusi tədqiqatın nəticələri də 

təsdiq edir. Həmin nəticələrə görə qeydiyyatdan keçmiş özəl kiçik müəssisələrin cəmi 

7%-nin rəhbərləri qadınlardır. Elə bu araşdırmalar nəticəsində  məlum olmuşdur ki

sorğuda iştirak edən qadınların 86%-i şəxsi biznes yaratmaq istəmir. Bunun da 

səbəbləri aşağıdakılardır: başlanğıc kapitalın olmaması, münasib fəaliyyət sferasının 

tapılmaması, qeydiyyatla bağlı  çətinliklər, qorxu və özünə inamsızlıq, öz biznesini 

qurmaq üçün lazım olan biliklərin olmaması  və s. Məlumdur ki, əhalinin iqtisadi 

vəziyyətinin yaxşılaşmasının təməl şərti özəl mülkiyyət fəaliyyətinin genişləndirilməsi və 

inkişaf etdirilməsidir. Məhz bu, yoxsulluq və dilənçiliyə qarşı mübarizənin təsirli 

vasitələrindən biridir. Ancaq bu, dövlət mülkiyyətinin özəl mülkiyyətə çevrilməsinin sosial 

ədalət prinsiplərinə ciddi əməl edilməsi əsasında aparılması şərtilə mümkündür. Sosial 

ədalətin  əsas amillərindən biri isə qender baxımından tarazlaşdırılmış münasibətlərin 

yaradılmasıdır. 

Özəlləşdirmə prosesində qadın və kişilərin bərabər iştirakı olduqca vacibdir, çünki 

bu, bərabərhüquqlu demokratik cəmiyyətin qurulmasının ilkin şərtidir. 

Milli qanunvericiliyə görə, qadın və kişilərin mülkiyyət hüquqları bərabərdir. Onlar 

həmçinin mülkiyyətin bölüşdürülməsində, varislik məsələlərində, intellektual mülkiyyətdə 

də  bərabərhüquqludurlar. Ölkədə aparılan özəlləşdirmə cinsi əlamətlərə görə heç bir 

qanunvericilik məhdudiyyətləri qoymur. Ancaq aparılan xüsusi sosioloji araşdırma 

göstərmişdir ki, qadınların 83%-i işlədikləri müəssisələrin özəlləşdirilməsindən razı 

qalmayıblar. Sorğuda iştirak edənlərin 74%-i (sorğuda  1000 nəfər iştirak edib) 

özəlləşdirmə  nəticəsində  iş yerlərini itirmişlər. Bunu onunla izah etmək olar ki, dövlət 

özəlləşdirmə proqramına görə özəlləşdirmənin birinci mərhələsində  məişət xidməti, 

yeyinti, ticarət müəssisələri özəlləşdirilir. Bu müəssisələrdə  də  məşğulluq strukturuna 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə