Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   16   17   18   19   20   21   22   23   24

TƏRCÜMƏLƏR 

 

QADINLAR BİZNESDƏ 

 

(«Jenhina v biznese». M., 1993 kitabından tərcümələr) 



 

Başa çatmaqda olan XX əsrin son onillikləri, ictimai tərəqqiyə fəal təsiri artıq qeyd 

olunan və özünün gələcəyinin keyfiyyətcə yeni sivilizasiyasına doğru hərəkatının tam 

inkişafını gözləyən qlobal xarakterli təzahürlərlə zəngindir. 

Onların sırasında, bəlkə  də birincilər arasında qadınların kütləvi  şəkildə  əmək 

bazarına çıxmasını amerikalı  tədqiqatçılar R.Peterson və K.Veymeyer «Dünya 

miqyasında sakit inqilab» adlandırmışlar. Həqiqətən, tarixi baxımdan kiçik müddət 

ərzində qadın evdən kənarda işləməyə başlayaraq, təhsil alaraq, peşəkarcasına 

ixtisaslaşaraq, yalnız muzdlu olmayan işçilərin sıralarını artıraraq, həmçinin  şəxsi 

müəssisələrin (əsas etibarən də xidmət sahəsində) yaradaraq özünün ənənəvi rolu-

ailədaxili funksiyası çərçivəsindən cəsarətlə kənara çıxmışdır. 

Birinci dəfə idi ki, qadınlar qarşısında geniş seçimli imkanlar açılmış,  əsrlərlə 

təşəkkül tapmış həyat stereotiplərini dəyişməyə imkan vermiş, «ödənişsiz» ev əməyinə 

alternativ meydana çıxmışdı. 

Müasir müəssisədə qadının rolunun dəyişmə mexanizmini analiz etmiş amerikalı 

tədqiqatçı D.Nesbitt bu hadisəni «Açılmış imkanlar partlayışı» adlandırmışdır. Son 

vaxtlara qədər iqtisadi sahədə olan ədəbiyyatda inkişaf prosesində qadının rolu yalnız 

onun reproduktiv funksiyası, ya da əmək ehtiyatlarının artması ilə  əlaqədar nəzərdən 

keçirilir, onun iqtisadi imkanları isə ümumiyyətlə hesaba alınmırdı. 

Qadın  əməyinə marginal və  təsadüfi baxış nöqteyi geniş yayılmışdır. Belə 

yanaşmanın səbəblərinin köklərini  əsasən  əsrlərlə  təşəkkül tapmış kişilərdən asılı 

vəziyyətində, mülkiyyətə münasibətdə  zəif mövqeyində: sərvətə, hakimiyyətə  və 

yaradıcılığa olan yolların onların üzvlərinə bağlanmasında və müxtəlif növ hüquq 

pozuntularında axtarmaq daha münasibdir. Qeyd edək ki, «sakit inqilabın» iki 

mərhələsini fərqləndirmək olar: birincisi: 50-70-ci illər. Bu qadınların kütləvi  şəkildə 

muzdlu əmək sahələrinə axını ilə fərqlənir, ikincisi: 70-ci illərin ortalarından başlamış və 

azad sahibkarlığa doğru dönüşü göstərir. 

Birincini, əvvəlcədən müəyyən etmiş ən mühüm amillərdən, bir tərəfdən - qadın 

təhsilinin inkişafını  və  vətəndaş azadlıqları  uğrunda mübarizəni, digər tərəfdən - 

sənayeləşdirilmiş  cəmiyyətin iri istehsal sahələrinin,  əmək bazarına axınını, istehlak 

mühitinin dəyərlər sistemi ilə təkan verilən, fəhlə qadın qüvvəsinə tələbatını qeyd etmək 

olar. İkinci mərhələyə keçid, yeni dövr üçün obyektiv zəmin yaranmasında rol oynamış, 

yeni kompleks problemlərin meydana çıxmasına səbəb olmuşdu. Onların arasında isə 

inkişaf etmiş ölkələrin xidmət sahələrində birinciliyi təmin edəcək post-sənayeləşdirilmiş 

cəmiyyətə daxil olması ilə geniş sahədə kiçik və orta müəssisələrin yaranmasını 

göstərmək olar. 

İnsana xas olan bütün resurslardan maksimum istifadə olunmasını  və ictimai 

dünyagörüşündə özünə yol açan mədəniyyətə doğru meylləri də göstərmək olar. 

Bərabər imkanlar uğrunda qadın hərəkatının yüksəlməsinə istinad etmək olar. Lakin, 

qadın sahibkarlığının inkişafı üçün həlledici kimi birinci iki amili qəbul etmək vacibdir. 

Məhz kiçik biznes ilk addımlarını atan qadın sahibkarların  əsas hissəsi üçün daha 

uyğundur, çünki ən yüngül fəaliyyət sahəsi xidmət sahəsidir: yəni insanın müxtəlif 

tələbatına xidmət etməkdir və qadınlar əsrlər boyu həmin işlərlə məşğul olurdular. 

Bu gün futuroloqların «qadın əsri» kimi müəyənləşdirdiyi, XXI əsrin astanasında 

bir sual meydana çıxır: uzun müddət uzaqlaşdırıldığı əmək və yaradıcılıq dünyasına o, 

yəni qadın, özü ilə  nə  gətirəcəkdir? Aparılmış  tədqiqatlar, artıq qadın sahibkarlığının 

makroiqtisadiyyata olan töhfələri haqda ümumi təsəvvür yaradır:  1. Qadın milli 



iqtisadiyyatın strukturunun yenidən təşkil edilməsində  əhəmiyyətli və artan rol oynayır; 

2. İnkişafın yeni dinamik gücünü təmsil edir və yüksəlişin artım sürətinə təkan verir; 3. 

Milli təsərrüfat istehsalının artmasına zəmin yaradır; 4. Tam olmayan məşğulluğu və 

işsizliyi ixtisar edərək, axıra qədər istifadə edilməmiş insan potensialının reallaşdırıb 

ümumi rifahı artınr; 5. Onun gətirdiyi sosial-iqtisadi dəyişmələr uzun müddətli siyasi 

sabitliyə zəmin yaradır. 

Tədqiqatçılar qeyd edirlər ki, «Amerikanın iqtisadi cəhətdən tərəqqisində 

qadınların xüsusi töhfəsini təsdiq etməmək olmaz. İnformasiya cəmiyyəti erasına daha 

dərindən daxil olduqca, aşkar olur ki, sənayeləşmənin yaranması kişilərin işi idi, lakin 

yeni cəmiyyət qadınlar tərəfindən yaranacaqdır». 

Qadınların menecment sahəsinə sürətli axınının genişlənməsi onların bərabər 

imkanlar uğrundakı mübarizəsi baxımından, heç də  təbliğat  əhəmiyyət kəsb etmir. 

Mahiyyət etibarı ilə məzmun ondan ibarətdir ki, idarəetməyə qoşulan qadın bu sahəyə 

özünün nadir bacarığını, məharətini, vərdışlərini, işgüzar davranış üslubunu, qərar qəbul 

etməkdə öz dəst-xəttini göstərir. Bu kimi halların daxil edilməsi hesabına isə 

menecmentin zənginləşdirilməsinin iki həlli yolu mövcuddur. 

- menecmentin mövcud olan kooperativ üslubuna təsir etmək yolu və qadınların 

korporasiyaların idarəetmə strukturlarında iştirakını genişləndirmək vasitəsilə; 

-  şəxsi müəssisələrini yaradan və daim artan qadın kütlələri arasından 

menecerlər sırasına axın vasitəsilə; 

Bu münasibətlə onu nəzərinizə yetirək ki, 80-ci illərdən başlayaraq 

korperasiyaların idarə edilməsində qadınların rolunun kooperativ mədəniyyətin 

dəyişməsinə gətirib çıxarmışdır. Bu əsasən daim dəyişən şəraitə istiqamətlənən, daha 

tez uyğunlaşan idarəetmə üsullarının inkişafında: daha intuitiv, daha az düzxətli təfəkkür 

tipinin təsdiqində: hərc-mərcliyə, effektsizliyə qarşı böyük dözümlülük göstərməkdə: 

iyerarxiyalı piramida şəkilli strukturun birsəviyyəli, müxtəlif vasitələrlə qarşılıqlı  əlaqəli 

strukturlara çevrilməsində:  şəxsi formalı  əlaqələrin həvəsləndirilməsində: insanların 

haqqında, həm müştərilər, həm də  əməkdaşlara qayğının artırılmasında görünür. İş 

mədəniyyətinin və idarəetmə üsullarının bu transformasiyası, şübhəsiz, yapon rəqabəti 

ilə  də stimullaşdırılırdı  və amerikatipli korporasiyaların maraq sahələrində olduqca 

kəskin meydana çıxırdı. Lakin mahiyyət etibarı ilə ona, sayları  vəzifələrdə  nəzərə 

çarpacaq dərəcədə artmış, törəyən və Yaponiya tərzinə yaxın olan qadın rəhbərlər 

üslubu göstərmiş oldu. Nəticədə  işgüzar münasibətlərdə  dəyişmələr baş verdi, 

qərarların qəbulunda isə intuitivlik daha çox nəzərə alınırdı. 

İkinci halda məsələnin məğzi ondan ibarətdir ki, bu gün qadın menecerlərin 

kütləvi meydana-gəlmə  mənbəyi kiçik şəxsi biznesdir, maliyyə imkanları olmadığından 

muzdlu işlər müdiri saxlaya bilməyən müəssisə sahibləri özləri menecerlik edirdilər. 

Onların  əksəriyyəti  əvvəlcədən hazırlığa malik deyildir və öz-özlüyündə idarəetmənin 

qadın üslubunu qidalandırma mənbəyi olan, qadın intuisiyası  və «sağlam düşüncə 

əsasında» hərəkət edirlər. 

Müasir psixoloqların tədqiqatları göstərir ki, qadınlar kişilərə nisbətən daha tez 

ünsiyyətə girəndir: onlar insanlara qarşı böyük maraq göstərirlər, öz tərəfdarlarının 

dəlillərinə  və qarşılıqlı münasibətlərin emosional formalarına daha həssasdırlar. 

Tədqiqatlarda göstərilir ki, işgüzar qadınlar əlaqə yaratmağı çox yaxşı bacarır və servis 

xidməti sahalərində daha müvəffəqiyyətlə çalışırlar belə ki, onlar müştəlirlərlə etibarlılıq 

münasibətləri qurmağa daha çox meyllidirlər. Mübahisəli hallarda onların davranış 

tərzində də müştərilərini itirmək istəyi bir növ hiss olunur. Kişilərdən fərqli olaraq işgüzar 

qadınlar nəyin bahasına olursa olsun qələbəyə can atmır, qələbənin qiymətini onun 

emosional və  şəxslərarası  məsrəflərinə düşüncə ilə  əlaqələndirirlər. Bütün bu kimi 

keyfiyyətlər, müştərilərə münasibətdə etibarlılıq göstərməsi isə xidmət sahələrində ona 

müəyyən qədər üstünlük verir. 



Burada isə artıq qadının köməyinə  həm də müasir cəmiyyətin dəyər sisteminin 

tədrici təkamülü də  gəlir. Sonuncusu, insana və onun müxtəlif tələbatlarının təmin 

olunmasına istiqamətlənərək, postsənayeləşdirmə  mədəniyyətinə  də yiyələnir. Bu 

şəraitdə, müəssisəyə öz evi kimi, heyətə isə böyük ailə kimi baxan müəssisə rəhbərinin 

və menecerin rolları, tərbiyəçinin, eləcə  də ailə başçısının rollarına yaxınlaşır. Burada 

bir önəmli məqamı da qeyd edək ki, şəxsi işlərin aparılması üçün «qadın» üslubunun 

qəbul edilməsinə baxmayaraq, qadın-sahibkar bazarın tələblərinə  və istehsalın yeni 

şərtlərinə uyğunlaşmaqda kifayət qədər yüksək effektlilik göstərirlər. Onlar şəraitin 

dəyişkənliyinə uyğun olaraq diribaşlılıq, realistlik, uyğunlaşmaq bacarığı, manevlə etmək 

qabiliyyəti nümayiş edir, əməyin təşkilində və mənsəbə yüksəlməkdə peşəkar vərdişlərə 

yiyələnməyə can atırlar. 

 

QADIN SAHİBKARLIĞI TƏCRÜBƏSİNDƏN: İBRƏT DƏRSİ VƏ 



MƏSLƏHƏTLƏR 

 

(«Çastnoe predprinimatelğstvo: osnovnoe ponətie, teoriə, praktika»



 

,

 



kitabının 

tərcümələr

 

Fransız jurnalist qadını və menecment sahəsində mütəxəssis özünün «Qadın – iş 



adamı – gələcəyin nümunəsi» kitabında, milli mənsubiyyətindən asılı olmayaraq, 

qadının özü üçün nəticə çıxara biləcəyi 10 ibrət dərsini sadlayır: 

Birinci dərs. Həyat yolunun başlanğıcında  şəxsi həyatındakı  uğursuzluqlar, 

müvəffəqiyyət üçün yaxşı  təkan ola bilər. Uğursuz nikah erkən analıq və  tələsik 

boşanma, işğüzar dairədə özünü reallışdırmaq üçün də  təkan ola bilər. Belə ki, onun 

kitabının qadın qəhrəmanlarının ailələrinin dağılması, onlar üçün həddindən artıq dar 

olan ailə  çərçivəsinə  sığmayan, qeyri-adi yaradıcılıq imkanları olan həyata çağırırdı. 

Təbii enerjiləri çıxış yolu taparaq, onları öz işlərini yaratmağa, sonra isə yeni ailə 

qurmağa sövq edirdi. Onların təcrübələri tövsiyyə edir: yayınmamaq, fəaliyyət 

istiqamətini diqqətlə seçmək və öz qarşısında konkret peşəkar məsələlər qoymaq. 

Keçmiş haqqında səmərəsiz təəssüflə, həmçinin perspektivi olmayın vəziyyətlərin 

saxlanması istisna olunur. Ümidi saxlamaq və dəyişmələrə həvəsi tətbiq etmək vacibdir, 

onda yaradıcı enerji özünə çıxıh və istiqamət tapacaqdır. 

İkinci dərs. Bütün «uğurlu qadınlarda» seçdiyi yolun düzgünlüyünə tam əminlik və 

ideyadan öz layihəsinin həyata keçirilməsinə qətiyyətlilik hökm sürür. Xüsusi işgüzarlıq 

təhsilinə malik olmalarına baxmayaraq, kişilərin onları ciddi qəbul etməyəcələkrindən 

qorxmayaraq, onlar keyfiyyətsizlik kompleksini hiss etmir və intuisiyalarına etibar 

edirdilər. Onların hamısı öz işlərindən ləzzət alırlar, bu da onların işgüzarlıq fəaliyyətini 

məhdudlaşdırır. 

Üçüncü dərs. Bütün işgüzar qadınlar müstəqilliyi yüksək qiymətləndirir və qadına 

ətrafı  tərəfindən (ailə, qohumlar və  cəmiyyət) göstərilən təzyiqlərdən yaxa qurtarmağa 

çalışırlar. Onların muzdlu əməyə qayıtmaq istəmirlər. Sabitlik, məşğulluğa zəmanət və 

məsuliyyətin olmaması onları  şirnikləndirmir. Onlar qərarların qəbulunda müstəqilliyi 

yüksək qiymətləndirirlər. 

Dördüncü dərs.  İrəli çıxmaq üçün medalın o biri üzü-təklikdir.  Əlbəttə, bu hal 

həmişə deyil, həm də hər bir şeydə deyil, lakin öz işini yaratmış qadın, qorxaraq və ya 

məsuliyyətini digərləri ilə bölüşdürmək arzusunda olmayaraq, çox vaxt «səhnədə 

yeganə aktyora» çevrilir. 

Beşinci dərs. Bütün işgüzar qadınlar öz «komandası»nı yığmağın çətinliyini etiraf 

edirlər. Qadın müəssisələrində kadrların formalaşması təcrübəsi olmaması səbəbindən 

işgüzar qadınlar öz əməkdaşlarını qohumları və tanışları arasında axtarmalı olur. Bu isə 

heç də  həmişə lazımi effekti təmin etmir və demək olar ki, əksər hallarda isə ehtiyacı 

ödəməyən xidmətlərdən «komandaya» olan etirazı çətinləşdirir. 



Altıncı  dərs.  İşbazlıq - bu həmişə müəyyən risklə bağlıdır.  İncə  məqam ondan 

ibarətdir ki, qadınlar həmişə daha çox və ya daha az riskli variantlar seçmək imkanına 

malikdirlər. Risk, ənənəvi qadın fəaliyyəti dairəsindən kişi biznesinin (pul əməliyyatları, 

sənaye, restoran işi, konsaltinq) toxunulmaz sahələrinə keçid zamanı, həmçinin texniki 

yeniliklər istifadə olunan və gələcəyə malik olan təzə sahələrə keçən zaman artır. Belə 

hallarda isə çox vaxt yeni dirçələn qadın biznesinin tələbatını  nəzərə almayan, 

qanunvericilikdəki boşluqlar maneə rolunu oynayır. 

Yeddinci dərs. Hər halda ənənələri yerindən oynatmalı  və qadınların hələ 

gözlənilmədiyi sahələrə  də daxil olmaq lazımdır: fransalı  işgüzar qadınların təcrübəsi 

bunu bir daha sübut edir. 

Onlar təsdiq edirlər ki, hər bir ənənələrin saxlanmasının da xeyri var. Bizneslə 

məşğul olan qadınlar hələ mühafizəkar strukturlar yaratmayıb və mübarizə aparılması 

lazım olan vərdişlər qazanmayıblar.  Əksinə, onlar ictimai həyatı  və iqtisadiyyatı 

yeniləşdirə biləcək güclü qüvvə kimi çıxış edə bilərlər. Çünki onlar kişi biznesinin 

istehkamına çevrilməmiş, yüksək mədəniyyət, ümumi bilik səviyyəsi tələb edilən 

texnologiyaya, yəni informatikaya və digər sahələrə daxil olurlar. 

Səkkizinci dərs. Qadın işbazlığının tətbiq oluna biləcəyi ən yaxşı sahələrdən biri 

də xidmət sahəsi sayılır. Dinləmək bacarığı ilə altruistlik azadlığı, insanların 

xoşbəxtliyinə könülvermə qabiliyyəti qadınlara müştərilərin vəziyyətinə tez daxil olmağa 

və onların köməyinə gəlməyə imkan yaradır ki, bu da ailənin müxtəlif tələblərinə xidmət 

etməkdə əsrlərlə qazandıqları vərdişlərin nəticəsidir. 

Doqquzuncu dərs. Analıq biznesə mane olmur, bunu təcrübə  də  təsdiq edir. 

İşgüzar qadınların əksəriyyəti təmamilə əmindirlər ki, sabit ailə təməlinin onlara verdiyi 

gücü hiss etmədən öz işlərini davam etdirə bilməzdilər, çünki işlərini yaradarkən yalnız 

öz maraqlarının deyil, həmçinin ailələrinin gələcəyi haqda flkri rəhbər tuturlar. Analıq 

işgüzar qadında günahkarlıq kompleksi törətməməlidir. Kitabın çoxuşaqlı ailələri olan 

qəhrəman anaların rəyinə görə  uşaqların analarının iş dünyasına münasibəti və 

qoşulması keyfiyyətcə qarşılıqlı uzlaşmaya imkan yaradan, ananın daima evdə 

olmasından daha yaxşıdır. 

Onuncu dərs. Əgər ailədə tərəfdaşlıq konsepsiyası və təcrübəsi qəbul olunubsa, 

ər-arvad «bir komandada» olurlarsa, onda keyfiyyətcə yeni ailə münasibətlərinə keçid 

göz qabağındadır: yəni ailəçilik münasibətlərindən  ər-arvad tərəfdaşlığına doğru. 

Birincisi, vəzifələrin tam burjua sayağı bölünməsi üzərində qurulmuşdur: kişi işləyir, 

qadınsa evlə və uşaqlarla məşğuldur. Vəzifələrin bu qaydada bölünməsi əksər hallarda 

birliyin olmaması ilə və özünü peşəkar qayılarının tək əsirinə çevrilmiş kişinin təkliyi ilə 

nəticələnir.  İşgüzar qadın isə ailədə özünü başqa cür aparır. Hətta,  əgər  ər-arvad bir 

yerdə  işləməsələr belə, ailə üzvləri işgüzar problemlərin müzakirəsinə  cəlb olunur və 

çox zaman işgüzar layihələrin həyata keçirilməsində  iştirak edirlər.  İşgüzar qadının 

yaradıcı xarakteri bütün sahələrdə özünü büruzə verir: mümkün olan yerdə özünün 

aktivlik çərçivəsini genişləndirməyə və məhdudiyyətlərin aradan götürməyə can ataraq, 

o peşəkar və  şəxsi həyatına yeniliklər gətirib.  İşgüzar qadının gündəlik həyatında ailə 

vəzifələri ilə peşəkar fəaliyyəti arasındakı münasibətləri daha həmahəng etməyə  və 

yüngülləşdirməyə istiqamətlənmiş bir neçə məsləhət diqqətə layiqdir: 

- Birinci məsləhət. Öz işini yaratmağın,  əsas etibarilə, başlanğıc mərhələsində 

valideynlərin yaxşı münasibətləri qorumaq və onların köməyini axtarmaqı vacibdir. Onlar 

müvəqqəti olaraq uşaqlara qayğını öz üzərlərinə götürə bilər, maliyyə  və  mənəvi 

cəhətdən köməklik edə bilərlər. 

- İkinci məsləhət. Sizinlə əməkdaşlıq etmək istəyən, kömək etməyə hazır olan və 

ideyalarımıza həmfikirlilik göstərən insanların sizi nəinki iş yerində, həmçinin məişətdə 

əhatə etməsi vacibdir. İşgüzar qadın həmfikirlərin və lazımi adamların vaxtaşırı  qəbul 

olunmasının nə qədər xeyirli olması haqda özünə hesabat verməlidir. 



- Üçüncü məsləhət. Özünüzü və öz işinizi xeyirxah kişi iştirakı ilə  təmin edin. 

Məsələn, dəyərli məsləhətləri və vaxtlı vaxtında köməyi ilə qadın çiyinləri üçün həddən 

artıq ağır yükü yüngülləşdirə biləcək, sizə xeyirxah olan sponsor tapmaqla. 

- Dördüncü məsləhət. Ev təsərrüfatında müasir məişət texnikasının yeniliklərinin 

geniş istifadə olunması, nəinki ev ilə  əlaqədar vəzifələrin yerinə yetirilməsini 

yüngüləşdirər, hətta bu işgüzar qadının imicinə «işləyər». 

Beşinci məsləhət. Arzu olunur ki, nəqliyyat stresslərini minimuma endirmək, 

işgüzar iş gününün gərginliyini çıxarmaq və ailə ilə vaxtın çox hissəsinin keçirilməsi 

üçün idarə binasını evinizin yaxınlığında axtarasınız. Sorğu olunan qadınlar üçün hər 

yerə can atmağa etiraz xarakterikdir. Onların sabitliyini iş  və ailə  təmsil edir. Heç də 

təsadüfi deyil ki, onların hamısının dediyinə görə, yalnız idarələrin yaxınlıqda 

yerləşməsi, belə  məhsuldar  şəraitə öz uşaqlarının tərbiyəsi ilə  məşğul olmağa imkan 

yaratmışdır çox hissəsinin keçirilməsi üçün idarə binasını evinizin yaxınlığında 

axtarasınız. Sorğu olunan qadınlar üçün hər yerə can atmağa etiraz xarakterikdir. 

Onların sabitliyi iş və ailə təmsil edir. Heç də təsadüfi deyil ki, onların hamısının dediyinə 

görə, yalnız idarələrin yaxınlıqda yerləşməsi, belə  məhsüldar  şəraitə öz uşaqlarının 



tərbiyəsi ilə məşğul olmağa imkan yaratmışdır.  

Document Outline

  • S?xsiyy?tin mudafi? reaksiyalar?na m?xsus qender tipl?rinin
    • IQTISADIYYATIN QENDER ASPEKTL?RI
      • KECID DOVRUND? RESPUBLIKADA QENDER V? QADIN PROBLEML?RI
      • UMUMI T?S?VVURL?R: TARIX, IDEYA V? N?Z?RIYY?L?R
      • C?MIYY?TIN FEMINIST T?NQIDI
    • FEMINIZM BEYN?LXALQ QADIN H?R?KATINDA IDEOLOJI ISTIQAM?TL?RD?N BIRI KIMI
      • QENDER STATISTIKADA
      • XXX
      • QENDER PROBLEMININ INKISAF M?RH?L?L?RI
      • Qad?n v? kisil?rin pensiya yas?n?n b?zi m?s?l?l?
      • QURANDA QADIN
      • QENDER V? M?D?NIYY?T
      • FEMINIZM V? POSTMODERNIZM
        • M?tl?b Mahmudov
      • INZIBATCILIQDA QENDER MUNASIB?TL?RININ FEMINIST T?HLILI
      • Z?RDUSTILIKD? QENDER PROBLEML?RI
      • QENDER V? ?DAL?T
        • GIHAB-?n sosioloqu
      • AIL? MUNASIB?TL?RININ FORMALASMASINA T?SIR ED?N AMILL?R
      • T?RCUM?L?R
      • QADINLAR BIZNESD?
      • QADIN SAHIBKARLIGI T?CRUB?SIND?N: IBR?T D?RSI V? M?SL?H?TL?R

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə