Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   16   17   18   19   20   21   22   23   24

 

Aynur Veysəlova aspirant 

 

«Qabusnamə»də ailə və qender münasibətləri 



 

Şərqin Dünya ədəbiyyatına və  mədəniyyətinə verdiyi töhfələrdən biri də 

«Qabusnamə»dir. «Qabusnamə» dünyanın acı-şirinini dadmış, saray və hakimiyyət 

çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllallığının şahidi və iştirakçısı olmuş qoca bir 

atanın öz oğluna vəsiyyət və  nəsihət kitabıdır. X-XI əsrlərə  məxsus olan bu əsər qırx 

dörd fəsildən ibarətdir. Kitabın müəllifi  Əmir Ünsürülməali Keykavus ibn İsgəndər ibn 

Vəsimgir ibn Ziyardır. 

«Qabusnamə»də müxtəlif həyati məsələlər öz əksini tapmışdır. Sözsüz ki, bizi 

daha çox ailə  və qender münasibətləri maraqlandırdığı üçün diqqətimizi ona uyğun 

fəsillərə yönəldəcəyik. 

«Qabusnamə»nin 26-cı «Evlənmək haqqında» və 27-ci «Övlad tərbiyə etmək və 

onların qaydaları haqqında» fəsillərində kişi və qadınların (qız və  oğlanların) yalnız 

ailədə  ər, arvad, övlad kimi deyil, həmçinin bir insan kimi cəmiyyətdə mövqeyini və 

fəaliyyətini müəyyənləşdirir. 

Bir çox qərb mənbələri,  Şərqdə qadın hüquqlarının aşağı  səviyyədə olmasını 

qeyd edirlər. Müəllif yazırdı: «Övladın qız olsa, onu həyalı bir dayəyə tapşır, böyüyəndə 

ona bir müəllimə tut...» Bu onu göstərir ki, valideyn (xüsusilə ata) qızını  sərbəst və 

özünəinamlı böyütməyə borcludur. İstər qız, istərsə  də  oğlan ailə qurduqda öz tərəf 

müqabilini dərindən öyrənməli, ona hər bir məsələdə etibar etməlidir. «Arvad ismətli, 

namuslu, dindar, evdar, ərini sevən, həyalı, ləmizkar, başıaşağı, üzüyola, əlidüz, 

malyığan olmalıdır. Beləsi gözəl olar». Ər haqqında isə belə deyirdi: «Adaxlı  (ər) 

gözəlüz,  əlidüz, təmizdin, təsərrüfatdan başı  çıxan olmalıdır. Bilməlisən ki, o, qızının 

xərcini haradan və hansı yolla gətirir». 

Müəllif bütün dövrlər üçün maraqlı bir cəhətə  də öz münasibətini bildirmişdir. 

Cəmiyyətdə istər qadınların (əsasən), istərsə  də kişilərin sosial-mədəni 

münasibətlərində onlara və ailələrinə maneə olan cəhət qısqanclıqdır. O, əzəldən 

insanın mahiyyətində mövcuddur. Müəllif oğlunun timsalında kişilərə bu barədə öz fikrini 

belə çatdırmışdır: «Birdə çalış qısqanma, qısqanacaqsansa, heç evlənmə, çünki sənin 

qısqanclığın çox zaman zorla onu əyri yola getməyə  məcbur edər. Lakin arvaddan 

şübhələnib onu qısqanmadan, pulunu ondan gizlətməsən və yaxşı saxlasan, allahın 

verdiyindən onu yaxşı dolandırsan, o sənə atandan, anandan və  uşaqlarından daha 

mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi bir dost tapa bilməzsən». 

Burada müəllif eyni zamanda məsələyə insan psixikasında şüuraltı baş verəcək 

proseslərdən xəbər verir. Qısqanclıqla əlaqədar olaraq kişi və qadın keçirdikləri psixiki 

sartıntılar nəticəsində ailə həyatı üçün təhlükə yaradan düşüncəsiz hərəkətlər edirlər. 

Müəllifin fikirləri orta əsrlərdə qələmə alındığına baxmayaraq istər qender, istərsə 

də digər elm sahələri baxımından tədqiq edilməyə  dəyər. «Qabusnamə»  əsəri öz 

tədqiqatçılarının yolunu gözləyir. 

 

 

Rauf Məmmədov, fəls.e.n.  



GİHAB-ın tərcümə mərkəzinin sədri. 

 

 



ZƏRDÜŞTİLİKDƏ QENDER PROBLEMLƏRİ 

 

Zərdüştilik təlimi bəşəriyyət tarixində ilk monoteist təlimlərdən biri kimi meydana 



gəlmişdir. E.ə.I minillikdə  dəmirin meydana gəlməsi ilə  əlaqədar cəmiyyətdə yeni 


ictimai-siyasi hadisələr formalaşdı. Quldarlığın meydana gəlməsi ilə  Zərdüşt 

peyğəmbərin yaşadığı cəmiyyət qullara və quldarlara bölündü. Bu cəmiyyətdə yaşayan 

insanların hüquqları tapdanaraq, onların taleyi təhlükə altında qaldı. Heç bir mülkiyyət 

və hərbi qüvvəyə malik olmayan bu hüquqsuz insan kütləsinin hüquqlarını müdafiə edən 

məhz Zərdüşt peyğəmbər oldu. Lakin bu yolda o çox böyük məhrumiyyətlərə  və 

əzablara məruz qalmasına baxmayaraq, tutduğu haqq yolundan dönmədi. Bəşəriyyət 

tarixində ilk insan hüquqlarının carçılarından biri kimi tanınan Zərdüşt bir şəxsiyyət və 

Yaradanın iradəsini təmsil edən bir peyğəmbər kimi qadın və kişilərin 

bərabərhüquqluğunu təsdiq etdi. Buna görə o, Qatalar da onlaı bir-birindən 

ayırmayaraq, onları  əsasən «ey insanlar» ifadəsi ilə  səsləyir. Qadınlar da kişilər kimi 

azad iradə və azad seçki hüququna malik olduqları üçün öz əməllərinə görə məsuliyyət 

daşıyırlar. Onlar da kişilərlə bərabər Ahuranın Zərdüşt peyğəmbər vasitəsilə göndərdiyi 

«müqəddəs elmi» (spanta sasnaya) öyrənib etiqad etməyə və cəmiyyətdə öz xeyirxah 

fikir, söz və  əməlləri ilə xeyir verməyə borcludurlar. Zərdüştilik  ənənələrinə görə ilk 

qadın və kişi vahid bir candan ayrıldıqları üçün onların vəhdəti ailənin, cəmiyyətin, 

dövlətin yaranmasına səbəb olur. 

Bu strukturların qorunub saxlanması da məhz düzgün qadın-kişi 

münasibətlərindən asılıdır. Cəmiyyətdə istehsal əsasən kişilərin  əlində olduğu kimi

dövlətin  əsasını  təşkil edən ailə isə qadınların  əlindədir. Bunun üçün ailə  və istehsal 

arasında tarazlığı mühafizə etmək üçün cəmiyyətdə buna müvafiq qanunlar olmalıdır. 

Zərdüşt peyğəmbər cəmiyyətdə sabitliyi, ədaləti bərpa edən bu qanunları  məhz 

Qatalarda izhar etmişdir. Onun cəmiyyəti mütləq bir əqidəyə malik olan saf bir 

cəmiyyətdir. Orada qadınlar və kişilər arasında heç bir ayrıseçkilik yoxdur. Bu 

cəmiyyətdə insanlar yanlız öz imanlarına görə bir-birindən ayrılırlar. Zərdüşt peyğəmbər 

bununla belə onların vicdan azadlıqlarını müdafiə edir. 

« Mən evlənən qız və  oğlanlara bu sözləri xatırlamaq üçün deyirəm: Vicdan və 

səylə Ali Fikrin həyatını anlayın! Qoy sizdən hər biriniz digərinizlə bu həqiqət yolunda 

yarışsın. Onu izləyənlər ali mükafata yetişəcəklər.» (Yasna 53.5) 

Zərdüşt peyğəmbər öz qızı Pouruçistanı Camaspaya ərə verəndə, ona öz ata 

məsləhətini bildirir: 

«Ey Haecataspa və Spitama nəslindən olan! Ey Zaratuştranın  ən gənc qızı 

Pouruçista! Mən onunla sənin xeyir-duanı verib, səni xeyirxah fikir, həqiqət və 

müdrikliyə qovuşmağa, öz əql və  qəlbinin ilahi düşüncəsiylə  həmsöhbət olmağa 

çağırıram» (Yasna 53.3) Zərdüştün kürəkəni Camaspa isə belə deyir: 

«Atasının,  ərinin və insanların yerini bilən, mömün qadın və kişilərdən olan, öz 

pak vicdanı ilə Müdrik Ahuranın Xeyirxah Fikrinin daima parlaq mükafatına layiq görülən 

və mənimlə əhd bağlayan o Pouruçistanı qəlbən sevəcəyəm» (Yasna 53.4) 

Zərdüşt peyğəmbər cəmiyyətdə  və onun inşafında  əxlaq və  əqidəni ön plana 

çəkir. O, öz həyat yoldaşı Fraşaoştra Hvoqva haqqında belə deyir: 

«  Əziz Fraşaoştra Hvoqva mənə Ahuranın istəyindən doğan öz pak vicdanının 

timsalı kimi aşkar oldu. Qüdrətli və Müdrik Ahura, ona həqiqətə qovuşub, həqiqətlə 

ucalmaq imkanı yaratdı» (Yasna 51.17) 

« Ey Fraşaoştra Hvoqva, sən də mənim kimi Ahuranın iradəsinə müvafiq olaraq, 

həqiqətin ilahi vəhdətlə müşayiət olunduğu, Xeyirxah Fikrin hakimlik etdiyi və Müdrik 

Ahuranın zənginlikdə yaşadığı yerə səadətlə addımlayırsan» (Yasna 4616) 

Ümumiyyətlə, söylənənlərdən belə bir nəticəyə  gəlmək olar ki, Zərdüştiliyin 

qender problemlərində insan amili əsas götürülmüşdür. 

 

Zeynəddin Şabanov  



GİHAB-ın elmi katibi 

 

 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə