Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

alternativ olan fəlsəfi konsepsiya kimi heç də birdən-birə formalaşmamışdır. Uzun 

müddət ərzində o həm qadınların bərabərhüquqluluq ideologiyası, həm də sosial-siyasi 

hərəkat kimi mövcud idi. Feminizmin bu aspekti onun nəzəriyyəsinin yaranması üçün 

çox vacibdir: məhz qadının cəmiyyətdə statusu ilə bağlı suallara real cavablar 

axtarışında feminizm nəzəriyyəçiləri,  ənənəvi sosial elmlərlə  qane  olmayaraq,  həm 

özlərinin ənənəvi qərb biliklərinə qarşı nəzəri cəhətdən iddialarını, həm də mədəniyyətin 

analizinə elmi cəhətdən yanaşmağın yeni nəzəri metodoloji yollarını formalaşdırmağa 

başladılar. Feminizm insanın şəxsiyyətinə marağın artdığı humanizm deyilən istiqamətin 

müəyyənləşdiyi  İntibah dövrü ilə bağlayırlar. Aydındır ki, cinslərin bərabərliyi problemi 

düşünülmüş tam şəkildə ancaq o zaman meydana çıxdı ki, ümumiyyətlə, bütün 

insanların hüquqlarının bərabərliyi məsələsi müzakirə olunmağa başladı. Məhz  İntibah 

dövründə, qadın  şəxsiyyətinin alçaldılması  və ona ictimaiyyət tərəfindən  ədalətsiz 

münasibətdən bəhs edən K.Lizan və K.Aqrippin ilk traktatları peyda olmuşdur. 

Feminizmin inkişafının sonrakı mərhələsi Böyük Fransa inqilabından əvvəlki və sonrakı 

dövrə  təsadüf edir. Lakin, hətta o zaman insanların bərabərliyini elan edən «İnsan və 

vətəndaşın hüquqlarının bəyannaməsi»  əslində bu hüquqları ancaq kişilərə verirdi. 

Qadınlara vətəndaş və seçki hüquqlarının, dövlət vəzifələrini tutmaq imkanının verilməsi 

tələbləri irəli sürülən «Qadın və qadın vətəndaşın hüquq deklorasiyası»nı  (1792-ci il) 

yazmış O.Quj edam olunmuş, fransız qadınlarının inqilabda oynadıqları görkəmli rola 

baxmayaraq qadın cəmiyyətləri Konvent tərəfindən qapanmışdı. 

1792-ci il feminizmin görkəmli liderləri: M.Uolstounkraft (İngiltərə) «Qadının 

tabeçiliyi haqqında», T.F.Gilpel (Almaniya) «Qadının vətəndaş  vəziyyətinin 

yaxşılaşdırılması haqqında» adlı kitabını  nəşr etdirirlər. Belə  səpgili ayrı-ayrı  əsərlər, 

əlbəttə ki, o zamankı dünyagörüşünün əsas inkişaf təmayüllərini dəyişə bilməzdi. Lakin 

onlar göstərir ki, artıq hələ o zaman cinslərin qarşılıqlı münasibəti məsələsi özünün ilkin 

kəskinliyini almağa başlamışdı. 

Öz  əsərlərində cinslərin qarşılıqlı münasibəti məsələsinə liberalizmin 

nümayəndələri (C.Lokk, J.J.Russo, C.S.Mill) müəyyən yer ayırırlar. 

Onlar bu məsələyə insan azadlığının ümumi kontekstində baxırlar. Utopik 

sosializmin klassikləri «feminizm» termininin ixtiraçısı, «Qadının sosial vəziyyəti ictimai 

tərəqqinin meyarıdır» deyiminin müəllifləri Ş.Furye, A.Sen-Simon, R.Ouen) bu problemə 

sosial-siyasi, iqtisadi və ümumfəlsəfi səciyyə vermişlər ki, bu da marksizm tərəfindən, 

istənilən bərabərsizliyin məhv edilməsinin yeganə üsulu olan sinfi mübarizənin ümumi 

prinsipinə çevrildi. XX əsrdə meydana çıxmış seksuallığın nəzəriyyəsi və onun kişi və 

qadınların sosial və siyasi davranışında rolu kimi məsələlər (Z.Freyd, V.Rayx, M.Mid, 

H.Markuze, Frankfurt məktəbi, fransız strukturalistləri və s.) psixologiya, antropologiya, 

sosiologiya və digər humanitar istiqamətlərin materiallarından istifadə etməklə cinslərin 

qarşılıqlı münasibəti problematikasını genişləndirirlər. 

60-cı illərdə solçu radikal etiraz hərəkatlarının yaranması  və  əks-mədəniyyət 

nəzəriyyələrinin təşəkkül tapması ilə yanaşı feminizmin yeni yüksəlişi müşahidə olunur. 

Qərbi Avropa və Şimali Amerikada feminizmin bir neçə istiqamətləri formalaşır: 

- liberal-reformist: «cinslərin qeyri-bərabərliyi qadınların müəyyən vətəndaş  və 

hüquqi haqların olmamasının nəticəsidir. Hüquqi reformaların keçirilməsinə üstünlük 

verən bu istiqamətin nümayəndələri B.Fredan və onun «Qadınların Milli Təşkilatdan» 

olan həmkarlarıdır. 

- sosialist-marksizmin feminizm sintezi «Xüsusi mülkiyyət və  cəmiyyətin sinfi 

quruluşu qadınların diskriminasiyasının səbəbidir». Bununla belə, bu isdqamətin bir qolu 

belə hesab edirdi ki, bu məsələ məxsusi bir problemdir və ümumproletar problemindən 

fərqlidir. Nümayəndələri L.Qordan, M.Obrayen, Z.Ayzenstayn idi. Onlar qadın 

probleminin ayrılmasının labüdlüyünü təkid edirdilər. 




- radikal – «əsas maneə  qərarlaşmış patriarxat kişilərin qadınlar üzərində total 

hakimiyyətidir ki, ondan qəti surətdə yaxa qurtarmaq lazımdır» (K.Millet, S.Fayerstoun, 

K.Delfi, M.Doili) 

Hal-hazırda qeyd olunan cərəyanlardan  əlavə son dövrlərdə çoxlu yeni 

təmayüllər meydana gəlmişdir: 

- mədəni feminizm - kişi (maskulin) mədəniyyətindən fərqli qadın (femin) 

mədəniyyətinin inkişaf etdirilməsi; 

- humanist feminizm - həm qadın, həm də kişilərin maraqlarının nəzərə alınması, 

cinslər arasında tarazlaşdırılmış münasibətlər; 

- irqi - «qara», «zənci» amerikan feminizmi və  dərinin rəngində qeyri-bərabərlik 

görən başqa istiqamətlər; 

- milli-latın Amerikası, Afrika və i.a. Feminizmi başqa  şeylərlə yanaşı etnik və 

mədəni fərqlərdə də qeyri-bərabərlik axtarır. 

- dini-müsəlman, xristian, iudaist və i.a. - onlar ön plana konvessional fərqləri 

çəkir. 

Beləliklə, cəmiyyətdə qeyri-bərabər münasibətlər yaranması üçün kifayət qədər 



səbəb yığılıbdır. Bütün bunlarsa ona şəhadət edir ki, kişi və qadınların qeyri-bərabərliyi 

heç də bioloji yox, cəmiyyəti «güclü» ilə «zəif»lərə bölən sosial məsələdir, məhz belə 

halda «hakim» və «tabelik» münasibətləri meydana çıxır. 

 

CƏMİYYƏTİN FEMİNİST TƏNQİDİ 

 

Cəmiyyət və onun sosiomədəni institutları feminist qadınların tənqidinin  əsas 



hədəfi oldu. Feminizmin əsas iradları aşağıdakı müddəalarla ifadə olunmuşdur: 

-qadınları həmişə siyasətdən "kənarlaşdırıblar" və hal-hazırda onların hakimiyyəti 

kişilərin hakimiyyətindən azdır; 

-qadınlar bir çox cəmiyyətlərdə həmişə daha az maariflənmiş olmuşlar; 

-onlara sosial rol oynamaq imkanı daha az verilib və kənarda yaradıcı işlə məşğul 

olmaq üçün daha az variantlar təklif olunur; 

-cəmiyyətlərin əksəriyyətində qadınlar kişilərə nisbətən daha ağır iş, daha az pula 

və ya müftə, pulsuz yerinə yetirirlər; 

-qadınların bir cins kimi özlərinə aşağı qiymət verməsi şirnikləndirilir. 

Problemin iki mümkün həlli var: a) "androgen ideal" - cinsi rolların (analıq) ləğv 

olunması hesabına cəmiyyətdə "bircinsliliyi" əldə etmək. Bu halda kişi ilə qadın arasında 

münasibətlər hakimiyyətdən, zordan və  ədalətsizlikdən azad olardı. "Laboratoriya" 

uşaqları androgen idealın həyata keçirilməsinə kömək edə bilər. Məhz onda "birinci növ" 

feminist qadınların fikrincə, bütün fərqlər aradan qalxacaq: qadınlar daha rasionalist, 

daha məntiqli, güclü və  cəsur olacaqlar; b) ikinci tip feminist qadınlar məktəbi üçün 

kişilərlə qadınlar arasında fərq realdır, qadınların təbiəti başqadır, lakin qiymətcə kişi 

təbiətindən heç də geri qalmır. Qadınlar xüsusi keyfiyyət və qabiliyyətə malikdirlər: 

səciyyəvi qadın düşüncə  tərzi kişi təfəkkürünə nisbətən daha intuitivdir, emosional 

cəhətdən daha səmimidir, daha qurucu və genişdir. O, kişilərin elmi; rasional, məntiqi, 

analitik düşüncə tərzinə tam qiymətin 

alternatividir. Feminizmin məqsədi bu kimi qadın xüsusiyyətlərinin əsl qiymətinin 

cəmiyyət tərəfindən tanınmasına nail olmaqdır. 

Cinslərin fərqləri öz-özlüyündə bu fərqlərlə  əsaslandırılan çoxsaylı  və müxtəlif 

sosial və siyasi normaları zəruriliklə şərtləndirə bilməz. Buna görə də feminist qadınlar 

cinslə (sex) nəsli (qender) fərqləndirirlər. Cinslərin fərqləri təbiidir, lakin çox məhduddur

nəsil isə  təbiət faktı olmayıb,  ən  əvvəl tərbiyə  və  mədəniyyətdən asılıdır. Misal kimi 

feminist qadınlar müxtəlif dillərdə müxtəlif sözlərin (isimlərin) kişi, qadın və orta cinsinin 

təyin olunmasındakı fərqləri gətirirlər. Qrammatikadakı cins də eynilə sünidir və təbiətə 

yox, mədəniyyətə məxsusdur. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə