Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

tərəfindən sosial-iqtisadi və siyasi hüquqlarının tanınmasına, analığın və 

uşaqların müdafiəsinə nail olmuşlar. Eyni zamanda qadınların dövlət idarəetmə 

sistemində, istehsalatda maraqlarını, namusunu, mənliyini qoruyan qanunların və 

inzibati qaydaların da qəbul edilməsinə nail olmuşlar.  İndi "qadın məsələsinin" 

qoyuluşunun və  həlli yollarının ağırlıq mərkəzi, cəmiyyətin sosial-iqtisadi və siyasi 

inkişafının vəzifə və imkanları ilə təyin olunan qadın statusunun artması tərəfə daha çox 

meyl edir. Belə ki, qender tədqiqatları cinsin birinci-bioloji aspektindən fərqlənərək, onun 

digər aspektlərinin də araşdırılmasını  məqsəd sayır. Son nəticə belədir ki, qender 

psixoloji keyfiyyətləri davranış modelini, fəaliyyət növlərini, qadın və kişinin peşəsini 

sosial mədəni, psixoloji aspektdə öyrənir. 

İdeoloji baxımdan da "qadın məsələsi" özünün birölçülülüyünü itirib, müxtəlif 

yönlü olmuşdur.  Əsas problem-ölkənin inkişaf yolları - cəmiyyəti bütünlükdə 

təbəqələndirdiyi kimi, qadınlar arasında da ayrı seçkiliyə  səbəb olmuşdur. Qadınları 

yalnız ümumi maraqlar: təhsilə, səhiyyəyə  və qadın  əməyinə dövlət himayəsi, işləyən 

qadınlara sosial zəmanətlər və  nəhayət, uşaqların saxlanması, tərbiyə olunması üçün 

lazımi  şəraitin yaradılması kimi problemlər birləşdirir. Digər tərəfdən qadınlar bazar 

iqtisadiyyatına keçid dövründə  işsizlikdən, cəmiyyətdə sosial və maddi cəhətdən 

təbəqələşmədən, istehsal sahələrindən kənarlaşdırılmaqdan ilk növbədə  əziyyət çəkir. 

Bu səbəbdən qadınlar iş yerini itirmək qorxusu altında, yüksək və zəmanətli əmək haqqı 

verilən, lakin fiziki cəhətdən ağır işlərdə çalışmaq məcburiyyətində qalırlar. Oz 

növbəsində bu dəyişikliklər qadınların siyasiləşməsinin, sosial etirazını  həyata 

keçirilməsində  iştirakının, partiyaların və ictimai hərəkatların müxtəlif kütləvi birliklərin 

tərkibində  fəaliyyət göstərməsinin labüdlüyünə  şərait yaradırdı ki, bu da cəmiyyətin 

inkişafının keçid və dönüş dövrləri üçün xarakterik xüsusiyyətlərdir. 

Üçüncüsü: qadının cəmiyyətin inkişafındakı sosial rolunun fəlsəfi-sosioloji 

analizinə iki müxtəlif baxış mövcuddur. Onlardan biri qadınlara sosial-demokrafik qrup 

kimi, o birisi isə müəyyən olunmuş sosial statusa malik, öz spesifik demoqrafik 

xüsusiyətləri ilə fərqlənən iri birlik, nadir sosial qrup kimi baxırlar. İkinci variant daha çox 

qəbul oluna biləndir, çünki qadınlar real mövcud olan, empirik qeydə alınan nisbətən 

tam və sabit sosial qrupdur. Onlar sosial və siyasi proseslərdə istehsal sahələrində, 

mədəniyyətdə və insan həyatına xas olan digər sahələrdə fəaliyyət göstərirlər. XX əsrin 

tarixi, xüsusən ölkəmizin tarixi (əsasən son dövrlərə aid) "qadın-siyasətin obyektidir" 

tezisinin dardüşüncəliliyini, hətta sosial və  mənəvi cəhətdən tam dəyərsiz olduğunu 

sübut edir. Əksinə, qadınlar praktiki olaraq tam azadlığa çıxmamış sosial qüvvə, onun 

subyekti kimi son dövrlərdə fəaliyyətlərini artırmışlar. Bu qüvvə tarixin gedişinə təsir edə 

bilər, müxtəlif vasitələrlə müdaxilə edir, cəmiyyətin tərəqqisini sürətləndirir və ya ləngidir, 

münaqişələrin yaranmasına və ya onların həllinə şərait yaradır və qarşısını alır. 

Dördüncüsü: dünya tarixindən məlumdur ki, bir sıra iri siyasi və sosial-iqtisadi 

böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının təşəbbüskarları, bəzən 

də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrar etməmiş, 

hətta kişilərə, onların əxlaqına, dünyagörüşünə və s. təsir etmişlər. 

Siyaşətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil 

formalarını (formal və qeyri-formal) yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi 

olan qadınlar ya az müddətə  və ya uzun müddətə birləşirlər. Bununla əlaqədar hətta 

elmi  ədəbiyyatda eyniləşdirilən "qadın məsələsi" və "qadın hərəkatı" kateqoriyalarının 

biri-birindən fərqləndirilməsi zərurəti meydana çıxır. "Qadın məsələsi" qadınların 

cəmiyyətdəki vəziyyəti, onların asılılıqdan azad olmaları proqramının  əsaslandırılması 

və ictimai həyatın bütün sahələrində kişilərlə eyni hüquqa nail olmaları yollarının dərk 

edilməsini nəzərdə tutur. «Qadın hərəkatı» sözün geniş  mənasında qadınların öz 

hüquqları  və maraqları  uğrunda mübarizəsinin formalarının müxtəlifliyini bildirir. 

Sosioloqlar qadın hərəkatını sosial hərəkatın bir forması kimi öyrənirlər. Qadın hərəkatı 

özlüyündə bir məqsəd ətrafında birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə 




və qadın dəyərlərinin rəmzinə malik olan müxtəlif sosial, demoqrafik, etnik, milli qadın 

qruplarının birgə fəaliyyəti deməkdir.  

Əsl qadın hərəkatının əvəzinə, vahid formal lideri olmayan, məqsədlərinin geniş 

ifadə vasitələrinə malik, özünün mənəvi dəyərləri və davranış prinsipləri olan müxtəlif 

yönümlü onlarla qadın ittifaqları, assosiasiyalar, birliklər və klublar meydana gəldi. 

Hələlik bu qadın hərəkatları öz məqsədləri uğrunda mübarizədə  səylərini birləşdirmək 

əvəzinə, ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Onların hər biri sosioloqlarımız tərəfindən 

xüsusi olaraq tədqiq olunmağa layiqdir. Bu siyasi münasibətlərin sosiologiyasının 

istiqamətlərindən biri olmalıdır. 

Beşincisi: gəlin feminizmin nəzəri və praktiki cəhətdən analiz edək. Bizdə 

feminizmi ya nəzəriyyə  kimi,  ya  da  qadınların ictimai həyatda kişilərlə 

bərabərhüquqluluq uğrunda və hüquq pozuntularına qarşı qadın hərəkatı kimi şərh 

etməyə  cəhd etmişlər. Lakin həmişə olduğu kimi həqiqət müxtəlif fikirlərin birləşdiyi 

nöqtədə meydana çıxır. 

Beləliklə, feminizm-həm qadın hərəkatının nəzəriyyəsi, həm də istər beynəlxalq 

miqyasda, istərsə  də onların milli və tarixi xüsusiyyətlərindən asılı olaraq ayrı-ayrı 

ölkələrdə olan və ya inkişaf edən qadın hərəkatının özüdür. Açığını demək lazımdır ki, 

lap son dövrlərə  qədər feminizm bizim ölkədə  nə sosioloji, nə  də sosial-psixoloji 

mövqedən ciddi araşdırılmamışdır. 

Bir çox illər bu problemin öyrənilməsinə qadağalar qoyulmuşdu. Bu qadağa fərq 

qoyulmadan onun bütün istiqamətlərinə şamil edilmişdi: mülayim liberal-islahatçılara və 

ən nəhayət cinslərin patriarxal münasibətləri ilə  çətinləşdirilmiş seksual sahəni (nikah, 

ailə, doğum,  ər-arvad münasibətləri və s.) "siyasət" adlandıran radikal qanada qədər. 

Hərçənd, bir çox alimlər hesab edirlər ki, feminizm hərəkatı son dərəcə elitardır, 

zəhmətkeş qadınlardan aralanmışdır və bu təbəqənin sinfi mübarizədə  iştirakının 

qarşısını alır. Bu baxımdan, yaxın dövrlərə kimi ölkəmizdə  də feminizmin əleyhdarları 

bütün vasitələrlə sübut etməyə çalışırdılar ki, onun bizdə  tətbiq olunmasına ehtiyac 

yoxdur, çünki dövlətin yürütdüyü siyasətin nəticəsində, bu hərəkatın ali məqsədi olan, 

qadınların siyasi və sosial-iqtisadi bərabərliyinə tam nail olunmuşdur. Göstərilən 

məqsədlər üçün mübarizə aparmağa heç bir əsas yoxdur. Lakin beynəlxalq təcrübə onu 

göstərir ki, feminist konsepsiyaların sosioloqlar və politoloqlar tərəfindən tədqiq 

olunmasına, alınmış nəticələrin real həyatda tətbiqinə ehtiyac duyulur. Tədqiq olunması 

vacib olan məsələlər aşağıdakılardır: 

- siyasi baxışların inkişafı yolu və qadınların cəmiyyətin sosial-siyasi plüralizm 

şəraitində davranışı; qadınların iqtisadiyyat haqda düşüncələri və bazar münasibətləri; 

- qadın menecmenti; qadınların siyasi liderliyi

-qadınların ictimai rəyi və hakimiyyət institutları: qadınların elektoral davranışı və 

secki kampaniyaları; qadın elitası; bazar münasibətlərinə keçid zamanı qadınların sosial 

müdafiəsi və sosial zəmanətlər: sosial gərginlik və qadın kütləsi. Bu kimi belə qəbildən 

olan və sosioloqlar tərəfindən hələ öyrənilməmiş tədqiqat mövzuları. 

Ümumiyyətlə, belə bir sual meydana çıxır ki, "qadınların ictimai fikri" 

öyrənilməlidirmi? Fikrimizcə, qadın bir fərd kimi müstəqil subyektdir və ictimai fikrin əsas 

daşıyıcılarından biridir. Bu fikri Qərb alimləri də öz tədqiqatları ilə  dəfələrlə sübuta 

yetirmişlər. Misal üçün göstərmək olar ki, bir çox inkişaf etmiş Qərb ölkələrində - ABŞ, 

Kanada və s. cəmiyyətin müxtəlif problemlərinə qadınların ictimai fikrini öyrənən onlarla 

xüsusi elmi mərkəzlər mövcuddur. 

Qadınlar öz ictimai fikirlərində siyasətin subyekti kimi çıxış edirlər. Bir ictimai qrup 

kimi onlar cəmiyyətin həyatına təsir göstərir, həm də spesifik qadın maraqlarını qoruyur, 

nəticə etibarilə öz sosial statuslarının artmasına nail olurlar. Aparılmış  tədqiqatlar onu 

göstərir ki, qadınlar öz mövqelərini ailə, məişət, istehsalat, mədəni və sosial 

məsələlərdə  və yaxud ictimai fikrin digər sahələrində daha dəqiq və birmənalı  şəkildə 

təyin edirlər. Siyasi proseslərin və onların gündəlik həyatımıza təsirinin 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə