Turizmin müxtəlif formaları üzrə turfirmaların fəaliyyət imkanlarını araşdırmazdan öncə, turoperatorların tiplərinə baxış keçirək



Yüklə 102 Kb.
səhifə1/4
tarix20.05.2023
ölçüsü102 Kb.
#111670
  1   2   3   4
Turoperator və turagent xidmətləri ekskursiya və onun təşkili


Turizmin formaları üzrə turopereytinqin təşkili
Turizmin müxtəlif formaları üzrə turfirmaların fəaliyyət imkanlarını araşdırmazdan öncə, turoperatorların tiplərinə baxış keçirək:
Fəaliyyət növünə görə turoperatorların 2 tipi var:
1.Kütləvi bazarda işləyən operator;
2.İxtisaslaşmış operator.
Kütləvi bazarda işləyən operator, müxtəlif ölkələrə turistlərin göndərilməsi, xarici turistlərin qəbulu, o cümlədən çarter reyslərinin təşkili ilə məşğul olur.
İxtisaslaşmış operator, xidmətin müəyyən bir sahəsi ilə və ya bazarın bir seqmenti ilə məşğul olur.İxtisaslaşmış operatorların bölgüsü:

  1. xüsusi maraq dairəsi üzrə.Məsələn, Afrikaya safari turlarının təşkili, idman turlarının və ya macəra turlarının təşkili və s.

  2. müəyyən müştəri təbəqəsi (seqmenti )ilə işin qurulması. Məsələn, gənclər üçün turların təşkili, ailəvi turlar, biznes və ya konqress turların təşkili və s.

  3. öncədən təyin olunmuş yerlərə, məntəqələrə səyahətlərin təşkili üzrə. Məsələn, Fransaya (Paris), Türkiyəyə( İstanbul, Ankara), Rusiyaya(Moskva, Sank-Peterburq) və s.

  4. xüsusi yerləşmə vasitələrinə müalicəvi və istirahət turlarının təşkili üzrə. Məsələn, Nabrandakı turist bazalarına və istirahət mərkəzlərinə, Şimali Qafqaz şəhərlərinin sanatoriyalarına (Yesentuki, Kislovodski), Naftalandakı”Çinar” sanatoriyasına, Naxçıvandakı “Duzdağ” hotelinə və s.

ÜTT turim fəaliyyətinin gəlmə, getmə və daxili turizm formaları kimi təsnifatını müəyyən etmişdir.
Outqoinq, İnkaminq, Insaydinq
Turoperatorun turizmin hansı forması ilə çalışmaq istəməsi müəyyən amilllərdən asılıdır:

  • Turfirmanın özünün bazar strategiyası (bazarda davranış siyasəti);

  • Bazarda qiymət strategiyası (ucuz istirahət növlərinin təklif edilməsi və ya tamamilə əksinə, bahalı və prestij turların təklifi);

  • Turoperatorun imkanları ( bazar və maliyyə);

  • Turoperatorun rəqabət bazarında strategiyası (irəli çıxmaq, fərqli olmaq, heç kimdən fərqlənməmək);

  • Xarici mühit strategiyası (qanunvericilik, iqtisadi, siyasi və ekoloji şərait).

Turizmin hansı formasında fəaliyyət göstərməsindən asılı olaraq, turoperatorlarin bölgüsü:
1. Universal turoperatorlar( turizmin bütün formalarında işləyirlər);
2. Getmə turizmi (outqoinq) üzrə ixtisaslaşmış turoperatorlar;
3. Gəlmə turizmi (inkaminq) üzrə ixtisaslaşmış turoperatorlar;
4. Daxili turizm (insaydinq) üzrə ixtisaslaşmış turoperatorlar.



Yüklə 102 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə