Turizmin müxtəlif formaları üzrə turfirmaların fəaliyyət imkanlarını araşdırmazdan öncə, turoperatorların tiplərinə baxış keçirək


Prezentativ turoperatorun xarici ölkədə öz nümayəndəsi



Yüklə 102 Kb.
səhifə3/4
tarix20.05.2023
ölçüsü102 Kb.
#111670
1   2   3   4
Turoperator və turagent xidmətləri ekskursiya və onun təşkili

Prezentativ turoperatorun xarici ölkədə öz nümayəndəsi olur (fiziki şəxs, nümayəndəlik, filial). Nümayəndənin işi: qarşılama-yola salma, yerləşdirmə, ekskursiya proqramlarının və istirahətin təşkili. Xarici istirahət zonası ilə uzun müddət işlədikdə, buraya daimi və mütamadi olaraq turist qruplarının göndərilməsi və bundan əldə olunan gəlir imkan verir ki, burada turoperatorun nümüyəndəliyi açılsın. Nümayəndəliyin olması işlərin daha operativ yerinə yetirilməsinə, hesablaşmalarda çətinliklərin aradan qaldırılmasına, maksimum dərəcədə etibarlılığa imkan yaradır. İlk vaxtlada hotel və ekskursiya xidmətlərinin təşkili zamanı aşağı qiymətlər əldə etmək çətin olur. Lakin sonrakı dövrlərdə bu çətinlik də aradan qaldırılır.
Reprezentativ əməkdaşlıq formasına əsasən (bağlanmış kontrakta görə) xarici ölkədəki turfirma turistlərimizin qarşılanma-yola salınmasını, yerləşmə, ekskursiya proqramlarını və istirahətlərinin təşkilini həyata keçirir. Belə turfirma- “meet-kompaniya” adlanır. Meet-kompaniya adi xarici turşirkətdir və bizim turoperatorla əməkdaşlıq etməklə, inkaminq fəaliyyətini yerinə yetirir. Meet-kompaiya transfer, hotellərdə yerlərin bronlaşdırılması, ekskursiyaların təşkili və digər turizm xidmətlərinin təşkilini həyata keçirir. Bununla da bizim turoperator xarici ölkədə həmin xidmətlərə əlavə vaxtın və əziyyətin ayrılmasından azad olur.


İnkaminq fəaliyyəti zamanı turoperator öz ölkəsinin ərazisində xarici turistlər üçün turların hazılanması ilə məşğul olur. Məhz inkaminq turopereytinqin daha prestijli istiqaməti sayılır. Çünki bu halda ölkəyə valyuta daxil olur və xarici turistlərə daha yüksək səviyyəli xidmət tələb olunur. Bu da öz növbəsində daha peşəkar işçi personalın olmasını tələb edir. Xarici turistlər ödədikləri valyuta müqabilində müvafiq xidmətin olmasını tələb edir. Işçi personalın yüksək səviyyəli peşəkar xidməti ilə bərabər müvafiq səviyyəli səliqəlilik və sanitariya təhlükəsizliyi tələb olunur.
Gəlmə turizm fəaliyyətini həyata keçirmək üçün, işçi personalı müvafiq peşəkarlıq səviyyəsinə və təcrübəyə malik olmalıdır. Turoperator aşağıdakı problemləri effektiv surətdə həll edə bilməlidir:
-- hazırlanan turlar, müxtəlifliyi və elastikliyi ilə fərqlənməlidir- turistləırin qarşılanması və geri göndərilməsi, günlərin sayı və habelə hotellərdə xidmət səviyyəsi, ekskursiyaların sayı, asudə vaxtın təşkili və s. Xaricdən Azərbaycana gələn turistlər əksər hallarda bir istirahət guşəsi ilə kifayətlənmir, daha çox yerləri görmək və Azərbaycanın təbiətini seyr etmək arzusunda olurlar. Turistlərə təklif olunan tarixi, mədəni yerlər, yerli sakinlərin adət-ənənələri barədə daha geniş və dərin məlumatlara malik olmaq tələb olunur. Turların marşrutları elastik olmalıdır, yəni tələb olunduqda operativ olaraq xidmət çeşidini dəyişmək mümkün olsun. Bu səbəbdən turoperatorlar turları işləyib hazırlayarkən, fərqli variantları ehtiyatda saxlamalıdırlar: müxtəlif yerləşdirmə obyektləri (hotel əvəzinə kənd qonaq evi və ya çadır) və fərqli iaşə xidmətləri. Bununla bağlı, persoanal yerli əhalinin mədəni irsini, adət-ənənələrini bilməlidir.

  • İnkaminq turlarına xarici vətəndaşların diqqətini cəlb etmək üçün, onlara ölkəmizin turizm resurslarının unikallığı barədə ətraflı məlumat vermək (daş dövrünə aid Qobustan yaşayış məskəni, dəmirağac meşəsi, uzunömürlülər regionu, yerli kənd toyları, Novruz bayramı və s ...), bütün bunları öz gözləri ilə görməyin maraqlı olacağına inandırmaq lazımdır.

Bütün bu informasiyanı yaymaq üçün turoperatorun aşağıdakıları yerinə yetirməsi (əlbətdə ki, maliyyə imkanları çərçivəsində) məqsədəuyğun olar:
--beynəlxalq sərgilərdə iştirak etmək;
--xarici tərəfdaşlar üçün ölkəmizdə info-turlar təşkil etmək;
--ölkəmizlə maraqlanan xarici turoperatorlar üçün reklam kampaniyaları keçirmək.
İnkam-turoperator fəaliyyətinin səmərəli və davamlı olması üçün, yerli hakimiyyət orqanlarının, bələdiyyələrin dəstəyinə və yeli sakinkərin qonaqpərvərliyinə arxalanmalıdır. Bildiyimiz kimi, yerlərdə rayon icra hakimiyyətləri tərkibində “mədəniyyət və turizm” şöbələri və əksər rayonlarda turizm-informasiya mərkəzləri fəaliyyət göstərir. Məhz yerli orqanlar və sakinlər kənd qonaq evlərinin mövcudluğu və vəziyyəti, yerli kulinariya və adət-ənənlər barədə daha dəqiq və ətraflı məlumat verə bilirlər.
İnkam-turopereytinq ölkəmizin dünyada imicindən də asılıdır. Ölkə hakimiyyət orqanları dünyada baş verən dəyişikliklərdən kənarda qalmır və bütün beynəlxalq tədbirlərdə iştirak etmək imkanlarından istifadə edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etməklə yanaşı ölkəmizdə də bir çox beynəlxalq tədbirlərin keçirilməsi üçün şərait yaradılır. Son illərdə Azərbaycan dünya səviyyəli idman yarışlarına sahiblik edir, beynəlxalq elmi, siyasi, iqtisadi konfranslar keçirilir. Turizm üzrə sərgilər, görüşlər təşkil olunur. 2012-ci ildə Avroviziya mahnı yarışmasının Azərbaycanda keçirilməsi, inkaminq turizminin inkişafına böyük təsir edəcəkdir.
Xarici turistləri cəlb etmək məqsədilə xarici turfirmalarla müqavilələr bağlanılmalıdır. Həmin xarici turfirma bizim turmarşrutun yayımlanması üçün öz ölkəsində reklam kampaniyasını keçirməli və turistlərin toplanması ilə məşğul olmalıdır. Bu işin müsbət nəticələnməsi üçün isə, xarici partnyora turmarşrut barədə, transfer, yerləşdirmə, kulinariya xüsusiyyətləri barədə ətraflı məlumat verilməli və o müvafiq reklam materialları ilə təmin edilməlidir.
Azərbaycana gəlmək istəyən xarici turistlərin viza alınma prosedurunu asanlaşdırmaq məqsədilə, onlara “Turizm yollayışı –Voucher” (qəbul edən turoperator tərəfindən doldurulmuş və möhürlənmiş) poçtla göndərilir. Bu sənədi əldə edən xarici vətəndaş (vətəndaşlar, əgər qrup halında gəlirlərsə), həmin ölkədəki Azərbaycan səfirliyinin konsulluq şöbəsinə müraciət edərək, viza rüsumunun 50%-ni ödəyir və 3-5 gün ərzində viza alır. “Turizm yollayışı –Voucher” turun haqqının ödənildiyini və turistə (turistlərə) xidmət göstəriləcəyinə təminat verildiyini bildirən sənəddir.
İnsayd turopereytinqi ölkə vətəndaşlarına ölkəmiz daxilində turizm xidmətlərinin göstərilməsidir. Daxili turizm inkaminq kimi ölkə turizm potensialının inkişafı üzərində qurulmuşdur. Bu zaman tuirstlər öz pul vəsaitlərini ölkə daxilində turizm xidmətlərinə sərf edirlər. Bu isə nəticə etibarı ilə turizm sənayesinin daha da inkişafına müsbət təsir göstərir. Bir regionun sakinlərinin ölkənin digər regionlarına səyahəti, eyni zamanda adət-ənənələrlə, kulinariya ilə, tarixi və mədəniyyət obyektlərilə tanışlıq deməkdir.
Autqoinq və inkaminqdən fəqli olaraq, insaydinq fəaliyyəti zamanı yerləşmə obyektləri ilə iş birliyinin yaradılması üçün və müştərilərin məlumatlandırılması üçün, o qədər də çox xərclərə ehtiyac yoxdur. Belə ki, vətəndaşlarımız Azərbaycanın regionlarında yerləşən tarixi-mədəniyyət, təbiət abidələri, adət-ənənələr haqqında müvafiq bilgilərə malik olurlar.
Eyni zamanda ölkəmizin müxtəlif regionlarında yeni istirahət mərkəzləri, hotellər açılmaqdadır və bu mərkəzlərin tanıdılması yönümündə müxtəlif info-turların keçirilməsinə ehtiyac duyulur.
Turizm şirkəti üçün İnsaydinq fəaliyyəti müəyyən dərəcədə daha az gəlirli sayılır. Səbəbi - bu sahədə çalışan rəqiblərin çox olması, müştərilərin əksər hallarda turfirmaların xidmətindən istifadə etmədən, birbaşa istirahət ocağına müraciət etməsidir. Daxili turizmdə də hotellərdə otaqların icarəyə götürülməsi praktikası həyata keçirilir. Bu səbəbdən də daha məşhur istirahət ocaqlarında istirahət etmək istəyən müştərilər öncədən istər-istəməz məhz turfirmaya müraciət etməli olurlar. Adətən belə rəy yaranır ki, ölkə daxilində istirahət edənlər, az gəlirli vətəndaşlardır və daxili turizmdən əldə olunan gəlir də az olur. Daha imkanlı müştərilər xarici ölkələrdə istirahətə üstünlük verirlər. Daxili turizm istiqamətində fəaliyyət göstərən turfirma, iri dövlət və özəl şirkətlərlə, səhiyyə, təhsil müəssisələri ilə turizm xidməti üzrə müqavilələr bağlayaraq, həmin təşkilatların işçiləri üçün Azərbaycanın müxtəlif regionlarına, istirahət ocaqlarına turist səfərləri təklif edə bilərlər. Bundan əlavə, həftəsonu, ölkədaxili istirahət turlarına də son zamanlar tələb artır.
(Д.С.Ушаков Прикладной туроперейтинг
C.A.Məmmədov, B.Ə.Bilalov Azərbaycanda gəlmə turizm və onun inkişaf yolları)



  1. Turizm növlərinin təşkili.

ÜTT-nin metodologiyasına görə turizm məqsədlərə görə aşağıdakı kimi klassifikasiya edilir:

  1. Istirahət , asudəlik, rekrasiya

  2. Tanış və qohumların ziyarəti

  3. Işgüzar və peşəkar məqsədlər

  4. Müalicə

  5. Dini ziyarət

  6. Digər məqsədlər.

Bu məqsədlərlə turizmin aşağıdakı növləri ayrıd edilir:
Ekskursiya –dərketmə turizmi: getdikləri yerdə mədəni –tarixi abidələr və digər diqqətəlayiq yerlərlə tanışlıq,
Rekreasiya turizmi: dağlıq ərazilərə, dəniz sahilinə və ya ekolji cəhətdən təmiz olan yerlərə getməklə mənəvi və fiziki qüvvələrin bərpa edilməsi.
Idman turizmi: idmanla məşğul olmaq məqsədilə idman mərkəzlərinə gediş. Məs., dağ-xizəksürmə, su xizəklərində sürüşmək, dayvinqlə, serfinqlə məşğul olmaq. Qolf oyununu sevənlər üçün xüsusi turların keçirilməsi.
Müalicə turizmi: sanatoriya və digər kurort – balneoloji mərkəzlərə getməklə müalicə-sağlamlıq kursu keçmək.
Ovculuq və balıqçılıq turizmi: ov və balıqçılıq ərazilərinə getməklə həvəskar ovla və ya balıqçılıqla məşğul olmaq.
Etnik-nostalji turizm: qohum-əqrəbanı görmək, əvvəllər yaşadığı yerləri yenidən gəzmək, digər ərazilərdə yaşayan eyni millət və xalqları ziyarət məqsədilə edilən səyahətlər.
Işgüzar turizm: işgüzar əlaqələrin yaradılması, kontrakların, müqavilələrin bağlanması məqsədi ilə edilən turist səfərləri.
Konqres turizmi: konfrans, simpozium, qurultaylarda iştirak etmək məqsədilə edilən səyahətlər.
Tədris turizmi : treninqlərdə, qısa müddətli tədris proqramlarında iştirak və s. məqsədlərlə edilən səyahətlər.
Dini turizm: İnsanların (xüsusilə möminlərin) dini müqəddəs məkanları ziyarət etməsi.

Yüklə 102 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə