Turizmin müxtəlif formaları üzrə turfirmaların fəaliyyət imkanlarını araşdırmazdan öncə, turoperatorların tiplərinə baxış keçirək



Yüklə 102 Kb.
səhifə4/4
tarix20.05.2023
ölçüsü102 Kb.
#111670
1   2   3   4
Turoperator və turagent xidmətləri ekskursiya və onun təşkili

Dini turizm:
İudaizm, Xristianlıq, İslam, Buddizm, İnduizm, Sintoizm, Bahaizm və s.
Dini turizmin subyekti bu ya digər dinə sitayiş edən və öz daimi yaşayış yerlərini tərk edərək dini obyektləri ziyarət edən insanlardır.
Dini turizmin subyekti bu və ya digər dinə sitayiş edən və öz daimi yaşayiş yerlərini tərk edərək dini obyektləri ziyarət edən insanlardır.
Dini turizm ən kütləvi turizm növüdür.
Ziyarət motivləri: Həccə getmək –müsəlman olmağın əsas şərtlərindən biri İslamın müqəddəs sayılan məkanlarında (Məkkə və Mədinə şəhərlərində)olmaq, həmin yerdə namaz qılmaq, qurban kəsmək və bütün vacib dini əməlləri yerinə yetirmək.
Qüdsdə (Yerusəlim) xəlifə Ömərin məscidi (Məkkə və Mədinə məscidlərindən sonra əhəmiyyətinə görə 3 –cü sayılır.( Məhəmməd peyğənbərin(s) səmada gecə səyahəti-merac,Yerusəlim şəhərinə olmuşdur ). Mavi məscid-İstanbul , İbn Tuluna və Sultan Həsən məscidləri –Qahirə, Qızıl məscid--Bağdad, Qüvvət ül–islam və Qütb –Minar minarəsi –Dehlidə.
Şiələrin kütləvi ziyarət etdikləri yerlər: Nəcəf şəhəri ( İraq) –burada həzrəti Əlinin məzarı yerləşir, Kərbəla şəhəri(İraq) –imam Hüseynin məzarı yerləşir, Məşhəd şəhəri(İran) –imam Əli–Rizanın məzarı yerləşir. Bunlardan əlavə,müqəddəs ziyarətgahların yerləşdiyi Dəməşq və Hələb(Suriya), Qum(İran) və Samirə,Kazimeyn(İraq), Yerusəlim(Fələstin) və s. şəhərlərin ziyarəti.
Hər bir ziyarət müsəlmanın halal qazancı ilə həyata keçirilməlidir.
Xristianlıqda da kütləvi ziyarət yerləri vardır:İsa Peyğəmbərin olduğu yerlərin ziyarəti.
Buddizm
Qautama Budda buddizmin əsasını qoydu. Budda 4 həqiqəti bəyan etdi: İztirablar, iztirabların səbəbi, İztirabların sona çatmas,. Iztirabların yox olması yolu.
Dini turizm yerləri: Buddanın həyatının mərhələləri ilə bağlı yerlər.
Buddanın olduğu yerlər
Buddizmlə bağlı müqəddəs yerlər
Buddizmin davam etdiyi yerlər : monastrlar.
Dinin turizmlə məşğul olduqda hər dinə aid xüsusiyyətləri dəqiq hərtərəfli bilmək vacibdir: dini bayramalar, bayramlarla bağlı tədbirlər, kulinariya ilə bağlı fərqli xüsusiyyətlər, müqəddəs yerlərlə bağlı hadisələr və s.
Hadisələrlə əlaqədar turizm: İdman yarışlarını izləmək, kino, teatr festivallarında iştirak, hər hansı bayramlarda iştirak etmək məqsədi ilə edilən səyahət.
Ekoloji turizmin əsasını təbiət ehtiyatlarından maksimum dərəcə istifadə etmək təşkil edir. Təbiətə ziyan vurmamaq. Ekoloji turlar əsasən milli parklarda, qorunan ərazilərdə tətbiq olunur və burada əldə olunan gəlirin bir hissəsi ətraf mühütün qorunmasına sərf edilir.
Macəra və ekstremal turizm: raftinq (çayların axarı ilə qayiq vasitəsi ilə ), yeraltı mağaralara enmək, yaşayış olmayan yerlərdə qalmaq və ya səyahət etmək, hava şarı ilə səyahət.
Tematik turizm: hər hansı bir hadisə (iqlim, flora və fauna) görmək məqsədilə edilən səyahət. Məs., şimal şəfəqini görmək; müəyyən dövrdə kəpənəklərin toplaşdığı yer; quşların toplaşdığı yerin ziyarəti və s.
Yüklə 102 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə