Turizmin müxtəlif formaları üzrə turfirmaların fəaliyyət imkanlarını araşdırmazdan öncə, turoperatorların tiplərinə baxış keçirək



Yüklə 102 Kb.
səhifə2/4
tarix20.05.2023
ölçüsü102 Kb.
#111670
1   2   3   4
Turoperator və turagent xidmətləri ekskursiya və onun təşkili

Outqoinq turoperatoru getmə turizm marşrutlarının hazırlanması, hərəkətə gətirilməsi və realizasiyasında (həyata keçirilməsində) ixtisaslaşır.
Outqoing fəaliyyəti xüsusilə çətin olan bir sahədir.
Outqoinq fəaliyətinin mürəkkəbliyi ondan ibarətdir ki, turoperator bu istiqamət barədə - marşrutun təşkil olunduğu xarici ölkələr barədə hərtərəfli məlumata malik olmalıdır.
Bu cür marşrutların hazirlanması üçün turoperator həmin xarici ölkənin xüsusiyyətlərini hərtərəfli bilməlidir: hotel, transfer, ölkənin tarixi və coğrafiyası haqqında qısa ensiklopedik məlumatlara malik olmaqla yanaşı, həm də ölkəyə daxilolma qaydaları, yerli hakimiyyətin yürütdüyü iqtisadi siyasət, adət-ənənə, yerli kulinariyanın xüsusiyyətləri, istirahət və əyləncə yerlərinin fəaliyyət rejimi, turistlərin və onların əmlakının təhlükəsizliyi üçün tələb olunan tədbirlər və s. Bütün bu məlumatları əldə etmək üçün, turoperatorun əməkdaşlarının həmin xarici ölkənin kurort və turizm mərkəzlərinə ezamiyyətə getməsi məqsədəuyğundur. Bununla yanaşı, ikinci məlumat mənbələri hesab olunan jurnal, buklet, internet səhifələrindən və habelə bu istiqamətdə işləyən rəqib şirkətlərdən də məlumat əldə etmək olar.
Xarici ölkələr (resipiyent) barədə məlumat öyrənməklə bərabər bir sıra spesifik amilləri də nəzərə almaq lazımdır:
saat qurşaqları – xarici ölkənin yerləşdiyi məkan uzaqlığına görə saat fərqləri;
qəbul edən ölkədə (resipiyent) iş və istirahət rejiminin təşkili (təşkilatlarda, idarələrdə, mağazalarda işin başlanma və qurtarma vaxtı, ölkədə istirahət günləri, bayram günləri və s.);
olkədə rabitənin inkişaf səviyyəsi ( telefon, internet, faks, poçt və s.);
əməkdaşlıq etdiyimiz xarici meet-kompaniyanın imici (onun fəaliyyət dairəsi, adı, peşəkarlığı) barədə hərtərəfli məlumat ;
partnyorun coğrafi uzaqlığı (bu zaman həmin partnyora etibar etməli və sözünə inanmalı olursan);
mübahisəli məsələlərin araşdırılması perspektivləri (əgər konflikt resipiyent ölkənin məhkəməsi ilə baxılırsa)
Ümumiyyətlə, kütləvi outqoinq hazırlamaq həmişə çətindir. Çətinliyin biri də Şengen zonasına viza alınmasında problemin olmasıdır. Həm qəbul edən (resipiyent) və həm də göndərən (donor) ölkədə, eyni zamanda, dünyada baş verən iqtisadi və siyasi dəyişikliklərlə bərabər, ekoloji şəraitin dəyişməsi də turizm bazarına təsir edən amillər sırasındadır.
Lakin bütün bu çətinliklərə baxmayaraq outqoing fəaliyyəti getdikcə artır və coğrafiyası genişlənir. Turoperatorlar arasında bazarda yer tutmaq üçün, güclü rəqabət gedir.
Outqoinqə maraq artdıqca turoperatorlar tərəfindən təyyarələrin fraxt edilməsi də artır.Turoperatorun çarter reysləri təşkil edə bilməsi üçün, turistlərin sayı buna imkan verməlidir.
Kiçik turoperatorlar təyyarələrdə blok yerlərin icarəyə götürülməsinə üstünlük verirlər. Bəzən bir neçə kiçik turoperatorlar birləşərək təyyarəni tam və ya bir salonunu kirayə edə bilir.
Turoperatorlar nə zaman çarter aviadaşımalarından istifadə etmirlər?

  • turoperatorun işlədiyi istiqamətdə daimi və çox da baha olmayan mütamadi reyslərin olduğu üçün;

  • turoperator kütləvi tələbat olmayan, lakin VİP-istirahət məkanı olan ərazi ilə işlədiyi üçün;

  • turoperator yalnız avtobus, gəmi və ya dəmir yolu xidmətlərindən istifadə etdiyi üçün;

  • ehtiyac olduqda digər turoperatorların aviaxidmətindən istifadə etdiyi üçün.

Outgoinq turoperatorları iki fərqli sistemlə iş görür: prezentativ və reprezentativ.



Yüklə 102 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə