Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

Nüvə qarşıdurmasının gətirə biləcəyi ölümcül təhlükə  və yer kürəsinin müxtəlif 

hissələrində olan irtica ocaqları qadınların müharibələr  əleyhinə kütləvi surətdə 

çıxışlarının aktivləşməsinə gətirib çıxardı. 

Feminist qadınların da müharibə əleyhinə aparılan hərəkatda öz yerləri olmuşdur. 

Bu qadınların daha mübariziləri 1981-ci ildə ABŞ-dan, Danimarkadan, Qərbi Berlindən, 

Norveçdən Praqaya gələrək BDQF-nin (Beynəlxalq Demokratik Federasiyası) 

təşəbbüsü ilə keçirilən Qadınların Ümumdünya Konqresinin işində  iştirak etmişlər. 

Onların məruzələrinin mövzusu və  məzmunu  1975-ci il Berlin konqresindəki 

çıxışlarından köklü dərəcədə  fərqlənirdi.  Əgər I975-ci ildə onların arasında üstünlüyü 

radikal feminist qadınların çıxışları  təşkil edirdisə  və bu, Beynəlxalq qadın ilinə  həsr 

olunmuş Berlin Konqresinin ümumi müddəalarından kənarda qalırdısa, artıq Praqada 

neofeminist qadınlar diqqəti kapitalist və sosialist ölkələrindəki qadınlar arasında 

qarşılıqlı inam yaranmasının  əldə edilməsinin vacibliyinə yönəldirdilər. Onlar Şərqlə 

Qərb nümayəndələri arasında bu məsələnin həll olunması  məqsədi ilə müzakirələr 

başlanması fikrini irəli sürürdülər. 

Birinci addım kimi təklif olunurdu ki, beynəlxalq münasibətlərin müzakirəsi birgə 

keçiriləcək tədbirlərlə  əvəz olunsun. Konkret olaraq sükut növbələrinin təşkili, sülh 

yürüşlərinin keçirilməsi və sülh düşərgələrinin yaradılması ideyaları meydana çıxdı. 

Feminist qadınlar həmçinin antikişi əqidəsindən çağırışlarla bərabər həmçinin patriarxatı 

tənqid edən çıxışlar səslənir, hətta uşaq doğuşundan imtina etmək aktı kimi qəti 

tədbirlərə əl atmağa çağırılırdı. Bundan əlavə Müdafiə Nazirliklərinin qarşısında piketlər 

və hərbi bazaların ətrafında sülh düşərgələrini yaradılmasına tələblər səslənirdi. 

Feminist qadınların və sosialist ölkələri qadınlarının Praqa Konqresi çərçivəsində 

keçirdikləri görüşlərin və danışıqların məntiqi olaraq onların tərkisilahlanmayla əlaqədar 

BMT-in Baş Assambleyasının II xüsusi sessiyasına ünvanlanmış və birgə hazırladıqları 

petisiyanı misal gətirmək olar. Bu sənəd kütləvi nüvə  qırğın silahlarının təmamilə  ləğv 

olunmasına çağırış tələbi idi. 

Nəhayət, 1982-ci ildə Qərb və Şərq ölkələrindən keçməklə birgə sülh yürüşünün 

keçirilməsi ideyası həyata keçirildi. Danimarkanın Kopenhagen şəhərindən başlanğıcını 

götürmüş bu yürüş Finlandiya, sovet şahərləri olan Leninqrad (indiki Sankt-Peterburq) 

və Minskdən keçərək Xatında (Belarusda memorial-xatirə kompleksi) sona yetdi. Bu 

yürüşün  İsveçdən, Danimarkadan, Norveçdən, Finlandiyadan, keçmiş Sovetlər 

İttifaqından olan iştirakçılarını eyni şüarlar və tələblər birləşdirirdi. Elə həmin 1982-ci ildə 

feminist qadınlar özlərinin tərksilahlanmaya çağıran Ümumdünya Konqresinə 

toplaşdılar. Bu konqresdə iştirakçılar yekdillik nümunəsi göstərərək hamılıqla amerikalı 

qadınların Pentaqonun planlarına qarşı "Qadınlar, sülh uğrunda mübarizə aparın" 

hərəkatının Qrinem Kommondan olan və sufrajist qadın hərəkatının yarandığı tarixdə 

məşhur olan Seneka-Follze şəhərindən olan qadınlarla həmrəylik  əlaməti kimi sülh 

şəhərciklərinin yaranması ideyasını  dəstəklədilər. Feministlər bildirirdilər ki, qadınlar 

mübarizə yolunu ona görə seçiblər ki, Yer kürəsində baş verən bütün irtica hallarına, 

perşinqlərə, qanadlı raketlərə  və ümumiyyətlə nüvə silahı  məvhumuna birdəfəlik son 

qoysunlar. 

Feminist qadınlar Moskva şəhərində (23-27 iyun 1987-ci il) keçirilmiş, proqram 

üzrə "Feminizm və qlobal problemlər" mövzusunda diskussiyalar aparılması  nəzərdə 

tutulan və qadın ictimaiyyətinin çox önəmli forumu sayılan - Ümumdünya Qadın 

Konqresinin işindən də kənarda qalmadılar. Bu konqresin işində ABŞ-dan, Belçikadan, 

Çilidən, Avstriyadan, AFR-dən,  İrlandiyadan, Puerto-Rikadan, Uqandadan, Fransadan 

və Qərbi Berlindən olan feminist qadınlar yaxından iştirak edirdilər. Aparılmış qarşılıqlı 

fikir mibadiləsi feminist qadınların ideoloji platformasında olan kövrəkliyi üzə  çıxardı, 

müəyyən qadın məsələlərində onların səhv mövqedə olduqları aydın oldu. Lakin 

bununla belə feminist qadınların irəli sürdükləri bir çox problem və  tələblər qadınlar 

tərəfindən geniş  dəstək aldı. Feminist qadınların Ümumdünya Qadın Konqresindəki 




çıxışları onların sülh işi uğrunda yorulmaz mübariz otduqlarını bir daha sübut etdi. 

Təsadüfi deyildir ki, nüvə silahlarının qarşılıqlı  ləğv olunması haqda sovet-amerika 

Müqaviləsinin imzalanmasını Qrinem-Kommondan olan qadınlar şadyanalıqla, mahnı və 

rəqslə, məşəl yürüşləri ilə qarşıladılar. Bu qadınların lideri, xanım K.Hauzen deyirdi: 

"Vaşinqtonda imzalanan bu Müqaviləni biz altı illik mübarizəmizin nəticəsi və parlaq 

qələbəmiz hesab edirik". 

 

QENDER STATİSTİKADA 

 

Məlum postsosialist dövlətlər sisteminin dağılması, vaxtı bilinməyən aralıq 



mərhələsi adını almış keçid dövrü, qlobal sosial-ictimai tərəqqinin vahid siyasi, hüquqi, 

iqtisadi məkanın yaradılışını  zəruriləşdirir ki, bu məkanın demokratiya və plüralizmi 

müxtəlif ziddiyyətlərin çərçivəsində insanların öz problemlərinin həllini qender 

kontekstində dirçəlişini  şərtləndirir. Belə məkanda gedən sosial təbəqələşmədə cinslər 

arasındakı ziddiyyətlərin səbəbini öncə  cəmiyyətin inkişaf prosesindəki kişi ilə qadının 

eyni olan məqamları ilə yanaşı, çoxsaylə  təzadları ilə  də xarakterizə etmək olar. İlk 

əvvəl qadının reproduktiv - analıq funksiyası  əksər məqamlarda onun övlada qarşı 

məsuliyyət hissinin daha çox qadının üzərinə düşməsi, daha vacib edirsə, bir növ 

kişilərin azadlığına da imkan verir. 

Qadınların və kişilərin hüquq bərabərliyinin cəmiyyətdə  bərqərar olmasını  əks 

etdirən qender problemləri sosial həyatın bütün sahələrini  əhatə edir. Azərbaycanda 

qadın və kişilərin bərabərhüquq və imkan azadlıqları  məsələsi Respublikanın 

Konstitusiyasında belə ifadə olunur: «Kişi ilə qadının hüquqları və azadlıqları vardır». 

1995-ci ilin sentyabrında Pekində keçirilən Qadınların IV Ümumdünya 

Konfransında statistika məsələlərinə xüsusi diqqət verilmişdir. Belə ki, konfransın 

materiallarında deyilir: «Milli statistik xidmətləri cəmiyyətdə qadın və kişilərin vəziyyəti ilə 

bağlı problem və  məsələlərin cins və yaş üzrə bölgüsünü özündə  əks etdirən statistik 

məlumatların toplanması, işlənməsi, təhlili və nəşr olunmasını yerinə yetirirlər». Müstəqil 

inkişaf yoluna çıxmış respublikamızda insanların cəmiyyətdə öz mədəni, milli və cinsi 

özünəməxsusluğunu yenidən dərk etmək və yenidən müəyyən etmək üçün müəyyən 

yollar axtarılır. Bütün dünyanın demokratik ölkələrində olduğu kimi əhalinin qender 

məntiqində ilkin demoqrafik biliklərin formalaşdırılması aktuallıq kəsb etməlidir. 

Qender statistikası - cəmiyyətin bütün sahələrində qadın və kişilərin vəziyyətini 

səciyyələndirir. O qadın və kişilərin bərabərhüquq və imkanları prinsipinin yerinə 

yetirilməsi, onların hər bir xüsusiyyətləri üzrə müasir tələblərə cavab verən optimal 

sosial-demoqrafik siyasətin işlənib hazırlanması üçün əsas verir. 

1998-ci il göstəricilərinə görə, respublika əhalisinin 3869002 nəfəri qadın, 

3762004 nəfəri kişi, 2000-ci ilin göstəricilərinə görə, 2027000 qadın, 2012000 kişidir. 

Aparılan hesablamalar göstərir ki, 

respublikada  əhalinin sayının artması meyli davam edəcəkdir, lakin qadınların 

kişilərdən sayca çox olması azalacaqdır. 

Azərbaycan  əhalisi haqqında ümumi təsəvvür yaratmaq üçün yenə  də 

statistikaya müraciət edək. Hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1028 nəfərdir. 

Əgər  şəhər və  kənd  əhalisinin də qender statistikliyi baxımından xarakterizə 

etsək belə mənzərə alınar. Şəhərdə əhalinin 14,7 faizini qadınlar, 10,9 faizini isə kişilər, 

kənddə isə paralel olaraq 15 faizə nisbətən 12 faizdir. Orta ömür uzunluğu qadınlarda 

74, kişilərdə 67 hesab olunmuşdur. 

Azərbaycanda  əhalinin təhsil, sosial və professional istiqamətlərdə  tərəqqisi 

məlum sosializm quruluşundan  əvvəlki dövrdə inkişaf etsə  də, keçmiş SSRİ 

Konstitusiyası cinsi ayrı-seçkiliyə  fərq qoymamış, qadınlar üçün icbari orta təhsil, 

qadınların kişilərlə bir yerdə təhsil almasını qanunla təsbit etmişdir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə