Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   32   33   34   35   36   37   38   39   ...   164

76 
və onları birləşdirən yollar üzərində yerləşən qəsəbə, kənd, şəhər, mənzil, qəryə, körpü və s. barədə 
məlumat vermişdir. Birinci səyahət zamanı diqqəti cəlb edən hadisələrdən biri də səyyahın Təbriz 
xanı  Kəlbalı  və  digər  xanlara  karvanların  yenidən  Ərzuruma  gəlməsi  ilə  bağlı  namə  aparması 
olmuşdur. Müxtəlif qalalar barədə ətraflı məlumat verən E.Çələbi Azərbaycana ilk səyahəti zamanı 
Həsənqala,  Xınıs,  Ziyaəddin,  Şoşik,  Maku,  Qarabağlar,  Naxçıvan,  Mərənd,  Təbriz,  Marağa, 
Ərdəbil, Xoy, Rəvan, Gəncə, Şəki, Niyazabad, Şamaxı, Bakı, Şaburan, Dəmirqapı xətti üzrə hərəkət 
etmiş[7, 20-21], sonra Gürcüstandan Rəvana, oradan isə Ərzuruma qayıtmışdır. 
1646-cı ilin əvvəllərində Dəftərdarzadə Mehmed paşa Ərzurum bəylərbəyi təyin edildikdən 
sonra  Evliya  Çələbi  də  müəzzin  və  müsahib  kimi  onun  məiyyəti  arasında  Ərzuruma  gəlmiş  və 
oradan  Səfəvi  valilərinin  yanına  elçi  göndərilmişdir.  Bu  səfərin  səbəbi  sərhəddə  baş  verən 
hadisələrlə bağlı olmuşdur. Səfəvi-Osmanlı arasında uzun illər davam  edən hərbi əməliyyatlardan 
sonra  3  gün  davam  edən  danışıqlar  nəticəsində  Qəsri-Şirində  sülh  sazişi  (1639)  imzalanmış  və 
Osmanlı-Səfəvi müharibəsinə son qoyulmuşdur. Bu iki dövlət arasında sərhəd ərazilərini müəyyən 
edən  müqaviləyə  əsasən,  Səfəvilər  Van  və  Qars  qalaları,  Axalsıka  hücum  etməyəcəklərinə  dair 
təminat versələr də,  Azərbaycanın  qərbindəki  Maku, Qotur və Mağazburd qalalarının dağıdılması 
nəzərdə tutulurdu [ 1, 263]. Lakinbununla yanaşı,müqavilə şərtlərinin pozulması halları baş vermiş 
və  bu  vəziyyət  sərhəd  valiləri  tərəfindən  nizamlanmışdır.  Evliya  Çələbinin  elçi  təyin  edilməsi  də 
belə  bir  hadisə  ilə  bağlı  olmuşdur.  Belə  ki,  Ərzurum  bəylərbəyliyi  daxilində  olub  sərhəd 
məntəqəsində yerləşən Şoşik (Bəyazid) qalasının hakimi, Osmanlı təbəəsi Mustafa sərhədi pozaraq 
Rəvan  ərazisində  qəsəbə  və  kəndləri  talan  etmişdir.  Bu  səbəbdən  Araz  çayının  qarşısında,  dağlar 
arasında  yerləşən  Şoşik  qalası  bəyinin  üsyan  qaldırması  və  Rəvan  qalası  nahiyəsində  bəzi  yerləri 
talaması nəticəsində Rəvan xanı Əli xanın oğlu Gəncəli xan tərəfindən namə və elçilər göndərilərək 
divanda  Şoşik  bəyindən  şikayət  ərizələri  oxunmuş,  divan  əhli  müşavirə  etmiş  və  səfərə  qərar 
verilmişdir. Bütün Ərzurum sancaqlarında olan mirlivaları, zəamət və timar sahibləri və hər qalanın 
əsgərlərinin yarısı əmrlə səfərə dəvət olunmuşdur.Yaranmış gərginliyin aradan qaldırılması məqsədi 
ilə Ərzurum bəylərbəyi Dəftərdarzadə Mehmed paşa Şoşik hakiminin cəzalandırılması üçün yetmiş 
altı minlik əsgər toplamış və Tortum paşası Seydi Əhməd paşanın başçılığı altında Şoşik qalasına 
göndərmişdir.Bu  qərar  Mustafanın  Maku  qalasında  gizlənməsinə  səbəb  olmuşdur.  E.Çələbi 
bildirirdi ki, “Əcəm elçiləri bu dərya misalı əsgəri görüb Şoşik bəyindən şikayət etdiklərinə peşman 
oldular və ... qorxuya düşdülər” [7, 32].  
Rumun  qəhqəhəsi  –  Həsənabad  qalasını  vəsf  edən  E.Çələbi  bu  qalanı  “...  tarixində 
Azərbaycan hakimi (Ağqoyunlu hökmdarı) Uzun Həsən Əbülfəthin (Osmanlı sultanı Fateh Sultan 
Mehmed) xofundan  yenidən bina etmişdir”və“Ərzurum əyalətində Pasin  sancağı  bəyinin taxtıdır” 
[7, 32, 33]kimi xarakterizə etmişdir. Altı zəamət, 325 timar sahibi, alaybəyi, çəribaşı və yüzbaşısı 
vardır.  Pasin  çölünün  şimal  hissəsində  yerləşən  bu  qalada  düzdar,  imam  və  müəzzindən  başqa 
kimsə olmamışdır. Qalanın ətraf çevrəsinin uzunluğunun 6 min addım olduğunu bildirən E.Çələbi 
onu  bəyaz  ququ  quşuna  bənzətmişdir.  Onun  Ərzurum  qapısı  qərb,  şərq  qapısı  isə  Qars  yoluna 
açılmış,  İlıca  qapısı,  Uğrun  qapısı  bağlanmışdır.  Qala  doqquz  məhəllə  və  doqquz  mehrabdan 
ibarətdir. Yığcam bazarları, altı məktəbi, çox şücaətli və adlı-sanlı xalqı vardır. Qışı şiddətli soyuq 
keçsə  də,  taxıl  məhsulları  bol  və  bərəkətlidir  [7,  33,  34].Qaladan  təxminən  altı  saatlıq  məsafədə 
“Əzəmətli Çoban körpüsü” yerləşmişdir. 
Buradan  təxminən  bir  günlük  məsafədə  yerləşən  Xınıs  qalası  “...  Azərbaycan 
hökmdarlarından Uzun Həsənin əmisi Şah Şahpurun binasıdır”, yüksək təpə üzərində yalçın qayada 
dördgüşəli,  mətin  bir  Şəddadi  qalasıdır  [7,  35].  Xınıs  qalasından  təxminən  yarım  günlük 
məsafədəZiyaəddin  qalası  yerləşmişdir.  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  oğlu  Ziyaəddin 
tərəfindən inşa edildiyi güman edilən bu qalanın adı dəyişikliyə məruz qalaraq, Diyadin qalası kimi 
də  adlandırılmışdır.  Müasir  dövrdə  Türkiyədə  Ağrı  vilayətinə  bağlı  bir  rayondur  [7,  133].O, 
Azərbaycan  torpağında  yalçın  qaya  üzərində  uzunsov,  dördguşəli  möhkəm  qala  və  səddir  [7, 
36].Qala 1534-cü ildə Sultan Qanuni Süleymanın Vanı fəthi zamanı tutulsa da, sonradan Səfəvilər 
onu  qaytarmışlar.  1548-ci  ildə  isə  o,  yenidən  Osmanlı  idarəçiliyinə  keçmişdir  [7,  133].  Ərzurum 
torpağında ... sancağının hüdudunda yerləşmişdir. Daşlıq yer olduğundan Evliya Çələbi qalanın çox 
da abad yer olmadığını bildirmişdir. 


77 
Evliya  Çələbi  üç  qala  –  Ziyaəddin,  Avnik  və  Şoşik  qalalarının  inşasının  Ağqoyunlu 
hökmdarı  Uzun  Həsənin  oğlu  Ziyaəddinin  adı  ilə  bağlı  olduğunu  bildirmişdir.  Hər  üç  qala  öz 
möhtəşəmliyi  ilə  fərqlənmişdir.  Müəllif  qalaların  abad  olmaması  barədə  məlumat  vermişdir. 
E.Çələbi  Araz  çayı  ilə  Van  dəryasının  kənarı  və  Ziyaəddin  qalasının  yaxınlığında  yerləşən  Ərciş 
qalası  və  bu  qaladan  təxminən  9  saatlıq  məsafədə  Ziyaəddin  tərəfindən  inşa  olunmuş,  lakin 
sonradan Sultan Süleymanın hakimiyyətini tanımış yüksək qaya üzərində ucalan dördguşəli Avnik 
qalasını vəsf etmişdir [7, 36]. O, Ərcişin daşlıq bir yer və o qədər də abad olmadığını qeyd edərək, 
buradan 9 saatlıq məsafədə yerləşdiyini Avnik qalasına çatmağın mümkün olduğunu göstərmişdir.  
Başı  göylərə  yüksələn  yalçın  qayanın  zirvəsində  yerləşən  dördguşəli  Şoşik  (Bəyazid) 
qalasını E.Çələbi “yaramaz” qala adlandırmışdır. Osmanlı ordusu Şoşik qalasına yaxınlaşaraq onu 
mühasirəyə almış, lakin qaladan açılan top atəşi nəticəsində yetmiş insanın həlak olduğu, nəticədə 
Seydi Əhməd paşanın şəxsən ordunu səfərbərliyə alması və şahi toplardan qalanın atəşə tutulması, 
bir günlük döyüşdən sonra qala əhalisinin bayraqları qaldırması döyüşün gedişini həll etmiş oldu. 
Qaladan  çıxan  yeddi  kürd  bəyinin  verdiyi  məlumata  əsasən,  hadisələrin  bu  səviyyəyə  çatmasına 
səbəb olan “Mustafa bəy qaladan hiylə kəməndi ilə enərək Əcəmə fərar etmişdir”. Sərdar Əhməd 
paşa  bu  məlumata  inanmamış,  Şoşik  bəyinin  ələ  keçirilməsi  məqsədilə  adamlar  göndərmiş  və  bir 
göydolaq  tülüngü  cəsus  tapılmış  və  o  “Şoşik  bəyi  ...  Maku  qalasına  gəlib  Əcəm  xanına  qonşu 
düşmüş, həmin qalada məhbusdur” demişdir. Baqi paşa, Kətağaç paşa, Dəli-Dilavər paşa Malazgird 
bəyi Məhəmməd bəy və üç min əsgərlə birlikdə Maku qalasında Şoşik bəyi axtarmaq məqsədilə 8 
saat  dağ-daşı  aşaraq  Təhmuraz  günbəzi  adlanan  ərazi,  oradan  7  saatlıq  bir  məsafədə  Şah  gədiyi, 
buradan isə 2 saatlıq məsafədə Maku qalasına çatmışlar [7, 36, 37]. 
Evliya  Çələbi  Makunun  Ənuşiravan  binası  kimi  tanındığını  göstərmişdir.  1534-cü  ildə 
qalanın Mahmudi bəyinə hədiyyə olunması, Qızılbaşların buranı hiylə ilə ələ keçirməsi və 1639-cu 
ildə  Bağdadın  fatehi  Murad  xanın  baş  vəziri-əzəmi  Kamankeş  Qara  Mustafa  paşa  tərəfindən  fəth 
olunması  haqqında  məlumat  verən  E.Çələbi  baş  vəziri-əzəmi  hələ  Diyarbəkir  valisi  olan  Mələk 
Əhməd  paşa  ilə  Dərn  və  Dərtənkə  getmələri,  Ali-Osman  vilayətlərinin  hüdudlarının  müəyyən 
edilməsi  məqsədi  ilə  sülh  bağlanması,  sülhün  şərtlərindən  biri  kimi  Zalım  Əhməd  qalasının 
dağıdılması,  Van  sərhəddində  yerləşən  Qotur  qalasının  xaraba  qoyulması,  Rəvan  yaxınlığındakı 
Maku  qalasının  da  Osmanlı  tərəfindən  dağıdılması  və  əhalisinin  Malazgirddə  yerləşdirilməsini 
bildirmişdir  [7,  38].  Maku  qalasını  xarakterizə  edən  Çələbi  onu  “qüdrətli  əl  ilə  inşa  olunmuş  bir 
Qəhqəhə  qalası”  kimi  dəyərləndirmiş,  Ali-Osmandakı  Van,  Mardin,  Şəbin  Qarahisar,  Afyon 
Qarahisar, Adilcəvaz, Tokat və Amasiya qalaları ilə müqayisə etmişdir.  
E.Çələbi  Makunu  “zəncəf  ütüsünün  mərməri”  kimi  incə  belli,  başı  asimana  dayanan,  çay 
kənarında  yerləşən  alınmaz  bir  qala  kimi  təsvir  etmişdir.  Tikildikdən  sonra  Qəhqəhə  qalası  kimi 
möhtəşəm  bir  qala  olacağı  güman  edilən  Maku  qalası  Rəvan  xanlığının  hökmü  altında  olmuşdur. 
Buradan Mustafa bəyi Seydi Əhməd paşaya, o isə bəyi 7 gündən sonra Xınıslı qalasında Ərzurum 
vəziri Məhəmməd paşaya təslim etmişdir. Bəy qətlə yetirilməsə də, əmlakı əlindən alınmış, qalası 
isə Malazgird bəyi Məhəmməd bəyə verilmişdir. Bu zaman Evliya Çələbi Təbriz xanı Kəlbalı xan 
və  daha  bir  neçə  xana  çatdırılacaq  namələr  alması  və  Səfəvi  elçisi  ilə  birlikdə  Təbrizə  yola 
düşməsini  bildirmişdir.  Məktubda  Məhəmməd  paşa  Kəlbalı  xandan  karvanların  Ərzuruma  təkrar 
dönməsini  xahiş  etmişdir.  Bu,  sərhədboyu  ərazilərdə  yaranan  gərginliyin  karvanların  fəaliyyətinə 
mane olması və ticarətə əngəl  yaratması ilə əlaqədar idi. Çələbinin apardığı məktub əslində, qarşı 
tərəfə  Osmanlının  sülhə  riayət  etməsi  ilə  yanaşı,  onun  xoş  məramla  gəlməsi,  sülhü  pozaçaq 
hərəkətlərə  yol  verilməyəcəyi  ilə  bərabər,  Səfəvi  sərhəd  valilərinə  də  bir  xəbərdarlıq  xarakteri 
daşımışdır.  
Təbriz  xanının  elçisi  Seyf  Əli  xana  tapşırılan  E.Çələbi  buradan  Naxçıvan  və  Rəvan  tərəfə 
rəvan olmuşdur. Avnik və Şoşik qalalarının tabeliyində olan Yaylaçıq qəryəsi, Barutxana mənzili, 
Düşqaya qəsəbəsi  və Çağla Qurna mənzilini keçən Çələbi Şahrux ibn  Timur xanın  bina etdiyi  və 
Azərbaycan  hökmdarı  Uzun  Həsənin  hökmü  altına  keçən  Qarış  (Qərşi)  qalasına  çatmışdır. 
Dördkünc  şəklində  daş  özül  üzərində  inşa  olunan  və  Fərahabad  qalasına  bənzəyən  Qarış  (Qərşi) 
qalasını müəllif şahin və çalağan yuvasına oxşar bir can Azərbaycan qalası adlandırmışdır [7, 39]. 
Əvvəllər qədim şəhər və qalanın yerləşdiyi bu ərazinin indi bir o qədər də abad olmaması diqqətə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə