Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   40   41   42   43   44   45   46   47   ...   164

92 
tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa ediləcək. Hidroqovşağın əsas qurğularının tərkibinə 
elektrik  stansiyası,  tənzimləyici  bənd,  suqəbuledici  qurğu,  çökəltmə  hovuzu,  derivasiya  kanalı, 
yükləmə  hövuzu  daxildir.  Stansiyada  hər  birinin  gücü  12  meqavat  olan  3  aqreqat  quraşdırılacaq. 
Belə  stansiyaların  istifadəyə  verilməsi  Azərbaycanda,  o  cümlədən  Naxçıvanda  həyata  keçirilən 
sosial-iqtisadi  siyasətin  uğurla  davam  etdiyini  bir  daha  əyani  sübut  edir.  Bu  cür  layihələrin  icrası 
həm də Azərbaycanda alternativ və bərpaolunan enerjidən istifadənin  geniş tətbiqi üçün hərtərəfli 
imkanlar yaradır. (8) 
2004-cü  ildə  Türkiyə  Respublikasında  fəaliyyət  göstərən  “Cengiz-Aksoy”  ortaq  şirkətinin 
rəhbərliyi  Naxçıvana  səfər  etmişdir.  Səfər  zamanı  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
Sədri  ilə  keçirilmiş  görüşdə,  Heydər  Əliyev  Su  Anbarı  üzərində  ümumi  gücü  4,5  MVt  olan  Su 
Elektrik  Stansiyasının  tikintisinə  dair  Naxçıvan  Muxtar  Respublikası  hökuməti  ilə  müqavilə 
bağlanmışdır.  Heydər  Əliyev  Su  Anbarı  üzərində  4,5  meqavat  gücündə  Su  Elektrik  Stansiyası 
tikilərək istifadəyə verilmişdir. 
2010-cu ilin oktyabr ayında Biləv su elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. 
2012-ci  il  ərzində  muxtar  respublikanın  elektrik  şəbəkələrinə  789558824  kvt.saat  elektrik 
enerjisi  daxil  olmuşdur.  Bunun  12875860  kvt.saatı  Türkiyə  Respublikasından,  60307000  kvt.saatı 
İran  İslam  Respublikasından  alınmış,  77229600  kvt.saatı  Araz  Su  Elektrik  Stansiyasında, 
560521000kvt.saatı  Naxçıvan  Modul  Elektrik  Stansiyasında,  18333263  kvt.saatı  Naxçıvan  Qaz 
Turbin Elektrik Satnsiyasında, 11752701 kvt.saatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik 
Stansiyasında,  48539400  kvt.saatı  Biləv  Su  Elekterik  Stansiyasında  istehsal  edilmişdir.  Türkiyə 
Respublikasına 277434930 kvt saat, İran İslam Respublikasına 61768000 kvt.saat elektrik enerjisi 
ötürülmüşdür.  2012-ci  il  ərzində  muxtar  respublikanın  elektrik  stansiyalarında  cəmi  716375964 
kvt.saat  elektrik  enerjisi  istehsal  edilib,  elektrik  şəbəkələrinə  ötürülmüşdür,  bunun  1375214701 
kvt.saatı  və  ya  19,2%-i  su  elektrik  stansiyalarında  istehsal  olunmuşdur.  Hazırda  İran  İslam 
Respublikası ilə enerji mübadiləsi aparılır, Türkiyə Respublikasına 20-30 meqavat elektrik enerjisi 
ixrac edilir. 
Muxtar  respublikada  yeni  elektrik  stansiyalarının  tikintisi  də  davam  etdirilir.  Tikintisinə 
2011-ci  ildə  başlanmış  Şərur  rayonu  ərazisində  150  milyon  m
3
  su  tutumlu  Arpaçay  Su  Anbarının 
suyundan  istifadə  etməklə  20,5  meqavat  güclü  derivasiya  tipli  Arpaçay  Su  Elektrik  Stansiyasının 
açılışı olmuşdur.   
Stansiyada  il  ərzində  60  milyon  kvt.saat  elektrik  enerjisi  istehsal  edilməsi  nəzərdə 
tutulmuşdur. Araz çayı üzərində derivasiya tipli 36 meqavat gücündə Ordubad SES-də tikinti işləri 
davam etdirilir. 
Ali Məclisin Sədri muxtar respublikada su elektrik stansiyalarının tikintisi ilə bağlı demişdir 
ki,  “Muxtar  respublikada  SES-lər  istismara  verildikdən  sonra  muxtar  respublikanın  enerjiyə  olan 
tələbatının əsas hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Bu da muxtar respublikanın 
energetika sisteminin imkanlarının genişlənməsinə, ucuz elektrik enerjisi istehsalının  artırılmasına 
və  vəsaitə  qənaət  olunmasına  imkan  verəcəkdir.  Əldə  olunan  vəsait  energetika  sahəsinin  maddi-
texniki  bazasının  gücləndirilməsinə,  bu  sahədə  çalışanların  rifah  halının  yaxşılaşdırılmasına  sərf 
ediləcəkdir”.  
Ali Məclisin Sədri milli təhlükəsizliyin əsas elementi olan enerji təhlükəsizliyini xarakterizə 
edərkən daha sonra qeyd etmişdir ki, “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. 
Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. 
Enerji,  ərzaq  təhlükəsizliyi  təmin  olunan  ölkələrin  iqtisadiyyatı  isə  sabit  və  davamlı  inkişaf  edir. 
Azərbaycan  Respublikasında  da  ərzaq  və  enerji  təhlükəsizliyinin  təmin  olunması  istiqamətində 
ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında 
da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları 
tikilir,  əhalinin  və  iqtisadiyyatın  enerjiyə  olan  tələbatı  etibarlı  şəkildə  ödənilir.  Artıq  Naxçıvan 
elektrik enerjisi idxal  edən muxtar respublikadan elektrik  enerjisi ixrac  edən muxtar respublikaya 
çevrilmişdir.  Enerji  təminatının  yaxşılaşdırılması  istiqamətində  həyata  keçirilən  tədbirlər  bundan 
sonra da davam etdiriləcəkdir”. 


93 
Muxtar  respublikanın  təbii  imkanları  külək  və  günəş  elektrik  stansiyalarının  tikilib-
quraşdırılması üçün əlverişlidir. Babək rayonu ərazisində Xal-Xal meşəsi ilə üzbəüz təpəlik sahədə 
günəş  elektrik  stansiyasının,  Culfa  rayonu  ərazisində  dəmir  yolu  ilə  Araz  çayı  arasındakı  sahədə 
külək elektrik stansiyasının tikilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasında 
bu işlərlə Bərpa olunan və Alternativ Enerji Mənbələri Dövlət Şirkəti məşğul olur. Şirkət tərəfindən 
müvafiq ölçü avadanlıqları Naxçıvana göndərilmişdir.  
Elektrik  enerjisi  sektorunda  həyata  keçirilən  bu  tədbirlər  Azərbaycanın,  o  cümlədən 
Naxçıvan  Muxtar  Respublikasının  enerji  təhlükəsizliyinə,  istehsalat  və  xidmət  sahələrinin  sabit 
enerji ilə təminatının  yaxşılaşdırılmasına mühüm töhfədir. Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri 
yüksək  qiymətləndirərək  demişdir:  “Enerji  təhlükəsizliyi  əsas  məsələdir  və  bu  gün  də  bu, 
Naxçıvanda  öz  həllini  tapır.  Əminəm  ki,  gələcəkdə  bu  sahədə  əlavə  tədbirlərin  görülməsi 
nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün 
olacaqdır”. 
Muxtar  Respublikanın  energetika  sisteminin  idarəçiliyi  Naxçıvan  Muxtar  Respublikasının 
Dövlət Energetika Xidmətinə həvalə edilmişdir. Xidmət Naxçıvan Muxtar Respublikası Ali Məclisi 
Sədrinin 2017-ci il 10 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq fəaliyyət 
göstərir. Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi 
sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyət orqanıdır. 
Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının 
konstitusiyalarını,  Azərbaycan  Respublikasının  və  Naxçıvan  Muxtar  Respublikasının  qanunlarını, 
Azərbaycan  Respublikası  Prezidentinin  və  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  Naxçıvan  Muxtar 
Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərancamlarını,  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. 
Xidmət müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri  yerinə 
yetirir: 
-
 
müvafiq  sahədə  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  normativ  tənzimləməni  həyata 
keçirmək
-
 
elektrik  enerjisinin  istehsalı  və  elektrik  təchizatı  sahəsində  müəyyən  olunmuş  dövlət  siyasətini 
həyata keçirmək; 
-
 
muxtar  respublikada  elektrik  enerjisini  bölüşdürmək  və  elektrik  enerjisindən  qənaətlə  istifadə 
olunmasına nəzarət etmək
-
 
elektroenergetika sahəsində investisiyaların, o cümlədən xarici  investisiyaların  cəlb  olunmasına 
iştirak etmək və bu sahədə müvafiq tədbirlər görmək
-
 
hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisindən səmərəli və qənaətlə istifadə olunmasına 
nəzarət etmək; 
-
 
Azərbaycan  respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin  Naxçıvan  Muxtar 
Respublikasında həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək Naxçıvan Muxtar 
Respublikasının  enerji  təhlükəsizliyi  bütün  istiqamətlərdə  möhkəmləndirilməkdədir.  Belə  ki, 
institusional islahatlarla yanaşı, yüksək texnoloji avadanlığı ehtiva edən xarici sərmayələrin cəlb 
edilməsi,  yerli  kadr  potensialının  gücləndirilməsi,  yüksək  ekostandartların  enerjiyə  qənaət 
prinsipinin  tətbiqi  və  s.  istiqamətlərdə  həyata  keçirilən  tədbirlər  onu  göstərir  ki,  qeyd  olunan 
sahələrdə rəhbərlik Azərbaycan Respublikasının istiqamətləndirdiyi qabaqcıl Avropa ölkələrinin 
təcrübəsinə  uyğun  qurulmaqdadır.  Arpaçay  Su  Elektrik  Stansiyasının  işə  salınması  zamanı  Ali 
Məclisin Sədri muxtar respublika energetiklərinin öz üzərlərində işləyərək bilik və bacarıqlarını 
artıracaqlarına,  energetika  sisteminin  qorunmasına  və  bu  sahənin  səmərəli  işlədilməsinə 
töhfələrini verəcəklərinə əminliyini bildirmiş, daha sonra qeyd etmişdir ki, energetika sahəsində 
ixtisaslı  kadrların  hazırlanması  vacib  məsələdir.  Hazırda  Naxçıvan  Dövlət  Universitetində  bu 
sahə  üzrə  müvafiq  ixtisas  açılmışdır.  Energetiklər  yaradılan  şəraitdən  səmərəli  istifadə  etməli, 
ixtisaslı  mütəxəssis  kimi  yetişməli,  qurulanlar  qorunmalı  və  onlardan  səmərəli  istifadə 
edilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə