98
üçün real şərait yetişsin və subyekt mövcud alternativlər haqqında hərtərəfli biliyə malik olsun.
Digər mühüm məqam, insanın öz tələbatları, maraqları və məqsədi barədə dəqiq və aydın təsəvvürə
malik olmasıdır. Yeri gəlmişkən, bəzən fəlsəfi ədəbiyyatda sonuncu tərəfin rolunu kifayət qədər
qiymətləndirməmək hallarına rast
gəlinir ki, bu doğru deyildir (8, s. 166).
Qeyd etmək lazımdır ki, azadlığa forma etibarilə necə tərif verilməsindən asılı olmayaraq,
belə bir cəhət daim diqqət mərkəzində tutulmalıdır: azadlıq insanın daxili mahiyyətindən irəli gələn
atributiv keyfiyyətdir, yəni o kiminsə tərəfindən verilən, müvvəqqəti və təsadüfi xassə deyildir.
Onun təməlini fəal və yaradıcı varlıq olan insanın şüurlu seçimi təşkil edir. Bu seçim özbaşına
deyil, mövcud zərurətin hüdudları və yaratdığı imkanlar çərçivəsində həyata keçirilir və onlardan
kənara çıxa bilməz. Digər tərəfdən,obyektiv zərurət ilə insanın azadlığı arasında münasibət öz
xarakterinə görə qəti və birmənalı deyildir. Başqa sözlə deyilsə, insan şüurlu mövcudat olduğu
üçün, konkret şəraitdə obyektiv şəraitin diqtə etdiyi mümkün olan variantlar arasında azad seçim
edərək, onlardan birinin üzərində dayanır və onu həyata keçirmək barədə azad qərar qəbul edir.
Bundan sonra onun azadlığı, həmin qərarla bağlı məqsədin müəyyən edilməsində, onu
reallaşdırmağın yolları və vasitələrinin axtarılıb tapılmasında, seçilməsində, onların həyata
keçirilməsində ifadə olunur.
Deyilənlərdən aydın olur ki, azadlığın ən ümumi anlamı belə, onu ani baş verən bir akt kimi
təsəvvür etmir, bir-birilə sıx qarşılıqlı əlaqədə olan bir sıra ardıcıl fazalardan keçən uzun proses
halında götürür. Bu prosesin əsas mərhələləri aşağıdakılardır: təbiət və ictimai həyat haqqında
biliklərə əsaslanmaqla, subyektin öz iradəsi ilə real həyatdakı alternativlərdən birini seçməsi, onu
reallaşdırmaq istiqamətində məqsəd irəli sürməsi, bunun üçün səmərəli yollar və vasitələr müəyyən
etməsi və onları yerinə yetirməsi.
ƏDƏBİYYAT
1. Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Bakı, Universiteti
nəşriyyatı, 2001, 132 s.
2. Mehdiyev R.Ə.
Milli məfkurə,
dövlətçilik, müstəqillik yolu ilə: II c., Bakı, YEN, 2006, 671 s.
3. Гегель. Сочинения: В 14-ти т. Т.3, М.: Мысль, 1966, 484 с.
4. Спиноза Б. Избранные произведения: В 2-х т. Т.1, М.: Мысль, 1957, 527 с.
5. Engels F. Anti Düring. Bakı: Azərnəşr, 1988,522 s.
6. Fəlsəfə ensiklopedik lüğəti. Müəlliflər kollektivi. Bakı, Azərbaycan Ensiklopediyası, 1997, 520 s.
7. Столович Л.Н. Жизнь – творчество – человек. М.: Мысль, 1989, 319с.
8. Davidoviç V. Azadlıq. Bakı: Gənclik, 1971, 217 s.
ABSTRACT
Garib Allahverdiyev
ABOUT THE PHILOSOPHICAL DEFINITION OF FREEDOM
In the article the views about the philosophical definition is investigated. It is noted that
there is no general definiton of freedom, most of the authors are restricted showing it as understood
necessity that even if it has certain scientific interest, you can not be content with it. In the
explanation of freedom , two reviews which are extremely restricted and extensive are reviewed. In
these reviews it is emphasized that the objective and subjective factors causing freedom are not
opened. Failure to open these factors creates such a wrong idea that supposedly in the social science
there is no concept other that freedom and it is not necessarily.
In the article in terms of the opening of social- philosophical content of freedom the
following definition is given:
“ Freedom is the ability to effectively and freely realize potential human power, its needs,
interests and desires, based on knowledge and social experience within the framework of the
conditions and opportunities created by the existing society”.
99
This definition creates scientific interest because it lists all the key elements that determine
the content of freedom in it. At the same time, the logical focus focuses on the following idea: a
person can only make free choice in that particular situation, so that the real situation can grow and
that the subject has a comprehensive knowledge of the available alternatives.
РЕЗЮМЕ
Гариб Аллахвердиев
О ФИЛОСОФСКОМ ОПРЕДЕЛЕНИИ СВОБОДЫ
В статье исследуются взгляды на определение свободы в философской литературе.
Отмечается, что у свободы нет общего понятия, большинство авторов ограничиваются
показанием ее как осознанной необходимости, хотя это определение и вызывает
определённый научный интерес, ограничиваться им нельзя. Рассматриваются два взгляда на
объяснение понятия свободы – чрезмерно ограниченный и чрезмерно широкий. Выделяется
нераскрытие в этих взглядах объективных и субъективных факторов, обуславливающих
свободу. Нераскрытие этих факторов порождает ошибочное представление о том, что в
социальной науке “не существует понятия кроме свободы и нет в этом необходимости”.
Для раскрытия социально-философского содержания свободы , в статье дается
нижеследующее ее определение:
“Свобода – это способность человека активно и свободно реализовывать свои
потенциальные жизненные силы, свои потребности, интересы и желания, которыми он
обладает в пределах условий и возможностей, созданных существующим обществом”.
Это определение вызывает научный интерес, потому что в нем перечисляются все
основные признаки, определяющие содержание свободы. Наравне с этим, логическое
ударение централизуется на следующей мысли: человек может сделать свободный выбор в
определенном направлении только тогда, когда созрели все реальные условия для этого и
субъект обладает всесторонними знаниями о существующих альтернативах.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).