Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   51   52   53   54   55   56   57   58   ...   164

114 
bu gücün qarşısında bütün düşmən qüvvələri  yeniləcək, millətimiz, vətəndaşlarımız və Vətənimiz 
qalib  olacaqdır.  Azərbaycan  demokratik  fikri  ölüm-dirim  savaşında  millətinə,  xalqına  sahib 
çıxmaqla onu gələcək şanlı qələbələrə səsləyirdi, onu darda, çətinlikdə qoymayacağını dilə gətirir, 
bununla da onun milli maraqlarının və mənafeyinin təmsilçisi olduğunu vurğulayırdı. O, bildirirdi 
ki,  türk  millətinin  belə  cəsurluğuna,  bütün  əsarət  zəncirlərini  qırıb  atacağına  dünya  heyran 
qalacaqdır: “Bunların oyanıb hüsula gətirəcəkləri hürriyyət ədəbiyyatı bir sel kimi İran və Türkiyəyi 
istela  edəcəkdir.  Bu  selin  də  məcrası  bila  şəkk  və  şübhə  bu  iki  məmləkətə  Qafqaz  bərzəxi 
olacaqdır!..İştə,  görünür  ki,  Qafqaz  hürriyyəti-aləmin  tarixində  mühüm  rollar  oynayacaqdır.  Bu 
rollarin  da  ən  böyüyü  Qafqaz  və  Azərbaycan  türklərinə  aiddir.  Bunları  anlamalıyız  da,  ona  görə 
hazırlanmalıyız!” (4, s.144). Deməli, demokratik fikir türk millətimizin ən böyük, əvəzsiz dəyəri və 
sərvəti  kimi,  azadlığı-hürriyyəti  çox  uca  tutmuş,  millətin  xoşbəxt  gələcəyini  onun  hürriyyətində 
görmüşdür. Xüsusilə də, millətimizə, Vətənimizə, məkanımız Qafqaza böyük sevgi ilə ünvanlamış 
dəyərli sözlər demokratik fikrin millətin tarixində necə silinməz izlər qoymasına canlı bir sübutdur.  
XX əsr demokratik fikri Azərbaycanda, Rusiyada və ondan kənarda baş verən hadisələrə diqqəti 
çəkərək, millətin sosial-siyasi gerçəklikdəki üzləşdiyi acı həqiqətləri ortaya çıxardı. Tarixin min illər boyu 
şanlı səhifələrində türklərin saysız-hesabsız zəfərləri ilə fəxr edən demokratik fikir uğursuzluğa düçar olub, 
müstəqilliyindən  məhrum  qalmış  millətinin,  Vətəni  əlindən  alınmış,  azad  olmayan  vətəndaşının  xüsusi 
amansızlıqlara,  məhrumiyyətlərə  düçar  olmasını  ürək  ağrısı  ilə  qarşılayırdı.  O,  göstərirdi  ki,  bu  əsrdə 
“kiçik  millətlərin,  xüsusilə  məhkum  millətlərin  öz  varlıqlarını,  öz  hüquqlarını  saxlamaq  iddiası  ilə  bu 
qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası”(6,s.233) çox böyük faciələrə səbəb ola 
bilər. “ Bunun başlıca səbəbi budur ki, biz bir-birimizə arxa olmağı, bir-birimizə sarılmağı, bir-birimizin 
halına qalmağı bacarmırıq”(1,s.114). 
Vətəninin, millətininin vurğunu olan Azərbaycan demokratik fikri başlıca əməl, əqidə kimi 
özünə  millətsevərliyi  qəbul  etmişdi.  Demokratik  fikir  bu  əqidədən,  bu  ideyadan  ruhlanaraq, 
millətinin istiqlalına çalışır, onun uğrunda ayağa qalxırdı. Demokratik fikir “indinin siyasi fəlsəfəsi 
tərəqqiyi  millətçilikdə  görüyor.  Zamanın  şövkət  və  səxavət  binası  millətçilik  bünövrəsi  və  təməli 
üstündə quruluyor, əsrin ruhu azad millətçiliklə bəsləniyor, büyüyor”(6,s.240),- kimi qəbul edərək, 
elan  edirdi  ki,  “Bugün  eyidən-eyiyə  qanıram  ki,  dini  əqidədən  sonra  insanda  doğan  dünyəvi 
əqidələrin  birincisi  millətpərvərlik  əqidəsidir,  ictimai  fəlsəfənin  baş,  özünü  tanımaq  fəlsəfəsidir, 
millətini bilmək elmidir”(6, s.240).  
Türk  oğlunu,  türk  millətini  fədakarlıqlara  səsləyən  demokratik  fikir  özünü  onun  istiqlalı 
yolunda qurban verərək, dünyanın üzünün qan rənginə boyandığı bir dövrdə onu ayılmağa, haqqını 
almağa  səsləməkdə  idi.  “Bəsdir,  bəsdir,  ey  türk,  bir  az  ayıl.  Ayıl  da...Vücuduna  Allahın  günəşi, 
havası dəysin.  Başını bir az yuxarı qaldır. Öz varlığını, öz vücudunun qiymətini bil. İndiyə qədər 
yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra olsun ayıl, bir 
özünə gəl, öz gününə çalış” (6,s.239), çünki “miras olan bu sağlam və qüdrətli xalq onun dərdlərinə 
yenidən  əlac  edə  bilmiş,  onu  nəinki  dağılmaqdan  qorumuş,  hətta  dirçəldərək,  sərhədlərini  xeyli 
genişləndirmişdir”  (1,  s.328).  “Qafqaz  xalqını  qulluğa,  əsarətə  məluf  etmək  olmaz!  Qafqazın  üç- 
dörd  min  sənəlik  tarixini  qarışdırsaq  onu  daima  öz  hürriyyəti  və  azadlığı  üçün  müharibə  edən 
görürüz!” (4, s.141). Ona görə ki, türk milləti “ aldıqları mirası nəinki qoruyub saxlamış, hətta onu 
xeyli artırmış və zənginləşdirmişdilər” (1, s.328).  
Demokratik fikir türk millətini öz şanlı keçmişindən ibrət almağa səsləyirdi, çünki türkün o 
zamankı  azad  həyat  tərzi  bugünün  müstəmləkə  əsarətindən  keçib,  azad  gələcəyə  gedib  çatacaqdı. 
“Ey  türk,  keçmişlərindən  ibrət  al,  hələ  vücudun  sağlam  ikən,  yaşamağa  istedadın  var  ikən,  fürsət 
əldə  ikən  əsil  vücudunu  tanı,  qədrini  anla”  (6,  s.240),  “onun  bütün  həyatı  hələ  irəlidədir.  Egey 
sahillərindən  və  Aralıq  dənizindən  Çinə  qədər  böyük  bir  ərazidə  məskən  salmış  türk”  (1,  s.329) 
milləti  bilməliydi  ki,  zaman  dəyişmiş,  XX  əsri  bütün  qabaqkı  əsrlərdən  kəskin  şəkildə 
fərqləndirmişdir.  Ona  xəbərdarlıq  edilirdi  ki,  “zamanımız  özgə  zamandır.  Əgər  bundan  sonra 
özümüzü  tanımayıb  qalırsaq,  qorxuram  ki,  gec  ayıldığımız  vaxt  sağalıb  yiğitcə  yaşamaya 
vücudumuzda  qüvvət  və  taqət  qalmamış  ola”  (6,  s.239).  Bu  ayılma  baş  verməli  idi,  çünki 
millətimiz,  xalqımız  özünəməxsus  nadir,  zəngin  mənəvi-  əxlaqi  keyfiyyətləri  əsrlərlə  miras  kimi 


115 
daşıyıb  XX  əsrə  qədər  gətirib  çıxara  bilmişdi.  Yəni  xalqımızın  “hər  yerdə  gördüyümüz  və  hər  kəs 
tərəfindən təsdiq edilən nadir mənəvi və fiziki keyfiyyətləri belə bir ehtimal üçün əsas verir” (1, s.329). 
Belə zəngin mənəvi keyfiyyətlərdən biri isə məhz onun azadlıq uğrunda ölümə atılması idi. Çünki 
dünyada hələ “ indiki imperiyalar olmamışdan əvvəl” sən özünə imperiyalar yaratmışdın. Azadlıq aşiqi 
idin və məhz ondan da zövq alırdın. Odur ki, türklər “ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar, onlar 
əsir düşərlər, lakin əsirliklərində belə qul olmayıb ağalıq edərlər” (4, s.141). “Əsrin ruhu azad millətçiliklə 
bəsləniyor,  böyüyor.  Keçmiş  əsrlərin,  keçmiş  siyasi  əqidələrin  cızdığı  coğrafiya  sərhədlərini  indiki 
etnoqrafiya yavaş- yavaş pozuyor” (6, 240).  
Tarix yazanlar sübut edirdilər ki, türklər hər zaman və hər yerdən sıxışdırılırdılar. Ona görə 
də  türklər  “  tarix  səhnəsinə  gəldikləri  vaxtdan  ,    amansız  şəkildə  belə  vəziyyət  icərisində 
qalmışdılar.  Onlar  həmişə  müharibəyə  hazır  vəziyyətdə  olmalı,  hər  tərəfdən  gözlənilən  hücumları 
dəf  etməli idilər. Onların özlərini  də, mənsub olduqları  islam  dinini  də  hər zaman və  hər tərəfdən 
sıxışdırırdılar”(1, s.331). Hər tərəfdən düşmənlərin təcavüzü şəraitində meydanda qalan türk heç bir 
halda  azadlıq  sevərliyini  itirməmişdi.  Onu  yaşadan  da  onun  hürr,  azad  olmağı  idi.  Türklər 
fəlakətlərə  uğradıqları  halda  “hürriyyətini,  hürriyyətə  olan  meyl  və  məhəbbətini  heç  bir  zaman 
qayıb  etməz”(4,  s.141).  Burada  əsas  məqsəd  ortaya  çıxırdı.  Türklər  “zaman  keçdikcə  özlərinə 
fəlakət gətirən iki şeyi unudurdular və unutmaya da bilməzdilər: bu bir tərəfdən Qərbin tədricən əqli 
və əxlaqi baxımdan tərəqqi etməsi, o biri tərəfdən isə islamın özünün daxilində pozucu qüvvələrin 
meydana çıxması və baş qaldırması idi”(1, s.141). 
Ona  görə  də  demokratik  fikir  türkləri  milli  birliyə-ittihada  səsləyirdi.  Çünki  türklərin  bu 
aləmdə bir qismi “o birilərə  yabançı, o birilərin tale və müqəddəratına biganə, laqeyddir”(1,s.114-
115).  Qəribçilikdəki,  qürbətdəki  türkləri  isə  “kimsə  himayə  edəməz!”(4,s.144).  “İndi  gələlim  əsil 
məqsədə.  Ey  şiə,  ey  babı,  sünni  türk  qardaşlarım,  diriliyimizin  milli  ittihadda  olduğunu  biləndən 
sonra”(6,s.240) bir-birinizə sahib çıxın. 
XX  əsr  Azərbaycan  demokratik  fikri  böyük  bir  əminliklə  o  dövrün  gərginliklərini  aşıb 
keçərək, geniş maraq dairəsinə uyğun şəkildə milliliklə bəşəriliyin harmoniyasına əməl edirdi. Bu, 
onların  yaradıcılıq  örnəyi  idi.  Odur  ki,  demokratik  fikir  xadimlərinə  də  bu  millətin  zəhmətlərinə, 
məşəqqətlərinə,  çətinliklərinə  tab  gətirməyi,  bütün  zamanlarda  Vətəninin  halına  acımaq,  onun 
keşməkeşlərlə  dolu  acı  taleyindən  xoşbəxt  günlərinə  aparıb  çıxarmaqda  örnək,  söz  sahibi  olmağı 
nəsib  edilmişdi.  Burada  heç  bir  qaldırıla  bilməyən  yük  yox  idi,  bu  da  “hakimiyyəti-  mütləqin 
divani- əzəmətinə”(6,s.252) bir nümunə idi. Onlar da bütün sonrakı nəsillər tərəfindən necə reaksiya 
doğuracağından asılı olmayaraq, yalnız həqiqəti cavablandırıb, zamanın, dövrün tələblərinə uyğun 
hərəkət etməli oldular. Onları düşündürən yalnız millətin, Vətənin acı taleyi idi. Beləliklə də, onlar 
keçmişdən  gələcəyə  doğru  etibarlı  bir  körpü  yaratmağa  çalışır,  xalqın,  millətin,  Vətənin  bu 
əziyyətlərini  onun  üzərindən  qaldırmaq  istəyirdilər  ki,  bütün  gələcək  nəsillərin  qəlbən  rahatlığı 
təmin olunsun, onlar heç cür çətinliklərlə üz- üzə qalmasınlar.  
XX əsr Azərbaycan demokratik fikri xalqımızın, millətimizin çəkilməyəcək qədər çox olan 
dərdlərinin  ağırlığından  və  millətinə,  Vətəninə  olan  sonsuz  sayda  bitib-tükənməyən  məhəbbətlə 
ürəklərində  azacıq  da  olsa,  mərhəmət  hissi  olanlara  üzünü  tutub  deyirdi  ki,  heç  olmazsa,  Allahu-
Təalanın qanun qoyduğu ilin on iki ayının müqəddəs bildiyi günlərdə, saatlarda eyni dinə, əqidəyə 
sahib olduğu din qardaşlarının dərdlərinə ortaq olub, onlara mərhəmətli olsunlar. Axı, bu onların da 
millətinin, “islam ümməti”nin qarşısında Allahın qoyduğu vəzifələrdən, borclardan birisi idi. Amma 
tarix  göstərdi  ki,  əgər  millət  bircə  onların  insafına,  ixtiyarına  qalarsa,  onda  fəlakətdən  heç  vaxt 
xilasını gözləyə bilməz.  
Demokratik  fikrin  nəzərində  mərhəmət  hissləri,  duyğuları  çoxdan  ölmüş,  sönmüş  adamlar 
düşüncəsiz,  qorxaq,  ürəksiz,  qəsdən  özlərini  görməzliyə,  eşitməzliyə  vuranlar  sayılırdı.  Millətin 
əhval- ruhiyyəsini ifadə edən demokratik fikir bildirirdi ki, “hər kəsin ürəyində“ belə insanlara qarşı 
bir  narazılıq,  hətta  bir  hiddət  vardı.  “Camaat  deyirdi  ki,  6-7  milyon  böyük  bir  kütlənin  rəisləri 
millətlər fəlakətinə qarşı göz yumurlar”(6, s.209). Doğurdan da, böyük səy və qeyrət göstərməyən, 
uca,  ülvi  fikirlərlə  yaşamayan,  böyük  əməllər  yerinə  yetirmək  istəməyənlər  millətin  rahatlığına, 
salamatlığına  çalışmayanlar  idilər,  milətin  kölgələr  kimi  ayaqlar  altında  sürünməsinə,  tapdalanıb 
əzilməsinə  bərk-bərk  göz  yumanlar  idilər.  Bu  isə  onların  daşıdıqları  əqidənin,  dinin  və  mənsub 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə