Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   54   55   56   57   58   59   60   61   ...   164

120 
Müxtəlif  tədqiqatçıların  fikrincə  qloballaşma  sərhədsizliyə  gətirib  çıxarır.  Sərhədsizlik 
anlayışı getdikcə genişlənən böyük bir prosesin yeni dünya düzəni şəklində daha da dərinləşməsidir. 
Qloballaşma  siyasətinin  təsirində  öz  həyat  tərzini  qorumaq  istəyən  insanlar  başa  düşməlidirlər  ki, 
onlar zaman-zaman bu prosesdə hansı prinsiplərin əhatəsindədirlərsə, elə həmin dəyərlərin həm də 
mənəvi, ictimai baxımdan köləsinə çevrilirlər. 
Sistemli  xarakter  daşıyan  və  obyektiv  proses  olan  qloballaşmanı  bəzi  tədqiqatçılar 
ümumdünya iqtisadi, siyasi və mədəni inteqrasiya prosesi kimi qiymətləndirirlər.  
Qloballaşma  milli  dövlətlərin  səlahiyyətlərini,  strukturunu,  suverenliyini  və  legitimliyini 
zəiflədir.  Siyasi,  iqtisadi  və  sosial  baxımdan  digərlərindən  təcrid  olunmamış  milli  dövlətin  təkcə 
səlahiyyət  sahəsi  məhdudlaşmamış,  eyni  zamanda  forması  da  dəyişmişdir.  XX  əsrin  ikinci 
yarısından  sonra  beynəlxalq  təşkilatların  sayında  fövqəladə  bir  artım  müşahidə  olunmuş,  bunun 
nəticəsində isə dövlətin beynəlxalq mahiyyəti formalaşmışdır. Qərbdəki əksər milli dövlətlərin belə 
təşkilatlarla  sıx  şəkildə  təmas  qurması  ilə  yerli  və  qlobal  siyasət  qurma  mexanizmləri  arasındakı 
fərqlər  azalmışdır.  Bunun  nəticəsində  demokratik  vasitələrlə  üzv  dövlətlərin  suverenliyini 
beynəlxalq  hüquqa  uyğun  bir  şəkildə  uzlaşdıra  bilən  Avropa  Birliyi  kimi  güc  sistemləri  meydana 
gəlmişdir. 
Qloballaşma  bəşəriyyətin  tarixi  inkişaf  qanunauyğunluqları  əsasında  formalaşmış  yeni 
mərhələdir. O, yeni informasiya kommunikasiya texnologiyaları əsasında ayrı-ayrı xalqların vahid 
iqtisadi, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir 
Qloballaşma  dövlətlərin  sabit  inkişafının,  bütövlüyünün  və  idarəetmə  sistemlərinin 
stabilliyinin  təmin  olunmasına,  iqtisadi  münasibətlərdə  ayrı-seçkiliyin  aradan  qaldırılmasına, 
xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. ( 1. 6 ). 
Müstəqilliklərini  əldə  etmək  və  milli  özünəməxsusluqlarını  qorumaq  üçün  yüz  illərlə 
mübarizə  aparan,  itkilər  verən  xalqlar  qloballaşma  prosesinin  təsiri  ilə  öz  tarixi  nailiyyətlərini 
itirmiş olurlar.  
Başqa  bir  yanaşmada  isə  qloballaşma  və  regionallaşma  prosesləri  milli  dövlətlərin 
miqyasına tabe olan meyllər və istiqamətlər olaraq  göstərilir. Şübhəsiz ki,  hər iki proses arasında 
qarşılıqlı  əlaqə  mövcuddur  və  bu  əlaqələr  hər  iki  prosesə,  daha  çox  regionallaşma  prosesinə  təsir 
göstərir. Buna görə də qloballaşma əsrinin neoliberal regionallaşmasının sosial və milli dövlətdən 
imtina  vasitəsi  olması  və  dövlətin  bu  iki  xüsusiyyətini  itirməsi  müstəmləkəçilik  prosesinin 
inkişafını, maliyyə kapitalının şəksiz hegemonluğunu stimullaşdırır. 
Müxtəlif dövlətlər arasında ətraf mühit, insan hüquqları və qlobal iqtisadi problemlər kimi 
məsələlər  ətrafında  əməkdaşlıq  beynəlxalq  rejimlərin  və  beynəlxalq  tənzimləyici  sistemlərin 
yaranmasına  şərait  yaratmışdır.  Bu  da  onu  göstərir  ki,  belə  sahələrdə  beynəlxalq  əməkdaşlıq 
olmadan milli dövlət vətəndaşlarının tələb və ehtiyaclarını ödəyə bilmir. 
Müasir  dövrdə  həm  də,  dövlət  səlahiyyətlərinin  mərkəzdən  regionlara  ötürülməsi,  milli 
dövlət  daxilində  mərkəzi  hakimiyyəti  yerli  orqanların  xeyrinə  azaltması,  dövlətin  özünün 
səlahiyyət, vəzifə və resurslarının bir qismindən imtina etməsi prosesi gedir. Mərkəzi hakimiyyətin 
əlində  olan  planlaşdırma,  qərarvermə,  qaydalar  yaratma  və  onları  yönəltmək  kimi  idarəçilik 
funksiyaları  bölgə  təşkilatlarına,  bələdiyyələrə,  könüllü  təşkilatlara  və  özəl  şirkətlərə  verilir.  Yeni 
yerli orqanlara səlahiyyətlər verilməsi siyasəti əslində səlahiyyətlərin buradan da bazar qüvvələrinə 
ötürülməsi məqsədi daşıyır. 
 Qloballaşma  və  regionallaşma  üst-üstə  düşən  proses  kimi  milli  dövlət  anlayışını  və  onun 
beynəlxalq münasibətlərdə iştirak formasını dəyişə bilmək xüsusiyyətlərini özündə əks etdirir. Bunun 
müqabilində  regionallaşma  prosesi  isə  qloballaşmanın  birtərəfli  və  mərkəzçi  xarakterinə  əks  olaraq, 
yerli, tarixi, mədəni və maddi xüsusiyyətlərin qorunması və inkişaf etdirilməsi imkanlarına malikdir. 
 Regionlar 
öz  mövqelərini  iqtisadi  sahədə  milli  dövlətdən  müstəqil  şəkildə 
müəyyənləşdirirlər.  İnformasiya  və  kommunikasiya  texnologiyalarının  inkişafı  da  regionların 
beynəlxalq  əlaqələrinin  genişlənməsinə  əlverişli  şərait  yaradır  və  onların  daxili  və  xarici  əlaqələr 
qurmaq qabiliyyətini artırır. 
Qloballaşmanın mərkəzində insan maraqları olduğundan onun ayrı - ayrı dövrlərdəki inkişaf 
meylləri də həmin maraqların reallaşdırılmasından asılı olmuşdur (4.s.3).  


121 
Dünyada  ölkələrin  rəqabətədavamlılığı  artıq  ciddi  bir  faktora  çevrilib.  Qloballaşma 
istiqaməti  götürən  müasir  dünyada  hər  bir  ölkənin  dayanıqlı  və  davamlı  inkişafı  üçün  cəmiyyətin 
bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnmək tələb olunur. 
İnformasiya  cəmiyyətinin  və  rəqabətədavamlı  yüksək  texnologiyalı  milli  iqtisadiyyatın 
yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Bu ölkələrdə informasiya 
və  kommunikasiya  texnologiyaları  sahəsi  inkişafın  ən  önəmli  amili  kimi  çıxış  edir.  Bu  sahə 
dövlətlərin  siyasi,  iqtisadi  və  sosial  fəaliyyətinə  aktiv  təsir  edərək  iqtisadiyyatın  və  ictimai 
münasibətlərin  qloballaşmasını  şərtləndirir.  İnformasiya  cəmiyyətinin  təhsil  sisteminin  necə  qu-
rulması,  təhsilin  modernləşdirilməsi  üçün  hansı  texnologiyalardan  istifadə  edilməsi  hazırda  ən 
aktual məsələlərdən biridir. 
Cəmiyyətin  qtisadi  inkişafının  əsasını  texnika  və  texnologiya,  texnologiyanın  əsasını  elm 
təşkil  edir,  elm  isə  öz  növbəsində  təhsil  vasitəsi  ilə  inkişaf  etdirilir.  Ona  görə  də  iqtisadiyyatın 
inkişafı  üçün  mühüm  şətlərdən  biri  təhsilin  inkişafı  hesab  olunur.  Təhsil  cəmiyyətin  və  dövlətin 
inkişafında  mühüm  rol  oynayan,  strateji  əhəmiyyəti  ilə  fərqlənən  fəaliyyət  sahəsidir.  Təhsilə 
münasibət  millətin  gələcək  taleyinə  münasibətdir.  İctimai  həyatın  bütün  sahələrində  bacarıqlı  mü-
təxəssislər yetişdirmək təhsilin əsas funksiyasıdır  
Təhsil  elmi  biliklərin  mənimsənilməsi  prosesidir.  Nəzərə  almaq  lazımdır  ki,  elmi  fəaliyyət 
yaradıcı bir işdir və yeni elmi biliklər əldə olunmasına istiqamətlənmişdir. Lakin, yaxşı təşkil olunmuş 
təhsil  prosesi  yaradıcı  təfəkkürü  də  inkişaf  etdirir.  Elmin  məqsədi  insanın  intellektual  dünyasını 
zənginləşdirmək,  onu  daha  bilikli  etmək  və  bu  biliyin  qüvvəyə  çevrilməsi  üçün  ona  kömək 
etməkdir.  Qeyd  etmək  lazımdır  ki,  elmi  biliyin  maddi  qüvvəyə  çevrilməsi  istehsal  prosesində 
keyfiyyət dəyişikliyi yaradır. 
Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili strateji üstün sahə elan edir 
və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Azərbaycan 
Respublikası müstəqillik əldə edəndən sonra təhsil sistemində bir çox islahatlar aparmışdır.  
Qeyd  etmək  lazımdır  ki,  təhsil,  insanın  həyat  və  əmək  sahəsində  sistemləşdirilmiş  bilik, 
bacarıq  və  davranışları  əldə  etməsidir.  Sivilizasiyanın  əsas  fenomenlərindən  biri  sayılan  təhsil 
insanın  sosial varlıq olaraq tarix səhnəsinə çıxdığı və ilk təcrübəsini ötürməyə ehtiyac hiss etməyə 
başladığı vaxtdan etibarən başlıca amilə çevrilmişdir. 
Təhsil sahəsində qloballaşma ilk növbədə bir
‐biriləri ilə sıx əlaqələri olan millətlərin ölkələr 
arasında  sərbəst  hərəkət  etmək  və  müstəqil  şəkildə  iş  yeri  tapmaq,  xalqların,  millətlərin  qarşılıqlı 
anlaşmasını və  fəaliyyət göstərməsini, təmin  etmək imkanına malik olan  fərdlər  yetişdirilməsində 
özünü göstərir. Bu qəbil insanlardan həmçinin fərqli şəraitdə yaşamaları, fəaliyyət göstərmələri və 
mədəniyyətlərarası dialoqun fəal iştirakçıları olmaları da gözlənilir. Başqa sözlə desək, informasiya 
əsrində  təhsilin  başlıca  qayəsi  milli  kimliyini  itirməmək  şərti  ilə  müxtəlif  mədəniyyətlərin  hakim 
olduğu coğrafiyalarda mövcud şəraitə uyğunlaşmağı və uğur qazanmağı bacaran dünya vətəndaşları 
yetişdirməkdir.  Belə  olan  halda,  qloballaşma  şəraitində  yalnız  öz  ölkəsində  oxumaq  məcburiy-
yətində  qalmayan  hər  bir  vətəndaş  təhsil  alacağı  ölkəni  və  tədris  ocağını  sərbəst  şəkildə  seçmək 
hüququ əldə edir. 
Qloballaşma və milli təhsil müstəvisində universitet mahiyyət və qarşısında duran vəzifələr 
baxımından yeni məzmun kəsb edir. Beynəlxalq təhsilin universitetlərdə təmərküzləşməsi prosesinə 
paralel  olaraq  yerlərdə  də  müasir  tələblərə  cavab  verən  ali  təhsil  müəssisələri  şəbəkəsinin  inkişaf 
etdirilməsi təmayülü hiss olunmağa başladı. 
 Hər bir dövlətin gələcək inkişafı onun təhsil sistemindən mütənasib şəkildə asılı olub daimi 
diqqət  tələb  edir.  Belə  ki,  bu  gün  məktəblərimizdə  təhsil  alan  şagird  və  tələbələr  sabah  müxtəlif 
sahələrin  aparıcı  mütəxəssislərinə  və  rəhbərlərinə  çevriləcəklər.  Bu  gün  bu  şagird  və  tələbələrə 
verilən  bilik,  bacarıq  və  davranışların  real  səviyyəsi,  bir  neçə  onillikdən  sonra  ölkəmizin  ümumi 
səviyyəsinin göstəricisi olacaqdır.  
Avropada  təhsilin  “beynəlmiləlləşməsi”  prosesi  gedir.  Bu  əsasən  Avropa  ölkələrinin 
inteqrasiyası  ilə  əlaqədar  olub,  təbii  xarakter  daşıyır.  Avropa  Şurasının  əsas  məqsədi  humanitar 
sahədə  əməkdaşlığın  inkişaf  etdirilməsinə  yardım  etməkdir.  Təhsil  sahəsində  beynəlxalq 
konvensiyaların hazırlanması, konfransların, seminarların, ekspertlərin yığıncaqlarının təşkili, təhsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə