Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   56   57   58   59   60   61   62   63   ...   164

124 
3.
 
Əsgərov.Ş.Q. Kamilləşən düşüncə. Bakı, 2013, 232 səh. 
4.
 
Şükürov  A.  Qloballaşmış  cəmiyyətlər:  dünən,  bu  gün,  sabah.  Bakı,  Azərbaycan  Universiteti 
nəşriyyatı, 2006. 191s. 
 
ABSTRACT 
                                                Novruzalı Rahımov 
 
THE ESSENCE OF GLOBALIZATION AND ITS IMPACT ON EDUCATION 
 
In the scientific article has been explained the essence of globalization process in the new context 
The  process  of  globalization  is  a  new  formed  stage  on  the  basis  of  the  laws  of  historical 
development  of  mankind.  In  the  process  of  globalization  joining  to  common  economic  and 
financial,  social  and  political  and  cultural  relations  system  of  the  majority  of  mankind  occuvs. 
Globaliztion accelevates the beginings of dialogue and interaction among civilizations. 
Globalization  is  new  brand  changes  in  the  areas  of  life,  policy,  economy,  culture,  science, 
technology and so on in the modern world. 
It has studied the impact of globalization process, and defined the developmental directions 
of science and education in the globalization condition, as well. 
This  article  analyzes  the  role  of  information  and  communication  technologies  to  the 
development of science and education in the context of globalization. 
 
 
РЕЗЮМЕ 
                                                Новрузали Рагимов 
 
CУЩНОСТЬ ГЛОБАЛИЗАЦИИ И ВЛИЯНИЯ ЕГО В ПРОЦЕСС 
ОБРАЗОВАНИЯ 
 
В  научной  статье  сущность  глобализационной  процессы  обьясняется  в  новом 
содержание.  Процесс  глобализации  -  это  новый  этап  сформированный  на  основе  законов 
исторического развития человечества. В процессе глобализации  происходит присоединение 
к  единой  экономической,  финансовой,  социальной,  политической  и  культурной  системе 
отношений  большинства  человечества.  Глобализация  активизирует  начало  диалога  и 
взаимодействия между цивилизациями. 
Глобализация  -  это  новые  качественные  изменения  в  сферах  социальной  жизни, 
политики, экономики, культуры, науки, техники и т. д. в современном мире. 
В  статье  исследованы  влияние  глобализационной  процессы  на  науку  и  образоване, 
также в глобализационных условиях определена направление развитии науки и образовании. 
В  статье  анализируется  роль  информационных  и  коммуникационных  технологий  в 
развитие науки и образования в условиях глобализации. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
 
 


125 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
 FLORA KƏRİMOVA  
Naxçıvan Dövlət Universiteti 
                                        flora.kerimova.80.@mail.ru 
UOT: 32.019.51 
SEYİD ƏZİM ŞİRVANİNİN İCTİMAİ-SİYASİ BAXIŞLARINA 
“BEYTÜS-SƏFA” MƏCLİSİNİN TƏSİRİ 
                                                                
Açar sözlər: ictimai, siyasi, fəlsəfi, maarifçilik, şeir, “Beytüs-səfa”  
Key words: public, political, philosophy, enlightenment, poem, Beytus-shafa" 
Ключевые слова: общественный, политический, философский, просвещение, стихи, 
“Бейтус- cафа” 
Azərbaycan  şeirinin  inkişafına  təsir  göstərmiş  mütəfəkkir  şair  Seyid  Əzim  Şirvani 
Azərbaycada  maarifçilik  hərəkatının  görkəmli  nümayəndələrindən  olmuşdur.  Onun  müxtəlif 
janrlarda  yazdığı şeirlər yaşadığı dövrün Azərbaycan cəmiyyətinə xas olan cəhətlərini özündə əks 
etdirir.  Klassik  Azərbaycan  poeziyası  və  XIX  əsrin  I  yarısında  ədəbi  məktəb  halında  formalaşan 
tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı 
tarixinə görkəmli şair və maarif xadimi, üsuli-cədid məktəblərindən birinin yaradıcısı, Azərbaycan 
dilində yazılmış sonuncu təzkirənin müəllifi kimi daxil olmuşdur (6, s.162-164). 
Seyid Əzim Şirvani 27 iyun 1835-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şair 7 yaşında 
olarkən  atası  Seyid  Məhəmməd  vəfat  etmiş,  Dağıstanın  Yaqsay  kəndində  hakimlik  edən  babası 
molla Hüseyn öz qızını və nəvəsini yanına aparmışdır. Molla Hüseynin özünün oğlu olmadığından 
nəvəsinə çox məhəbbət bəsləmişdir. Burada Seyid Əzim Şirvani türk və fars dillərində təhsil almış, 
ərəb  dilini  öyrənmişdir.  Seyid  Əzim  Şirvani  11  yaşına  qədər  ana  babası  ilə  birlikdə  Dağıstanda 
yaşamış,  1846-cı  ildə  isə  yenidən  Şamaxı  şəhərinə  köçmüşdür.  1855-ci  ildə  iyirmi  yaşında  Seyid 
Əzim təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə, oradan Bağdada və sonra isə Şama getmişdir. 
Təhsilini  başa  vurduqdan  sonra  vətəninə  dönən  mütəfəkkir  bir  müddət  sonra  Mədinəyə  gedərək 
Məhəmməd Peyğəmbərin qəbrini ziyarət etmiş, oradan Məkkəyə getmişdir. Həcc ziyarətindən sonra 
Seyid Əzim Misir və Qahirə şəhərlərində olmuş, orada elm adamları ilə görüşmüşdür (7, s.32, 33). 
S.Ə.Şirvani  səyahətdən  döndükdən  sonra  Şamaxının  qabaqcıl  ziyalıları,  sənət  hamiləri  –  Əhməd 
Sultan, Həmid Əfəndizadə, Mirzə Nəsrullah Didə, Mahmud Ağa, Ünsüzadə qardaşları (Səid, Cəlal, 
Kamal),  Əli  Əkbər  Qafil,  Bixud,  Bahar  Şirvani,  Məmmədtağı  Əlizadə  və  başqaları  ilə  bir  araya 
gələrək, əqidə və amal dostları olmuşlar. 
Seyid  Əzim  yaradıcılığa  1855-ci  ildən  başlamış,  əsərlərini  Azərbaycan  və  fars  dillərində 
yazmışdır.  Klassik  Azərbaycan  poeziyası  və  XIX  əsrin  birinci  yarısında  ədəbi  məktəb  halında 
formalaşan tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim lirik və satirik Azərbaycan şeirini 
zənginləşdirmişdir. Onun yüksək bədii sənətkarlıqla yazılmış lirik şeirlərində məhəbbət, həyat eşqi 
tərənnüm  olunur.  İctimai-əxlaqi  görüşlərini  əks  etdirən  mənzum  hekayə  və  öyüdləri,  nağıl  və 
təmsillərində dostluq, mərdlik, nəzakət, təvazökarlıq təbliğ edilir, tənbəllik, tüfeylilik, avaraçılıq və s. pis 
sifətlər tənqid olunur (11, s.235). 
Firudin bəy Köçərlinin qeyd etdiyi kimi: “Azərbaycan şairlərindən heç biri Hacı Seyid Əzim 
yazdığı  qədər  əsərlər  vücuda  gətirməyibdir.  Əsərlərindən  ən  məhşur  olanları  “Küllüyati-türki  və 
farsi”,  “Divani-qəzəliyyat”,  “Divani  qəsaid  və  nəvahi”,  “Hekayati-mənzumə”,  “Xilafəti-həzrət 
Əbubəkr”,  “Qəzəvati  həzrət  Əli”,  nəzmən  və  nəsrən  “Qisəsül-ənbiya”,  “Təzmini  Xacə  Hafiz  və 
Şeyx Sədi” və qeyriləri”. Firudin bəy Köçərlinin yazdığı kimi bu əsərlərdən ikisi – “Qəzəliyyat” və 
“Hekayəti-mənzumə”şairin  həyatda  olduğu  dövrdə  çap  edilmişdir  (7,  s.35-37).  53  illik  qısa  ömrü 
ərzində  hacı  Seyid  Əzimin  təkcə  yazdığı  qəzəlləri  hesablasaq,  görərik  ki,  o,  1000-dən  yuxarı 
miniatür  şedevrlər  yaratmışdır.  Klassik  ədəbiyyatımızın  bu  son  nəhəngi  qəzəl,  qəsidə,  mədhiyyə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə