Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   53   54   55   56   57   58   59   60   ...   164

118 
made  a  sense  of  the  nation’s  awareness  and  national  slogan.The  prominent  figures  of  our 
country,democratic  thought  put  the  nation  today  into  a    glorious  past.  He  recalled  the  historic 
glorious  past  to  Turks–  Muslums.Thereby  creating  a  historical  relationship  with  today.  Thus 
demonstrating the confidenceof the nation’s happy future. They create spiritual blindfold love for 
the nation,endless love for the nations,  devote their loyalty.The idea of the necessity of a national 
ideology capable of bringing the nation to ahappy future was required.This ideology will bring the 
spirit of uncompromising struggle against the nation. 
 
РЕЗЮМЕ 
                                                  Багир Бабаев 
 
АЗЕРБАЙДЖАНСКАЯ ДЕМОКРАТИЧЕСКАЯ МЫСЛЬ О СЛАВНОМ 
ПРОШЛОМ И СЧАСТЛИВОМ БУДУЩЕМ НАШЕЙ НАЦИИ В ДВАДЦАТОМ ВЕКЕ 
 
Демократы  в  двадцатом  веке  хотели  спасти  нашу  нацию  от  колониального  рабства 
Российской  империи  и  глубоко  ее  поверили.  Демократическая  мысль,  которая  оказала 
большое  влияние  на  жизнь  завоеванных  народов  в  двадцатом  веке.  В  новом  столетии 
появилось  чувство  национального  самосознания  и  национального  лозунга.  Известные 
деятели  нашей  страны,  демократическая  мысль  превратили  сегодня  народ  в  славное 
прошлое.  Они  вспомнили  историческое  славное  прошлое  туркам-  муслиманам.  Создавая 
исторические отношения с сегодняшним днем. Таким образом, демонстрируется уверенность 
в  счастливом  будущем  нации.  Они  создают  духовную  ослепительную  любовь  к  народу, 
бесконечную  любовь  к  народам,  посвящают  свою  лояльность.  Идея  о  необходимости 
национальной  идеологии,  способной  привести  страну  к  счастливому  будущему,  была 
необходима. Эта идеология принесет дух бескомпромиссной борьбы нации с колониальным 
игом. 
                           
 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
                                                   
 
 


119 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
NOVRUZƏLİ RƏHİMOV 
              
Naxçıvan Dövlət Universiteti 
novruzrehimov62@mail.ru   
UOT: 008.39 
 
QLOBALLAŞMANIN MAHİYYƏTİ VƏ ONUN TƏHSİL PROSESİNƏ TƏSİRİ 
 
Açar  sözlər:  Qloballaşma,  informasiya  texnologiyaları,  təhsil,  təhsilin  idarə  olunması, 
sosial məsuliyyət 
Keywords:  Globalization,  information  technology,  education,  education  management, 
science and education, social responsibility 
Ключевые  слова:  Глобализация,  информационные  технологии,  образования, 
управления образованием, наука и образование, социальные ответственности 
İndiki  dövrdə  qloballaşma  prosesi  milli  dövlətlərə  güclü  təsir  edərək  qitələrarası  və 
regionlararası münasibətlərdə qlobal qarşılıqlı asılılıq yaradır. Hər bir texnoloji dəyişiklik insanların 
fərdi  həyat  tərzində  dərin  dəyişikliklərə  səbəb  olur.  Qloballaşma  müasir  dünyanın  siyasət, 
iqtisadiyyat,  mədəniyyət,  elm,  texnologiya  və  s.  sahələrində  yeni  keyfiyyət  dəyişiklikləri  ilə 
müşahidə  olunan  mürəkkəb  proseslərdə  özünü  göstərir.  Hər  bir  milli-mədəniyyət,  milli-mənəvi 
dəyər həm də qlobal mədəniyyətin, ümumbəşəri dəyərlərin bir hissəsi kimi çıxış edir. 
Qloballaşma-sosial  iqtisadi  həyatın  bütün  sahələrini  əhatə  edən  insanların,  əmtəələrin, 
telekom¬munukasiyanın, informasiyanın ölkə və kontinentlərarası sərhədsiz hərəkətini əks etdirən 
inteqrasiya  prosesləridir.  Dünyada  bütün  insanların,  ölkələrin  indiyədək  mövcud  olmayan  bir 
sistemi  yaranmaqdadır,  yəni  müxtəlif  ölkələrin  və  xalqların  vahid  şəbəkədə  birləşməsi  prosesi 
gedirQloballaşma  prosesi  demək  olar  ki,  bütün  dünya  dövlətlərini  mühüm  dilemmalar,  faktlar 
qarşısında  qoymuşdur.  Bunlar  qloballaşmanın  diqqət  mərkəzində  dayanan  nə  qədər  vacib  bir 
problem olduğunu göstərir. 
Qloballaşmaya  yanaşmalar  çox  müxtəlifdir.  Onun  əsas  səbəbləri  qloballaşma  prosesinin 
ictimai həyatın bütün sahələrini əhatə etməsi ilə yanaşı, cəmiyyətdə hələ də fərdiyyətçilik və eqoizm 
hisslərinin  güclü  olmasıdır.  Belə  ki,  güclü  dövlətlər  dünyada  gedən  qlobal  proseslərdən  daha  çox 
faydalanmağa və əsasən öz maraqlarının həyata keçirilməsinə çalışırlar. Nə qədər ki, insanlar yalnız 
öz maraq və mənafelərindən çıxış edirlər, başqalarını düşünmürlər, deməli, hələ bu cəmiyyət yetkin 
və mükəmməl cəmiyyət sayıla bilməz. Dünyada baş verən proseslərin mənzərəsi buna aydın misal 
ola bilər. 
Qloballaşma  dünyada  ictimai  fəaliyyətin  beynəlmiləlləşməsi,  milli  iqtisadiyyatların  vahid   
sistemdə  qovuşmasıdır.  Bu  da  öz  növbəsində  kapitalın  dünyada  asanlıqla  dövriyəsinə,  dünyanın 
informasiya üçün açıq olmasına əsaslanır. Bəşəriyyətin inkişafı texniki tərəqqi, universal qanunlar 
və  dəyərlərlə  təzədən  müəyyənləşdirilir,  daha  böyük  iqtisadi,  siyasi  qurumların  yaradılması 
istiqamətində  hərəkət  edir.  Bu  isə  öz  növbəsində  inteqrasiya  olunmuş  qlobal  məkana  doğru 
irəliləyişi şərtləndirir (2.). 
Dünyada  gedən  texniki  inkişafla  əlaqədar  olaraq  dövlətlər  arasında  əlaqələr  getdikcə  artır, 
müxtəlif  xalqlar  və  ayrılıqda  insanlar  bir-birinin  texniki  nailiyyətlərindən,  mədəniyyətlərindən 
bəhrələnirlər. Bu baxlmdan qloballaşma təbii-tarixi proses kimi qiymətləndirilə bilər. 
Cəmiyyətdə  maddi  maraqlar  önə  keçdikdə  mənəvi  dəyərlər  ikinci  plana  keçir  və  inkişaf 
etmiş  ölkələr  inkişaf  etməkdə  olan  ölkələri  istismar  etməyə  başlayırlar,  onları  özlərindən  asılı 
vəziyyətə salırlar. Şəxsi maraqlar, milli maraqlar bəşəri hissləri üstələyir. Məhz ona görə də müasir 
dövrdə  milli  dəyərlərin,  milli  maraqların  qorunması  ideyası  aktuallaşır.  Bu  da  öz  növbəsində 
qloballaşmaya  müxtəlif  yanaşmaların  yaranmasına,  qloballaşmanın  tərəfdarlarının  və 
antiqlobalistlərin formalaşmasına səbəb olur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə