Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   49   50   51   52   53   54   55   56   ...   164

110 
yiyələnməlidir.  Qeyd  etməliyik  ki,  hz.  Məhəmməd  Mustafanın  (s.a.s)  da  təbliğinin  əsasını  əxlaqi 
ölçülər və imkanlar təşkil edirdi. Bu gün kamil insan olmaq üçün islam əxlaqı və dünyagörüşü əsas 
şərtdir. 
ƏDƏBİYYAT  
 
1.
 
Bekir Topaloğlu, İlyas Çelebi, M.Sait Özervarlı, Mustafa Sinanoğlu, İslam Dininin Əsasları, 
Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, 2010 
2.
 
Əli Həzi, Dünyəvi Dövlətdə Dinin Yeri, Şans Mətbəə LTD MMC, Bakı, 2016 
3.
 
Günay Tümer, Abdurrahman Küçük, Dinler Tarihi, Ocak yayınları, Ankara, 1997 
4.
 
Hasan Cirit, Hədis Tarixi, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, 2016 
5.
 
Hayati Hökelekli, Din Psikolojisi, Türkiye Diyanet Vakfı yayınları, Ankara, 1998 
6.
 
Qurani-Kərim (Azərbaycan dilinə tərcümə edən V.Məmmədəliyev, Z.Bünyadov), Azərnəşr, 
Bakı, 1991 
7.
 
Osman Nuri Topbaş, Həzrət Məhəmməd Mustafa, I cild, İpək yolu nəşriyyatı, Bakı, 2007 
8.
 
Hüseyin Kerim Ece, İslamın Temel Kavramları, Beyan yayınları, İstanbul, 2000 
9.
 
Mail Yaqub, Din Fəlsəfəsi, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, 2011. 
 
ABSTRACT 
  Mahammad Hadjiyev 
   Bahruz Gulmaliyev 
THE PLACE OF RELIGIOUS-ISLAMIC BELIEVES 
 IN THE FORMING OF PHILOSOPHICAL VIEWS ON LIFE 
 
The religious-scientific view being the part of philosophical view at work and its role in our 
public life have been researched and summarized accordingly. Hence, as also emphasized at work 
religion existed together with humanity, continued and is still continuing its existence equally with 
human beings. 
In terms of philosophical and scientific religious view, learning religious values is important 
and it carries a significant  importance. Each individual should gain  scientific, moral  and  religious 
values in order to be formed as a personality in a society and useful in the life of the society. 
 
РЕЗЮМЕ 
                                               Магомед Гаджиев 
Бахруз Гюльмалиев 
МЕСТО ИСЛАМО-РЕЛИГИОЗНЫХ ВЕРОВАНИЙ  
В ФОРМИРОВАНИИ ФИЛОСОФСКОГО МИРОВОЗЗРЕНИЯ 
 
Были  исследованы  и  даны  соответствующие  обобщения  о  религиозно-научном 
мировоззрении  и  его  роли  в  общественной  жизни,  являющимся  составной  частью  в  работе 
философии  мировоззрения.  Таким  образом,  как  было  упомянуто  и  в  работе,  религия 
существовала  и  формировалась  вместе  с  человечеством,  продолжает  и  будет  продолжать 
существование вместе с человечеством.  
Изучение  религиозных  ценностей  важно  и  имеет  особое  значение  с  точки  зрения  и 
философского  и  научного  мировоззрений.  Каждый  человек,  сформировавшийся  как 
личность,  должен  освоить  научные,  этические  и  религиозные  ценности,  чтобы  быть 
полезным в общественной жизни. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 
 


111 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
 BAĞIR BABAYEV 
                                        Naxçıvan Dövlət Universiteti                                                                                                                                                                 
                                         baqırbabayev59@mail.ru 
UOT: 314 
XX ƏSR AZƏRBAYCAN DEMOKRATİK FİKRİ MİLLƏTİMİZİN ŞANLI TARİXİ 
KEÇMİŞİ VƏ XOŞBƏXT GƏLƏCƏYİ HAQQINDA 
 
Açar sözlərdemokratik fikir, millət, şanlı keçmişimiz, xoşbəxt gələcək 
Key wordsdemocratic thought, nation, glorious ,  happy future  
Ключевые слова: демократическая мысль, нация, славное прощлое, счастливое будущее 
XX əsr Azərbaycan demokratik fikri  sanki  yeni  əsrin bələdçisi oldu.  Odur ki,  XX əsr tam 
mənada ictimai həyatın bütün sahələrinə nəzarəti öz ixtiyarına almaqla, malik olduğu, sahibləndiyi 
yenilikçiliyini  ortaya  qoymuş  oldu  və  hamını  da  onunla  hesablaşmağa  məcbur  etdi.  Özünün  belə 
gözəl gəlişi ilə son illərə qədər bütün həsrətini, istəyini qəlblərində saxlayan insanların gərginliyini 
onun  üstündən  qaldıracaq  XX  əsr  bütün  xalqlara,  millətlərə  onların  heç  vaxt  unuda  bilməyəcəyi 
bəşəri hissləri gətirib bağışladı. O, sanki bəşəriyyətə gerçək bir örnək, xalqın, millətin bəşəri, ülvi 
istəklərinə bir cavab oldu. Məhz bu  yenilik  əsri “çürümüş, köhnəlmiş,  əməldən düşmüş qayda və 
nizamlara  qarşı,  qəti  bir  etirazdır.  Görünür  ki,  bu  XX  əsr,  keçmiş  əsrlər  tərəfindən  bərpa  edilmiş 
qayda və nizamlara təhəmmül eləmir” (2,II,s.332-333). 
Beləliklə,  yeni  əsr  yeni  nəfəs,  yeni  ab-  hava,  yeni  ideya  gətirməklə,  milləti  yuxusundan 
qaldırmaqla  onun  yaxasından  tutub  bərk-  bərk  silkələdi,  mənafeyini  uca  tutdu,  onunla  görüşündə 
qəlbindən  keçənləri  duydu,  millətə  onun  bütün  bəlalarının  səbəblərini  yavaş-  yavaş  anlatmağa 
başladı.  XX  əsr  ictimai  həyatın  bütün  sahələrində  çəkilməz  problemlərlə  yüklənmiş  xalqları, 
millətləri onun mahiyyətini, mənasını, yeniliyini anlatmağa çalışırdı ki, insanlar birdən- birə bunun 
mahiyyətini anlamaqda çətinlik çəkməsinlər. Qorxulu olan da elə bu idi, çünki qəflətdə, cəhalətdə 
qalmış bu kədərli insanlar özlərinin arzu və istəklərinin məhz bu əsrdə gerçəkləşəcəyinə əvvəlcədən 
inana  bilməzdilər.  Yeni  əsr  özü  insanlara  durmadan,  dayanmadan  boş  qalmış,  boşaldılmış  xəyal 
dünyalarını yerindəcə doldura biləcək güclü gəlişi ilə mənəvi rahatlıq gətirə biləcəyini xatırladırdı. 
XX əsr məhv edilən, məhvdən xilas yollarını tapa bilməyən, bu geniş dünyada sadəcə olaraq 
yaşamına imkan verilməyən xalqlara, millətlərə fərqli bir müstəvidən yanaşdı. Yeni əsr bu xalqlara 
tərəfdaş  olmaqla,  müstəmləkə  rejimlərinin  labüd  toqquşmalarından  onları  xilas  edəcəyinə  elə  bir 
inam yaratdı ki, bütün siyasəti də, ideologiyanı da mütləq mənada ona tabe etdi. XX əsr xalqların, 
millətlərin düşüncələrində, arzularında olanları ortaya çəkəcək, onlarla birlikdə gələcəyə, qələbəyə, 
xoşbəxt sonluğa doğru addımlayacaqdı. Bu əsr xalqı faciələrdən xilas edəcəkdi. Bununla da, bütün 
məhkum millətləri gözəl gələcəkləri ilə müjdələyəcək XX əsr gələcəklərini əziz tutan, unutmayan 
millətləri  hər  an  və  hər  dəqiqə  çalışdırırdı  ki,  onların  özləri  üçün  parlaq  bir  gələcəyə  təminat 
yaratsın.  
XX əsr Azərbaycan demokratik fikrinin əsl qayəsi, idealı belə idi, onun daşıdığı və uğrunda 
qurban  getməyə  hazır  olduğu  məslək  belə  idi.  Hər  halda,  bugünün  insanı,  millətin  vətəndaşı 
kimliyindən  asılı  olmayaraq,  demokratik  fikrin  insan  ruhunu  şad  edəcək,  sevindirəcək  ülvi  bəşəri 
hisslərini  ürək  dolusu  alqışlamalıdır.  XX  əsr  Azərbaycan  demokratik  fikri  müstəmləkə  rejiminin 
ağırlıqlarını  çiyinlərində  daşıyan,  mənəviyyatı,  ruhu  əzilən,  puç  edilən  millətinin  aciz  vəziyyətdə 
saxlanılmasına  qarşı  çıxırdı.  O,  milyonlarla  insanların  qəlbinə,  ruhuna  yol  tapmağa  çalışırdı  ki, 
onları oyandırsın. Çünki dünyanın inkişafının, tarixin qanunauyğun gedişinin tələbi millətdən onu 
istəməkdə idi.  
XX əsrin gəlişi Azərbaycan demokratik fikrinə yeni ideya gətirdi, onu yeni düşüncə tərzi ilə 
zənginləşdirdi. XX əsr millətlər üçün tamamən yeni mənalar, ideyalar irəli sürməklə gerçək həyatın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə