Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   50   51   52   53   54   55   56   57   ...   164

112 
bütün acı reallıqlarını ortaya çıxardı. Bunlardan ən dəhşətlisi milləti gözləyə biləcək fəlakətlər idi. 
O,  bunları  cəmiyyətdə  daha  konkret  şəkildə  irəli  sürdü  və  mövqeyini  bildirdi.  Yeni  əsrin 
işıqlandırdığı cəmiyyət həyatının bütün gerçək acı mənzərələrini görən, tanıyan XX əsr Azərbaycan 
demokratik  fikri  artıq  zamanın  gərginliklərinə  sinə  gərərək,  şikayətlənmədən,  aşkar  şəkildə, 
uzaqgörənlik  nümayiş  etdirirdi.  O,  millətinin  həqiqi  kimliyini  bildiyinə  görə,  beləcə  qəflətdə 
yatmağın haqlı olaraq ölümə bərabərliyinin, millətin solub, ölüb gedəcəyinin mütləqliyini isbat edir, 
onu  xilas  etməyin  vacibliyini  vurğulayırdı.  Millətinin  aşiqi  olan,  filosofcasına  mükalimə  yürüdən 
Azərbaycan  demokratik  fikri,  eyni  zamanda  da,  heç  vaxt  unudulmayacaq  cəngavərlik  nümayiş 
etdirərək bildirirdi ki;  
                      Ayıl, ey ümməti-mərhumə, ayıl! 
                      Ayıl, ey milləti-məzlumə, ayıl! (7,s.37).     
XX  əsr  Azərbaycan  demokratik  fikri  böyük  əminliklə  bildirirdi  ki,  hər  bir  millətin  bir 
gələcəyi  vardır.  Bu  gələcəyin  də  yaxşı  və  yamanlığı  millətin  özündəndir.  XX  əsr  Azərbaycan 
demokratik  fikri  uca  ilahi  eşqlə-Allah  sevgisi  ilə  xalqına,  millətinə,  Vətəninə  son  dərəcə  böyük 
dəyər  verir,  onun  acı  taleyini  düşünərək,  işıqlı  sabahları-gələcəyi  uğrunda  mübarizəyə 
ruhlandırırırdı. XX əsrin gəlişi ilə cəmiyyət həyatında baş verən mürəkkəb, ziddiyyətli sosial- siyasi 
hadisələrin ən səciyyəvi cəhəti, millətin yaddaşının oyandırılması, onun bugününün və keçmişinin 
üz-üzə  qoyulması  baş  verdi.  “Nə  qədər  ki,  gözlər  yuxudadırlar,  heç  bir  şey  görməzlər,  amma 
açılandan sonra çox şey görərlər”(5,II,s.266).  
Odur  ki,  demokratik  fikir  türk-müsəlman  millətini  geriyə-şanlı  tarixi  keçmişinə  aparıb, 
oradan bugününə gətirməklə varislik əlaqəsi yaratdı ki, ey türk, ”niyə bircə zadı- yəni özünü bilmək 
istəmirsən,  niyə  öz  varlığından,  öz  vücudundan,  öz  səy  və  nəslindən  xəbərin  yox?  Niyə  sənə 
“Kimsən?”  dedikləri  vaxt  həqiqi  cavabında  aciz  qalırsan?  Niyə  sadəcə  deyə  bilmirsən  ki,  mən 
türkəm?”(6,s.238).  Burada  başlıca  problem  o  idi  ki,  onlar  millətin  gələcəyinə  inam  rəmzi  olaraq, 
onun  bugününü  keçmişi  ilə  qarşılaşdırır,  sonra  bununla  onun  gələcəyinə  gedən  yolda  mənəvi  bir 
bağlılıq- körpü yaradırdılar. Haqlı olaraq qeyd olunurdu ki, “tutaq ki, bu gün yağış yağır, amma nə 
eybi var, bunu da axtaraq ki,sabah nə olacaq?”(5,II,s.333). 
Zəngin  maddi  və  mənəvi  dəyərlərə  sahib  doğma,  əziz  türk  millətinə  sonsuz  məhəbbət 
bəsləyən,  yüksək  ehtiram  göstərən  Azərbaycan  demokratik  fikri  onun  qan  yaddaşını  oyandırmaq 
üçün psixoloji- ruhsal  dünyasına  yaxından nüfuz etmək istəyirdi. Bu isə onun Vətəninə, millətinə 
sədaqətinin nümayişi kimi, onu xoşbəxt gələcəyə apara biləcək milli məfkurəyə sahib ola bilməyin 
zərurətini irəli sürürdü. Bu ideya millətə düşdüyü əsarətə qarşı özünəməxsus tərzdə bir barışmazlıq 
ruhunu  gətirəcəkdi  ki,  bununla  da  Vətəni,  milləti  məhvə  sürükləyən  müstəmləkə  rejiminə  qarşı 
dərin, kəskin nifrət hisslərini tərbiyə ediləcəkdi. Çünki “müsəlmanlar, budur, neçə yüz ildir ki, xabi- 
qəflətdə yatıb, cəmi aləm veclərinə deyil”(2,II,s.339).  
O,  isə  milləti,  Vətəni  bu  faciələrdən  xilas  edib  qoruyacaq  və  ülvi,  nəcib  ilahi  eşqlə  işıqlı 
sabahlara aparıb catdıra biləcəkdi. Bununla da xalq öz kədərli taleyi ilə vidalaşacaq, ən böyük ideal 
olan  vətəndaşlıq  qeyrəti,  əqidəsi,  fədakarlıq  əzmi  ilə  acı  işğaldan  xilas  olacaq.  Son  nəticədə  isə 
duyub,  dərk  etdiyi  işıqlı  gələcək  aləminə  daxil  olacaq.  XX  əsrdəki  millətlər  “gələcəkdən  heç  də 
qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər”(2,II,s.155). 
“Lakin sadə zəmanəmiz mühüm deyildir. Məkanımız da pak mühüm bir məkandır. Bu nöqtəyi də 
anlamalıdır, həm də gözəlcə anlamalıdır”(4,s.140). 
 XX  əsr  Azərbaycan  demokratik  fikrindəki  ideyalar  istiqlalçılığa  xidmət  etmişdir. 
Azərbaycan demokratik fikri türkün şanlı qəhrəmanlıq tarixini yazan vətənpərvər, yurdsevər Vətən 
oğullarının adlarını iftixarla çəkmiş, millətinin gələcək şanlı tarixinə böyük inam, ümid bəsləmişdir. 
Çünki  Azərbaycan  demokratik  fikri  XIX  əsr  boyunca  Rusiya  əsarətində  qalan,  təcavüzkar 
müstəmləkə əsarətinin bütün ağrı- acıları ilə nəfəs alan xalqımızın, millətimizin zorla yox edilməsi, 
digər  millətlər  içərisində  əridilib  yox  ola  bilmək  təhlükəsi  ilə  üz-  üzə  qaldığının  şahidinə 
çevrilmişdi. Buna uyğun olaraq, bildirirdi ki, hələ ki, “dünyada hər bir iş öz qaydasında gedir…İndi 
hələ zorbazorluq eləyirlər” (5. II. s.332-333). “Onunla işim yoxdur; çünki qoymurdular ki, hər iş öz 
qaydası,  axarı  ilə  getsin.  “Hər  bir  ixtiyaratdan  məhrum  və  məyus  olan  biz  müsəlmanların  halı 


113 
hamıdan yaman idi ki, bizi ruslaşdırmaq və nəsrani etmək işi dəxi var idi. Rusiyada neçə yüz min 
müsəlman zorən xristian olubdur”(2. II. s.209) 
 Ona görə də Azərbaycan demokratik fikri belə bir təhlükədə qalan millətinin tezliklə xilası 
yolunda  bütün  qüvvələrini  səfərbər  etməklə  XX  əsrə  qədərki  tarixdə  müqayisə  edilə  bilməyəcək 
dərəcədə  mübarizlik  əzmini  ortaya  qoydu.  O,  millətinin,  Vətəninin  istiqbalı  uğrunda  nəhəng, 
qaniçən imperiyaya qarşı daha böyük ürəklə, cəsarət və amalla savaş elan etdi. “Ey milləti biçarə, 
daha sən nə vaxta kimi öz hali pərişaninə bəsirət nəzəri salıb, nifaq və ziddiyyətdən tökülən atəşi- 
cövr və zülmü görməyəcəksən?”(2. I. s.382). 
XX  əsr  Azərbaycan  demokratik  fikri  niyyətlərini  açıb  ortaya  qoyaraq,  millətini  dardan 
qurtarmaq  və  gələcək  gözəl  günlərə  götürmək  istəyində  olduğunu  özünəməxsus  bir iradə  ilə  ifadə 
edirdi.  Sanki  o,  öz  gələcək  proqramını  bəyan  edirdi:  “Şərt  bu  deyil  ki,  ancaq  bugünkü  günün 
əhvalatını  xəbər  vermək;  şərt  budur  ki,  gələcəkdən  də  bir  söz  söyləmək”(5,II,s.333).  Həqiqətən 
burada  “çox  dərin  mənalar  vardır”(4,  s.140).  Yəni,  burada  bəşəriyyət  tarixinin  keçmişindən 
bugününə  və  gələcəyə  gedəcək  bir  dövrü  öz  ifadəsini  tapır.  Göstərilirdi  ki,  “bu  günlərdə  xitam 
bulmaq  üzrə  olan  qüruni-  vəhşiyəyi  qədimə  ilə  ancaq  indi  başlamaq  üzrə  bulunan,  yaxud  bundan 
sonra başlayacaq olan qüruni- mədəniyyeyi cədidədən ibarətdir”(4,s.140). 
 XX  əsrin  gəlişi  elə  bir  selə  bənzədilirdi  ki,  “bu  selin  muradı,  dünya  üzünün  kəsafətini 
təmizləməkdir…o  halda  bizim  yerlərdə  də  güllər  və  çiçəklər  bitib,  buraları  çəmənzarə  döndərər”(2,  II, 
154).  Deməli,  burada  bir  daha  millətin  gözəl  gələcəyindən,  xoş  sabahlarda  yaşaya  bilmək  haqqını 
qazana biləcəyindən söhbət gedir, ondan danışılır. Bu, tarixin sınanmış qanunu idi, çünki əsarət və 
məhkumluq  əbədi  olmadığından,  millətlər  gələcək  həyatlarını  öz  əlləri  ilə  quraraq,  öz  iradələri  ilə 
Vətənlərini  idarə  edə  biləcəkdilər.  Bir  də  gördün  ki,“  Bəli,  zəmanə  dolandı  və  dəyirman  tərsinə 
çevrildi”(5,  III, s.14). Bu isə sabaha,  gələcəyə daha böyük inamın  təntənəsi  demək idi:  “ bir vaxt 
olacaq ki,…bunların yaxasından yapışıb…hesab istəyən kimi hesab istəyəcəklər”(5,III,s.15).  
XX əsr Azərbaycan demokratik fikrində sanki bir ruh və fikir gözəlliyi gəzirdi. Onların “pak 
və təmiz vicdanının səsi” bildirirdi ki, türk millətimiz “hür və mələk qədər gözəl xəlq- Qafqaz xəlqi 
gözəldir,  cəmildir”(4,s.141).  Odur  ki,  bu  xalqı,  bu  milləti  düşmənə  qarşı  amansız  mübarizəyə 
ruhlandıran  demokratik  fikir  onu  aciz  olmamağa  səsləyir,  ona  qarşı  bütün  niyyətləri  iyrənc  olan 
müstəmləkə  dövlətinə  qarşı  dayanmaq  üçün  qəlbini,  fikrini,  nəfəsini  cəsur  bir  sevda  ilə-  azadlıq, 
hürriyyət  eşqi  ilə  doldurmağa  çağırırdı.  Onlar  millətin  bütün  çətinliklərinin,  qara  günlərinin  artıq 
keçmişdə  qaldığını,  gələcəkdə  onun  xoşbəxt  bir  cəmiyyət  ilə  üzləşəcəyini  inamla  vurğulayırdılar. 
Bu,  millətimizin  keçmiş  tarixinin  şanlı  hünər  salnaməsinin  səhifələrindən  süzülüb  gələn  bir  ideya 
idi,  çünki  onun  “hüriyyət  hissi  heç  bir  vaxt  onda  sönməmişdir!  Qafqaz  xəlqini  qulluğa,  əsarətə 
məluf etmək olmaz!”(4, s.141). 
Odur  ki,  “iztirab  içində”  qalan  millətimizin  azadlığı  yolunda  çəkdiyi  cəfalara  son 
qoyulacağına  qəti  əmin  olan  demokratik  fikir  bildirirdi  ki,  millətimizin  azadlığına  qovuşacağı  lap 
yaxın  gələcəkdə-  “gözümüzün  önündə”  baş  verəcəkdir.  Bununla  bağlı  demokratik  fikir  birmənalı 
şəkildə bildirirdi ki, əsarətdən qurtuluş Qafqazdan- millətimizin cəsarətli savaşından başlayacaqdır: 
“yəqindi o zaman ki, Qafqaz ölkəsi aləmin istibdad və bidad altında inləyən qismini əsarətdən xilas 
etmək xüsusunda ən böyük bir rol oynayacaqdır!”(4, s.143). 
Azərbaycan demokratik fikri millətimizi vəhşi, barbar adları ilə bütün dünyaya tanıtdırmağa 
çalışanların  hamısına  tutarlı  bir  cavab  kimi  bildirirdi  ki,  Vətənimizdə  ucalara  qaldıra  biləcəyimiz 
azadlıq  məşəlini  heç  kim  məhv  edə  bilməyəcəkdir.  “Bu  məmləkətdə  heç  bir  qüvvət  hürriyyət 
şövqünü  məhv  edəməz!  Heç  bir  cəbr  və  təzyiq,  heç  bir  cəfa  və  əziyyət,  heç  bir  zülm  və  sitəm 
hürriyyət  odunu  söndürəməz!”(4,  s.142).  Bu,  millətimizin  uca  adına  ləkələr  söyləməyə  çalışan 
ümumi  düşmən  qüvvələrinə  qarşı  kəskin  bir  etiraz  demək  idi.  O  millətin  ki,  o  millət  “Sakit 
okeandan  Ağ  dənizə,  Karpatlardan  Yernik  boğazına  qədər  yayılmışdır.  Dünyada  bunun  qədər 
dağınıq, səpələnmiş başqa bir millət tanıyırsanmı?”(1, s.114). 
Vətəninin  dar  gündə,  köməksiz  saxlanıldığı,  hətta  millətinin  istibdad  və  əsarətin  ağır 
işgəncələrinə  məruz  qaldığı  bir  zamanda  müstəmləkə  rejiminin  və  düşmən  qüvvələrinin  çoxu  bu 
itaətdən  və  əsarətdən  məmnun  qalmada  idi.  Belə  bir  zamanda  onların  əksinə  olaraq  Azərbaycan 
demokratik fikri gələcəyə böyük ümidlə millətinin sarsılmaz gücünü nümayiş etdirməyə başladı ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə