Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   48   49   50   51   52   53   54   55   ...   164

108 
yalnız mənfəətlərinə uyğun olduğu zamanlarda yaşamalarıdır. Bu azğın inanca görə həmin hökmlər 
və  prinsiplər  ancaq  mənfəətlərinə  qarşı  olmayanda  tətbiq  oluna  bilər.  Əgər  cəmiyyətdə  təqdir 
görüləcəksə,  “Çox  yaxşı  insandır”,  –  deyiləcəksə,  bu  ibadətlərin  və  gözəl  əxlaq  xüsusiyyətlərinin 
edilməsində  bir  problem  görməzlər.  Hətta,  mümkün  olduqca  çox  təriflənmək  üçün  müsbət 
davranışlar  göstərərlər.  Ancaq  hər  hansı  bir  şəkildə  cəmiyyətdən  mənfi  reaksiya  təhlükəsi 
gözlənildikdə, sanki, bu dini məsuliyyətlərdən heç bir xəbərləri yoxmuş kimi davranarlar. 
 Bu məntiqin kökündə, şübhəsiz ki, bəzi insanların Allahın şanını lazımi şəkildə təqdir edə 
bilməmələri, axirətin varlığına qəlbən iman gətirməmələri durur. Qısaca inancsızlıq. 
Beləliklə  aydın  olur ki,  bütün  dinlərin, ələlxüsus ilahi  qaynaqlı dinlərin insan cəmiyyətinin 
formalaşması  üçün  irəli  sürdükləri  ümumi  məqsədlər  eynidir.  Lakin  son  ilahi  qaynaqlı  din  olan 
İslam  bütün  dinlərdəki  müsbət  keyfiyyətləri  birləşdirərək  bəşəriyyətin  sonuna  kimi  insanların 
istifadəsinə təqdim  etmişdir.  İslam  dini  əxlaqi dəyərlərin bütün  incəliklərinə  diqqət  yetirərək ideal 
cəmiyyətin qurulmasının yollarını göstərmişdir. Demək olar ki, digər dinlərdəki nöqsanlar, qüsurlar, 
çatışmazlıqlar İslam dini ilə tamamlanmış və ideal hala salınmışdır. 
İslam insanların yalnız feli baxımdan (namaz, oruc, və.s) ibadət etməsini nəzərdə tutmayıb, 
cəmiyyət  nizamını  tarazlayan  bütün  xüsusiyyətlərin  hər  vəchlə  yerinə  yetirilməsini  nəzərdə 
tutmuşdur.  İnsanların əksəriyyəti  İslam  əxlaqının  yalnız bəzi  ibadətlərdən ibarət  olduğu barəsində 
yanlış inanca sahibdirlər. Halbuki, həqiqi din, Allahın (c.c) fərz buyurduğu oruc tutmaq, beş vaxt 
namaz  qılmaq,  zəkat  vermək,  kəlmeyi-şəhadəti  söyləmək,  həccə  getmək  kimi  ibadətlərlə  yanaşı, 
insan  həyatının  hər  anını  əhatə  edən  xarakterik  xüsusiyyətə  və  insanlara  Quranda  təsvir  edilən 
dünyagörüş  və  gözəl  əxlaq  xüsusiyyətləri  qazandırmaq  imkanına  malikdir.  Dininə  bağlı,  səmimi 
müsəlman  Allahın  (c.c)  razılığını,  rəhmətini  və  cənnətini  qazanmaq  üçün  həyatının  hər  anında 
Quranda  təsvir  edilən  üstün  əxlaqı  yaşamağa  cəhd  edir.  Heç  vaxt  və  heç  bir  mühitdə 
dürüstlüyündən,  səmimiyyətindən,  mülayim  rəftarından,  hörmət  və  sevgisindən,  qısaca,  gözəl 
əxlaqından  qalmır.  Məhz  bu  səbəblərə  görə  Quran  əxlaqına  sahib  olan  insanların  meydana 
gətirdikləri birliklərdə hər insanın istədiyi üstün xüsusiyyətlər yaşanır. 
İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərində inşa edilmişdir. Yer üzünə göndərilmiş 
bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması 
üçün  çalışmışdırlar.  Unutmamalıyıq  ki,  insana  dünya  və  axirət  yurdunda  zərər  verən  hər  şey,  pis 
əxlaqdan qaynaqlanmaqdadır. 
Quranda  tanrı-insan  əlaqəsi  peyğəmbərlik  (nübuvvət)  sistemi  ilə  təmin  edilmişdir.  Allah, 
insanlara  bildirmək  istədiyi  əmr  və  qadağaları  peyğəmbərləri  vasitəsilə  çatdırmışdır.  [1,  səh  92] 
Hz.Məhəmməd  (s.a.s)  bundan  on  beş  əsr  əvvəl  son  din  olan  İslam  və  onun  ilahi  hədiyyəsi  olan 
Qurani-Kərimlə bəşəriyyətin üfüqünü nurlandırmışdır. [4, səh 5] 
Ayrı-ayrı  mənbələri  araşdırarkən  belə  bir  fikir  formalaşır  ki,  sonuncu  peyğəmbərimiz 
Hz.Məhəmmədin  (s.a.s)  özü  də  yüksək  əxlaq  sahibi  idi.  O,  əsla  boş  söz  söyləməz,  hər  kəlamı 
hikmət və nəsihət idi. Əsla dedi-qodu etməz, pis və boş sözlər işlətməzdi. Hər kəsin ağlına və idrak 
səviyyəsinə  görə  danışardı.  Daim  təbəssüm  göstərədi.  Onu  qəfildən  görən  şəxsi  qorxu  bürüyər, 
lakin,  Onunla  dostluq  və  söhbət  edən  şəxs  Ona  canı-könüldən  məftun  olardı.  Dərəcələrinə  görə 
fəzilət əhlinə ehtiram göstərədi. Qohum-əqrabasına həddindən artıq lütfkar davranardı. Əhli-beytinə 
və  əshabına  qarşı  gözəl  rəftar  etdiyi  kimi,  digər  insanlara  da  mehriban  davranardı.  Xidmətçilərini 
həmişə  özündər  razı  salardı.  Özü  nə  yesə,  ne  geyinsə,  onlara  da  onu  yedizdirər  və  geyindirərdi. 
Səxavətli, əliaçıq, mərhəmətli, şəfqətli, lazım gəldikdə cəsur, yeri gələndə isə həlim idi. Əhdinə və 
vədinə  əməl  edən,  sözünə  sadiq  idi.  Əxlaqının  gözəlliyinə,  zəkasına  və  ağlına  görə  bütün 
insanlardan  üstün  və  hər  cür  tərifə  layiq  idi.  Surəti  gözəl,  tərcümeyi-halı  mükəmməl,  vücudu 
bənzərsiz və mükəmməl idi. Allah Rəsulu (s.a.s) daim fikirli olar, həmişə təfəkkür edərdi. Zərurət 
olmadığı  halda  danışmazdı.  Sükunət  halı  uzun  çəkərdi.  Bir  sözü  söyləməyə  başladıqda  yarımçıq 
qoymaz,  onu  mütləq  bitirərdi.  Az  sözlə  çox  məna  ifadə  edərdi.  Sözləri  açıq-aydın,  bir-bir 
söyləyərdi,  nə  lazım  olandan  çox,  nə  də  az  danışardı.  Yaradılışdan  yumşaqxasiyyətli  olmasına 
baxmayaraq, çox ötkəm və heybətli idi. Əsəbiləşdiyi zaman yerindən qalxmazdı, yalnız haqqa etiraz 
edildikdə, ədalət tapdalandıqda əsəbiləşərdi, haqq yerini tapana qədər hirsi soyumazdı. Yalnız haqqı 
bərpa  etdikdən  sonra  rahatlaşıb  sakitləşərdi.  Əsla,  özünə  görə  hirslənməzdi.  Şəxsi  məsələlərdə 


109 
özünü  müdafiə  etməzdi  və  heç  kimlə  mübahisəyə  girişməzdi.  O,  heç  kimin  evinə  icazə  almadan 
daxil olmazdı. Evinə gəldiyi zaman isə evdə qalacağı müddəti üç yerə bölərdi: bir hissəsini Allaha 
(c.c) ibadətə, bir hissəsini ailəsinə, yerdə qalan vaxtı isə özünə həsr edərdi. Özünə ayırdığı zamanı 
avam və oxumuş insanlara həsr edər, onlardan heç kimi söhbətlərindən və tövsiyələrindən məhrum 
qoymazdı.  Bütün  insanların  könlünü  fəth  edərdi.  [7,  səh  186,  187]  Vabisə  ibn  Məbəd  (r.a)  belə 
rəvayət edir: "Rəsulullahın hüzurunda idim. Mənə: "Yaxşılığın nə olduğunu soruşmağa mı gəldin?" 
-  deyə  buyurdu.  "Hə"  -  dedim.  Sonra  Rəsulullah  bunları  söylədi:  "Qəlbinə  danış.  Yaxşlıq  nəfsin 
uyğun gördüyü və edilməsini nəfsin təsdiqlədiyi şeydir. Günah isə içini narahat edən və başqaları 
sənə  "et"  deyə  neçə-neçə  fitva  versə  belə  içində  şübhə  və  tərəddüt  oyadan  şeydir".  [Ahmed  bin 
Hanbel, IV/227-228; Darimi, Büyü 2] 
İslam  Peyğəmbərinin  (s.a.s)  əxlaqını  sadalayarkən  belə  bir  qənaətə  gəlirik  ki,  irqindən, 
dilindən,  etnik  tərkibindən,  milli  mənsubiyyətindən,  vəzifəsindən  asılı  olmayaraq  hər  kəs  üstün 
əxlaq  dəyərlərini  Ondan  nümunə  kimi  götürə  bilər.  Hz.Məhəmmədin  (s.a.s)  yüksək  əxlaqi 
göstəriciləri istər çoban, istərsə də dövlət başçısına nümunə ola biləcək ölçüdə idi. 
İslamın  yüksək  əxlaqi  prinsiplərini,  yerinə  yetirməyə  mane  olan  insan  nəfsidir.  İslamdakı 
imtahan inancına uyğun olaraq insan nəfsi mənfi və müsbət xüsusiyyətlər arasında dəyişkən şəkildə 
yaradılmışdır. Bunu nəfslə şeytanın mübarizəsi kimi xarakterizə edə bilərik. 
İslam dininin gətirdiyi bütün ölçülər nəfsin istəklərini müsbət istiqamətdə yönləndirir. Nəfs 
bəzən  müəyyən  mənfi  hisslərin  təsiri  ilə  özünü  böyük  görməyə  və  əldə  olanla  kifayətlənməməyə 
başlayar.  Daima  pisliyi  istəyən  nəfs  bizi  dünyaya  meyl  etməklə,  şəhvətlə  yaşamağımızı  istəyər. 
Ölümü,  axirəti  xatırlamağımızı  istəməz.  Sahibini  azğınlığa  və  üsyana  sürükləyər.  Allah  (c.c) 
Quranda  buyurur:  "Nəfs  (adama)  pis  işləri  əmr  edər".  [6,  Yusuf  12/53]Lakin,  insan  bu  vəziyyətdə 
çökməməlidir. İslam insan ilə, onun nəfsinin istəkləri arasında bir tarazlıq meydana gətirir. Normal 
istəklə şeytani istəklər arasına sərhəd qoyur. [8, səh 492-494].  
Quran  bir  sıra  qadağalar  bildirmişdir.  Bu  qadağalara  əməl  etməyənlər  axirətdə  böyük  bir 
çətinliklə  qarşılaşarlar,  çünki  günah  bataqlığı  ilə  boğulmuş  olarlar.  Hər  günah  ruha  sancılan  bir 
zəhər  iynəsidir.  Ölümdən  əvvəl  sağaltmaq  gərəkdir.  Nəfsin  islahı  insanı  həm  axirətdə,  həm  də 
dünyada xilas edər. İnsanın bütün qurtuluşu və məhvi nəfslədir. Ancaq, gözəl əməllər cəhənnəmdən 
qurtulmağa  vəsilədir.  Maddi  və  nəfsi  nemətlərin  çoxunda  heyvanlarla  ortaqlığımız  vardır,  yemək 
içmək,  qorunmaq,  yatmaq  kimi.  Bunları  nəzərə  alsaq  bizi  heyvanlardan  fəqrləndirən  çox  az 
xüsusiyyətlərin  olduğunu  görərik.  Bu  xüsusiyyətlər  insanlığımız  və  vicdanımızdır.  Hansı  ki  o 
insanlığı və vicdanı yaxşı və pisə istiqamətləndirən nəfsdir. 
Nəfsin  inkişaf  etməsində  ən  böyük  əngəl  nəfsin  özüdür.  [5,  səh  24]Nəfs  fitri  olaraq  mənfi 
şeylərə meyl etdiyi halda, müsbət şeylərə tənbəllik göstərər. Məsələn, bir insana hər gün saatlarca 
televizor  seyr  eləmək,  oyun  oynamaq  çətin  gəlməz.  Lakin  bir  saat  kitab  oxumaq,  gündə  beş  vaxt 
namaz qılmaq çətin, hətta, mümkünsüz kimi  gələr. Mövzu ilə bağlı hz. Məhəmməd bir hədisində 
buyurur:  "Cənnət  nəfsin  xoşuna  getməyən  şeylərlə,  Cəhənnəm  də  nəfsin  xoşuna  gedən  şeylərlə 
əhatə edildi!". [Buhari, Rikak 28] 
Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb odur ki, insanlar özlərini tam 
müstəqil  və  məsuliyyətsiz  hesab  edirlər.  Artıq  iş  o  yerə  gəlib  çatmışdır  ki,  insanlar  qeyri-etik 
davranışları  müasirlik,  müstəqillik  kimi  təlqin  edirlər.  Bir  neçə  on  il  bundan  əvvəl  insanların 
ağızlarına  belə  almağa  çəkindikləri  mənfi  şeylər  əfsuslar  olsun  ki,  bu  gün  yaşam  tərzinə  çevrilib. 
Edilən  mənfi  əxlaq  cəmiyyətin  hər  təbəqəsinə,  xüsusilə  də  saf  gənclərə  müasirlik  və  mədəniyyət 
kimi  təlqin  olunur.  İçki  içmək,  evlilikdən  kənar  qeyri-qanuni  münasibət,  narkotik  maddə  istifadə 
etmək  "müasirçilər"  tərəfindən  “dəbə”  mindirilmişdir.  Savadsız  insanlar  da  bu  şəxsləri  özlərinə 
örnək  götürüb  onların  danışıq  və  geyim  tərzindən  tutmuş  həyat  fəlsəfələrinə  qədər  hər  şeylərini 
təqlid edirlər. 
Nəticə  olaraq  deyə  bilərik  ki,  dini  dəyərlərin  öyrənilməsini,  yuxarıda  söylənilənlər 
baxımından,  zərurət  kimi  qəbul  etmək  elmi-dini  dünyagörüş  baxımından  vacibdir.  Özünü  mənəvi 
kamala  çatdıra  bilməyən  birinin  əməli  fəsaddan  başqa  bir  şey  olmayacaqdır.  Kamil  insan  olmaq 
üçünsə  elm  və  əxlaq  əsas  meyardı.  Hər  bir  insan  cəmiyyətdə  şəxsiyyət  kimi  formalaşmaq  və 
cəmiyyətin  önəmli  fərdlərindən  biri  olmaq  üçün  əxlaqli  dəyərlərə  riayət  etməli  və  elmi  əsaslara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə