Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   57   58   59   60   61   62   63   64   ...   164

126 
mərsiyə, növhə, sinəzən, nət, minacat, rübai, qitə, müxəmməs, müsəddəs, tərci və tərkibbənd, həcv, 
təxmis, təmsil, mənzum hekayə, məktub, satira və s. üslublarda yazıb yaratmışdır (1, s.5). 
Seyid  Əzim  Şirvani  ərəb  və  fars  dillərini  mükəmməl  bilmiş,  Nizami,  Rumi,  Sədi,  Hafiz, 
Cami  kimi  şairlərdən  tərcümələr  edərək,  onların  şeirlərinə  nəzirələr  yazmışdır.  S.Ə.Şirvaninin 
Füzuliyə nəzirələri məharət və ilhamla yazılmış sənət əsərləridir. Seyid Əzim “Könül, ta var əlində 
cami mey, səbhəşümar olma”, “Tutdu bir ayinə gör kim surətim, oldum təbib”, “Eşq əhli yarsız ki, 
meyi-ərğüvan  içər”,  “Səba,  könül  pərişan  olduğun  dildar  bilməzmi?”  kimi  şeirləri  Füzulinin 
müvafiq  qəzəllərinə  yazılmış  nəzirələrdir.  Seyid  Əzimin  Füzuli  motivlərinə  malik  olan  dünyəvi 
qəzəllərində dərin bir lirizm  vardır. O, bu əsərlərdə Füzuli kimi  sevgiyə, gözələ çatmaq üçün can 
atır,  gözəllərdən,  sevgidən,  eşq  və  məhəbbətdən  gələn  cövrü-cəfanı,  bəlanı  özü  üçün  böyük  bir 
səadət hesab edir: 
                Cismdən can almağa gər olsa fərmanın sənin, 
                Canə minnətdir olam, ey dust, qurbanın sənin. 
                Gər tökərsən, ey xəlilim, qanımı, qəm çəkmərəm
                Qəm budur kim, gər bata al qanədamanın sənin. 
İstər  Füzuli,  istərsə  də  S.Əzim  xalqını,  ölkəsini  dindən,  fanatizmdən,  vəhşilikdən  azad  və 
xoşbəxt görmək istəyirdi. Bu isə nə XVI, nə də XIX əsr şəraitində mümkün deyildi. Əsasən nikbin 
şair olan S.Əzimin bəzi əsərlərində üsyankarlıq ruhu ilə birlikdə Füzuli kimi küskünlüyü də nəzərə 
çarpır (9). 
Seyid  Əzimin  yaşayıb  yaratdığı  dövr  Azərbaycan  ədəbiyyatının  xüsusi  inkişaf  dövrü  kimi 
qiymətləndirilə bilər. XIX əsrdə Azərbaycanda “Divani-hikmət” (1820-1882-ci illər. Gəncə, Tiflis. 
Mirzə Şəfi Vazeh), “Gülüstan” (XIX əsr 30-cu illər. Quba. Mirzə Möhsün Xəyali, A.A.Bakıxanov-
Qüdsi  və  b.),  “Əncümənüş-Şüara”  (1838,  Ordubad,  Şıxəli  Naib,  Mirzə  Ağarəhim  Qüdsi,  Hacağa 
Fəqir  Ordubadi,  Məhəmmədtağı  Sidqi),  “Fövcül-füsəha”  (1850-1900,  Lənkəran,  Mirzə  İsmayıl 
Qasi,  Mirzə  İsa Xəyali,  Mirzə Həsən Səyyad, M.Ə.Mühəqqir, M.Mücrüm,  M.Ş.Mahir), “Məclisi-
üns”  (1864-1897.  Şuşa,  M.R.Fəna,  H.A.Ağahi,  X.Natəvan),  “Məclisi-fəramuşan”  (Qarabağ, 
M.M.Nəvvab, Həsənəli xan Qarabaği, M.M.Katib, Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi 
Əyyub  Bakı),  “Məcməüş-Şüara”  (1880-1923,  Bakı)  ədəbi  məclislər  yaradılmışdı  və  dövrünün 
görkəmli şair və mütəfəkkirləri bu məclislərdə toplaşmışdılar (1, s.5). 
XIX əsrin əvvəllərində Mahmud Ağanın musiqi-şeir məclisinin sorağı təkcə Azərbaycanda 
deyil,  İran,  Orta  Asiya,  Tiflis,  Dərbəndə  də  gedib  çıxmışdı.  Sonralar  Əhməd  Sultan  və  oğlu 
Mahmud Ağanın muğam məclisinin daimi iştirakçılarından bir də S.Ə.Şirvani olmuşdu (10). 
Bu  dövrdə  Şamaxıda  yazıb-yaradan  şairlər  həm  də  Mirzə  Nəsrullah  Baharın  yanına    
toplaşır,  şeir-sənət  ətrafında  xüsusi söhbətlər  edir,  diskusiyalar  aparırdılar.  M.N.Bahar  Şamaxıdan 
getdikdən  sonra  da  belə  məclislər  davam  etmişdi.  1850-ci  illərdə  Şamaxıda  Seyid  Əzim,  Bixud, 
Qafil, Rağib, Salik, Zöv’i, Zühuri və başqaları tez-tez bir yerə toplaşıb müşavirələr keçirirdilər (8, 
s.154). 
XIX  əsrin  60-cı  illərində  başqa  böyük  şəhərlərdə  şeir  məclislərinin  yaradıldığını  eşidən 
Seyid  Əzim  ziyalı  şair  dostları  ilə  məclis  təşkil  etməyi  qərarlaşdırır.  1867-ci  ildə  Seyid  Əzim 
Şirvaninin təşəbbüsü ilə “Beytüs-Səfa” (Saflıq evi) ədəbi məclisi təşkil edilmiş oldu, məclis 1888-ci 
ildə S.Ə.Şirvaninin ölmündən bir neçə il sonra 1892-ci ildə öz fəaliyyətini dayandırmışdı (8, s.154). 
Molla Mahmud Zuinin yazdığına görə, məclis Mirzə Nəsrullah Bahar Şirvaninin (1834-1878) təklifi 
ilə “Beytüs-Səfa” (“Səfa evi, saflıq, təmizlik evi”) adlandırılmışdır (10, s.14). 
Əvvəllər  məclisin  üç-dörd  nəfər  iştirakçısı  olmuşdur.  Lakin  Şamaxı  şairlərinin  Şuşaya 
“Fəramuşan”  məclisinin  üzvü  Asiyə  göndərdikləri  məktublarda  sonralar  iştirakçıların  sayının 
çoxaldığı məlum olur (8, s.156). 
Bu  məclisdə  dövrünün  nüfuzlu  şairləri  –  Şirvanda  Ələkbər  Zeynalabdin  oğlu  Tahirzadə 
(Sabir) (1862-1911), Mirzə Nəsrullah Hacı Əbdülqasim oğlu Bahar Şirvani (1834-1883), Kərbalayi 
Qurban  Məhəmməd  oğlu  (1832  –  1899),  Nadim  Mirzə  Baxiş  (1785-1880),  Naseh  Ağaəli  bəy 
Əfəndizadə  (1856-1918),  Əliəkbər  Qafil  (1828-1891),  Sədrəddin  Şirvani  (1777-1835),  Didə 
Mövlanə  Mirzə  Nəsrullah  bəy  Qurbanbəy  oğlu  Qurbanbəyov  (1797-1870),  Hacı  Məhəmmədəli 
Axund İskəndər oğlu  Şirvani  (1783-1859), Haci  Zeynalabdin Axund  İskəndər oğlu  Şirvani  (1780-


127 
1838),  Əsgər  Şirvani  (1827-1875),  Ağababa  Zühuri  Məşhədi  Əbdullah  oğlu  (1848-1911),  Azay 
Səfəralı oğlu (1844-1918), Allahverdi Rəfi oğlu (1810-1896), Kərbəlayi Arif  Allahi  (1786-1866), 
Huşyar  Xınıslı  (1829-1914),  Asi  Molla  İbrahim  oğlu  (1826-1888),  Axundzadə  Ağacavad  (1875-
1921), Kərbəlayi Molla Pənah oğlu Fəqir (1842-1914), Əza Məşhədi Ağa Hacı Rəsul oğlu (1870-
1912),  Əsir  Zakir  Əliabbas  oğlu  Şirvani  (1882-1940)  və  başqaları  toplaşırdılar  (2,  s.11,  12).  Bu 
ədəbi məclisin diqqətəlayiq cəhətlərindən biri də bu idi ki, burada təkcə şairlər deyil, həm də Seyid 
Əzim dövrünün görkəmli musiqi nəzəriyyəçiləri toplaşmışdılar (4, s.124). 
“Beytüs-səfa”  məclisi  yaradılarkən  S.Ə.Şirvaninin  məsləhət  aldığı  insanlar  həmin  ziyalılar 
olmuşdular. S.Ə.Şirvanin təşkil etdiyi məclis və məktəbin yaşamasına dostu, musiqi bilicisi, böyük 
xeyriyyəçi Mahmud Ağa xüsusi vəsait sərf etmişdi... (10, s.14). 
“Beytüs-səfa”  ədəbi  məclisi  XIX  əsrdə  Azərbaycanda  yaranan  ədəbi  məclislər  içərisində 
xüsusi  mövqe  tuturdu.  Digər  məclislərdə  olduğu  kimi  burada  da  Şərqin  dahi  şairlərinin  əsərləri 
mütaliə edilir, onların yaradıcılıq xüsusiyyətləri təhlil olunur, Azərbaycan və Şərq tarixi öyrənilirdi. 
S.Əzimin Azərbaycan tarixi və şairləri haqqında topladığı məlumat “Beytüs-səfa” məclisinin qızğın 
fəaliyyəti  dövrünün  məhsuludur.  Şərq  ədəbiyyatı  tarixini,  məntiq  və  fəlsəfəni,  Azərbaycanın 
etnoqrafiyasını  gözəl  bilən  Seyid  Əzimin  mətbuatla,  rus  ədəbiyyatı  və  mədəniyyəti  ilə 
maraqlanması məclisin digər üzvlərinə də öz təsirini göstərirdi (8, s.11). 
XIX  əsrin  ortalarında  Azərbaycan  dilində  yazmaq  meyili  çox  qüvvətlənmişdi.  Məclis 
şairlərinin,  demək  olar  ki,  hamısı  öz  şeirlərini  əsasən  Azərbaycan  dilində  yazırdılar.  Ədəbi 
məclislərin  bir  çox  üzvləri  yeni  mövzu,  yeni  ideyaya  meyil  edir,  öz  əsərlərində  məişət,  maarif, 
azadlıq  məsələlərinə  toxunur,  din  xadimləri  əleyhinə  çıxışlar  edirdilər.  S.  Əzim,  M.M.  Nəvvab, 
M.T.  Sidqi,  H.  Qaradaği,  Ə.  Cənnəti,  H.Y.  Yüzbaşov  və  s.  bu  kimi  şairlər  aşiqanə  qəzəlləri  ilə 
bərabər,  yeri  gəldikcə  mövcud  qayda-qanunun  əleyhinə  çıxır,  haqsızlığı,  özbaşınalığı  tənqid, 
maarifi, elmi, sənəti təbliğ edirdilər. XIX əsrin 70-ci illərindən sonra məclis üzvlərinin şeirlərində 
sosial  ədalətsizliyin  tənqidi  daha  da  genişləndi  (8,  səh.17).  Məlum  olduğu  kimi,  orijinal  əsrlərlə 
yanaşı  Şərq  ədəbiyyatına  daha  çox  xas  olan,  özünəməxsusluğu  ilə  seçilən  nəzirəçilik  XIX  əsrdə 
xeyli  güclənmişdi.  Bu  dövrdə  Saib  Təbrizi,  Cami,  Hafiz,  Sədi,  Nəvai,  Nabi,  Füzuli  kimi  şairlərin 
əsərlərinə  nəzirələr  yazılırdı.  Bəzən  belə  nəzirələr  bir  məclis  dairəsindən  çıxır,  qiymət  qoyulmaq 
üçün  başqa  məclisə  göndərilirdi.  Məlum  olduğu  kimi,  Füzulinin  “Olmaz”  rədifli  qəzəlinə  nəzirə 
yazdıqdan  sonra  qiymət  qoyulmaq  üçün  “Beytüs-Səfa”  şairləri  onu  Şuşaya  “Məclisi-fəramuşan”a 
göndərmişdilər.  Bundan  sonra  Şuşadakı  hər  iki  ədəbi  məclisin  üzvləri  həmin  qəzələ  nəzirələr 
yazmışdılar.  Həm  də  bir  qəzələ  bu  qədər  nəzirə  cəmi  bir  ayın  içərisində  yazılmışdı.  Beləliklə, 
nəzirəçilik hər bir şairin sənətkarlıq qüdrətini bildirmək üçün bir növ ədəbi yarış xarakteri almışdı. 
Nəzirələr təkcə klassiklərin şeirlərinə  yox, məclis üzvlərinin qəzəllərinə də  yazılırdı. Bu  cəhətdən 
Natəvan və S.Əzimin qəzəllərinə daha çox nəzirələr yazılmışdı (8, s.11). 
Məclislərdəki  qayda-qanuna  görə,  kollektivin,  məsələn,  “Beytüs-səfa”  şairlərinin  eyni  bir 
qəzələ nəzirə yazması ədəbi yarış xarakteri daşıyırdı və sənətkarlıq qabiliyyətinin təkmilləşməsinə, 
onun  inkişafına  müəyyən  dərəcədə  təkan  verirdi.  “Beytüs-Səfa”nın  yığıncaqlarında  şeirlə  yanaşı, 
musiqi  də  eyni  dərəcədə  öyrənilirdi  (8,  s.170).  “Beytüs-səfa”  məclislərində  tez-tez  musiqi 
toplantıları  keçirilirdi.  “Beytüs-səfa”  məclisinin  himayədarı  olan  Mahmud  ağa  Şirvanda  muğam 
sənətinin  inkişafında  xüsusi  rola  malik  olmuşdur.  O,  tez-tez  müsabiqələr  keçirər,  xanəndələrə 
mükafat,  qiymətli  hədiyyələr  verərdi.  Mirzə  Məhəmməd  Həsən,  Mehdi,  Məbud,  Şükür,  Davud 
Səfiyarov kimi xanəndələr, Topal Məhəmmədqulu və Məşədi Səlim kimi tarzənlər Mahmud ağanın 
məclisinin yetirmələri idilər (3, s.16). 
Seyid  Əzim  müsiqini  dərindən  bilən,  onu  mahir  musiqişünas  qədər  qiymətləndirməyi 
bacaran şairlərdən olmuşdur. O, musiqini əfsanələrdə söylənən “İsanın ölüyə həyat verən nəfəsi”nə 
bərabər tuturdu. Musiqiyə dair yazılmış səkkiz bəndlik müxəmməsdə şair insana zövq verən, əhvali 
- ruhiyyəyə şadlıq gətirən, dərd - qəmdən azad edən bir mənəvi qida, ruhani nemət adlandırmışdı (8, 
s.170).Musiqi  məclislərində  təkcə  tar,  kamança,  dəf,  ney,  rübab,  cəng,  ud,  tənbur,  bərbət,  qanun, 
tütək,  balaban,  saza  deyil,  digər  musiqi  alətlərinə  də  münasibət  bildirilir,  onların  hər  birinin 
yaranma  tarixi,  insanlara  necə  zövq  verməsindən  bəhs  olunurdu.  Bütün  bunlar  Seyid  Əzim 
yaradıcılığında çox gözəl şəraitdə öz əksini tapmışdır (5). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə