4 /
Roman kimi hekayə
Şəmil Sadiq. Yuxu maşını. Roman kimi hekayə
“XAN” nəşriyyatı tərəfindən çap olunub. Bakı–2016. 88 səh.
Redaktorlar:
Nərgiz Cabbarlı
Varis
Naşir:
Müşfiq XAN
Korrektor:
Asifə Əfəndi
Texniki redaktor:
Bəxtiyar Ələkbərov
Dizayn və qrafika:
Teymur Fərzi
ISBN: 9000000060053
“XAN” nəşriyyatı / Bakı
www.hedefnesrleri.az
Tel.: (+99470) 523 01 34
Çağdaş Azərbaycan nəsrinin nümayəndələrindən biri
olan Şəmil Sadiqin “Yuxu maşını” povesti fantastik
janrda qələmə alınıb. Əsər yuxu ilə reallıq, yuxu ilə
arzular və fantaziyalar arasındakı əlaqənin mövcudluğu-
nu öz qəhrəmanının timsalında sübut edir.
“XAN” nəşriyyatı / 2016
6 /
Roman kimi hekayə
Hadisələr 2050-ci ildə cərəyan edir
Roman kimi hekayə
/ 7
“Mən arvadımı çox sevirdim. Həm də
çox istəyirdim. Sevməyim istəməyimi, istə-
məyim də sevməyimi elə qucaqlayırdı ki,
bəzən ona qarşı olan münasibətimin adını
tapa bilmirdim. Onu özüm bilirdim. İndi fi-
kirləşirəm ki, bir zamanlar heç bir halda
onun mənə xəyanət edəcəyini, edə biləcə-
yini ürəyimə gətirməmişdim. Heç bu fikir
ağlımın ucundan belə keçməmişdi. Kasıbçı-
lıqla keçirdiyimiz günlərdə elə xoşbəxt idik
ki... Sanki heç bir dərdimiz yox idi. Özüm-
dən boylu-buxunlu, yaraşıqlı, cüssəli, mən-
dən daha imkanlı, daha qabiliyyətli kişilər
görəndə ağlıma gəlməzdi ki, görəsən, arva-
dım buna baxdımı, buna qarşı hansısa bir
hissi ürəyindən keçirdimi? Bu fikirlər qəlbi-
min dərinliklərində, heç kimin eşitməməsi
üçün gizlətdiyim qaranlıq otağımda belə
8 /
Roman kimi hekayə
cücərməzdi. Heç bir zaman onun gözlərinə
uzun-uzadı baxıb, “mənə xəyanət edərmi?”
sualına cavab da axtarmamışdım. İndi fikir-
ləşirəm ki, görəsən, onda ağılsız idim, yoxsa
ürəyimi şübhələrin yeyib dağıtdığı indiki
halımda?
Bu sualın cavabını hərdən tapıram.
Hərdən də düzgün cavabı tapdığıma inan-
mayıb yenidən axtarır və sadəcə ölümümü
gözləyirəm. Tapdığım cavab, adətən, bu
olur ki, insan o zaman ətrafındakıları xəya-
nətkar görür ki, özü xəyanətə bulaşır, insan
o zaman ətrafındakılarda saxtakarlıq axtarır
ki, özü saxtakarlıq edir, insan yanındakılar-
dan o zaman utanır ki, özü utancverici olur.
Elə mən də bu gün eləyəm.
Dərindən düşünəndə yoldaşıma qarşı
inamımın başqa qadınla görüşdüyüm za-
man bitdiyini indi anlayıram. O qadın evli
idi. Hətta onunla görüşənə qədər namuslu
bir qadın olduğunu düşünürdüm. Təsəvvü-
rümdə siması o qədər saf və aydın idi ki,
onunla yatağa girəndən sonra bütün qadın-