Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   2   3   4   5   6   7   8   9   ...   13

Roman kimi hekayə

 / 9 


 

lara  qarşı inamım  qırıldı. Elə həyatımın ən 

böyük faciəsi də bundan sonra başladı. 

Hər axşam evə gələndə vicdan əzabın-

dan qurtulmaq və azad olmaq üçün düşdü-

yüm çirkabın içində arvadımı da axtarmağa 

başlayırdım.  Ona  qarşı  inamım  azalmış, 

etibarım itmişdi. Çünki artıq insana – qadı-

na  qarşı  inamım  yox  idi.  Mənə  görə,  evli 

qadın xəyanət edə bilməzdi. Düzdür, görüş-

düyüm Yeganə bunu xəyanət adlandırmır-

dı.  Deyirdi  ki,  bu,  xəyanət  deyil.  Sadəcə, 

ürəyim istəyəni edirəm. Çünki ərimi sevmi-

rəm.  İki  uşağımız  var,  amma    bu  gün  də 

onunla  günlərlə  yaxınlığımız  olmur.  Ərim 

də  bunu  bilir.  Yaxşı  bilir  ki,  ondan  xoşum 

gəlmir. Buna  o zaman xəyanət demək olar-

dı ki, onu sevim. Sevmirəmsə, deməli, xəya-

nət  də  etmirəm.  Ərim  heç  bir  zaman  ürə-

yimdə olmayıb.  

Bütün bunları eşidəndə  öz-özümə sual 

verirdim: “Axı mən sevirəm... Deməli, xəya-

nəti mən edirəm?”  



10 / 

Roman kimi hekayə 

 

Bir dəfə Yeganənin də yanında bunu di-



lə gətirdim və  münasibətimizə son qoymaq 

istədiyimi bildirdim. Bu şən və şıltaq qadın 

mənə maraqlı bir məntiqi izahat verdi: ”Sən 

kişisən, sev. Burda nə var ki? Hərdən fərqli 

bir  münasibət  də  yaşa.  Sənə  kim  deyir  ki, 

arvadını mənə dəyiş?! Onun yeri başqa, mə-

nim yerim başqa. Qorxma, sənə yük olma-

ram.  İstədiyin  zaman  görüşərik,  dərdləşə-

rik.  Nə  zaman  ki,  istəməsən,  “yox”  deyər-

sən, bitirərik. Biz sadəcə müəyyən bir müd-

dətdə  zamanımızı  fərqli  və  maraqlı  yaşa-

yırıq, vəssalam”. 

O qədər maraqlı biri idi ki, dedikləri xo-

şuma gəlirdi. 

Heç vaxt arvadım haqqında soruşmur-

du. Heç əri haqqında da danışmırdı. Bilirdi 

ki,  nəsə  soruşsa,  hirslənəcəyəm.  Ona  görə 

də bu barədə söhbət açmırdı. Hər görüşdən 

sonra  özümü  o  qədər  alçaq  və  miskin  hiss 

edirdim ki, izahı belə mümkün deyil. Am-

ma onun fikirlərinə inanmaq istədiyim üçün 

inanırdım.  Təsəllini  onda  tapırdım  ki,  hər 




Roman kimi hekayə

 / 11 


 

dəfə  görüşə  gələndə  ürəyim  narahat  olur, 

bunu özümə yaraşdırmıram. Heç vaxt onu 

arvadımdan  artıq  hesab  etmir,  ona  həqiqi 

mənada  aludə  olmurdum.  Bu  da  o  demək 

idi ki, arvadımı, doğrudan da, sevirəm. Bir 

də  Yeganə demiş, kişiyəm də, nə olacaq ki? 

Hərdənbir macəra yaşasam, yəqin ki, heç nə 

olmaz. Burda nə var axı? 

O, ərini necə aldadıb evdən çıxırdı, tele-

fonda  necə  inandırıcı  cavablar  verirdisə, 

heyran  qalırdım.  Düzdür,  bu  barədə    mən 

də fərasətsiz deyildim.  

Faciə onda idi ki, onun ərini necə aldat-

dığını  gördükcə,  ürəyimdən  keçirmək  belə 

istəmədiyim  fikirlər  ağlıma  gəlirdi.  Birdən 

mənim də arvadım bu cür aldadarsa... Am-

ma tez də rədd edirdim bu fikri.  Di gəl ki, 

fikirlərdən  qaçmaq  olmur...  Gərək  onları 

tanımayasan,  tanıdınsa,  elə  lazımsız,  elə 

mənasız  yerdə  yaxalayır  ki,  səni,  gəl  görə-

sən... Bu ya yeni bir elmi kəşfi bitirənə yaxın 

olacaq, ya arvadımın qolları arasında olan-



12 / 

Roman kimi hekayə 

 

da,  ya  da  hansısa  dəxlisiz  iclasların  birin-



də... 

Hərdən düşünürdüm, nə vaxtsa elə bir 

aparat icad etməliyəm ki, virus kimi görün-

məz  olan,  amma  insan  şüurunu  pozan  bu 

fikri tutub biti  əzən kimi  əzsin. Axı əzanın 

hansı hissəsini kəsib atasan ki, bu axmaq və 

iyrənc fikirlər ağlına gəlməsin?! 

Özümdən asılı olmayaraq, mənsiz hara 

və niyə getdiyini arvadımdan tez-tez soru-

şur,  hərdən  evə  qəfil  gəlirdim  ki,  birdən... 

Düzdür, günümüz, demək olar ki, arvadım-

la bir keçirdi. Amma işə görə hərdən ayrılır-

dıq... Bir müddətlik... Buna görə də vicdan 

əzabında  qovrulurdum.  Zaman  keçdikcə 

hiss  edirdim  ki,  artıq  bu  fikirlərin  əsirinə 

çevrilirəm.  Dəfələrlə  beynimdəkiləri  açıb 

arvadıma demək və onun fikrini bilmək is-

təsəm də, özümə də, ona da bunu yaraşdıra 

bilmirdim.  Axı  belə  bir  şey  necə  mümkün 

ola bilərdi ki?!.  

Bir dəfə romantik anlarımızın birində: – 

“Mənə heç zaman yalan danışma”, – dedim. 




Roman kimi hekayə

 / 13 


 

Əslində  isə:  –  “Mənə  heç  vaxt  xəyanət  et-

mə”, – demək istəyirdim.  

Sonra  da  özümü  danladım:  “Axı  mən 

kişiyəm, bu nə fikirdir ağlıma gəlir, adamın 

qeyrəti olar”, − onları özümdən bir müddət-

lik də olsa, uzaqlaşdırdım. 

Dünya  şöhrətli  biri  olmağıma  baxma-

yaraq, bu cür cılız düşüncələrlə döyüşür, şə-

nimə  yaraşmayan  lüzumsuz  fikirlərə  qarşı 

çıxa  bilmirdim.  Daha  doğrusu,  şübhələr 

məni  didirdi.  Onlar  həqiqəti  tapmaq  üçün 

açar yox, rahatlığıma sarılmış bir partlayıcı 

idilər.  Artıq  arvadımın  telefonlarına  gələn 

mesajlara  baxmağa  çalışır,  zəng  gəldikdə 

kimdən  olduğunu  açıq-aşkar  soruşurdum. 

Bəzən yataqda yaxınlıq etmək istəmədikdə 

səbəb  axtarır,  müxtəlif  yerə  yozur,  gecəni 

səhərə qədər yata bilmirdim. Mənim bu hə-

rəkətlərimə arvadımın laqeyd yanaşması isə 

məni daha da dəliyə çevirirdi. Onun hesabat 

verməməsindən  daxilən  gərilir,  məni  sa-

kitləşdirmək  üçün  nəsə  etməsini  gözləyir-

dim.  Lakin  bu  baş  vermirdi.  Sanki  heç  nə 




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə