Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   59   60   61   62   63   64   65   66   ...   164

130 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
HAFİZ HÜSEYNOV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 342 
HÜQUQİ DÖVLƏTDƏ SİYASİ SOSİALLAŞMANIN  
MƏRHƏLƏLƏRİ VƏ VASİTƏLƏRİ 
 
Açar sözlər: dövlət, cəmiyyət, demokratiya, hüquq, siyasət, şəxsiyyət 
Key words: state, society, democracy, law, policy, personality 
Ключевые слова: государство, общество, демократия, право, политика, личность. 
Bu gün siyasət və təkmil siyasi biliklər cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsinə, siyasi 
hazırlıq səviyyəsinin yüksəldilməsi isə vacib təlabata çevrilmişdir. 
Hüquqi sosiallaşma ümumi sosiallaşmanın zəruri və mühüm istiqamətini təşkil edir, onunla 
hissə  və  tam  kimi  nisbətdədir.  Onun  mahiyyəti  insanın,  vətəndaşın  cəmiyyətin  strukturunda  öz 
ictimai rolunu, yerini daha dərin dərk etməsi deməkdir. Hüquqi sosiallaşmanın əsas xüsusiyyətləri 
onun  konkret  olması,  dəqiq  müəyyənliyi,  münaqişə  səbəblərinin  mərkəzində  olması,  mövcud 
informasiyanı  şəxsiyyətin  sosial  statusu  və  cəmiyyətdəki  roluna  uyğun  olaraq  qiymətləndirməsi 
hesab olunur. 
Fərdin sosiallaşması prosesinin ayrılmaz tərkib hissəsini siyasi və hüquqi tərbiyə təşkil edir. 
onun  məqsədi  insanlarda  müvafiq  biliklər  sistemi,  inam,  sosial  fəal  davranış  motivlərini  və 
vərdişlərini formalaşdırmaqdır. 
Hüquqi tərbiyə dedikdə dövlətin, onun orqanlarının və qulluqçularının, ictimai təşkilatların 
və əmək kollektivlərinin əhalidə hüquq düşüncəsi və hüquq mədəniyyətinin formalaşdırılmasına və 
artırılmasına yönəlmiş məqsədyönlü, sistemli fəaliyyəti başa düşülür. 
Bu  işdə  hüquqi  tədris  və  hüquqi  tərbiyə  bir-biri  ilə  üzvi  vəhdətdə  çıxış  edir.  Tərbiyəvi 
xarakter daşıyan tədris prosesində vətədaşın şəxsiyyət düşüncəsi, hüquqi görüşləri, əxlaqi idealları, 
dəyər oriyentasiyası fasiləsiz surətdə zənginləşir. Onun gedişində insanlara hüquqi biliklərin daim 
genişləndirməsi  və  dərinləşməsinə  zərurət  aşılanır.  Hüquqi  tədris  və  tərbiyə  şəxsiyyətin  vahid 
inkişafı  prosesinin  ayrılmaz  hissələridir.  Hazırda  Azərbaycanda  hüquqi  dövlət  quruculuğu 
ideyasının  getdikcə  daha  dolğun  gerçəkləşdiyi  bir  şəraitdə  bunların  rolu  və  əhəmiyyəti  durmadan 
artır. 
Hüquqi  tədris  və  tərbiyə  müxtəlif  formalarda  həyata  keçirilir.  Bu  prosesdə  əldə  edilmiş 
biliklər  fərdin  dəyər  istiqamətlərinin  sosial  məqsədinin  formalaşmasına  köməklik  edir.  Onlar 
şəxsiyyətin  şüurlu (düşünülmüş) fəaliyyətinin  tənzim edilməsində də mühüm  rol oynayır və onun 
hüquqi düşüncəsinin əsası kimi çıxış edir. Sonra, insanın müxtəlif siyasi  hadisələrə münasibətinin 
formalaşmasında, onun cəmiyyətdə davranışının müəyyənləşdirilməsində də onların rolu böyükdür. 
Şəxsiyyətin  ümummədəni  inkişafı,  sosial  normaların  gerçəkliyə  çevirməsi,  normativ  tələblərin 
vərdişə,  fəal  davranışa  keçməsi  kimi  proseslərin  sürəti  də  hüquqi  tərbiyənin  səviyyəsindən  və 
keyfiyyətindən çox asılıdır. 
Sosioloq  –  hüquqşünasların  apardığı  tədqiqatlar  göstərir  ki,  hüquqi  tərbiyənin  səmərəliliyi 
ictimai  həyatın  bütün  sahələrində  qanunlara  riayət  etmək  ehtiyacının  reallaşması  səviyyəsi  ilə 
ölçülür. Qanuna riayət etməyi ictimai zərurət kimi dərk etmək və öz davarnışında onun tələblərinə 
düşünülmüş şəkildə əməl etmək indi həmişəkindən vacibdir. 
Hüquqi tərbiyədə bu və ya digər qrupun maraqlarının dərk edilməsi, onun nüfuz və şərəfinin 
qorunub  saxlanılması  çox  mühüm  rol  oynayır.  Burada  əsas  məsələ  həmin  maraqların  cəmiyyətin 
ümumi  maraqlarına  nə  dərəcədə  uyğun  gəlməsindən  ibarətdir.  Bu  maraqların  dərk  edilməsi  və 
prinsipial  cəhətdən  uzlaşdırılması  hüquqi  normalara  uyğun  olaraq  baş  verir.  Həmin  maraqlar  üst-


131 
üstə düşmədikdə isə şəxsiyyət, eləcə də qrup cəmiyyətin hüquqi tələblərinin əleyhinə çıxa bilir ki, 
bu da mütləq onların münasibətlərində toqquşmalara gətirib çıxarır. 
Hüquqi  özünütərbiyə  istənilən  mənfi  xarici  təsirə  davam  gətirmək  üçün  müəyyən  siyasi, 
hüquqi  və  əxlaqi  prinsiplərin,  dəyərlərin,  sosial  və  hüquqi  davranış  normalarının  qavranılmasını, 
inkişafını və möhkəmlədirilməsini nəzərdə tutur. 
Hüquqi  dövlət  şəxsiyyətin  siyasi  sosiallaşması  fasiləsiz  proses  olub,  insanın  şüurlu  həyatı 
boyu  davam  edir.  Fərdin  siyasi  dəyərləri,  baxışlar  sistemini,  davranış  formalarını  fasiləsiz  surətdə 
mənimsəməsi  başlıca  olaraq  iki  şərtlə  əlaqədardır.  Bir  tərəfdən,  hər  bir  insan  siyasətin  subyekti 
kimi,  siyasi  dəyərlərin  daşıyıcısı  kimi  daim  təkmilləşməyə,  siyasi  biliklərini,  təsəvvürlərini 
zənginləşdirməyə möhtacdır. Digər tərəfdən isə, şəxsiyyətin siyasi baxışları, dəyərlər sistemi, qəbul 
etdiyi  siyasi  mövqeyi  bu  və  ya  digər  amillərin  təsiri  altında  dəyişir.  Buna  görə  də,  siyasi 
sosiallaşmanın  fasiləsizliyi  insanın  əvvələr  mənimsədiyi  dəyərlərin,  təsəvvürlərin,  vərdişlərin 
yeniləri ilə əvəz olunması, ya bütövlükdə,  ya da qismən dəyişməsi kimi qavaranılır. Fərdin siyasi 
mövqeyinin dəyişməsi, əvvələr mənimsədiyi siyasi dəyərlərin yeniləşməsi siyasi sistemin təbiətində 
baş verən dəyişikliklərlə, insanın sosial statusunun, ictimai mövqeyinin və rolunun başqa səviyyəyə 
yüksəlməsi və ya enməsi ilə bağlıdır. 
Şəxsiyyətin siyasi sosiallaşmasının fasiləsizliyi onun ayrı-ayrı mərhələlərinin daxili vəhdəti 
sayəsində təmin edilir. Fərdin siyasi həyata uyğunlaşması, siyasi proseslərin iştirakçısı funksiyasını 
yerinə  yetirməsi onun həyatının müxtəlif siyasi bilikləri, dəyərləri, normaları, davranış qaydalarını 
mənimsəyərək  siyasi  mövqeyini  müəyyənləşdirdiyi  ayrı-ayrı  mərhələlərindən  ibarət  vahid 
prosesdir. Adətən siyasi sosiallaşmanın ilkin və ikinci pilləsi fərqləndirilir. 
Siyasi  sosiallaşmanın  ilkin  mərhələsində  şəxsiyyətin  gələcək  siyasi  subyekt  kimi 
formalaşmasının  özülü  qoyulur.  Bu  mərhələdə  o  ilkin  siyasi  anlayışları  mənimsəyərək  gələcəkdə 
siyasi  hadisələri  dərk  etmək,  qiymətləndirmək  və  ona  münasibətini  bildirmək  qabiliyyətini 
formalaşdırmaq  üçün  zəmin  hazırlayır.  ABŞ  tədqiqatçıları  D.İston  və  İ.Denis  şəxsiyyətin  ilkin 
sosiallaşmasının dörd pilləsini göstərirlər: a) siyasi həyat haqqında ilkin məlumatların qavranılması. 
Həmin  məlumatların  mənbəyi  valideyinlər,  onların  siyasi  proseslər  haqqında  rəyi  və  hadisələrə 
münasibətidir. Siyasi sosiallaşmanın bu pilləsinin subyekti rolunda kiçik yaşlı uşaqlar çıxış edir; b) 
siyasətin  “fərdiləşdirilməsi”.  Bu  pillədə  siyasətdə  və  hakimiyyətdə  həlledici  fiqurlar  (prezident, 
liderlər)  uşaq  üçün  siyasi  sistemlə  əlaqə  yaradan  vasitəyə  çevrilir;  c)  həmin  siyasi  obrazların 
“ideallaşdırılması,  yəni  onlara  münasibəti  ifadə  etmək  əsasında  bütünlükdə  siyasətə  şəxsi 
münasibətin formalaşması; d) mənimsənilmiş keyfiyyətlərin “təsisatlanması”. Bu pillə gəncin siyasi 
həyat  haqqında  təsəvvürlərinin  əhəmiyyətli  dərəcədə  mürəkkəbləşməsi  və  onun  siyasətə  daha 
müstəqil şəkildə qiymət vermək cəhdləri ilə səciyyələnir. 
Siyasi  sosiallaşmanın  ikinci  mərhələsi  fərdin  öz  siyasi  rolunu  həyata  keçirmək,  ideoloji 
mövqelərini müəyyənləşdirmək və ifadə etmək qabiliyyətlərinin formalaşması ilə səciyyələnir. Əgər 
birinci  mərhələdə  siyasi  normalar,  dəyərlər  və  davranış  formaları  şəxsiyyətə  birtərəfli  təsir 
göstərirsə, ikinci mərhələdə bir növ əks sosiallaşma baş verir, yəni fərdin dərk edilmiş tələbatları, 
dəyərlər  sistemi  ilə  siyasi  normalar,  prinsiplər  arasında  qarşılıqlı  təsir  halı  üstünlük  təşkil  edir. 
Başqa sözlə, sosiallaşmanın daha yüksək pilləsində insan artıq siyasi mühitin obyekti olaraq qalmır, 
daha  çox  rəngarəng  siyasi  dəyərlər,  normalar,  davranış  formaları  arasında  onun  həyat  mövqeyinə, 
təsəvvürlərinə, xarakterinə uyğun gələni seçməyə meyl göstərir. 
Siyasi sosiallaşma, fərdin siyasi mövqeyinin formalaşması, siyasi həyata qoşulması prosesi 
bir  sıra  təsisat  və  vasitələrin  təsiri  altında  baş  verir.  Onların  tərkibi  rəngarəng,  şəxsiyyətin  siyasi 
keyfiyyətlərinin  formalaşmasına  təsiri  müxtəlifir.  Eyni  zamanda  siyasi  sosiallaşmanın  hər  bir 
mərhələsində onun bu və ya digər vasitəsi daha üstün əhəmiyyət kəsb edir. 
Şəxsiyyətin siyasi sosiallaşmasının ilkin mərhələsinin əsas vasitələri sifətində ailə və məktəb 
çıxış  edir.  şəxsiyyətin  formalaşması  prosesinin  əsası  ailədə  qoyulduğu  kimi,  fərdin  siyasi  həyata 
qoşulması  prosesi  də  ailədən  başlayır.  Ailədə  siyasi  proseslərin  iştirakçısı  olan  valideyinlərin  və 
yaşlı  ailə  üzvləriinin  iştirakçılıqdan  yaşına  görə  uzaq  olan  ailə  üzvləri  ilə  birgə  uzun  müddətli  və 
fasiləsiz ünsiyyəti siyasi  sosiallaşmanın bu institutunun  xüsusiyyətlərini  şərtləndirir. Ailənin təsiri 
sayəsində uşaqların siyasi anlayışları qavraması və siyasi proseslərə qiymət verilməsi onların siyasi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə