Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   67   68   69   70   71   72   73   74   ...   164

146 
qırğın  silahının  Qazaxstan  ərazisindən  çıxarılmasını  və  Rusiyanın  ərazilərində  yerləşdirilməsini 
vacib  sayırdı.  Həmin  silahların  saxlanılmasının  və  təhlükəsizliyinin  məsuliyyətinin  Rusiyaya  aid 
olduğunu bildirirdi [11. s.299]. Qazaxstanla ilk və sıx əlaqələrin qurulmasına maraq da əsasən bu 
motivdən qaynaqlanırdı. ABŞ qısa zaman kəsiyində Qazaxstan rəhbərliyi ilə sıx təmaslar qurmaqla, 
nüvə  silahı  ilə  mövqeyini  və  tələblərini  çatdırmaq  istəyirdi.  Əlaqələrin  qurulmasının  elə  ilkin 
mərhələsində  ABŞ  nüvə  məsələsi  ilə  bağlı  prinsipial  mövqeyini  Qazaxstana  bildirmişdir  və  qısa 
zamanda  ondan  real  addımlar  atmağı  tələb  etmişdir.  Qazaxstan  Prezidenti  N.  Nazarbayevin 
alternativi  olmadığı  üçün  və  həmin  dövrdə  yaranmış  yeni  dünya  sisteminin  lideri  olan  ABŞ-la 
konfrantasiyaya  getməyin  təhlükəli  olduğunu  dərk  edərək,  rəsmi  Vaşinqtonun  tələblərini  yerinə 
yetirməyə  razı  olduğunu  bildirmişdir.  Bunun  əvəzində  isə  ABŞ-dan  ölkəsinin  təhlükəsizliyinə 
təminat  istəmişdir.  Bu  məqam  N.  Nazarbayevin  1992-ci  ilin  may  ayının  16-da  dərc  edilmiş 
''Qazaxstanın  suveren  dövlət  kimi  formalaşması  və  inkişaf  strategiyası"  adlı  broşüründə  aydın 
ifadəsini tapmışdır. Broşürdə qeyd olunur:  "Qazaxstan razılaşma prosesində nüvə silahından azad 
zona  olacaqdır.  Öz  təhlükəsizlik  maraqlarımızı  nəzərə  alaraq,  bizim  arzumuz,  nüvə  potensialımız 
olmadığı halda ərazi bütövlüyümüzə və toxunulmazlığımıza təminat almaqdan ibarətdir" [7, s.51]. 
Qeyd  edək  ki,  Qazaxstanın  nüvə  məsələsi  ilə  bağlı  Rusiyanın  və  ABŞ-ın  mövqeləri  üst-üstə 
düşürdü.  Bu  məqam  da  Qazaxstanın  nüvə  məsələsində  "üzüyola"  mövqe  tutmasında  təsirini 
göstərmişdir  və  1992-ci  ilin  mayında  Qazaxstan  CHB-1  müaqaviləsinə  əlavə  olaraq  Lissabon 
protokolunu imzalamışdır. 1993-ci ilin dekabrında ABŞ vitse-prezidenti Albert Qorun Alma- Ataya 
hadisələri  zamanı  Qazaxıstan  "Nüvə  silahının  yayılmaması  haqqında  müqaviləsini"  ratifikasiya 
etmişdir.  Qazaxstan  tərəfinin  istəklərinə  uyğun  olaraq  1994-cü  ilin  dekabrında  ABŞ,  Rusiya  və 
Böyük Britaniya arasında onun nüvə silahından imtina etməsi ilə əlaqədar təhlükəsizliyinə təminat 
verilməsi  haqqında  memorandum  imzalanmışdır  [1.  s.  156  ].  Artıq  1995-ci  ildə  Qazaxstan  tam 
nüvəsizləşdirilmişdir.  Bununla  da  ABŞ  regionda  ilk  hədəfini  vurmuş  oldu.  Qeyd  edək  ki,  nüvə 
probleminin aradan qalxmasından sonra, ABŞ-la Qazaxstan arasında bir çox sahələrdə, xüsusilə də 
hərbi sahədə əməkdaşlıqda ciddi dinamiklik nəzərə çarpmağa başladı. Prezident N. Nazarbayevin 1992-ci 
ildə  ABŞ-a  ilk  səfəri  zamanı  iki  dövlət  arasında  hərbi  sahədə  əməkdaşlıqla  bağlı  razılaşma  əldə 
olunmuşdur.  Ən  əsası  isə,  bu  zaman  ABŞ  hərbi  mütəxəssislərinin  Qazaxstan  hərbi  qüvvələrinin 
inkişaf  etdirilməsində  iştirakı  məsələsi  müzakirə  olunmuşdur  və  müəyyən  razılıq  əldə  edilmişdir. 
Bunun  ardınca  ABŞ  regionda  özünün  hərbi  mövcudluğunun  təmin  olunmasını  şərtləndirəcək  bir 
sıra  layihələr  həyata  keçirməyə  başlamışdır.  Bunlardan  biri  də  ABŞ  Müdafiə  Nazirliyi  nəzdində 
Nann-Luqar  və  ya  "Təhlükənin  birgə  azaldılması"  (Cooperativc  Threat  Reduction  Program) 
proqramının  reallaşdırılması üçün xüsusi fondun  yaradılmasından ibarətdir. Qazaxstan ABŞ-ın  bu 
proqram  üzrə vəsait ayırdığı  ilk ölkələrdən biri olmuşdur [10, s. 18]. Ümumiyyətlə qeyd edək ki, 
Mərkəzi Asiya respublikaları içərində ABŞ-ın Qazaxstanla daha sıx əlaqələrinin qurulmasına maraq 
göstərdiyini  müşahidə  etmək  mümkün  idi.  1994-cü  ildə  ABŞ-la  Qazaxstan  arasında  Demokratik 
tərəfdaşlıq  haqqında  hartiyanın  imzalanması  da  bunu  sübut  edirdi.  Hartiyada  tərəflərin  məqsədlərinin 
möhkəm və uzunmüddətli dostluq münasibətlərinin inkişaf etdirilməsindən, qarşılıqlı anlayışa və etimada 
nail olmaqdan ibarət olduğu qeyd edilirdi. [6] 
ABŞ  Qazaxstanın  regionda  ən  böyük  iqtisadi  potensiala  malik  olmasını  nəzərdən  qaçırmır 
və  münasibətlərin  inkişafının  sonrakı  mərhələsində  iqtisadiyyat  və  ayrıca  olaraq,  enerji  sahəsində 
əməkdaşlığa  xüsusi  diqqət  yetirmişdir.  1997-ci  ilin  noyabrında  Qazaxıstan  Prezidenti  N. 
Nazarbayevin ABŞ-a səfəri zamanı da əsas müzakirələrin  məhz  enerji və  iqtisadiyyat  sahələrində 
əməkdaşlıq  ətrafında  aparılması  sübut  edirdi  ki,  ABŞ,  özünün  Mərkəzi  Asiya  regionunda  iqtisadi 
mövqelərinin möhkəmləndirilməsində Qazaxıstanın roluna xüsusi önəm verir. Qazaxıstanın həm də 
Rusiya  ilə  sıx  əməkdaşlıq  etməsinə  və  Rusiyanın  strateji  layihələri  olan  KTMT(  Kollektiv 
Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı)  və  Aİİ  (Avrasiva  İqtisadi  İttifaqı)  formatında  fəallıq 
göstərməsinə  baxmayaraq,  ABŞ  münasibətlərin  inkişaf  etdirilməsində  və  təmasların 
diversiallaşması  əsasında  maraqlıdır.  Bu  ondan  xəbər  verir  ki,  ABŞ  Məkəzi  Asiya  regionu  ilə 
strategiyasının  başlıca  məqsədlərinə  çatmaqda  israrlıdır.  2009-cu  ildə  ABŞ-ın  Alma-Atada  baş 
konsulluğunun  açılmasını  da  ABŞ  bütövlükdə  Mərkəzi  Asiya  regionuna,  konkret  olaraq  isə, 
Qazaxstana  ciddi  önəm  verdiyinin  göstəricisi  kimi  qəbul  oluna  bilər.  Ümumiyyətlə,  qısaca 


147 
təhlilimiz  aydın  göstərdi  ki,  öz  müstəqilliyinə  qovuşmasından  sonra  Qazaxstanla  A13Ş  arasında 
ikinci üçün strateji əhəmiyyət kəsb edən sahələrdə sıx əlaqələr qurularaq inkişaf etdirilmişdir. ABŞ 
özünün  qlobal  strategiyasının  reallaşdırılmasında  Qazaxstanın  rolunu  yüksək  qiymətləndirir. 
Qazaxıstan isə, öz növbəsində bu istiqamətdə ciddi rol oynamaq imkanlarına malik olduğunu hələ 
2001-ci  ildə  sübut  etmişdir.  ABŞ-da  2001-ci  ilin  11  sentyabr  hadisəsindən  sonra  ABŞ  antitrror 
koalisiyasına  hərtərəfli  siyasi  və  logistik  dəstək  verməyə  başlamışdır.  2010-cu  ildə  Vaşinqtonda  baş 
tutmuş Nüvə Sammitinə Qazaxstan rəhbərinin dəvət alması ondan xəbər verir ki. ABŞ təhlükəsizlik və 
hərbi-siyasi sahələrdə Qazaxstanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Qazaxstanın qlobal 
antinüvə hərakatının liderlərindən birinə çevrilməsi ABŞ-ın maraqlarına tam cavab verirdi. 2013-cü 
ildə Qazaxstan ABŞ-ın yaxından dəstəyi ilə İranın nüvə proqramı üzrə danışıqların aparılması üçün 
P5+1  platformasını  təsdiq  etmişdir.  Göründüyü  kimi,  ABŞ  Qazaxstanı  qismən  də  olsa,  özünün 
qlobal  geostrategiyahısının  reallaşdırılmasının  elementinə  çevirə  bilmişdir.  Rusiya  ilə  bütün 
yaxınlaşmalarına  baxmayaraq,  ABŞ  Qazaxstanın  siyasi  kursunun  yönünü  dəyişdirə  biləcəyinə 
ümidli  görünür  və  bu  baxımdan  onunla  əməkdaşlığının  hərbi-strateji  xəttinin  inkişaf  etdirilməsi 
istiqamətində  səylərini  artırır.  ABŞ-ın  ciddi  səyləri  nəticəsində  iki  ölkə  arasında  hərbi-texniki 
sahədə  əməkdaşlıq  fasiləsiz  inkişaf  etmişdir.  Hazırda  ABŞ-Qazaxstan  hərbi-texniki  sahədə 
əməkdaşlığının 2013-2017-ci illəri əhatə edən 5-ci mərhələsi reallaşdırmaqdadır. Bu isə, o deməkdir 
ki,  ABŞ  Qazaxıstanla  hərbi-strateji  əlaqələrini  ümumi  əməkdaşlığın  bir  istiqaməti  kimi  deyil, 
ayrıca,  xüsusi  diqqət  yetirdiyi  bir  trend  kimi  nəzarətdə  saxlayır.  Bunu,  Qazaxıstan  hərbçilərinin 
Əfqanıstanda  həyata  keçirilən  əməliyyatlara  cəlb  edilməsi  istiqamətində  ABŞ  və  NATO-nun 
cəhdləri  də  sübut  edir.  Doğrudur,  ABŞ  bu  istiqamətdə  bütün  Mərkəzi  Asiya  respublikalarının 
dəstəsinə  nail  olmağa  çalışırdı.  Qazaxıstanın  isə  əməliyyatlarda  birbaşa  iştirakı  məsələsi  2008-ci 
ildə nəzərdən keçirilməsə başlanmışdır. NATO-da hesab edirdilər ki, Mərkəzi Asiya respublikaları 
içərisində  ancaq  Qazaxıstanın  silahlı  qüvvələri  NATO  strukturları  ilə  birgə  işləmə  imkanlarına 
malikdirlər.  Rusiyada  isə,  bunu  ABŞ-ın  Qazaxıstanla  daha  sıx  hərbi  əməkdaşlıq  cəhdi  kimi 
qiymətləndirirdilər[4, s.51 ]. 
Artıq qeyd etdiyimiz kimi, Mərkəzi Asiyanın ən güclü iqtisadi potensialına malik olan ölkə 
kimi,  Qazaxstan  ABŞ  tərəfindən  regionda  iqtisadi  dayaqlarının  möhkəmləndirilməsi  üçün  əsas 
istinad  nöqtəsi  kimi  nəzərdən  keçirilir.  Əsasən  ABŞ  tərəfindən  dəstəklənən  yüksək  templi  siyasi 
dialoq  sahəsində  iki  ölkə  arasında  iqtisadi,  ticarət  və  investisiya  əməkdaşlığı  dinamik  inkişaf 
etmişdir. 2012-ci ildə ABŞ-la Qazaxstan arasında ticarət dövriyyəsi 2.5 milyard dolları ötmüşdür. 
Ümumilikdə ABŞ Qazaxstan iqtisadiyyatına 25  milyard dollardan artıq sərmayə qoymuşdur. [14] 
ABŞ MDB ölkələri arasında ilk olaraq Qazaxstanla xüsusi viza rejimini tətbiq etməyə başlamışdır. 
 
ƏDƏBİYYAT 
 
1.  Казанцев  А.  А.  Политика  США  в  постсоветскойЦентральной  Азии:  характер  и 
перспективы//Вестник МГИМО Университета. 2012.№ 4 (25). с.155-164 
2.  Казанцев  А.  А.  Политика  стран  Запада  в  Центральной  Азии:  ключевые  характеристики, 
дилеммы  и  противоречия  /Научно-координационный  совет  го  по  международным 
исследованиям МГИМО(У) МИД России;  Центр  Евро-атлантической безопасности. М.. 
МГИМО-Университет. 2009, 186 с. 
3. Лаумули М. Стратегия и политика США в Центральной Азии//Центральная Азия и Кавказ. 
№ 4 (52). 2007, с. 52-59 
4.  Лаумулин  М.  Центральноазиатская  политика  США  при  президентстве  Б.  Обамы  // 
Центральная Азия и Кавказ. № 24. том 13. 2010. с.44-57 
5. Малашенко А. Зачем Америке Центральная Азия? // Время новостей. № 9. 2002. 21 января, 
с. 1, 
6.  Новые  акценты  внешней  политики  Казахстана  [Электронный  ресурс]  //  КАЗАКНБТАМ 
2005. № 4. Режим доступа: йКр://)оигпа1з/45/129.Ь1:т1, свободный, 
7. Назарбаев Н. А.  С  тратегия  становления  и  развития  Казахстана  как  суверенного 
государства. Алма-Ата. РГЖИ «Деуир' 1992. 311с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə