Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   69   70   71   72   73   74   75   76   ...   164

150 
istehsalda  spesifik  yer  tutur,  özlərinə  məxsus  mənəvi  marağa  malikdirlər.  İctimai  təbəqə  olmaq 
etibarilə ziyalıların həyat tərzi spesifik formalar da kəsb edir.Hər bir sosial fenomen kimi ziyalılar 
da  mürəkkəb  daxili  struktura  malikdirlər.  Onların  strukturu  çox  komponentli  və  müxtəlif  tərəfli 
olması  ilə  səciyyələnir.  Ziyalıların  sosial  strukturu  mövcud  ictimai  gerçəkliyə  xas  olan  iqtisadi, 
siyasi və milli-mənəvi dəyərlərin təsiri altında dəyişib inkişaf edir. 
Ziyalılıq anlayışı ilə bağlı çox  yayılmış bir qarışıqlıq “maarifçilik” termini ilə əlaqədardır. 
Məlumdur  ki,  “maarifçi”  fəlsəfə  teosentrist  (dini-mərkəzçi)  və  teoloji  (dini)  səciyyə  daşıyan  Orta 
əsrlər  fəlsəfəsinə  və  dünyagörüşünə  əks  reaksiya  kimi  XVII  əsrdə  meydana  gəlmişdir.  Dini  Orta 
əsrləri  “qaranlıq”,  “zülmət”,  özünü  isə  aydınlanma,  işıqlanma  kimi  səciyyələndirən  də  elə  bu 
məktəbin  filosofları  olmuşlar.  İstər  fransızca  (Eclairement),  istər  ingiliscə  (Enlightment),  istərsə 
almanca  (Aufklarung),  istərsə  də  rusca  (Prosveşenie)  bu  məktəbin  adı  hərfən  aydınlanma, 
işıqlanma,  nurlanma,  ziyalanma  deməkdir.  Müasir  Türkiyə  türkcəsində  indi  ona  “tənəvvür”ün 
tərcüməsi kimi “aydınlanma” fəlsəfəsi deyilir. 
Bu fəlsəfənin iki əsas qolunu – fransız və alman qollarını bir-birindən ayırd etmək lazımdır. 
Bu  məktəbin  fransız  qolu  dedikdə,  29  il  ərzində  böyük  tirajlarla  28  cildlik  ensiklopediya  nəşr 
etdirən məşhur ensiklopedistlər – Didro, D’alamber, Helvetsi, Holbax və b. nəzərdə tutulur. Onların 
fəaliyyət  kursu,  yuxarıda  qeyd  edildiyi  kimi,  dinə,  irrasionallığa,  feodal  dünyagörüşünə  qarşı 
çevrilmişdi.  Bu  anti-dini  fəaliyyət  dini-mövhumi  izahlara  qarşı  elmi-məntiqi  izahlar  çıxarmaq  və 
bunu  xalq  arasında  yaymaq, kütlələri  maarifləndirməkdən ibarət  idi. Maarifçilik  aydınlatma işidir, 
maariflənmə aydınlanmadır. Kütləvi ensiklopediyalar nəşr etmək maarifçilik idi, çünki son nəticədə 
elmi-rasional biliklə işıqlanmaya xidmət edirdi. 
Lakin, bütöv Qərb aydınlanma fəlsəfəsini “maarifçi fəlsəfə” kimi adlandırmaq olmaz. Maarif-
lənmə aydınlanmadır, lakin aydınlanma yalnız maariflənmə deyil. Maariflənmə aydınlanmanın sa-
dəcə bir hissəsidir. 
Azərbaycanda  XIX  əsrin  ikinci  yarısı  XX  əsrin  əvvəllərində  kapitalist  münasibətlərinin 
inkişafı  feodal-mülkədar  qaydalarına  və  məfkurəsinə  qarşı  mübarizəni,  texniki  tərəqqini  inkişaf 
etdirmək  üçün  təbii-elmi  bilikləri  təbliğ  etməyi,  təhsili  genişləndirməyi  tələb  edirdi.  Burada 
maarifçiliyin  əsas  cəhətlərini  göstərmək  zəruridir.  Bunlar  aşağıdakılardan  ibarətdir: 
birincisi,maarifçilər ayrıca bir sinfin  deyil, bütün  əzabkeş bəşəriyyətin nümayəndələri  kimi  nəinki 
xalqın,  hətta  bütün  millətin  adından  çıxış  edirdilər;  ikincisi,maarifçilər  təhkimçiliyin  ictimai-
iqtisadi,  hüquqi  sahələrdə  yaratdığı  nə  varsa,  hamısına  qarşı  çıxış  edirdilər.  Onlar  feodal-
mütləqiyyət qaydalarının ləğvinin, sənayenin, kənd təsərrüfatının, ticarətin inkişafının bütün xalqın 
rifahının  yüksəlişinə  səbəb  olacağına  əmin  idilər;  üçüncüsü,  maarifçilik  ictimai  quruluşu 
dəyişdirməyin, cəmiyyət həyatını yaxşılaşdırmağın yeganə vasitəsini təhsili genişləndirməkdə, elmi 
bilikləri  kütlələr  arasında  yaymaqda  görürdü.  Nəhayət,dördüncüsü,maarifçiliyin  ictimai-siyasi 
proqramı ictimai şüuru cəhalətin buxovlarından azad etməkdən ibarət idi (2,s.361). 
Ziyalılar üçün milli-mənəvi dəyərləri qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdır-
mağın  ən  yaxşı  forması  milli  dövlətçilikdir.  Milli  dövlət  ancaq  ərazinin,  maddi  sərvətlərin  deyil, 
həm də milli mədəniyyətin,adət-ənənələrin, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. 
Xalq  başqa  imperiyaların  işğalı  altında  qaldıqda,  başqa  əqidələrin  rəsmi  təsir  dairəsinə 
düşdükdə  milli-mənəvi  dəyərləri  unudulmağa  qoymamaq,  bir  əmanət  kimi  yeni  nəsillərə  ötürmək 
vəzifəsini  ziyalılar  estafeti  öz  əllərinə  almalı  olurlar.  XIX  əsrin  sonlarında  Azərbaycan 
cəmiyyətində  formalaşan  mədəniyyət  getdikcə  aydın  ümummilli  səciyyə  alır  və  bu  da  öz 
növbəsində milli şüurun inkişafına, milli birliyin möhkəmlənməsinə xidmət edirdi. Bu zaman milli 
dil, tarixi keçmişə maraq, milli ləyaqət hissi, milli özünüdərketmə, vətən və vətənpərvərlik, xalqın 
taleyi,  gələcəyi  mədəni-tarixi  tərəqqinin ən aktual məsələləri kimi  qarşıda dururdu. Azərbaycanda 
maarifçilik  ideyalarının  yayılması  ilə  əlaqədar  olaraq  Azərbaycan  mədəniyyətində  demokratik 
fikirlər  güclənir,  ictimai-fəlsəfi  fikirdə  yeni  sosial  ideyalar  qərarlaşırdı.  Maarifçilik  mənəvi 
mədəniyyətin bütün sahələrinin - ədəbiyyat, incəsənət, əxlaq və s. inkişafına yeni istiqamət vermək-
lə  mədəniyyətin  strukturunda  getdikcə  radikal  dəyişikliklər  əmələ  gətirdi.  Mədəniyyət  sistemində 
realist ədəbiyyat, demokratik ictimai fikir, elm və elmi biliklər ön plana keçməyə başladı. Xalqımı-
zın  qabaqcıl  ziyalı  nümayəndələri  Avropa,  rus  və  Azərbaycan  həyatına  müqayisəli  nəzər  salır, 


151 
vətənin sosial tərəqqi baxımından dövrün tarixı inkişaf səviyyəsindən geri qaldığını aydın görür və 
artıq belə yaşamaq olmaz qənaətinə gəlirdilər. Onlar milli həyatı, Azərbaycan cəmiyyətini iqtisadi, 
siyasi, mədəni gerilikdən xilas edib geniş sosial tərəqqi və maarif yoluna çıxartmaq barədə düşünür, 
yollar arayıb axtarırdılar. 
XVI  əsrdə  Səfəvilər  dövlətinin  yaranması  ilə  ən  böyük  milli-mənəvi  dəyərlərimizdən  biri 
olan  Azərbaycan  dili  dövlət  dili  səviyyəsinə  qalxaraq  rəsmi  və  dövlətlərarası  yazışmalarda 
işlədilməyə  başladı.  Səfəvilər  dövründə  Azərbaycan  dili  sarayda  və  orduda  tam  hakim  mövqe 
tutaraq  dövlət  dili  kimi  rəsmiləşdi.  Anadilli  ədəbiyyatımızın  böyük  ustadları  Şah  İsmail  Xətai, 
Məhəmməd Fizuli, Aşıq Qurbani,  18-ci əsrdə Molla Pənah Vaqif ana dilimizin inkişafında böyük 
rol  oynadılar.  19-cu  əsrdə  o  dövrün  görkəmli  maarifçiləri  Mirzə  Kazım  bəy,  Mirzə  Şəfi  Vazeh, 
Seyid  Əzim  Şirvani,  Mirzə  Əbülhəsən  bəy  Vəzirov,  Soltanməcid  Qənizadə,  Məmmədtağı  Sidqi, 
Nəriman  Nərimanov,  Üzeyir  Hacıbəyov,  Abdulla  Şaiq  və  başqalarının  ana  dilində  dərsliklərin, 
lüğətlərin yazılmasında əvəzsiz xidmətləri ana dilini öyrənmənin, onu qoruyub saxlamağın ən əsas 
yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında görmələrindən irəli gəlirdi. 
Ziyalıların ana dilinə hədsiz məhəbbət və azərbaycanlı həssaslığı ilə yanaşması, onun saflı-
ğının qorunub saxlanması hər şeydən əvvəl tarixi  yaddaşımızın itməməsi, dövlətçilik ənənələrinin 
dərindən öyrənilməsi, milli mənəviyyatımızın, adət-ənənərimizin yaşadılması ilə bağlı olduğundan 
milli mənlik şüurunun oyanmasında, azərbaycanlıların təfəkküründə dünya sivilizasiyası dəyərləri-
nə marağın artmasına gətirib çıxarmışdır. 
Azərbaycanın ilk universitet təhsilli müəllimi, müsəlman Şərqin ilk təbiətşünas alimi, milli 
mətbuatımızın banisi, ictimai-siyasi xadim H.Zərdabi "milli ziyalıların atası" kimi dövrünün ən işıq-
lı siması olmuşdur. O, təkcə ilk milli qəzetin, ilk milli teatrın, ilk milli məktəbin və digər "ilklərin" 
müəllifi deyil. Həsən bəy son nəfəsinə qədər tükənməz bir sevgi və fədakarlıqla öz xalqına təmən-
nasız  xidmət  etmişdir.  Həsən  bəy  Zərdabi  yazırdı  ki,  “Əkinçi  bir  aynadır  ki,bizə  zillət  eyiblərini 
nümayən edir. Əkinçi döyüşə-döyüşə məşəl saçırdı” (3,s.210). 
Y.V.Çəmənzəmənli  1918-1919-cu  illərdə  yazdığı  “Xarici  siyasətimiz”,  “Milli  və  mədəni 
işlərimiz”, “Biz kimik  və istədiyimiz nədir”  əsərlərində azərbaycançılıq  ideologiyasının formalaş-
ması üçün mühüm obyektiv sosial-siyasi amillər olan milli-mənəvi dəyərləri, vətən, millət və milli 
dövlət  anlayışlarını  vəhdətdə  götürürdü.  Odur  ki,  tarixən  Azərbaycan  xalqının  mentalitetində  bu 
anlayışlar  sintez  şəklində  həkk  olunaraq  milli  bütövlük  anlayışının  təkamülündə  mühüm  rol 
oynamışdır. 
 
ƏDƏBİYYAT 
 
1. Əfəndiyev M,Səadət Məcid qızı, Şəxsiyyət-mədəniyyət sistemi, ( Sosial fəlsəfi təhlil), Bakı, Elm, 
2008, 384s. 
2. İmanov H. Fəlsəfənin əsasları, Bakı, Turan evi, 2007. 440 s. 
3. Rüstəmov İ. Həsən bəy Zərdabi, Bakı, Turan nəşrlər evi, 2012, 236 s. 
 
ABSTRACT 
                                            Abbas Ahmadov  
 
THE ROLE OF INTELLECTUAL ACTIVITY IN THE PROTECTION OF 
NATIONAL AND MORAL VALUES 
 
In the great sense of word the way to freedom is the intellectuals of the national spirit and its 
carriers.  In  this  regard  ,    in  the  national  and  spiritual  place  of  Azerbaijan  the  strengthening  of 
purposeful activity of intellectuals actually was the result of the reaction to devastating effects of its  
Spiritual plane, cultural and spiritual resistance movement.  
One of the important duty standing in front of nation is to cross safely from the impassabilities of 
global process,protect  its  specificity and its identity. But  at  first  rather than self-understanding for 
this, opposing he global process, to access the harmony of these process are required without losing 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə