Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   77   78   79   80   81   82   83   84   ...   164

166 
6. Niyazi Mehdi. Dərinlik strukturlarının qovulması, mədəniyyət və sənətdə dayazlıq biçimi// 
Tənqid.net. №4, Bakı, 2007, s. 55-67. 
7. Ортега-и-Гассет Х.. Дегуманизация искусства, Перевод С. Л. Воробьева, 1991, 638 с., 
OCR:C.Петров  
 
8. Плеханов Г. Основне вопросы марксизма, Риппол Классик, 2013, 190 с., с.32. 
 
ABSTRACT 
Khaladdin Sophiyev 
 
ABOUT CULTUROLOGICAL PARADIGMS OF POST-STRUCTURALISM 
 
Basis  of  our  contemporary  researches  is  that  a  text  can`t  be  explored  in  izolated  form. 
Indeed  this  idea  was  against  structuralism  because  in  order  to  learn  internal  structure  of  a  text  it 
called not to look at its external relations. But post-structuralism said that any text creates relations 
with repertoire of other ones by numerous relations. 
After  deconstructing  a  deep  meaning  of  the  text,  post-structuralism  replaces  revealing  of 
meanings  in  the text  by  revealing meanings in  shareing of the text  with  other ones.  That`s why it 
puts to the forefront intertextuality. Meanings are not in the text itself, but in the relation of the text 
with other ones. 
 
РЕЗЮМЕ  
Халаддин Софиев  
 
О КУЛЬТУРОЛОГИЧЕСКИХ ПАРАДИГМАХ ПОСТ-СТРУКТУРАЛИЗМА 
                             
Основой  современных  исследований  является  то,  что  текст  не  может  быть  изучен  в 
изоляционной  форме.  На  самом  деле  эта  идея  противоречила  структурализму,  так  как  для 
изучения  внутреннего  строения  текста  она  призывала  не  взирать  не  его  внешние  связи.  А 
пост-структурализм  говорил  о  том,  что  любой  текст  посредством  бесконечных  методов 
вступает в связь с репертуаром других текстов. 
После  деконструирования  глубокого  значения  текста,  пост-структурализм  заменяет 
выявление  значений  из  текста  на  выявление  значений  из  “обмена”  текста  с  другими 
текстами. Поэтому он выдвигает не передний план интертекстуальность. Значения находятся 
не внутри текста, а в связях текста с другими текстами.   
 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 
 


167 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
SAMİRƏ MƏMMƏDOVA  
Sumqayıt Dövlət Universiteti 
UOT: 327.2; 94(479.24) 
 
AZƏRBAYCAN - İSRAİL MÜNASİBƏTLƏRİ VƏ ABŞ  (1991-2008-Сİ İLLƏR) 
 
Açar sözlər: Azərbaycan, İsrail, ABŞ, siyasi, münasibətlər 
Key wordsAzerbaijan, Israel, 
USA, political, relations 
Ключевые слова: Азербайджан, Израиль, США, политический, отношения  
Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonra  İsrail  Dövləti  ilə 
müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin qurulması üçün ilk addımlar atıldı. Belə münasibətlərin 
istiqamətlərindən  biri  siyasi  əlaqələr  olmuşdur.  İsrail  Dövləti  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyini  25  dekabr  1991-ci  il  tarixində  tanıdı.  Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa 
edildikdən sonra iki ölkə arasında birbaşa əlaqələr quruldu.  
1992-ci  il  aprelin  5-7-də  İsrail  nümayəndə  heyətinin  Azərbaycana  səfəri  zamanı  iki  ölkə 
arasında diplomatik münasibətlərin qurulması əlaqələrin inkişafında əsaslı rol oynadı [5].   
Azərbaycan  Respublikası  və  İsrail  Dövləti  arasında  qarşılıqlı  münasibətlərdə  yeni  dövr 
Ümummilli  lider  Heydər  Əliyevin  1993-cü  ildə  ikinci  dəfə  hakimiyyətə  gəlməsindən  sonra 
başlamışdır.  Heydər  Əliyev  hakimiyyətə  gəldikdən  bir  neçə  ay  sonra,  1993-cü  ilin  avqust  ayında 
Azərbaycan Respublikasında İsrail Dövlətinin səfirliyi fəaliyyətə başladı [1]. 
1995-ci  il  martın  9-da  İsrailin  səhiyyə  naziri  Efrahim  Sneh  Azərbaycana  səfər  etdi.  O, 
Azərbaycan Respublikasına gəlmiş ilk İsrail naziri oldu. E.Snehi Prezident Heydər Əliyev və digər 
rəsmi  şəxslər  qəbul  etdilər.  Görüşlərdə  əməkdaşlığın  genişləndirilməsi  istiqamətində  geniş 
müzakirələr aparıldı [1].  
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  İsraildə  səfirlik  açmasına  mane  olan 
həssas  amillərdən  biri  Yaxın  və  Orta  Şərq  regionundakı  şəraitlə  əlaqədar  idi.  ABŞ  və  dünyadakı 
yəhudi  lobbisi  ilə  əlaqələrin  inkişafı  nöqteyi-nəzərindən  İsrail  Dövlətində  səfirliyin  açılması  nə 
qədər maraqlı olsa da, müsəlman Şərqi, xüsusən ərəb dünyası ilə münasibətlərə xələl gətirə biləcəyi 
üçün Azərbaycan tərəfi bir qədər ehtiyatlı davranırdı. Ona görə də bu ölkə ilə diplomatik əlaqələr 
1992-ci ildən qurulsa da,  münasibətlər 1998-ci ilə qədər çox zəif olmuşdur [6, 413]. 
Məhz  bütün  ölkələrlə  münasibətlər  yaradılmasında  müxtəlif  amillər,  şərait  və  xüsusiyyətləri 
nəzərə alan Heydər Əliyev xarici siyasətinin həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan hazırda 
dünyanın  əksər  ölkələri  ilə  diplomatik  beynəlxalq  əməkdaşlıq  edir.  Azərbaycan  Amerikanın, 
Avropanın, Asiya və Afrikanın bir sıra ölkələrinin maraq obyektinə çevrilmişdir [7, səh.344-345]. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il oktyabrın 22-də Nyu Yorkda 
İsrailin Baş Naziri İshak Rabin ilə görüşü ikitərəfli münasibətləri inkişaf etdirmək baxımından faydalı 
oldu. Baş nazir İsrailin yeni müstəqil dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə sıx əlaqələr 
qurmağa maraq göstərdiyini xüsusi vurğuladı. Vurğulandı ki, Azərbaycan və İsrail arasında qarşılıqlı 
münasibətlərin inkişaf etdirməsi üçün geniş imkanlar vardır [2]. 
Sonrakı  illərdə  də  ikitərəfli  münasibətlərin  inkişaf  etdirilməsinə  dair  məsələlər  müxtəlif 
səviyyəli görüşlərdə müzakirə edildi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin Parisə səfəri zamanı 1996-cı il yanvarın 11-də İsrail Dövlətinin Baş Naziri Şimon Peres ilə 
görüşü  faydalı  oldu.  Heydər  Əliyev  İsrailin  keçmiş  Baş  Naziri  mərhum  İshak  Rabinin  terror  aktı 
nəticəsində qətlə yetirilməsindən kədərləndiyini bildirdi və Azərbaycan xalqı adından dərin hüznlə 
başsağlığı verdi. Dedi ki, mühüm işləri olduğuna görə dəfn mərasimində özü iştirak edə bilməsə də, 
Azərbaycan Respublikasının Baş Nazirini həmin vaxt İsrailə göndərmişdir. Şimon Peres bildirdi ki, 
o,  ABŞ  Prezidenti  Bill  Klinton  və  dövlət  katibi  Uilyam  Kristofer  ilə  keçirdiyi  görüşlər,  apardığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə