Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   79   80   81   82   83   84   85   86   ...   164

170 
Yəhudi xalqı tamamilə məhv etməyə çalışılsa da, buna nail olunmamışdır. Tarix sübut etmişdir ki, 
bu  xalqı  məhv  etmək  mümkün  deyildir.  Holokost  muzeyi  də  yəhudilərin  başına  gələn  bəlaları, 
müsibəti, faciəni əyani şəkildə sübut edən muzeydir və böyük əhəmiyyət kəsb edir. Yeganə nəticə 
ondan  ibarətdir  ki,  bəşəriyyət  bundan  sonra  heç  yerdə  heç  bir  xalqa  qarşı  soyqırıma  yol  
verməməlidir.  Dünya  birliyi  müharibə  alovlarını  söndürməli,  münaqişələri  ləğv  etməli,  dünyada 
sülhün,  əmin-amanlığın  yaranması  üçün  daha  çox  səylər    göstərməlidir.  Bunlar  muzeyə  baxarkən 
çıxarılan nəticədir” [8, XIX kit., 60-61].   
Münasibətlərin inkişafında növbəti addım 1999-cu il iyul ayının 14-də Heydər Əliyevin ABŞ-
ın Yəhudi Təşkilatlarının nümayəndə heyəti ilə görüşündə atıldı. Görüşdə iki xalq arasında dostluq 
əlaqələri  və  birgə  fəaliyyət  məsələləri    müzakirə  edildi.  Mövcud  əlaqələrdən  danışan  Azərbaycan 
Respublikasının Prezidenti dedi : “Amerika Birləşmiş Ştatlarında yaşayan yəhudilərin təşkilatları ilə 
biz artıq yaxşı dostluq əlaqələri yaratmışıq. Şübhəsiz ki, bu dostluq əlaqələri hər iki tərəfin arzusu 
və istəyi ilə olubdur”. Heydər Əliyev daha sonra 1997-ci ildə ABŞ-a rəsmi səfəri barədə məlumat 
verərək demişdir : “Mən Amerika Birləşmiş Ştatlarında 1997-ci ildə rəsmi səfərdə olarkən Yəhudi 
Təşkilatları Konfranslarının prezidentləri ilə Nyu Yorkda çox əhəmiyyətli bir görüş keçirdim. Mən 
bu  ilin  aprel  ayında  Vaşinqtonda  olarkən  Holokost  muzeyini  ziyarət  etdim,  orada  da  görüşlər 
keçirdim. Yəhudi təşkilatlarının nümayəndələri də vaxtaşırı olaraq Azərbaycana gəlirlər. Mən bunu 
birinci  növbədə  Azərbaycan 

  ABŞ  əlaqələrini,  Azərbaycan 

  İsrail  əlaqələrini  daha  da 
genişləndirmək  və  bununla  bərabər,  yəhudi  təşkilatları  ilə  daha  sıx  əməkdaşlıq  etmək  üçün  çox 
əhəmiyyətli hesab edirəm” [8, XXI, 24].
 
 
Amerika  Yəhudi  Komitəsinin  hökumət  və  beynəlxalq  məsələlər  üzrə  müdir  müavini  Barri 
Geykobs nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədini aşağıdakı kimi açıqladı : “Əlbəttə 
ki,  bizim  Azərbaycana  səfərimiz  bir  növ  rəmzi  xarakter  daşıyır.  Bu  səfər  Amerika  Birləşmiş 
Ştatlarındakı  yəhudi  komitəsi  ilə  Azərbaycan  arasında  dostluğun  nə  qədər  möhkəm  olduğunu 
göstərir.  Bu,  eyni  zamanda  Azərbaycan  ilə  İsrail  arasında  sağlam,  isti  münasibətlər  olduğunu 
göstərir.  Səfərimizin  digər  məqsədi  isə  Azərbaycanda  yaşayan  həmmillətlərimizi  –  yəhudiləri 
görməkdir. Biz eşitmişik ki, Azərbaycanda yaşayan yəhudi icmasına çox geniş azadlıqlar verilibdir. 
Onlar respublikanın digər vətəndaşları ilə bərabər vəziyyətdə yaşayırlar. Biz indi bunun hamısını öz 
gözlərimizlə gördük” [8, XXI kit., 25].  
Heydər Əliyev Ermənistan – Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 
dost  yəhudi xalqına arxalandığını bildirərək vurğuladı : “Biz çox çətin bir vəziyyətdəyik və böyük 
problemlərlə  rastlaşaraq  münaqişənin  sülh  yolu  ilə  həll  olunmasına  çalışırıq.  Mən  Amerikada  da, 
Azərbaycanda da keçirdiyim görüşlərdə yəhudi təşkilatlarının nümayəndələrinə üz tutaraq demişəm 
ki, Amerikada sizin imkanlarınız çoxdur, ədalətin bərpa olunması üçün Azərbaycana yardım edin. 
Bu sözləri sizə də deyirəm…. Amerika Birləşmiş Ştatlarında yəhudi təşkilatlarının təsiri böyükdür.  
Biz çox arzu edərdik ki, siz öz təsirinizdən bu istiqamətdə də istifadə edəsiniz” [8, XXI kit., 26]. 
Bu məsələlərdə yəhudi təşkilatlarının mövqeyi aydın idi. Bununla bağlı olaraq Barri Geykobs 
dedi :  “...bütün  yəhudi  təşkilatları,  xüsusilə  nümayəndələri  bugünkü  görüşdə  iştirak  edən  yəhudi 
təşkilatları  –  Amerika  Yəhudi  Komitəsi  və  sovet  yəhudiləri  ilə  iş  üzrə  Milli  Konfrans  Təşkilatı 
Vaşinqtonda çox möhkəm çalışırıq ki, Azərbaycanı dəstəkləyək” [8, XXI kit., 27]. 
Qeyd  etmək  lazımdır  ki,  komitə  üzvləri  Cənubi  Qafqazın  hər  üç  ölkəsinə  səfər  etmiş  və 
müşahidələri yerində aparmışdılar. Onların fikrincə, Azərbaycanda  yəhudilərə bəslənən münasibət 
rəğbət yaradırdı. Yəhudi nur və sevinc bayramı olan Hanuka mərasimində iştirak etmək üçün İsrail 
Dövləti  Müdafiə  Nazirinin  müavini,  Azərbaycan 

  İsrail 

  ABŞ  üçtərəfli  Parlamentlərarası 
Komissiyanın  İsrail  tərəfindən  sədri  E.Snehin  başçılığı  altında  nümayəndə  heyəti  1999-cu  il  3-5 
dekabr  tarixlərində  Azərbaycanda  səfərdə  oldu.  Nümayəndə  heyətinə  İsrail  Dövləti  XİN  MDB 
ölkələri  idarəsinin  rəisi  Ş.Meyrom,  müdafiə  Nazirliyi  MDB  ölkələri  idarəsinin  rəisi  Y.Laor  və 
E.Snehin  şəxsi  katibliyinin  rəisi  xanım  B.Erman  daxil  idilər.  Səfər  zamanı  nümayəndə  heyəti 
Azərbaycan  Respublikasının  Prezidenti,  Baş  Nazir,  xarici  işlər  naziri,  müdafiə  nazirini  birinci 
müavini,  baş qərargahın  rəisi, Milli Məclisin  beynəlxalq  münasibətlər üzrə Daimi  Komissiyasının 
sədri  və  ARDNŞ-ın  birinci  vitse-prezidenti  ilə  görüşdü.  Görüşlərdə  aşağıdakı  məsələlər  müzakirə 
edildi: Cənubi Qafqazda olduğu kimi, Yaxın Şərq  regionunda da münaqişələrin sülh yolu ilə həll 


171 
olunması;  Dağlıq  Qarabağ  münaqişəsinin  tarixi  və  bugünkü  vəziyyəti;  Cənubi  Qafqaz  regionu 
ölkələrində  son  zamanlardakı  vəziyyət;  Azərbaycan  Respublikası  Prezidentinin  və  xarici  işlər 
nazirinin İsrailə səfərlərinin həyata keçirilməsi və İsraildə Azərbaycan Respublikasının səfirliyinin 
açılması;  Azərbaycanın  ABŞ-ın  beynəlxalq  yəhudi  təşkilatlarının  nümayəndələri  ilə  əlaqələri  və 
Azadlığa müdafiə aktına 907-ci düzəlişin ləğv olunması; İsrail dövlətinin də faydalana biləcəyi Bakı 

  Ceyhan  əsas  ixrac  neft  boru  kəmərinin  tikintisi;  Binə  hava  limanında  İsrailin  Maqal  şirkəti 
tərəfindən qurulacaq təhlükəsizlik kəməri [12; 31]. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  1999-cu  il  dekabrın  4-də  Prezident 
sarayında İsrail dövlətinin müdafiə nazirinin müavini, ABŞ – İsrail – Azərbaycan parlamentlərarası 
birgə qrupunun İsrail tərəfdən həmsədri E.Snehin başçılıq etdiyi nüumayəndə heyətini qəbul etdi. 
2000-ci  ilin  sentyabrında  ABŞ-a  rəsmi  səfər  edən  Heydər  Əliyev  həmin  ölkədə  onun  üçün 
ayrılmış iqamətgahda Amerikanın nüfuzlu yəhudi təşkilatlarının – Yəhudi Komitəsinin, Prezidentlər 
Komitəsinin,  Sovet  Yəhudiləri  Milli  Komitəsinin  rəhbərləri  ilə  də  görüş  keçirdi.  Heydər  Əliyev 
qeyd olunan təşkilatlarla Azərbaycanın saxladığı dostluq münasibətinə toxunaraq demişdir : “Bizim 
sizinlə dostluğumuz xüsusi xarakter daşıyır. Çünki biz sizin təşkilatların və hər bir şəxsin simasında 
Azərbaycanın  dünyada,  o  cümlədən  Amerika  Birləşmiş  Ştatlarında  yaxın  dostunu  görürük. 
İstəyirəm ki, bizim bu dostluğumuz həmişə etibarlı olsun və davam etsin. Bizim buna ehtiyacımız 
var.  Amma  güman  edirəm  ki,  siz  də,  dünyanın  yəhudi  təşkilatları,  xüsusən  Amerika  Birləşmiş 
Ştatlarındakı yəhudi icması, əlbəttə ki, Azərbaycan ilə həmişə maraqlanmısınız və bundan sonra da 
maraqlanacaqsınız” [8, XXX kit., 23].  
Görüşdə  Amerika  Yəhudi  Komitəsi  İcraiyyə  Komitəsinin  və  Qubernatorlar  Kollegiyasının 
rəhbəri Rozenblatt Piter yəhudilərin Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin əhəmiyyətli və 
vacib  olduğunu,  Azərbaycanda  Birləşmiş  Ştatların  maraqlarının  olduğunu,  ABŞ 

  Azərbaycan 

 
İsrail münasibətlərinin inkişaf etdirilməsi bu üç ölkənin bölüşdüyü ümumi məqsədlərə çatmaq üçün 
çox böyük əhəmiyyət daşıdığını vurğuladı [8, XXX kit., 27].  
ABŞ-da  2001-ci  il  11  sentyabr  terror  aktları  Azərbaycan 

  İsrail    siyasi  münasibətlərinə  də 
təsir  etdi.  Qarşılıqlı  məsləhətləşmələrin  intensivləşdirilməsi    zərurəti  yarandı.  Az  sonra  İsrail 
Dövləti Azərbaycana yeni səfirini təyin etdi. 
İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da İsrail 
ilə  münasibətlərin  inkişafı  diqqət  mərkəzində  saxlanıldı.    Azərbaycan  Prezidenti  İlham  Əliyev 
2004-cü il martın 18-də Slovakiyanın paytaxtında, onun üçün ayrılmış iqamətgahda ABŞ-ın Yəhudi 
Komitəsinin  beynəlxalq  yəhudi  işləri  üzrə  direktoru  Endryu  Beyker  və  Beynəlxalq  Benayit  Brith 
Təşkilatının  vitse-prezidenti  Daniyel  Mayanş  ilə  görüşdü.  Prezident  İlham  Əliyev  Azərbaycan 
Respublikasının Avropa strukturuna inteqrasiyasından danışdı. Bildirdi ki, bu siyasət gələcəkdə də 
davam edəcəkdir. 
Endryu  Beyker  hələ  1996-cı  ildə  İlham  Əliyevin  Amerikada  olarkən  Bostonda  və  digər 
şəhərlərdə  keçirdiyi  görüşləri  xatırlatdı.  Vurğuladı  ki,  bu  gün  Azərbaycan  Respublikasının 
Prezidentinin xarici siyasəti çox təqdirəlayiqdir. O, Azərbaycanda bütün dinlərə mənsub insanlara, o 
cümlədən  yəhudilərə  münasibətdə  olan  tolerantlıqdan  məmnunluğunu  ifadə  edərək  dedi  ki,  bu, 
demokratik ölkə kimi Azərbaycanın imicini beynəlxalq aləmdə daha da artırır. 
Amerika  –  Azərbaycan  əlaqələrinin  yüksək  səviyyəsindən  məmnun  qaldıqlarını  razılıqla 
vurğulayan  Prezident  İlham  Əliyev  və  Endryu  Beyker  bildirdilər  ki,  Azərbaycanın  Avropa 
strukturlarına  inteqrasiyası  və  ABŞ  ilə  əlaqələrin  daha  da  yaxşılaşması  üçün  səy  göstərəcəklər. 
Azərbaycan  Respublikası  Prezidentinin  bu  konfransda  iştirakının  ölkənin  Avropa  strukturlarına 
inteqrasiyasının bariz nümunəsi olduğu qeyd edildi [4, 2004, I h., 131-132]. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il martın 28-də Amerika Yəhudi 
Birgə Paylaşdırma Komitəsinin sədri xanım Ellen Hellerin başçılıq etdiyi nümayəndə heyətini qəbul 
etdi [12]. Dövlət başçısı bu komitənin nümayəndə heyətinin Azərbaycana səfərini həmin komitənin 
ölkəmiz ilə daha yaxından tanışlığına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.  
Azərbaycanın inkişafından danışan İlham Əliyev siyasi, iqtisadi, sosial sahələrdə islahatların 
müvəffəqiyyətlə həyata keçirildiyini vurğuladı. Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə böyük 
önəm  verdiyini  söyləyən  dövlət  başçısı  Azərbaycan  ictimaiyyətinin  Amerika  Yəhudi  Birgə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə