Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   87   88   89   90   91   92   93   94   ...   164

186 
anlayış  və  kateqoriyaların  nəzəri-praktik  baxımdan  işlənilməsinə  maraq  xeyli  artmış  və  bu  proseslərlə 
bağlı dəyərli əsərlər və məzmunlu tədqiqatlar bu gün işıq üzü görməkdədir. 
Bununla  yanaşı  ictimai  həyatın  öyrənilməsi  prosesində  bəzi  xüsusi  anlayışlar,  məsələn  “sosial 
struktur”,  “sosial  institutlar”,  “sosiomədəni  və  predmet-məkan  mühiti”,  “sivilizasiya”,  “mədəniyyət 
obyektlərinin mənası və əhəmiyyəti” kimi anlayışlar tədqiqatlarda geniş  yer almış, məna və məzmunca 
dəqiqləşdirilmişdir.  Müəyyən    mənada  demək  mümkündür  ki,  bir  növ  problemlərin  araşdırılması 
prosesində nəzəri-metodoloji canlanma baş vermişdir. 
Bu dəyişiliklərin fonunda “həyat tərzi” kateqoriyasının tərifi işlənib hazırlanarkən diferensiasiyalı 
sosiomədəni reallıqla insanların həyat yolunun şəxsiyyət spesifikası xüsusilə vurğulanmalıdır. Qeyd edək 
ki, insanların öz müxtəlif rəngarəng həyat təzahürlərinin təşkilinə təbiət, sosial, mədəni şəraiti fundamental 
formayaratma  təsiri  göstərir.  Bunlar  şəxsiyyətin  sosiomədəni  həyatda  özünüreallaşdırma  formalarını 
seçməyin konkret-tarixi imkanlarını təmin edir və ya məhdudlaşdırır. 
Buna görə də insanalrın həyat tərzini təhlil edərkən onların həyat fəaliyyətinin şəraitini öyrənmək 
bu  gün  tədqiqatalrın  zəruri  aspektidir.  Lakin  bu  şərait  anlayışın  özünə  daxil  edilmir,  əksinə  bir  növ 
insanların öz həyat fəaliyyətini, həyat tərzini təşkili forma və proseslərinin “sosiomədəni determinantları 
kimi nəzərdən keçirirlər. “Həyat tərzi” anlayışı insanların öz gündəlik həyatının təşkili vasitələri üzərində 
diqqəti cəmləşdirmir. 
Bu anlayış həmçinin müxtəlif sosiomədəni qrupların öz həyat tərzi, başqalarının yaşayış tərzinin 
qiymətləndirilməsinin sosiomədəni əhəmiyyətinin aşkarlanması ilə bağlıdır. Bununla ümumiyyətlə ictimai 
və mədəni həyatın cari vəziyyətini öyrənmək mümkündür. 
Bunu  da  qeyd  edək  ki,  həyat  tərzi  kateqoriyası  “həyat  ukladı”,  “həyat  səviyyəsi”,  “həyat 
keyfiyyəti”,  “həyat  üslubu”,  “həyat  standartı”  anlayışlarına  nəzərn  inteqrativ  xarakter  daşıyır.  Bu 
anlayışların köməkliyi ilə tədqiqatçılar sosiodinamikanın müxtəlif səviyyələrdə təhlili zamanı “həyat tərzi” 
kateqoriyasının  məzmununu  açır  və  konkretləşdirir,  bu  anlayışları  “həyat  tərzi”  anlayışının  struktur 
elementləri kimi araşdırırlar. 
Demək  mümkündür  ki,  “həyat  tərzi”  kateqoriyası  mədəniyyətin  müxtəlif  sahələrinin 
dinamikasının  ümumi  qanunauyğunluqları  ilə  və  insanların  birgəyaşayışı  və  fəaliyyəti  gedişində 
yaratdıqları  konkret  hadisələr  arasında  aralıq  vəziyyətdə  olan  hadisələr  sahəsini  təsvir  edir.  Bu, 
“həyat  tərzi”  anlayışına  “sosial  struktur”,  “sosiomədəni  institutlar”,  “etnos”  və  s.  anlayışlara 
münasibətdə spesifik və əvəzolunmaz kateqoriya statusunu verir. 
İnsanların həyat tərzinin strukturu onların iştirak etdikləri mühitlərin və fəaliyyət növlərinin 
zamana  görə  uyğunlaşması  nisbi  sabit  xarakter  daşıdığını  bildirir.  Həmin  “mühitlər”  və  fəaliyyət 
növləri  həyat  tərzinin  struktur  elementləri  kimi  şəxsiyyət  üçün  ona  həyat  şəraitində  öz  fərdi 
təcrübəsinin sosial və mədəni əhəmiyyətli bütövlük kimi  yaşamasına imkan verən təşkiledici əsas 
təşkilati zəmin kimi yaşamaq imkanı verir. 
Bu struktur ona adekvat şəkildə bir sosial əhəmiyyətli vəziyyətdən başqa vəziyyətə adekvat 
keçməyə,  bu  situasiyada  başqaları  tərəfindən  tanınmağa,  başqaları  içərisində  öz  yerini  tapmağa 
imkan yaradır. 
Yuxarıdakı  düşüncələr  fonunda  qeyd  etmək  istərdik  ki,  insanın  özü  tərəfindən  həyata  gətirdiyi 
sosiomədəni  dəyişiliklər  bu  və  ya  digər  dərəcədə  dizaynın  məhsullarıdır.  Bu  yalnız  bizi  əhatə  edən 
predmet aləminə deyil, həmçinin həyatın müxtəlif sosial sahələrinin inkişafına da aiddir. Demək düzgün 
olmazdı ki, dizaynerlər, bütün dizayn yalnız insanların məişət tələblərinin ödənilməsinə yönəlmişdir. Bu 
gün dizaynın predmeti daha geniş müstəvidə başa düşülür. 
Hazırda  yeni  dizayn  –  sosial  kontekstin  dizaynı  yaranmışdır.  Dizayn  mühit  dizaynı  və  insan 
təcrübəsinin dizaynı, sosial kontekstli dizayn olmuşdur. Dizaynın predmeti hadisənin layihələndirilməsinə, 
həyat üslublarının konstruksiya edilməsinə qədər genişlənmişdir.(3, s. 99) Müasir dünyada dizayner yalnız 
islahatçı  və  sosiomədəni  dəyişiliklərin  daşıyıcısı  deyil,  həmçinin  həmin  transformasiya  prosesinin 
özünəməxsus nəzarətçisidir. 
Müasir Azərbaycan cəmiyyətində dizaynın sosial-mədəni dəyişiliklərin bilavasitə iştirakçısı kimi 
olmaqla  yanaşı, onun özünün bir sosiomədəni dəyər kimi rolu  danılmazdır. Praktikadan məlumdur ki, 
məhz  dizayner  ideyanın  meydana  gəlməsi  ərəfəsində  öz  niyyətinə  savadlı  nəzarət  etmək  qabiliyyətinə 
malikdir.  Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  dizayn  müasir  dünyada  hər  şeydən  əvvəl,  öz  sənətinin 


187 
əhəmiyyətini və məsuliyyətini dərk edən peşəkarların fəaliyyətidir, cəmiyyətin sosiomədəni həyatına yeni 
ideyalar  gətirən  həyat  mövqeyidir.  Bu  gün  demək  mümkündür  ki,  dizayn  özü  həyat  tərzidir  (4), 
özünütəkmilləşdirmə, dolğun yaradıcılıq sahəsidir. 
Dəyişiliklər  həyatımızın  ayrılmaz  hissəsidir.  Texniki  tərəqqi  sosial  və  fərdi  tərəqqinin  tərkib 
hissəsinə çevrilmişdir. Bu hal isə yeni problemlərin meydana çıxmasının səbəbi olur. İnsan dizaynerdən 
özünə fərdi yanaşmanı tələb edir, insanlar, aydındır ki, müxtəlifdirlər, şəxsiyyətin fərdi hissiyatı müxtəlif 
amillərlə müəyyən edilir: yaş dərəcəsi, cinsi, təhsillə, məşğuliyyətilə və digər şəxsiyyət keyfiyyətlərilə. 
Bu gün dizaynerlə istehlakçının əməkdaşlığının effektivliyindən geniş bəhs edilir və bu məqsədlə 
“partisipasion” layihələndirmə ideyasından istifadə olunması təklif edilir. Hələ 1996-cı illərin sonundan 
geniş müzakirə olunan “partisipian dizayn” anlayışı çoxlarının nəzərini cəlb etmişdir, birgə iştirak metodu 
isə layihəçilər qruplarının – memarların və sənaye dizaynerlərinin işinin təşkilində tətbiq edilmişdir. 
Layihə  praktikası  sahəsində  qərarların  qəbul  edilməsində  ictimaiyyətin  birgəiştirakı  metodu 
əhalinin  müxtəlif  təbəqələrinin  rəyinin  başa  düşülməsinə  ciddi  yanaşmağı  tələb  edirdi.  (3,  s.  132) 
Ədəbiyyatda layihəçi ilə istehlakçının birgə iştirakının bir sıra formaları təklif olunur. Bunların içərisində 
Alternativ  iştirak  forması  daha  məqbul  sayıla  bilər.  Bu  metoda  görə,  dizaynerlə  istehlakçının  birbaşa 
ünsiyyəti nəzərdə tutulur. 
Belə  halda  dizayner  özünün  layihə  təkliflərinin  qeyri-peşəkarlara  aydın  başa  düşülən  şəkildə 
çatdırmağa çalışır, özünün professional ideyalarını təkliflərini vizuallaşma (plan, çertyoj və s.) formasında 
bildirir. Onu da qeyd edək ki, alternativ birgəiştirak forması yalnız layihəçi ilə istehlakmının bir-birlərini 
şəxsən  tanıdıqları  təqdirdə  mümkündür.  Son  nəticədə  isə,  dizaynın  da  iştirak  etdiyi  sosiomədəni 
dəyişikliklərin  məqsədi  insanı  gözəllik  aləmilə,  harmonik  həyat  keyfiyyətləri  və  peşəkar  dizaynla 
yaxınlaşdırmaqdır. 
Bu  kontekstdə  cəmiyyətin  sosiomədəni  həyatında  “insan-şey”  əlaqələrini  tənzimləmək  müasir 
dizayn  yaradıcılığının  başlıca  funksiyasıdır.  Bizcə,  müasir  Azərbaycan  cəmiyyətinin  sosiomədəni 
dəyərlərinin  daha  keyfiyyətli  dərk  edilməsində  dizayner  və  onun  müasir  estetik  tələblərə  söykənən 
professional yaradıcılığı mühüm rol oynamalıdır. “Dizayner üslub və həyat tərzi” kimi deviz sosiomədəni 
həyatımızın ayrılmaz hissəsi olmalıdır. 
Biz elə bir dinamik inkişaf dövründə yaşayırıq ki, hər bir vətəndaş kimi dizayner də Azərbaycan 
cəmiyyətinin  sosio-mədəni  dəyərlərini  dərindən  öyrənməli,    onun  elementlərindən  yaradıcılıqla  istifadə 
etməlidir. Dizayner bir yaradıcı şəxsiyyət kimi dərk etməlidir ki, biz ideologiya əsrində yaşayırıq, ona görə 
də  dövlətin  və  millətin  həmrəyliyinin  təmin  olunduğu  cəmiyyətdə  sosiomədəni  həyatın  daim 
təkmilləşdirilməsi  zərurəti  qalacaqdır,  dizaynerin  başlıca  funksiyası  estetik  prinsipləri  rəhbər  tutaraq 
cəmiyyətin mədəni həyatını, cəmiyyətin hər bir üzvünün estetik dünyagörüşünü, onun sosiomədəni 
baxışlarını  inkişaf  etdirmək  üçün  yaradıcılığının  bütün  resurslarından  bacarıqla  istifadə  etməli, 
cəmiyyətimizin sosiomədəni məkanını gözəllik qanunlarına uyğun zənginləşdirməlidir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Чижиков В.В. Дизайн в системе культурных ценностей. Автореферат на соискание ученой 
степени доктора философских наук. М., 2006 
2.
 
Человеческий потенциал как совокупность духовного, образовательного, интеллектуального, 
творческого и трудового потенциала. studio-pedia.ru 
3.
 
Мосоров А.М., Мосорова Н.Н. Теория дизайна. Екатеринбург: Печатный дом Солярис
2004, 412с. 
4.
 
 Р.Арсеньв. Дизайн как образ жизни. http: // www.youtube.com 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə