Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   90   91   92   93   94   95   96   97   ...   164

192 
Ancaq  Türkiyənin  vasitəçilik  cəhdi  uzun  sürmədi.  1992-ci  ilin  fevralında  Qarabağ  şəhəri 
Xocalıda  dinc  azərbaycanlı  sakinlərə  qarşı  ermənilər  tərəfindən  qanlı  zorakılıq  tətbiq  olundu. 
“Xocalı  soyqırımı”ndan  sonra  Türkiyədə  ermənilərin  riyakar  siyasətini  pisləyən,  minlərlə  insanın 
iştirakı ilə keçirilən nümayişlər başladı və Azərbaycanın xeyrinə Türkiyənin müdaxilə etməsi tələbi 
ilə şüarlar səsləndi. Tamamilə haqlı olaraq prezident Özal açıq şəkildə Ermənistanı hədələdi. Belə 
ki, Türkiyənin Baş naziri Tansu Çillər Ermənistanın Naxçıvana hücum edəcəyi təqdirdə, o, TBMM-
dən müharibə sanksiyaları tələb edəcəyi ilə təhdid etdi. Lakin, daha təmkinli olmağı tövsiyə edən 
siyasətçilər  də  var  idi.  Onların  da  öz  həqiqətləri  var  idi.  Bu  heç  bir  siyasi  xətlərlə  kəsişməyən 
məsələlər  idi.  O  zamanlar  Dəmirəl  Türkiyənin  müharibədə  Azərbaycanın  tərəfində  çıxış  etməsini, 
Rusiya  və  Qərb  dövlətləri  tərəfindən  xristianlar  və  müsəlmanlar  arasında  mübarizə  kimi  şərh 
edəcəkləri haqda xəbərdarlıq etmişdi. Bu isə ABŞ-Türkiyə münasibətlərinə ciddi mənfi təsir göstərə-
cəkdi. Türkiyə XİN-in bu cür bəyanatları onu vasitəçilik rolunu oynamaq imkanından məhrum edirdi.  
1994-cü il iyun ayında Baş qərargahın rəisi general Doğan Güreş Azərbaycan ordusuna kömək 
məqsədilə  türk  əsgərlərini  göndərməyə  hazır  olduğunu  bildirdikdə  Türkiyənin  mövqeyi  bir  az  sərt 
səslənmişdi. Rusiyanın Müdafiə Naziri Qraçov bu mövqeyə tez reaksiya verərək, Rusiyanın Türkiyə 
ordusunun  müdaxilə  etməsinə  imkan  verməyəcəyini  ifadə  etmişdi.  O  demişdi:  “Rusiyanın  həm 
Azərbaycanda, həm də Cənubi Qafqaz ərazisində öz siyasi maraqları var” (3, s. 4). Şapoşhnikov isə 
məharətlə Türkiyənin təhrikçi olmağa risk etdiyini manipulyasiya edərək, üçüncü dünya müharibəsinin 
baş vermə ehtimalını xatırlatmışdı. 
Biz  hesab  edirik  ki,  Qərbin  də  qatıldığı  və  Rusiya  tərəfindən  söylənilən  belə  bəyanatlar 
siyasi  böhtandır,  sadəcə  bir  şişirtmədir.  Birincisi,  Türkiyənin  Baş  Qərargah  rəisi  general  Doğan 
Güreşin sözləri hərfi mənada başa düşülməməlidir: o, sadəcə olaraq şovinist erməni hakimiyyətini 
qorxutmaq  istəmişdi.  İkincisi,  hazırda  gördüyümüz  kimi  hər  hansı  bir  hərbi  müdaxiləyə  yol 
verilmədi.  Üçüncüsü,  daxili  siyasi  təzyiq  müəyyən  dərəcədə  uzun  müddət  Dağlıq  Qarabağ 
münaqişəsində  Türkiyənin  neytral  qalmasına  imkan  vermirdi.  Ermənilərin  Qarabağa  və  digər 
Azərbaycan  torpaqlarına  hərbi  müdaxiləsi,  azərbaycanlıların  öz  doğma  torpaqlarından  qaçqın 
düşməsindən  bərk  narahat  olan  ictimai  rəy  Azərbaycanın  tərəfini  tutdu.  Bundan  əlavə,  Türkiyənin 
Böyük  Millət  Məclisinin  siyasi  partiyaları  Dağlıq  Qarabağ  məsələsində  zəif  dövlət  siyasətini  tənqid 
edirdilər. Millətçi Fəhlə Partiyasının lideri Alparslan Türkeş “Türkiyənin Azərbaycan torpaqlarının işğal 
edilməsinə laqeyd baxa bilmədiyini” vurğulayaraq, hərbi müdaxilə ideyasını müdafiə etmişdi (4). Ana 
Vətən  Partiyasının  sədri  və  müxalifət  lideri  Məsud  Yılmazın  mövqeyi  hökumətə  qarşı  açıq  çağırış 
olmuşdu.  O,  Ermənistan  sərhəddində  qoşunların  yerləşdirilməsində  israrlı  idi  və  Türkiyənin  Dağlıq 
Qarabağın  əvvəlki  statusunun  qorunmasına  təminat  kimi  öz  rolunu  qoruyub  saxlamağı  ictimaiyyətə 
xatırladırdı.  Bir  sıra  hallarda  Yılmaz,  Ermənistanın  hərəkətlərinə  müqavimət  əzmini  nümayiş  etdirmək 
üçün  Ermənistan  və  Naxçıvan  arasındakı  sərhəd  yaxınlığında  türk  qoşunlarını  yerləşdirməyə  ehtiyac 
olduğunu vurğulamışdı.  
Türkiyə  Ermənistana  hər  hansı  bir  silah  satışına  embarqo  da  tətbiq  etmişdi.  1992-ci  ilin  mart 
ayında Türkiyə türk hava  yolları  vasitəsilə Ermənistana uçan bütün təyyarələrin  yoxlayacağını  açıqla-
mışdı. Bundan başqa, Türkiyə Ermənistana qarşı iqtisadi blokadaya qoşulmaqda Azərbaycana kömək 
etdi, bu isə Ermənistana yardımların çatdırılması üçün hava məkanından istifadəni qadağan edirdi. Mart 
ayının ortalarında Dəmirəlin mövqeyi dəyişməyə başladı. “Washington Post” qəzetinə müsahibəsində, 
o, həlledici fəaliyyət tələb edən insanların ağır təzyiqi altında olduğunu ifadə etmişdi və buna görə də 
Türkiyənin hərbi müdaxiləsini istisna etmirdi (5). 
Dəmirəl  Özalın  yerinə  prezident  postuna  nail  olduqdan  sonra  Ermənistana  qarşı  və  Dağlıq 
Qarabağ  məsələsində  Türkiyənin  münasibəti  bir  qədər  yumşaldı.  Ankara  beynəlxalq  forumlarda 
Azərbaycanın mövqeyini təşviq etmək üçün diplomatik səylərini indi milliyətçi və anti-erməni ritorika-
dan çəkindirirdi.  
Öz  ərazisindən  Ermənistana  nəzərdə  tutulan  humanitar  yardımı  nəql  etmək  üçün  Türkiyənin 
razılığı, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də Azərbaycana diplomatik dəstəyin təmin edilməsinə 
mane  olmurdu.  Ankara  İranın  sülhməramlı  qismində  çıxış  etməsinə  və  Rusiyanın  Cənubi  Qafqazda 
hərbi və ya digər vasitələrlə öz mövqeyini möhkəmləndirməsinin qarşısını almağa cəhd edirdi. Ermənis-
tan silahlı qüvvələri Kəlbəcəri işğal edəndə, Dəmirəl ölkəsinin Azərbaycanın çətin vəziyyətində onu tək 


193 
qoymayacağını bildirmişdi, həm də əlavə etmişdi ki, Türkiyə bu problemin həllində “başını itirməməyə” 
cəhd edəcək (6). 
Daha  sonra,  Ankara,  ilk  növbədə  BMT  və  ATƏT-də  bir  sıra  təşəbbüslər  irəli  sürmüşdü. 
BMT-nin TŞ-nin beş daimi üzvlərinə o, Ermənistanın BMT-nin qətnamələrinə əməl etmədiyini və 
onun  işğalçılıq  siyasətinin  tamamilə  qəbuledilməz  olduğunu  bildirmişdi.  1993-ci  ilin  may  ayında 
Amerika  Birləşmiş  Ştatlarları  və  Rusiya  Federasiyası  ilə  birlikdə  Türkiyə  Dağlıq  Qarabağın  sülh 
planını  hazırladı  və  az  sonra  1993-cü  ilin  iyulunda  o,  türk  mətbuatının  adlandırdığı  “diplomatik 
hücum”a  başladı.  Bu  baxımından  onların  öz  mövqelərinin  yayılması  məqsədiylə  Türkiyənin 
türkdilli  xəbər  şəbəkəsindən  geniş  istifadə  etməsi  ibrətamiz  idi.  Bununla  yanaşı,  Ermənistanın 
hərəkətlərinin  pislənilməsi  üçün  Ankara  1993-cü  ilin  iyul  ayında  İstanbulda  keçirilən  İqtisadi 
Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısından istifadə etdi.  
Təəssüf ki, Dağlıq Qarabağda hərbi əməliyyatların hələ də tam aradan qaldırılmadığını etiraf 
etməliyik. Füzuli, Cəbrayıl və Ağdam rayonları Ermənistanın hücumlarına məruz qaldıqdan sonra, 
Türkiyə  BMT  Təhlükəsizlik  Şurası  qarşısında  məsələ  qaldırdı.  BMT-də  bir  çox  müşavirələrdən 
sonra işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz azad edilməsi 
tələbi  ilə  bir  neçə  qətnamə  qəbul  edildi.  BMT,  nəhayət,  Ermənistanın  işğalçı  qüvvələrə  dəstək 
verməməsini  tələb  etdi  və  Azərbaycanın  ərazi  bütövlüyünü  bir  daha  təsdiqlədi.  Türkiyə  də  itaət 
etmədiyi  halda  təcavüzkara  qarşı  müvafiq  sanksiyalar  tətbiq  edilməsini  təkid  edirdi.  Çox  güman  ki, 
Rusiya  bu  təklifə  qarşı  Təhlükəsizlik  Şurasında  öz  vetosunu  tətbiq  edə  bilərdi.  O,  Dağlıq  Qarabağ 
münaqişəsi  üzrə danışıqlar prosesində Türkiyəni tərəfdaş  kimi tanımırdı. Rusiyanın  Ankaradakı səfiri 
Albert  Çernışov  2013-ci  ildə  Türkiyə  mətbuatına  müsahibəsində  ifadə  etmişdi:  “Bəzi  insanlar 
fikirləşirlər  ki,  Türkiyə  boşluğu  doldurmalıdır,  ancaq  heç  bir  boşluq  yoxdur.  Rusiyanın  bu  regionda 
dərin  tarixi,  iqtisadi  və  siyasi  maraqları  var”.  Əlbəttə  ki,  belə  bəyanatlarla  Rusiya  Cənubi  Qafqazda 
regional təhlükəsizlik məsələlərində və hərbi qarşıdurma probleminin həllində “ağ bayraq” qaldıraraq 
sadəcə “qorunmağa” çalışırdı.  
Sonda,  münaqişənin  sülh  yolu  ilə  həlli  üçün  səyləri  1994-cü  ildə  Azərbaycan  və  Ermənistan 
arasında  imzalanan  müvəqqəti  atəşkəs  sazişinə  gətirib  çıxardı.  Ermənistan  tərəfindən  Azərbaycan 
ərazilərinin 20%-i işğal olundu. Türkiyə sayəsində, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri 
Azərbaycanın ərazi bütövlüyü prinsipini tanıdılar. BMT də bu mövqeylə razılaşırdı. Münaqişənin sülh 
yolu ilə həllinə gəldikdə isə Türkiyə münaqişə tərəfləri arasında ikitərəfli danışıqları müdafiə etməkdə 
davam edir. O, hələ də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını 
diplomatik münasibətlərin qurulması üçün əsas şərt kimi qoyur.  
 
ƏDƏBİYYAT  
 
1.
 
Nuriyev E. Geopolitical Breakthrough and Emerging Challenges // The Case of South Caucasus,  II 
Perceptions, Vol. 34, No. l, January 1998, 197 р. 
2.
 
Freddy De Pauw, Turkey Policies in Transcaucasia in Bruno Coppieters, (ed.), Contested Border in 
the Caucasus, Brussels, VUB Press, 1996, 275 р.  
3.
 
Moscow News, 15 July, 1994. 
4.
 
FBIS-WEU, 27 February 1992, quoting Anatolia News Agency, 25 February 1992. 
5.
 
The religious conservatives newspapers, Zaman, Turkiye, 5 Mart 1992. 
6.
 
FBIS-WEU, 27 February 1992, quoting Turkiye Radyolan, 12 March 1992. 
 
ABSTRACT 
 
CONFLICTS AND REGIONAL SECURITY ISSUES IN SOUTH CAUCASUS 
 
The  article  gives  a  brief  historical  excursion  into  the  history  of  relations  between  several 
countries:  Russia,  Turkey  and  the  Western  countries,  mainly  the  United  States,  which  had  a  definite 
strategic  interests  in  the  South  Caucasus.  First  of  all,  it  found  that  the  facts  of  the  Azerbaijani  and 
Turkish  history  since  the  beginning  of  the  XX  century  shows  a  significant  clash  of  geopolitical  and 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə