Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   86   87   88   89   90   91   92   93   ...   164

184 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
ELFANƏ QASIMOVA 
Azərbaycan Dövlət İqtisad Universiteti 
UOT:
 
008 
 
DİZAYN AZƏRBAYCAN CƏMİYYƏTİNİN SOSİO-MƏDƏNİ DƏYƏRİ KİMİ 
 
Açar sözlərdizayn, cəmiyyət, sosiomədəni dəyər, həyat tərzi, estetik tələblər 
Key wordsdesign, society, socio-cultural values, lifestyle, aesthetic requirements 
Ключевые  слова:  дизайн,  общество  социокультурная  ценность,  образ  жизни, 
эстетические требования 
Reallıq  belədir  ki,  öz  peşəsinin  mahiyyətinə  görə  dizayner  gözəlliyi  yaratmalı  və  özünü 
estetik-bədii  mədəniyyəti  ilə  reallaşdırmalıdır.  İnsan  üçün  həyatda  maraqlı  nə  varsa,  insanı 
düşündürən hər bir gözəlliy – bunlar dizaynerin diqqət mərkəzində durmalıdır. Cəmiyyətin hər bir 
üzvü hansı ixtisas sahibi olmasına baxmyaraq ilk növbədə ictimai insandır və o, zəruri olaraq onu 
əhatə  edən  gerçəkliyə,  faktlara  və  hadisələrə  münasibətini  bildirməlidir.  Deməli,  biz  cəmiyyətdə 
insanı əhatə edən dəyərlərə münasibətimizi nümayiş etdiririk. 
Müasir dünyada dizayn mədəniyyətində mühüm yerlərdən birini dəyərlər tutur. Öncə qeyd 
edək  ki,  deyək  İbtidai  icma  quruluşunda  elm  olmadığından  onun  dəyərləri  də  olmamışdır.  Orta 
əsrlərdə dini dünyagörüşün hakim mövqe tutduğu bir şəraitdə ilahi ideyası və müqəddəs kitabların 
insanlara  aşıladığı  ehkamlar  insanların  düşüncəsinə  hakim  kəsilmişdi.  Elmi  əsərlər  və  risalələr 
cəmiyyət  üçün  təhlükəli  hesab  olunur,  onların  müəllifləri  isə  inkvizisiyanın  təqiblərinə  məruz 
qalırdılar. Bu o deməkdir ki, dəyərlər  aləmini həmişə konkret olaraq nəzərdən keçirmək lazımdır, 
çünki  dəyər  obyektlərinin  özünəməxsus  tarixi  hüdudları  mövcuddur  və  bu  hüdudları 
müəyyənləşdirmək müəyyən çətinliklərlə bağlıdır. Elə bu səbəbdən də bu günün özündə dəyərlərin 
təsnifatı ciddi elmi problem kimi qalmaqdadır. Hər halda real fakt budur ki, bu problemin həlli üçün 
vahid  yanaşma  yoxdur.  Hazırda  bunu  demək  mümkündür  ki,  dəyərlərin  ən  ümumi  təsnifatının 
əsasları bu sahərlərdir: ictimai həyat, dəyərlərin daşıyıcıları, dəyərlərin iyerarxiyası. İctimai həyatda 
üç qrup dəyərlər əsas götürülür: maddi, sosial-siyasi və mənəvi dəyərlər. (1) 
Maddi dəyərlər – təbiət obyektlərinin və predmet dəyərlərinin, yəni əmək alətləri və əşyalar, 
başqa sözlə, bilavasitə insanın tələbatlarını ödəyən predmetlərin dəyər əhəmiyyəti nəzərdə tutulur. 
Təbii dəyərlər təbiət sərvətlərində öz yeri olan təbii nemətdir. Predmet dəyərlərinə insanın yaratdığı 
dəyərlər  aiddir  -  əmək  məhsullarının  istehlak  dəyəri,  keçmişin  mədəni  irsi,  müasirlərin  predmet 
sərvətləri və dini etiqad predmetləri. 
Sosial-siyasi  dəyərlər  –  sosial  və  siyasi  hadisələrin,  təzahürlərin,  siyasi  aktların  və 
hərəkətlərin  dəyər  əhəmiyyətidir.  Belə  halda  dəyər  əhəmiyyətinin  meyarları  kimi  ictimai  nemət, 
siyasi iradə, qardaşlıq, sülh və s. çıxış edir. 
Mənəvi  (subyektiv)  dəyərlər  –  ictimai  şüurun  normativ,  tövsiyə  -  qiymətləndirmə 
təzahürləri,  bunlar  müvafiq  formalar  vasitəsilə  ifadə  olunurlar,  insanın  sosial  və  təbii  reallıqda 
yönümünün normativ forması kimi xidmət edir. Məlumdur ki, bu ideyalar, baxışlar həqiqi, əsl və 
yalan ola bilərlər, lakin bununla dəyər olaraq qalırlar. Dəyərlər sahəsində bütün ideyalar insanların 
bu  və  digər  münasibətlərini  tənzimləmə  funksiyanı  yerinə  yetirərək  şəxsiyyətin  fəaliyyətinin 
vasitələri və obyektləri kimi çıxış edirlər. 
Belə dəyərlər sahəsində inteqral xarakterə malik mədəniyyət xüsusi yer tutur. Birincisi, ona 
görə ki, insanların öz tələbatlarının ödənilməsi üçün yaratdıqları maddi, sosial-siyasi və mənəvi dəyərləri 
birləşdirir.  İkincisi,  mədəniyyət  yalnız  yaradılmış  dəyərlərin  məcmusu  deyil,  həm  də  dəyərlərin 
yaradılması və mənimsənilməsi vasitəsidir, yəni insanın maddi və mənəvi fəaliyyəti çərçivəsində yaradıcı 
potensialının reallaşdırılması vasitəsidir. (2) 


185 
Başqa  sözlə,  mədəniyyət  yalnız  predmetlərin  və  dəyərlərin  cəmi  deyil,  insanın  istedadının  və 
başqalarının  bacarıqlarının  aşkarlanması  prosesidir,  onun  müvafiq  dəyər  yönümlərinin  formalaşdırıl-
masıdır.  Mədəniyyətin  özü  bir  dəyər  kimi  insanın,  onun  humanizminin,  alicənablığının  və  yaradıcılıq 
qabiliyyətinin  inkişafına,  iradəsinin  artmasına,  onun  təbiət,  ictimai  münasibətlər  və  özü  üzərində 
hakimliyinin artmasına kömək edən dəyərdir. 
Dizayn  yaradıclığı  baxımından  mühüm  cəhət  budur  ki,  cəmiyyət  həyatında  dəyişiliklərin  baş 
verməsilə  dəyərlərin  bir növdən  başqa bir  əhəmiyyət  kəsb  edən növə çevrilməsi  nəzərə  alınmalıdır,  bu 
obyektiv  faktordur.  Cəmiyyət  inkişaf  etdikcə  yeni  dəyərlər  meydana  çıxır  və  ya  əksinə  digər  dəyərlər 
əhəmiyyətini itirir, yaxud da həyatdan gedir. 
Hər  bir  nəsil  toplanmış  təcrübədən  istifadə  edir,  keçmişin  nəaliyyətlərini  mənimsəyir  və  yeni 
dəyərlərin yaradılmasına doğru daha irəli gedir. 
Dizayn yaradıcılığında da cəmiyyətin mədəni həyatında olduğu kimi üç növ dəyərlər olur: “dəyər-
lər  –  ideallar”;  “dəyərlər-ideallar”la  qarşılıqlı  təsir  nəticəsində  aşkar  edilmiş  “şeylər”in  xüsusiyyətləri  – 
dəyərlər;  dəyər  xüsusiyyətlərinə  malik  “dəyərlər-şeylər”.  Dəyərlərin  daşıyıcıları  baxımından,  bir  qayda 
olaraq,  bunları  fərqləndirirlər:  fərdi,  qrup,  yaxud  kollektiv,  ümumxalq  və  bəşəri  dəyərlər,  Şəxsi,  yaxud 
fərdi dəyərlər – bu konkret insan üçün predmetin, hadisənin, ideyaların dəyər əhəmiyyəti. Şəxsi dəyərlər 
fərdin  həyatında  mühüm  rol  oynayır,  buna  baxmayaraq  şəxsiyyətin  dəyər  yönümünü  bunlar  müəyyən 
etmir,  ona  görə  ki,  insanın  mahiyyəti  onun  ictimai  münasibətlərin  məcmusundan  ibarətdir.  İnkişaf 
prosesində insanların tələbatları dəyişdikcə onların dəyərlərə münasibəti də dəyişir. 
Şəxsi  dəyərlərin  dizaynerin  tərəfindən  dərk  edilməsi  insanın  “Bu  məhsul  mənim  üçündürmü?” 
sualına cavab tapmağa kömək edir. İstehlakçı tərəfindən hansı məhsula üstünlük verilməsi barədə qərarın 
qəbul edilməsi prosesində tələbatların dərk edilməsi üçün dəyərlər xüsusi əhəmiyyət kəsb edir. Bundan 
əlavə,  dəyərlər  həmçinin  qiymətləndirmə  meyarlarının  müəyyən  edilməsinə  təsir  göstərir.  Başqa  sözlə, 
dizayn  predmetinin  onun  üçün  nə  qədər  gərəkli  olması  barədə  meyarlarına  təsir  göstərir.  Dəyərlər 
kommunikasiya proqramlarının səmərəliliyinə də təsir göstərir, çünki istehlakçı özünə belə bir sual verə 
bilər:  “Reklamda  göstərilən  vəziyyətdə  olmaq  istərdinmi?”.  Dəyərlər  insanın  öz  həyatında  nail  olduğu 
davamlı  motivlər,  məqsədlərdir.  Müəyyən  mənada  dizayn  yaradıcılığı  bu  məqsədlərə  nail  olmaq 
vasitələrini təqdim edir. 
Bu gün Azərbaycan cəmiyyəti müstəqillik illərində özünün  yeni formasiyasını  yaşayır. Belə bir 
tarixi şəraitdə cəmiyyətimizdə istər milli, istərsə də bəşəri dəyərlərin şəffaf təzahürü üçün geniş imkanlar 
açılır.  Azərbaycan  cəmiyyətində  insaların  həyat  tərzinin  öyrənilməsinin  aktuallığı,  hər  şeydən  əvvəl, 
sosiumda baş verən məqsədyönlü sosiomədəni dəyişiliklərlə  bağlıdır.  Ümumiyyətlə hər bir  cəmiyyətdə 
tədricən təşəkkül prosesi, sonra isə onun faydalı məzmun kəsb etməsi üçün spesifik formaların inkişafı baş 
verir. Bunun sayəsində insanalrın iqtisadi, siyasi, mədəni həyatı üçün vacib olan şərait yaranır. Cəmiyyət 
üzvlərinin şəraitinin dəyişilməsi onun təşkilinin vasitələrinin dəyişməsinə, yeni həyat tərzinin dəyişməsinə 
gətirib  çıxarır.  Başqa  sözlə,  burada  hər  bir  cəmiyyət  üçün  spesifik  olan  həyat  tərzinin  əlamətləri  və 
xüsusiyyətlərinin formalaşmasından söhbət gedir. 
Hazırda  məlum  olur  ki,  Azərbaycanda  müstəqillik  illərində  ictimai  proseslərin  sürətlənməsi, 
iqtisadiyyatın  struktur  komponentlərinin  dəyişməsi  insanların  həyat  fəaliyyətinin  keyfiyyət,  məzmun 
xarakteristikalarının  dinamikasını  şərtləndirmişdir,  şəxsiyyətin  inkişaf  prosesi  kütləvi  şəkildə 
genişlənmişdir. Sosiomədəni mühitdə baş verən bu dəyişiliklər, obyektiv olaraq insanların  yemək, yaşayış 
yerlərinə, geyimə münasibətdə artan tələbatalrını ödəyən  yeni texniki vasitələrin də dəyişməsinə gətirib 
çıxarmışdır.  Öz  növbəsində  məişət  predmetlərinə  artan  tələbatlar  qiymətləndirmə  meyarlarında  da 
dəyişiliklər  yaratmışdır.  Əhalinin  rifahının  artmaqda  olan  göstəricilərinin  diferensiasiyası,  insanların 
övqatının,  onların  məşğuliyyətlərinin  məzmununun  diferensasiyası  cəmiyyətdə  həyat  keyfiyyətində 
bərbaərsizliyi dərinləşdirmişdir. 
Sosiomədəni  həyatın  dinamikasına  artan  maraq  təbii  olaraq  “həyat  tərzi”  anlayışına  müraciət 
edilməsini  şərtləndirmişdir.  Marağın  artmasının  bir  səbəbi  də  budur  ki,  son  iyirmi  il  ərzində  müxtəlif 
ictimai və humanitar  elmlər  (sosiologiya, sosial  psixologiya, psixologiya, linqvistika, tarix,  etnoqrafiya, 
sənətşünaslıq  və  s.)  çərçivəsində  insanların  həyat  fəaliyyətilə,  onları  əhatə  edən  sosial,  mədəni  mühitlə 
bağlı  xeyli  emprik  faktlar  və  nəzəri  ümumiləşmələr  toplanmışdır.  Məsələn,  insanın  ətraf  mühitlə  fəal 
əlaqəsini ifadə edən “şəxsiyyət”, “fəaliyyət”, “tələbatlar”, “maraqlar”, “dəyər yönümləri”, “ünsiyyət” və s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə