Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   83   84   85   86   87   88   89   90   ...   164

178 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
PİRİ AXUNDOV  
Azərbaycan Texnologiya Universiteti  
piriaxundov@mail.ru
 
UOT: 297; 94(479.24) 
AZƏRBAYCANDA XIX - XX ƏSRLƏRDƏ DİNİ İSLAHATÇILIQ MEYLLƏRİ 
 
Açar sözlər:  İslam, islahatçılıq, xristianlıq, din, sosioloji 
Key words: Islamic reformist, christian, sociology of religion 
Ключевые слова: Ислам, христианство, религия, социальная 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  ictimai-dini  mühit  özünün  mürəkkəb  dövrünü 
yaşayırdı.  Bu  mühitin  formalaşmasına  bir  çox  proses  öz  təsirini  göstərmişdir.  XIX  əsrdə  Çar 
Rusiyasında  baş  verən  iqtisadi-siyasi  proseslər,  o  cümlədən  mütləqiyyətin  Azərbaycanda  özünə 
güclü  sosial  dayaq  formalaşdırmaq  üçün  həyata  keçirdiyi  xristianlaşdırma  siyasəti  bu  mühitin 
formalaşmasında həlledici rol oynamışdır. 
XIX  əsrin  əvvəlində  Şimali  Azərbaycan  Rusiya  tərəfindən  işğal  edildikdən  sonra  çarizm 
burada öz müstəmləkəçilik siyasətini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata keçirməyə 
başladı. Bu tədbirlərdən biri yerli əhalinin–azərbaycanlıların dini əqidəsinə təsir göstərmək, onları 
həm  hüquqi-siyasi,  həm  də mənəvi-psixoloji cəhətdən rus çarizminin  müstəmləkəçilik  qaydalarına 
tabe  etdirməkdən  ibarət  idi.  Məhz  rus  çarizminin  Azərbaycandakı  müstəmləkəçilik  siyasətində 
qarşıya  qoyduğu  məqsəd  Rusiya  hakim  dairələrinin  Qafqaz  canişinliyinə  göndərdikləri  məxfi 
təlimatda  deyildiyi  kimi,  “oradakı  əhalini  rusca  danışmaq,  rusca  fikirləşmək  və  rusca  duymağa 
məcbur etmək”dən ibarət idi. 
Azərbaycanın  Rusiya  ilə  İran  arasında  bölüşdürülməsindən  sonra  çar  hökumətinə  Şimali 
Azərbaycandakı əhalinin mövcud etnik tərkibini öz mənafeyinə uyğun dəyişdirmək imkanı yarandı. 
Bu  da  bölgədəki  yerli  xalqların,  xüsusilə  Azərbaycan  türklərinin  atababa  yurdu  hesabına  özlərinə 
vətən əldə etmək xülyası ilə yaşayan erməni millətçiləri üçün tarixi fürsət oldu. Gələcəkdə bölgənin 
başına sonsuz bəla və müsibətlər gətirəcək bu xəbis niyyətin həyata keçirilməsində Eçmiədzindəki 
erməni  ruhaniləri  ilə  yanaşı,  çar  ordusunda  xidmət  edən  erməni  mənşəli  zabitlər  də  böyük  rol 
oynadılar. İrandakı ermənilərin Şimali Azərbaycana köçürülmə işinə rəhbərlik isə bilavasitə erməni 
mənşəli polkovnik Lazarevə həvalə olundu. Türkmənçay müqaviləsi üzrə 26 fevral-11 iyun 1828-ci 
il  tarixləri  arasında  gerçəkləşdirilən  ilk  köçürmə  kampaniyası  1830-cu  ilə  qədər  davam  etdi  və  40 
mindən  çox  ermənini  əhatə  etdi.  Köçürülən  ermənilər  əsasən  İrəvan,  Qarabağ  və  Naxçıvan 
ərazilərinə  yerləşdirildi.  Bu  məqsədlə  200  min  desyatindən  çox  münbit  xəzinə  torpağı  ayrıldı  və 
onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alındı. Türkiyə 
ərazisindən köçən 84 min erməni və qeyri-rəsmi köçənlərlə birlikdə məskunlaşan ermənilərin sayı 
200  mini  ötüb  keçdi  (4,299).  Bu  köçürmələr  nəticəsində  əhalisinin  73,4  faizi  türklər  olan  İrəvan 
xanlığının  yerində  “Erməni  vilayəti”  yaradıldı,  Naxçıvanda  və  İrəvanda  yaşayan  yerli  müsəlman 
bəylərinin  irsi  torpaqlarını  əllərindən  alınaraq  orada  İrandan  köçürülmüş  ermənilər  yerləşdirildi 
(2,634).  Çoxlu  sayda  ermənini  Azərbaycanın  müxtəlif  bölgələrinə,  o  cümlədən  Qarabağa, 
yerləşdirən  imperiya  yerli  xalqın  mənafeyini  tapdalayaraq  özünün  mənfur  niyyətlərini 
gerçəkləşdirməyə  nail  oldu  [1].  Məhz  bu  siyasətin  nəticəsində  1823-27-ci  illərdə  Qarabağ 
əyalətində məskunlaşmış əhalinin cəmi 8 faizini təşkil edən ermənilərin sayı 1828-30-cu illərdə 35 
faizə, Naxçıvan əyalətində müvafiq olaraq 13 faizdən 49 faizə, nəhayət “Erməni vilayəti”ndə isə 24 
faizdən  54  faizə  çatdırıldı  (2,674).  Təbii  ki,  bunun  müqabilində  də  eyni  illərdə  Azərbaycan 
türklərinin sayı Qarabağda 91 faizdən 65 faizə, Naxçıvan əyalətində 86 faizdən 51 faizə və “Erməni 
vilayəti”ndə 73,8 faizdən 46,2 faizə düşmüş oldu. Rus müəllifi Şavrovun da etiraf etdiyi kimi, XX 


179 
yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin bir milyondan çoxu diyarın 
köklü sakinləri olmayıb çar Rusiyası tərəfindən məskunlaşdırıldı [2]. 
Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi: almanları 
və rusları.  
ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının 
apardığı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri işğal  olunmuş əraziyə xristian etnosları 
köçürmək və xristian  elementinin çəki yükünü ölkə əhalisinin etno-konfessional nomenklaturasında 
artırmaq  idi.  Yadelli  xristian  etnoslardan  ilk  olaraq  almanlar  Azərbaycanın  şimal  torpaqlarına 
köçürülmüş  və onların koloniyaları salınmışdı.  Alman kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə 
qərb  elementlərini  daxil  edə  bilmiş,  kənd  təsərrüfatında  üzümçülük,  şərabçılıq,  tütünçülük  kimi 
sahələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur. 
Azərbaycan  torpaqlarını  özünün  müstəmləkə  sisteminə  qatan  Rusiya  siyasi  hakimiyyətini 
bölgədə  bərqərar  etmək  məqsədi  ilə  işğal  etdiyi  ərazidə  mövcud  islam  sistemini  pozmaq  və  əsas 
vasitə kimi götürdüyü xristian elementini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan 
xristianlaşdırma  siyasətini  məqsədyönlü  olaraq  aparmışdır.  Belə  ki,  müsəlman  ölkəsində  Rusiya 
hakimiyyətini  möhkəmlətmək  məqsədini  əsas  tutan  mütləqiyyət  yaddilli,  yaddinli,  yadtəbiətli 
əhalinin  assimilyasiyaya  uğramasında  mütləq  vasitə  dini,  xristianlığın  yayılmasını  götürmüşdü. 
Belə  ki,  Rusiya  imperiyasının  hakim  dairələrinin  fikrincə  ölkənin  köklü  əhalisi  yadelli  işğalla 
barışmayacaq və bu barışmazlığın  dayaq nöqtəsi də  İslam dini idi. Çünki,  minillik bir tarixi  dövr 
boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi.  
Rusiya  imperiyasının  Şimali  Azərbaycanı  tərkib  hissəsinə  çevirmək  məqsədi  ilə 
xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti 
üçün  şərait  yaradır.  Və  işğalın  ilk  illərində  fəaliyyət  göstərən  missioner  cəmiyyətləri  təkcə 
pravoslav    deyil,  habelə  qeyri-pravoslav  yönümlü  idilər.  Sonuncuların  fəaliyyət  məkanına  “Bazel 
Missionerləri” cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı-ayrı nümayəndələri 
belə  qənaətə  gəlirlər  ki,  qeyri-pravoslav  missioner  cəmiyyətləri,  o  cümlədən  Bazel  yevangel 
cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi üçün onların  
fəaliyyətinə  xitam  verilməlidir.  Beləliklə,  XlX  əsrin  30-cu  illərində  Rusiya  hakim  dairəlilərində 
qeyri-pravoslav missioner cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-
loyal  duruma  gəlmiş  və  nəticədə 1835-ci  ilin  payızında Bazel  missioner cəmiyyətinin  fəaliyyətinə 
qadağa  qoyulmuşdu.  Verilən  qərarla  razılaşmayan  Bazel  missionerləri,  baron  Q.V.Rozenə 
yazdıqları  hesabatlarında  bölgədə  xristianlaşdırma  siyasətinə  toxunaraq,  bildirmişdilər  ki,  onların 
cəmiyyətinin əsas məqsədi müsəlmanları xristianlaşdırmaqdır. Və bunun üçün də əsas vasitə olaraq 
Bibliyanın  bölgədə  təbliği  və  yayılması  məqsədəuyğun  hesab  edilmişdir.  Çünki  onların  fikrincə 
dinin və dini baxışların dəyişilməsi üçün “nəinki onilliklər, hətta əsrlər lazımdır”. Bu fikri əsas tutan 
Bazel  missionerləri  Rusiya  rəsmi  dairələrinin  xristianlaşdırma  siyasətində  kəmiyyət  meyarına 
istinad  etmələrini  qəbul  etmir  və  bildirirlər  ki,  qısa  bir  zaman  çərçivəsində  göstərdikləri  fəaliyyət 
onlara  belə  bir  gerçəkliyi  aydınlaşdırmışdır  ki,  Azərbaycan  torpaqlarının  köklü  əhalisi, 
azərbaycanlıları,  xristianlaşdırmaq  o  qədər  də  asan  deyil.  Çünki  əsrlərlə  Azərbaycan  xalqının 
mentalitetini,  özünüdərkini  müəyyənləşdirən  İslamı  və  “islam  mədəniyyətini  şüurlardan  silmək 
mümkün  deyil”.  Lakin  mütləqiyyət  müstəmləkə  iddialarından  əl  çəkmək  istəməyərək,  Bazel 
missionerlərinin  bu  müraciətini  qəbul  etməyərək  1837-ci  ilin  yayında  onların  fəaliyyətini 
dayandırmışdı.  
Beləliklə, XlX əsrin ikinci otuzilliyində başlayaraq Rusiya imperiyasının Cənubi Qafqazda, 
o  cümlədən  Şimali  Azərbaycanda  apardığı  xristianlaşdırma  siyasətində  yeni  istiqamət  özünü 
göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian 
amilini  sadəcə  olaraq  artırmaq  məqsədini  əsas  götürdüyü  uçun  xristian  dininin  ayrı-ayrı 
konfessiyalarını  xristianlaşdırma  siyasətinə  qoşurdusa  da,  Türkmənçay  müqaviləsi  bağlandıqdan 
sonra Rusiya imperiyası bölgədə siyasi  hakimiyyətini  bərqərar  etmək məqsədi  ilə  qeyri-pravoslav 
konfessiyaların,  o  cümlədən  Bazel  missionerlərinin  fəaliyyətini  məqsədəuyğun  hesab  etməyərək 
onları  xristianlaşdırma  siyasətindən  uzaqlaşdırır  və  bu  siyasətin  ana  xətti  ortodoksal  kilsə  ilə 
bağlanılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə