Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   85   86   87   88   89   90   91   92   ...   164

182 
erməniləşdirmək  məqsədi  ilə  Alban  kilsələrini  qriqoryanlaşdırmaq  fikrindən  uzaq  olardı)  İslam 
ənənələrini  inkişaf  etdirməyə  daha  çox  meylli  idilərsə,  kapitalist  Bakısının  Azərbaycan 
xeyriyyəçiləri,  İslam  dəyərlərini  qorumuş  və  paralel  olaraq,  Qərb  mədəniyyətini  köhnə  Bakıya 
aşılayaraq,  Qərb-Şərq  mədəniyyətinin  sintezini  apararaq,  bəşər  tarixinə  təkraredilməz  yeni  çox 
səviyyəli mədəniyyət gətirmişdir və 1907-ci ildə H.Z.Tağıyevin tikdirdiyi “Jon Mironosets” kilsəsi 
buna bariz nümunədir. Ümumən Azərbaycan xeyriyyəçilərinin fəaliyyəti Azərbaycan sosial-mədəni 
həyatında özünəməxsus bir toleyrantlıq ansamblı  yaratmış, mədəni və dini müxtəlifliyin inkişafına 
xidmətlər göstərmişlər. 
Azərbaycan  torpaqlarında  müstəmləkə  siyasətini  aparan  Rusiya  imperiyası  köçürmə, 
ruslaşdırma siyasəti ilə paralel olaraq, İslam dininin cəmiyyətdə tutduğu rolunu da mümkün qədər 
məhdudlaşdırmağa  çalışırdı.  Cəmiyyətin  əxlaqına  və  məişətinə  ciddi  təsir  göstərə  bilən,  müstəqil 
sosial-siyasi  qüvvə  olan  müsəlman  ruhanilərinə,  imperiya,  ehtiyatla  yanaşmağa  çalışırdı.  Belə  ki, 
ölkədə  İslamın  nüfuz  dairəsini  mümkün  qədər  məhdudlaşdırmaq,  müsəlman  ruhanilərinə 
məqsədyönlü  şəkildə  təzyiqlər  göstərmək,  müsəlman  ruhanilərinin  dini-siyasi  fəallığını 
neytrallaşdırmaq istəyən mütləqiyyət, ruhanilərlə əməkdaşlıq əlaqəsinə girərək, onların nüfuzundan 
imperiya  mənafeyi  naminə  faydalanmaq  istəyirdi.  Müsəlman  ruhaniliyin  nüfuzu  ilə  barışmaq 
məcburiyyətində qalan mütləqiyyət 1823-cü ildə Zaqafqaziya Müsəlmanlar Ruhani  İdarəsini təşkil 
edir.  Bu  qurum  qısa  bir  zaman  çərçivəsində  köklü  müsəlman  əhalisinin  maraqlarını  təmin  edən 
istiqamətdə  fəaliyyət  göstərir.  Bu  qurumun  əhaliyə  təsir  gücünü  hiss  edən  Rusiya  “parçala,  hökm 
sür!” kredosunu əsas tutaraq, İslamda məzhəb məsələsini qabartmaq xəttini götürür və 1832-ci ildə 
Tiflisdə Qafqazın Muftisi vəzifəsini təsis edir. 
Romanovlar Rusiyası  İslam  dininə qadağa qoymasa da, müsəlmanların  ümumi  təbəəlik və 
dini – mədəni hüquqlarına təzyiq və məhdudiyyət qoyduğundan, xristian missionerlərin təbliğatına 
şərait  yaratdığından  xalq  belə  bir  vəziyyətlə  barışa  bilmir  və  Birinci  Rusiya  inqilabı  illərində 
Rusiyanın  müsəlman  xalqları  kimi,  Azərbaycanın  mütərəqqi  qüvvələri  imperiyanın  müsəlman 
əhalisinin rus xalqı ilə eyni olaraq, hüquq bərabərliyinin tanınması tələbi ilə çıxış edir. Müsəlmanlar 
üçün  mədəni–təhsilin  inkişafının  labüdlüyünü  göstərirlər.  Bu  tələbləri  təkminləşmiş  şəkildə, 
Azərbaycan  milli  hərəkatının  görkəmli  nümayəndəsi    Ə.  M.  Topçübaşovun  sədrliyi  ilə  1905-ci  il 
avqustun  15-də  Nijni-Novqorodda  keçirilən  Rusiya  müsəlmanlarının  I  qurultayı  irəli  sürmüşdü. 
Həmin  dövrdə  Azərbaycan  və  Rusiya  müsəlmanlarının  tərəqqipərvər  nümayəndələri  multikultural 
ideyanın, “avropalaşma, türkləşmə, islamlaşma”, ətrafında  birləşməyə çalışırdılar.(6) 
1918-ci  il  mayın  28-də  Azərbaycanın  “İstiqlaliyyəti  haqqında  Aktı”nı  qəbul  edən 
Azərbaycan  Xalq  Cumhuriyyəti,  dövlətin  ərazisində  yaşayan  bütün  insanlara  hüquq  bərabərliyi 
verdi.  Yarandığı  zamandan  etibarən  ölkənin  ərazi  bütövlüyü  uğrunda  mübarizə  aparan  AXC, 
Azərbaycan  xalqının  tolerantlıq  ənənələrindən  imtina  etməyərək,  dövlətin  qanunverici  orqanı, 
parlamenti  formalaşdırarkən,  ölkənin  sosial-siyasi  həyatında  xidməti  olan  azsaylı  xalqlara,  eyni 
zamanda  Rusiya  imperiyası  dövründə  əhalinin  etno-konfessional  tərkibində  müəyyən  çəki  yükü 
əldə  edə  bilmiş  rus  və  ermənilərə  də  yer  ayrılmışdı.  (7)  Belə  ki,  etnik  proporsiyaya  görə 
parlamentdə  nəzərdə  tutulan 120 deputat  yerindən 80-i  müsəlmanlara, 21-i  ermənilərə, 10-u-  Bakı 
Rus  Milli  Şurasına  1-i  –  Alman  Milli  Təşkilatına,  1-i  –Yəhudi  Milli  Şurasına,  1-i  Gürcü  Milli 
Şurasına,  1-i  Polyak  Milli  Komitəsinə  verilmişdi.  Azsaylı  xalqların  nümayəndələri,  parlamentə 
seçilərkən, onun işində də aktiv fəaliyyət göstərmişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun 
parlamentin  aqrar  komissiyasının  tərkibinə  daxil  edilmiş,  qanunların  hazırlanmasında  iştirak 
etmişdi.  Qeyri-müsəlman  etnosların  tarixinə  və  mədəniyyətinə  hörmətlə  yanaşan  AXC,  multi-
kultural  mühitin  formalaşmasının  demokratiyanın  inkişafına  müsbət  təsir  edəcəyini  nəzərə  alaraq, 
ölkədə  alman  koloniyaların  salınmasının  100  illik  yubileyinin  təntənəli  şəkildə  keçirilməsi  üçün 
şərait yaratmış və bu yubiley 1919-cu ilin iyunun 9-da təntənəli şəkildə Yelenendorf koloniyasında 
keçirilmişdi.  L.Kun  bu  bayram  tədbirində  çıxış  edərək  bildirmişdi  ki,  Azərbaycan  torpaqlarında 
məskunlaşan  kolonistlər  Azərbaycan  xalqının  onlara  bəslədiyi    hörmət  və  ehtiramı  unutmur  və 
Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər. 
 
 
 


183 
ƏDƏBİYYAT 
 
1.
 
S.  Hüseynov.  Azərbaycanda  dini  tolerantlıq  mədəniyyəti:  tarix  və  müasirlik.  Bakı:  Təknur, 
2012, s. 28 
2.
 
M.  Babaşov.  XIX  əsrdə  çar  Rusiyasının  Azərbaycanda  yeritdiyi  milli  və  dini  ayrı-seçkilik 
siyasətinin mahiyyəti. Journal of Qafqaz University. No: 10, 2002, s. 42. 
3.
 
A.  Cургуладзе.  Прогрессивные  последствия  присоединения  Грузии  к  России,  Тбилиси, 
издательство «Мецниерева», 1982, s.59-60. 
4
 
Əhməd bəy Ağayev. “İrşad” qəzeti, 1906-cı il, No: 53. 
5
 
Ə. Ağaoğlu. İran və inqilabı. Bakı, Azərnəşr, 2009, s.6. 
6
 
İ. İsaxanlı. Fərhad Ağazadə və Latın əlifbasına keçid. s. 14-15           
7.  Axundov. Kəmalüddövlə məktubları. Bakı, Azərnəşr, 1969, s.30. 
 
ABSTRACT 
P. Akhundov  
XIX-XX CENTURY RELIGION REFORM EFFECT IN AZERBAIJAN 
 
At  the  beginning  of  the  twentieth  century,  the  social-religious  environment  in  Azerbaijan 
was  experiencing  a  complex  period.  Many  processes  have  affected  the  formation  of  this 
environment, and the article has introduced a wide range of 
 
РЕЗЮМЕ 
П. Ахундов 
РЕЛИГИОЗНЫЕ РЕФОРМАТОРСКИЕ ТЕНДЕНЦИИ 
 В АЗЕРБАЙДЖАНЕ В XIX - ХХ ВЕКАХ 
 
В начале ХХ века в Азербайджане общественно-религиозная среда пережила свой 
сложный период. На формирование этой среды повлияло множество процессов. В статье 
широкое место отведено формированию этих вопросов. 
 
 
 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə