Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   88   89   90   91   92   93   94   95   ...   164

188 
ABSTRACT 
Elfana Gasımova  
DESIGN AS A SOCIO-CULTURAL VALUE 
 OF THE AZERBAIJANI SOCIETY 
 
Along  with  the  direct  involvment  of  design  in  the  socio-cultural  changes  of  the  modern 
Azerbaijani  society,  its  role  as  a  socio-cultural  value  is  undeniable.  We  know  from  the  experience  that 
namely the designer is able to control his intentions educatedly before the formation of a design idea. Such 
conclusion can be made that in the modern world, the design is, above all,  the activity of the professionals 
who are able to perceive the importance and responsibility of their professional activities, a life position 
bringing out new ideas to the socio-cultural life of the society. Today it is possible to say that the design 
itself is a way of life, the area of self-improvement and rich creativity. In more qualitative perception of the 
socio-cultural values of the Azerbaijan society, the designer and his professional creativity that is based on 
the modern aesthetic requirements should play an important role. The cultural motto such as "Designer 
style and way of life" should be an integral part of our socio-cultural life. 
 
РЕЗЮМЕ 
Эльфана Касумова  
 
ДИЗАЙН КАК СОЦИОКУЛЬТУРНАЯ ЦЕННОСТЬ  
АЗЕРБАЙДЖАНСКОГО ОБЩЕСТВА 
 
На ряду с непосредственным участием дизайна в социокультурных переменах современного 
азербайджанского  общества,  неоспорима  и  роль  самого  дизайна  в  качестве  социокультурной 
ценности.  Практика  показывает,  что  накануне  формирования  идеи  именно  дизайнер  обладает 
умением грамотно направить свой замысел. Таким образом можно сделать вывод,  что дизайн в 
современном  мире  прежде  всего  сфера  деятельности  профессионалов,  осознающих  важность  и 
ответственность  своей  работы,  а  также  является  жизненной  позицией  с  новыми  идеями  для 
социокультурной  жизни  общества.  Сегодня  мы  можем  сказать,  что  дизайн  является  образом 
жизни,  самосовершенствующей  и  полноценной  сферой  деятельности.  Для  более  качественного 
восприятия социокультурных ценностей азербайджанского общества не маловажную роль должен 
играть  сам  дизайнер  и  его  профессиональная  деятельность,  опирающаяся  на  современные 
эстетические  требования.  Девиз  "Дизайнер,  стиль  и  образ  жизни"  должен  стать  неотъемлемой 
частью нашей социокультурной жизни.  
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 


189 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
MURAT AHMET OĞLU ÖZEN 
Bakı Slavyan Universiteti 
oraymurat@hotmail.com  
 
UOT: 327;
 
94(479.24) 
 
CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR VƏ REGİONAL  
TƏHLÜKƏSİZLİK PROBLEMİ 
 
Açar sözlər: Cənubi Qafqaz, təhlükəsizlik problemi, Türkiyə siyasəti 
Key words: South Caucasus, problem of security, Turkey’s policy  
Ключевые слова: Южный Кавказ, проблема безопасности, политика Турции 
Cənubi Qafqazda münaqişələrin əsas mərkəzlərinin yaranma səbəblərinə keçməzdən əvvəl, 
fikrimizcə, ümumiyyətlə mövcud geosiyasi vəziyyət barədə bir neçə söz demək məqsədəuyğundur. 
Sovet İttifaqının dağılması Avrasiyada xüsusi geosiyasi boşluğa gətirib çıxardı. Belə ki, bu, Cənubi 
Qafqazın inkişafı üçün nəinki potensial olaraq müsbət imkanlar açan, eyni zamanda, həm regional, 
həm də qlobal səviyyələrdə müəyyən bir təhlükə daşıyan yeni regional sistem yaratdı. Bu önəmdə 
ilk  növbədə  Rusiya  olmaqla  keçmiş  sovet  respublikalarının  əsasən  enerji  məsələlər  ilə  bağlı 
narahatlıq  keçirmişdi.  Qərb  qismən  gözləmə  mövqeyini  tutmuşdu.  Türkiyənin  strategiyası  isə  bu 
siyasi üçbucaqda bəlkə də ən iddialı idi.  
Amma  hər  halda  bu,  nəticəsi  bəlli  olmayan  məsələ  idi:  bir  tərəfdən,  yeni  minilliyin 
əvvəlindən başlayaraq Moskva Cənubi Qafqazda keçmiş nüfuzunu tam saxlamağa, eləcə də burada 
təhlükəsizlik  problemlərinə  uğurla  nəzarət  etməyə  qadir  olmadığını  nümayiş  etdirdiyi  halda, 
Türkiyə  bu  bölgədə  lider  olmaq  üçün  yaxşı  şans  əldə  etdi  və  yeri  gəlmişkən,  bu,  yalnız  Sovet 
İttifaqının əsas imperiya mövqeyinin təbii və qanuna uyğun olaraq zəifləməsi ilə bağlı deyil; sadəcə 
Türkiyənin,  XX-XXI  əsrlərin  qovşağında  Rusiya  və  Qərbdən  fərqli  olaraq,  yaxın  tarixi-mədəni, 
etnik,  siyasi  və  hətta  dil  əlaqələri  baxımından  Cənubi  Qafqaza  istinad  etməsi  mümkün  olmuşdu. 
Əlbəttə,  Türkiyənin  Cənubi  Qafqaz  ilə,  o  cümlədən,  Mərkəzi  Asiya  ilə  bu  əlaqələri  uzun  illər 
mövcud olmuşdu.  
Digər  tərəfdən,  keçmiş  SSRİ-nin  dezinteqrasiyası  asanlıqla  Rusiyaya  müxtəlif  dinlərin  və 
millətlərin  ən  sıx  halda  yaşadığı  Cənubi  Qafqaz  regionunda  bir  sıra  ayırıcı  xətlərin  aparılmasına 
imkan vermişdi. Amma bu, bir zamanlar Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birlikdə 
təhlükəsiz  və  heç  bir  problem  olmadan  yaşamağa  şərait  yaratmış  demarkasiya  sərhədləri  deyildi. 
Tezliklə  Cənubi  Qafqazın  ərazisində  olan  belə  ayırıcı  xətlər  əsasən  dini  zəmində  ziddiyyətlərin 
gərginləşməsinə səbəb oldu. Prinsip etibarı ilə onlar 1990-cı illərin sonunda yaranmağa başladılar. 
Daha sonra Rusiya  Federasiyası  tərəfindən etniklərarası  münaqişələrin  mənşəyi  və təhrikinin  yeni 
dövrü üçün şəraiti yarandı.  
Beləliklə, üç Qafqaz respublikası üçün müstəqillik eyni zamanda öz təhlükəsizliyi  yolunda 
bəzi maneələrə rast gəlmək deməkdir. Cənubi Qafqazın bəzi sərhəd bölgələrinə Türkiyənin coğrafi 
yaxınlığını nəzərə alaraq, Rusiya ilə sərhəddə bufer zonanın formalaşması haqqında danışa bilərik. 
Eyni zamanda, şimal-şərq sərhədində qeyri-sabit yeni ocaqların alovlanması riski baş qaldıra bilər. 
Eyni zamanda, son beş il ərzində bəzi Qərb ölkələri (2010-2014) radikal islamçılığın yayılmasından 
ehtiyat  edirdi  onlar  hesab  edirdi  ki,  radikal  islamçılıq  İranın  və  ekstremist  hərəkatın  dəstəyi  ilə 
Sovet İttifaqının dağılmasından sonra yaranmış boşluğu doldura bilər.  
Nəhayət, Sovet İmperiyasının dağılması Şimali Atlantika Alyansının rolu, yeri və əhəmiyyə-
tinə kardinal surətdə yenidən baxılmasına gətirib çıxardı. Bu, xüsusilə, Türkiyənin yüksək beynəl-
xalq statusunun itirilməsi üçün təhlükə idi. Ona görə də Türkiyə hökuməti son illərdə, obyektiv gö-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə