Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   84   85   86   87   88   89   90   91   ...   164

180 
Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya, Qafqazda 
pravoslavlığı yayan “Osetin Komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib, 1829-cu ildə “Qafqazda 
Pravoslavlığı Yayan Cəmiyyəti” təsis edir və bu qurum 1860-cı ildə fəaliyyətə başlayır. Xristianlığı 
ölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi-
abidələrinin mövcud olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması 
qənaətinə  gəlir.  “Qafqazda  Pravoslavlığı  Yayan  Cəmiyyəti”n  fəaliyyəti  nəticəsində  Zaqatala 
dairəsində  kilsələr  tikilməyə  başlayır  və  XIX  əsrin  ilk  illərində  ildə  20  minə  qədər  alban-ingiloy 
zor-xoş    xaç  suyuna  salınır.  Əhali  mütləqiyyətin  apardığı  xristianlaşdırma  siyasəti  ilə  barışmır  və 
1863-cü  ildə  Zaqatalada  üsyan  başlayır  və  bu  üsyanın  əsas  səbəblərindən  biri    məhz 
xristianlaşdırma  siyasəti  olur.  Bölgədə  sosial-siyasi  durumu  sabitləşdirmək  məqsədi  ilə  Qafqaz 
Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıtmağa icazə verir”. Nəticədə, bir-
neçə  il  ərzində  Zaqatala  dairəsində  yeddi  məhəllə  kilsəsi,  o  cümlədən  Balakən  kilsəsi  bağlanılir. 
Beləliklə,  Rusiya  imperiyasının  Azərbaycan  torpaqlarında  apardığı  xristianlaşdırma  siyasəti 
mütləqiyyətin  gözlədiyi  nəticəni  vermir  və  bunun    əsas  səbəbi  Azərbaycan  xalqının  İslam  dininə 
olan  bağlılığı  olur.  Bununla  belə  mütləqiyyət  sonrakı  illərdə  də  xristianlaşdırma  siyasətini  davam 
etdirir  və  bu  konturda  “Qafqazda  Pravoslavlığı  Yayan  Cəmiyyət”  öz  xidmətini  göstərir,  ölkə 
quberniyalarında  pravoslav  kilsələri  salınır.  Xristian  kilsələrinin  sürətlə  salınması,  xüsusən  Bakı 
şəhərində  özünü  daha  qabarıq  şəkildə  göstərir.  Burada  xristian  abidələrinin  salınması  rus  xristian 
əhalinin etiqadı üçün şəraitin yaranması məqsədini də güdürdü.  Belə ki, neft kapitalının sıçrayışlı 
inkişafı şəhərdə demoqrafik “partlayış”a səbəb olur. 1913-cü ilin məlumatına görə, 214.672 nəfərlik 
Bakı əhalisi içərisində birinci yeri 76.228 nəfərlə ruslar tuturdu. Bu ilin göstəricilərinə görə şəhərdə 
17 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. 
Xristianlaşdırma  siyasəti  ilə  paralel  olaraq,  mütləqiyyət  Şimali  Azərbaycana  Rusiya 
imperiyasının  mərkəzi  quberniyalarından  rus  əhalisini  də  köçürürdü  ki,  məqsəd  ölkənin  köklü 
əhalisini,  azərbaycanlıları,  assimilyasiyaya  uğratmaq,  bu  müsəlman  torpaqlarını  imperiya 
çərçivəsində  “əritmək”  idi.  Ruslaşdırma  siyasətini  XIX  əsrin  birinci  otuzilliyindən  başlayaraq 
aparan  mütləqiyyət,  Rusiya  dövlətçiliyi  üçün  təhlükə  amili  kimi  qəbul  edilən  rus  təriqətçilərini 
Şimali  Azərbaycana  köçürmüş,  lakin  XIX  əsrin  üçüncü  otuzilliyindən  etibarən  pravoslavlığın 
yayılmasında rus təriqətçilərinin deyil, rus pravoslav əhalisinin önəmli rol oynadığını əsas götürüb, 
pravoslav  rusların  bölgəyə  köçürülməsinə  üstünlük  verilmişdir.  Nəticədə,  1912-ci  il  üçün  Bakı 
quberniyasında  60,  Yelizavetpol  quberniyasında  isə  29  rus  pravoslav  məskənləri  salınmışdır. 
Mütləqiyyətin devrilməsi ərəfəsində Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı. 
Beləliklə,  XIX  əsrin  birinci  otuzilliyində  Azərbaycan  torpaqlarını  işğal  edən  Rusiya 
imperiyası,  ölkədə  siyasi  hakimiyyətini  bərqərar  etmək  üçün  köçürmə  siyasəti  apararaq,  əhalinin 
etno-konfessional  tərkibində  ermənilərin  sayını  mexaniki  hərəkətlə  artırsa  da,  əhalinin  tərkibinə 
yeni  xristian  elementləri  –  almanları  və  rusları  gətirsə  də,  Azərbaycan  xalqının  çəki  yükü  54,9%, 
əhalinin  etno-konfessional  tərkibində  dominant  olaraq  qalmış,  Azərbaycan  xalqı  özünün  tarixi 
torpaqlarında  yaşamaqda  davam  etmiş,  özünün  mentalitetini,  maddi-mənəvi  mədəniyyətini,  etnik 
özünüdərkini, konfessional  tolerantlığını qoruyub saxlayaraq, Şərq-Qərb mədəniyyətlərinin sintezi 
prosesində özünəməxsus rol oynamış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir. 
Ruslaşdırma və xristianlaşırma siyasətini aparan Rusiya imperiyasının məqsədi Azərbaycan 
xalqını assimilyasiyaya uğratmaq idi. İnqilabaqədərki Rusiya apologetləri ruslaşdırmanı Rusiyanın 
tərkib hissəsi olduğunu göstərərək, bildirirdilər ki, “bu siyasətin  əsas məqsədi qeyri-rusların ruslar 
kimi düşünməsi və fikirləşməsidir”. Müstəmləkə siyasətinin bütün ağırlığının girdabı içində qalan 
Azərbaycan  öz  tarixi  özünüdərkini  əsas  tutur  və  XlX  əsrin  sonlarında  kapitalizmin  inkişaf 
mərhələsinə  qədəm  qoyan  ölkə  milli  özünüdərk  oyanışını  yaşayır.  Milli  özünüdərk  intibahının 
ilhamverici  qüvvəsi  Azərbaycan  maarifpərvərləri  və  milli  burjuaziyanın  nümayəndələri  olur.  Bu 
xeyriyyəçilərin  əsas  məqsədi  Rusiya  imperiyasının  müstəmləkə  siyasətinin  mahiyyətini  göstərmək 
və  xalqı  oyatmaq  idi.  Bu  məqsədlə  xeyriyyəçilər  mədəniyyətin,  ədəbiyyatın,  elmin,  mətbuatın, 
maarifin inkişafına ciddi fikir verirdilər. Və cəmiyyətin bu aspektlərini inkişaf etdirən Azərbaycan 
xeyriyyəçiləri ölkəni multikultural istiqamətə yönəldirdilər. 


181 
Görkəmli maarifçi-demokrat, pedaqoq və ilk Azərbaycan xeyriyyəçilərindən olan Həsən bəy 
Zərdabi xalqın milli şüurunun oyanmasında dünyəvi məktəblərin açılmasının zəruriliyini göstərir və 
bu ideyanın təbliği üçün vasitə olaraq, milli mətbuatın əsasını qoyur. Onun 1875-ci ildə təsis etdiyi 
“Əkinçi” qəzeti demokratik və maarifpərvər ideyaların təbliğat alətinə çevrilir. Bu qəzetin mənəvi 
varisləri “Ziya”, “Ziyayi Qafqaziyyə” və “Kəşkül” qəzetləri olur. 
Azərbaycan  milli  burjuaziyanın  görkəmli  nümayəndəsi,  1873-cü  ildə  Bakı  nefti  ilə 
milyonlara  sahib  olan  Hacı  Zeynalabdin  Tağıyev  öz  xeyriyyəçiliyi  ilə  də  seçilmişdir.  Onun  adı 
qızlar  məktəbi  ilə  də  bağlıdır.  Xalqının  gələcək  inkişafını  maarifdə,  tərəqqidə  görən  uzaqgörən 
xeyriyyəçi  qızların  təhsilinə  xüsusi  diqqət  yetirmişdir.  O,  Bakıda  ilk  qızlar  məktəbini  açır.  Bu 
məktəbin  xərcini  ödəmək  üçün  banka  150.000  manat  pul  qoyur.  Bina  1898-ci  ildən  tikilməyə 
başlayır və 1900-cü ildə hazır olur. Bu məktəb 184.000 manat başa çatır. Bu binanın memarı polyak 
Qoslavski  idi.  Məktəb  Nikolayevski(  indiki  İstiqlal,  hazırda  AMEA-nın  Əlyazmalar  fondunun 
binası) küçəsində yerləşirdi.  
Qaraguruhçu  ruhanilərin  ciddi  müqaviməti  ilə  üzləşən  Tağıyev  Quran  ayələri  əsasında 
göstərir  ki,  İslam  dini  müsəlmaların  də  biliklərə  yiyələnmələrinin  vacibliyini  göstərir.  Hacının 
səyləri  öz  nəticəsini  verir.  Qızlar  məktəbində  ilk  dərslər  1901-ci  ilin  sentyabrın  7-də  başlanır.  58 
şagirddən 35-i kasıb ailədən olduğu üçün böyük xeyriyyəçi onları öz hesabına oxutdurmuşdu. 
Azərbaycan xeyriyyəçiləri qəzalarda da fəaliyyət göstərir, Rusiya imperiyasının Azərbaycan 
torpaqlarında  apardığı  xristianlaşdırma  siyasətinə  qarşı  mübarizəni,  İslam  dəyərlərinin  xalqın 
mənəviyyatında  dominant  rol  oynaması  üçün,  yeni  məscidlər  salmaqda  görürdülər.  Bunların 
sırasında  1870-ci  ildə  Şamaxı  şəhərində  memar  Kazım-bəy  Hacıbabayevin  layihəsi  əsasında 
salınmış Təzəməscidi göstərmək olar ki,  bu məscidin salınmasına xeyriyyəçi tacir Hacı Məmməd 
Rza vəsait ayırmış, 100 min rubl pul qoymuşdu. B illərdə əyalət xeyriyyəçiləri başqa qəzalarda da 
məscidlər tikdirirdilər.(4) 1854-cü ildə Quba qəzasında Səkinə xanım məscid tikdirir. 1877-1878-ci 
illərdə  İsrafil  bəy  Yadigarzadə  Gəncədə  məşhur  orta  əsr  “İmam-zadə”  kompleksini  bərpa  etdirir. 
1899-cu  ildə  İsrafil  ağa  Qazax  qəzasında  məscid  saldırır.  1886-cı  ildə,  Gəncədə,  Cənubi 
Azərbaycan şahzadəsi Bəhmən Mirzənin qızı Səbiyyə xanım məscid tikdirir. Lakin xristianlaşdırma 
siyasətini  aparan  mütləqiyyət,  yerlərdə  İslam  maddi-tarixi  abidələrinin  salınmasından  narahat 
olaraq,  A.S.Puşkinin  100  illiyi  bəhanəsi  ilə  məscidin  kitabxanaya  çevrilməsi  qərarını  verir. 
Gencəlilər  bu  qərara  etiraz  etsələr  də  Səbiyyə  xanım  xalqın  maariflənməsində  kitabxananın 
əhəmiyyətli rol oynadığını əsas tutaraq bu qərarla razılaşır. 
Bakı  XX  əsrin  əvvəllərində  bir  çox  millətin  nümayəndəsinin  mövcud  olduğu  çox 
mədəniyyətli  şəhərə  çevrilmişdi.  Rusiyanın  müstəmləkə  siyasəti  ağırlığını  daşısa da,  kapitalizmin 
inkişaf mərhələsinə qədəm qoymuş Şimali Azərbaycan Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur, 
Şərq sivilizasiyanın daşıyıcısı olan  ölkə, öz mənəviyyatını zənginləşdirirdi.  
Bu  illərdə  Bakıda  teatr  binaları,  kino  salonları,  əyləncə  evləri  də  artırdı.  Azərbaycanda  ilk 
milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə 
Hacının  pulu  ilə  memar  Koqnovitskinin  layihəsi  əsasında  tikilmişdir.  Milli  teatr  ölkədə 
özünəməxsus  ictimai-dini  mühitin  inkişafında  rol  oynayır.  Belə  ki,  kapitalist  Bakısı  Qərb  mədə-
niyyətinin komponentlərindən olan teatrı qəbul etsə də, öz milli mentalitetindən imtina etməmişdi. 
Belə ki, tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış localarda yerləşdirilir, xalqın milli 
davranış  qaydaları  qorunurdu.  Beləliklə,  cəmiyyət  Qərb  mədəniyyətini  qəbul  edərək,  Şərqli 
davranışından  imtina  etmirdi.  Bu  teatrda  1908-ci  ildə  “Leyli  və  Məcnun”  operası  oynanılmışdı. 
Azərbaycan mədəni həyatında xüsusi yer tutan bu  hadisə ölkəni çox mədəniyyətli dünyaya aparırdı. 
İlk  dəfə  olaraq,  Şərqdə,  Azərbaycanda,  Qərb  mədəniyyətinin  komponenti,  opera  qəbul  edilir  və 
böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır. 
1909-cu  ildə  Bakının  incisi  olan  Bulvarın  salınması,  istedadlı  mühəndis,  vətənpərvər 
Məhəmməd  Həsən  Hacınskinin  rəhbərliyi  ilə  başlanılır  və  Bakı  bulvarının  layihəsində  alman 
memarlarından A.Eyxler öz aktivliyi ilə seçilir.(5) 
Yuxarıda  göstərilənlər  belə  bir  reallığı  açıqlayır  ki,  əgər  qəzalarda  tarixi  tolerantlıq 
ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriyyəçiləri (əks təqdirdə tariximizin 
tərkib  hissəsi  olan  Alban  kilsələri  zamanımıza  qədər  qalmaz  və  ermənilik  də  Azərbaycan  tarixini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə