Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   80   81   82   83   84   85   86   87   ...   164

172 
Paylaşdırma  Komitəsini  yaxşı  tanıdığını  və  bu  təşkilatın  böyük  tarixə  və  zəngin  ənənələrə  malik 
olduğunu bildirdi. 
Azərbaycanın inkişafından danışan İlham Əliyev siyasi, iqtisadi, sosial sahələrdə islahatların 
müvəffəqiyyətlə həyata keçirildiyini vurğuladı. Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə böyük 
önəm  verdiyini  söyləyən  dövlət  başçısı  Azərbaycan  ictimaiyyətinin  Amerika  Yəhudi  Birgə 
Paylaşdırma  Komitəsini  yaxşı  tanıdığını  və  bu  təşkilatın  böyük  tarixə  və  zəngin  ənənələrə  malik 
olduğunu bildirdi. 
Bu  zaman  dünyadakı  nüfuzlu  yəhudi  təşkilatları  Azərbaycana  xüsusi  maraq  göstərirdilər. 
Prezident  İlham  Əliyevin  dəvəti  ilə  2008-ci  il  13-16  avqust  tarixlərində  Amerika  Yəhudi 
Komitəsinin  (AYK)  icraçı  direktoru  David  Harrisin  Azərbaycana  səfəri  həmin  marağın  təzhürü 
oldu.  Avqustun  15-də  D.Harrisi  Prezident  İlham  Əliyev  qəbul  etdi.  Görüşdə  iki  ölkə  arasında 
münasibətlərin  genişləndirilməsində  yəhudi  icmasının  rolu  müzakirə  edildi.  Bildirildi  ki, 
Azərbaycanda yaşayan yəhudi icmasının azad fəaliyyəti üçün bütün imkanlar vardır [4, 2008, I h., 
402].  Milli  Məclisin  Sədri  O.Əsədov  və  xarici  işlər  nazirinin  müavini  V.Sadıqov  ilə  keçirilən 
görüşdə ABŞ-dakı yəhudilərin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyi ifadə edildi. Həmçinin 
Azərbaycanda yaşayan yəhudi icmasının azad fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradıldığı 
xüsusi olaraq vurğulandı [4, 2008, I h., 402]. 
Beləliklə,  İsrail  -  Azərbaycan  münasibətləri  və  ABŞ  araşdırması  göstərir  ki,  müstəqillik 
illərində  bu  münasibətlər  spesifik  səciyyə  daşımışdır.  İkitərəfli  münasibətlər  məktublaşmalar, 
müxtəlif  səviyyəli  səfərlər,  siyasi  məsləhətləşmələr,  başlıca  olaraq  ikitərəfli  və  qismən  çoxtərəfli 
formatda inkişaf etdirilmişdir. Qarşılıqlı münasibətlərin müqavilə-hüquq  bazası yaradılmışdır. 
Azərbaycan  –  İsrail  siyasi  münasibətlərinin  genişlənməsində  dövlət  başçıları,  müvafiq 
nazirliklər,  parlamentlərarası  qruplar,  Azərbaycanda  və  digər  ölkələrdə  yaşayan  yəhudi  icmaları, 
İsraildə  yaşayan  yəhudi  əsilli  Azərbaycan  diasporası  mühüm  rol  oynamışlar.  Keçirilən  ikitərəfli 
görüşlərdə  Azərbaycan  və  İsrail  arasında  əməkdaşlığın  siyasi,  iqtisadi,  mədəni  sahələrdə  davam 
etdirilməsinə  və  daha  da  genişləndirilməsinə,  regional  və  beynəlxalq  məsələlərə  dair  fikir 
mübadiləsi  aparılmış,  bir  çox  saziş  və  müqavilələr  imzalanmışdır.  Faktiki  materialların  təhlili 
göstərir  ki,  ABŞ-da  yaşayan  yəhudi  icması  da  Azərbaycan  –  İsrail  əlaqələrinin  daha  da 
genişləndirilməsində özünəməxsus rol oynamışdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan Respublikasında İsrail Dövləti Səfirliyinin materialları, 1992-2008 
2.
 
Azərbaycan  Prezidenti  Heydər  Əliyev  İsrailin  Baş  naziri  İshak  Rabin  ilə  görüşmüşdür, 
Azərbaycan qəz., Bakı, 1995, 2 noyabr.  
3.
 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  İsrailin  xarici  işlər  naziri  Şimon  Peres  ilə  görüşü. 
Azərbaycan qəz., Bakı, 1996, 11 yanvar. 
4.
 
Azərbaycanın  xarici  siyasəti:  sənədlər  məcmuəsi.  2001.  I  hissə.  Azərbaycan  Respublikasının 
Xarici  İşlər  Nazirliyi,  Bakı:  Qoliaf  MMC,  2010,  1124  s.;  II  hissə.  Bakı,  GARİSMA  MMC, 
2009, 1040 s.;  
5.
 
 Chossudovsky  M.  The  War  on  Lebanon  and  the  Battle  for  Oil’,  Global  Research,  26  July 
2006: http://www.globalresearch.ca\index.php?context =vasaid=2824. 
6.
 
Həsənov  Ə.M.  Müasir  beynəlxalq  münasibətlər  və  Azərbaycanın  xarici  siyasəti,  Bakı, 
Azərbaycan, 2005, 751 s. 
7.
 
Hüseynova İ.M. Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Bakı, Təhsil, 2002, 472 s.  
8.
 
 Əliyev  Heydər,  Müstəqilliyimiz  əbədidir,  X  kitab,  Bakı,  Azərnəşr,  2002,  472  s.;  XI  kitab, 
Bakı,  Azərnəşr,  2003,  452  s.; XII  kitab.  Bakı:  Azərnəşr,  2004,  432  s.; XIX  kitab,  Bakı, 
Azərnəşr, 2006, 528 s.; XX kitab, Bakı, Azərnəşr, 2007, 536 s. 
9.
 
Ismailzade  F. New Tensions Complicate Relations Between Baku and Tehran, Eurasia Daily 
Monitor,  Vol.  3,  No.  62,  30  March  2006:  http://www.  Jamestown.  Org\single\?no_ 
cache=1stx_ttnews%5Btt_news%5D=315. 


173 
10.
 
 Ismailzade  F. “Israel  Show  Interest  in  Azerbaijan Energy and  Trade Projects”, Eurasia Daily 
Monitor, 
09 
June 
2006: 
http://www.jamestown.org\single\? 
no_cache=1stx_ttnews 
{tt_news}=31770. 
11.
 
“Israel  and  Azerbaijan:  Baku`s  Balancing  Act”,  CRIA,  02  February  2009  http://cria-
online.org\CU_-file__-article__-sid-21.html. 
12.
 
İsrail haqqında ümumi məlumat – www.mfa.gov.az/files/file/Israil 
 
ABSTRACT 
S.İ.Mammadova  
 
AZERBAIJAN – ISRAEL RELATIONS AND THE USA (1991-2008YY) 
 
The main purpose of the research is  to  explore the relations between  “Azerbaijan  –  Israel 
and  the  USA”.  The  research  was  carried  out  on  the  basis  of  official  documents,  newspapers  and 
literatures  in  the  different  languages.  Sources  and  literatures    corresponding  problems  were 
involved  in  science  for  the  first  time;  Application  of  importance:  could  be  used  in  lectures  and 
seminars at higher education institutions 
РЕЗЮМЕ 
С.И.Мамедова  
 
АЗЕРБАЙДЖАНО - ИЗРАИЛЬСКИЕ ОТНОШЕНИЯ И США (1991-2008ГГ) 
 
Основная цель исследования изучить отношения между  “Азербайджано - Израильские 
и  США».  Исследование  проводилось  на  основе  официальных  документов,  газет  и 
литературы  на  разных  языках.  Результаты  исследования:    “Азербайджано  -  Израильские 
отношения  и  США»  являются  основой,  и  имеет  широкие  перспективы.  Источники  и 
литературы  соответствующей  проблемы  были  вовлечены  в  науке  впервые.  Применение 
важности: может использоваться на лекциях и семинарах в высших учебных заведениях 
 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə